Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2047/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2047/2022 (Açar sözlər: ümumi istifadədə olan yolun açılması, ekspert rəyi) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan yolun açılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1135/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 aprel 2 022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Ucar rayonu, Boyat kəndi ərazisində İddiaçı (bundan sonra “iddiaçı”) fərdi yaşayış evi tikmək üçün 3001,28 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçının istifadəsində olan yaşayış evi vardır.
2. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının həyətinə gələn arxa gedən yolu kəsib.
3. Mübahisə arxa gedən yolun bağlanması ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istifadəsində olan torpaq sahəsi ilə qonşusu X3 istifadəsində olan torpaq sahəsi arasında yerləşən əvvəl lər mövcud olmuş yolun 2 metr enində tam açılması və həmin yolu bir daha zəbt etməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ucar rayonu Boyat bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı həyətyanı sahəsində kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olur. İçmək və kənd təsərrüfatı bitkilərini becərmək üçün lazım olan suyu isə həyətlərinə gələn su arxı vasitəsilə təmin edir. Həyətinə gələn suyu açmaq üçün iddiaçı əvvəllər cavabdehlə qonşusu X3 istifadəsində olan torpaq sahələrinin arasında yerləşən 1,5-2 metr enində olan yoldan keçərək getmişdir. Lakin cavabdeh həmin yolu zəbt edərək öz torpaq sahəsinə qatmışdır.
7. İddiaçı bununla bağlı 2 dəfə Ucar Rayon İcra Hakimiyyətində olmuş və hər dəfə onun tələbi düzgün olduğundan İcra Hakimiyyətindən oraya yolun açılması üçün nümayəndə göndərilsə də, bunun heç bir xeyri olmamışdır. Halbuki, iddiaçı həmin yoldan 40 ildən artıqdır ki, istifadə etmişdir. İddiaçı eyni tələblə əvvəllər də məhkəməyə müraciət edib, həmin iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə də iddiaçı təsdiq edilib. Sonradan iddiaçının ərizəsi ilə həmin iş baxılmamış saxlanıb.
8. Müvafiq dövlət orqanlarından aldığı məlumata görə isə həmin yol xəritədə 4 metr enində göstərilmişdir. Cavabdeh əlavə olaraq su arxının digər tərəfini də 2 metr enində zəbt etmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.5, 152.6, 158.1, 158.2, 158.4-cü, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh iddiaya yazılı etiraz verib. Etirazın dəlilləri: - cavabdeh heç bir yolu zəbt etməyib. Sözü gedən yol ümumi istifadədə olan yol deyil. İddiaçının həyətyanı torpaq sahəsinə gedən suyu açmaq üçün su yolu cavabdehin torpaq sahəsindən keçmir. İddiaçı suyu aşmaq üçün daim başqa yoldan istifadə edib; - iddiaçının cavabdehin həyətyanı torpaq sahəsindən yol kimi istifadə etməsi qanuna ziddir. Belə olan halda, cavabdehin mülkiyyət hüququ pozulacaq.
11. Birinci instansiya məhkəməsi 28 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə tikinti texniki ekspertizası təyin etmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 10/3342 saylı rəyinə əsasən elektron baza məlumatları ilə naturada faktiki istifadə vəziyyəti arasında sahə, konfiqurasiya fərdi və uyğunsuzluq mövcud dur. Belə ki, naturada mövcud yol ilə elektron baza məlumatlarında əks olunan yol arasında konfiqurasiya və ölçü fərqi mövcud olduğundan yolun kimin tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmadı. Elektron baza məlumatları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan cavabdeh tərəfindən qeyd olunan yolun nə qədər ölçüdə və hansı hissəsində istifadə etdiyini müəyyən etmək mümkün olmadı. Cavabdehin mərhum atası Şirəliyev Şirəli İbrahimxəlil oğluna fərdi yaşayış evi tikmək üçün verilmiş, AN088256 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi naturada faktiki istifadə olunan ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi mövcuddur. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair el ektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.
13. Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. (hakim Hilal Xəlilov)
14. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad edib ki, ekspert və mütəxəssis rəylərinə əsasən naturada mövcud yol ilə elektron baza məlumatlarında əks olunan yol arasında konfiqurasiya və ölçü fərqi mövcud olduğundan yolun kimin tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamış, elektron baza məlumatları ilə naturadakı f aktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan cavabdeh tərəfindən qeyd olunan yolun nə qədər ölçüdə və hansı hissəsində istifadə etdiyini müəyyən etmək mümkün olmamışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 158.2, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
17. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsinə əsas kimi ekspert rəyini əsas götürüb. Həmin rəydə naturada mövcud yol ilə elektron baza məlumatlarında əks olunan yol arasında konfiqurasiya və ölçü fərqi mövcud olduğundan yolun kimin tərəfindən isti fadə edilməsinin müəyyən olunmaması, eləcə də, elektron baza məlumatları ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq olması göstərilib; - iddiaçının müraciəti əsasında X4 tərəfindən verilmiş 16.04.2021 -ci il tarixli 83 nömrəli ekspert rəyinə əsasən isə Ucar rayonu Boyat kəndi ərazisində iddiaçının mülkiyyətində olan, həmçinin iddiaçı ilə qonşuluqda yerləşən həyətyanı torpaq sahələrinin qarşısında, su arxına gedən ümumi istifadə üçün yol yeri kəndin yerquruluşu xəritəsində nəzərdə tutulmaqla, bələdiyyə mülkiyyətinə aiddir. Kəndin yerquruluşu xəritəsində, ümumi istifadə üçün yol yeri 300 metruzuluqda və 5-7 metr enində ölçüdə nəzərdə tutulur. Ümumi istifadə üçün nəzərdə tutulmuş və su arxına gedən yol yerinə qonşu (AN 088257 saylı 15.07.2009-cu il tarixli torpaq sahəsinin plan ı və ölçüsü üzrə torpaq sahibi) cavabdeh tərəfindən müdaxilə olunaraq, ümumi yolun eni 5-7 metr, uzunluğu 84 metr (su arxınadək) ölçüdə olan hissəsi metal tor vasitəsi ilə hasara alınmış və metal darvaza quraşdırılaraq su arxına gediş-gəliş tam bağlanmışdır; - məhkəmənin sübut kimi istinad etdiyi ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmiş hallardan fərqli olaraq, X1 ekspertləri tərəfindən müəyyən edilmişdir ki, ümumi istifadə üçün nəzərdə tutulmuş və su arxına gedən yol yerinə cavabdeh tərəfindən müdaxilə edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi 23 iyun 2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
19. Daşınmaz Əmlakın Kdastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis arayışında qeyd edilib ki, iddiaçı ilə cavabdehin faktiki isti fadəsində olan torpaq sahələri arasında sahə konfiqurasiya və coğrafi yerləşmə fərqi var. Həmçinin elektron məlumat bazasında mövcud olan yol ilə faktiki mövcud yol arasında koordinat sürüşməsi olduğundan mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırlması mümkün olmamışdır.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1135/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, Ucar rayonu Boyat kəndi ərazisində İddiaçı mülkiyyətində olan torpaq sahəsindən su arxına qədər uzanan 2 metr enində ümumi istifadədə olan yolun açılması qət edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)
21. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmişdir. Əvvəla, birinci instansiya məhkəməsinin qeyd etdiklərinin əksinə olaraq, mübahisəli yolun mövcud olması və həmin yolun cavabdeh tərəfindən istifadə edilməsi faktını ekspert rəyləri və iddiaçı ilə yanaşı, cavabdehin özü də təsdiq etmişdir. X4 tərəfindən verilmiş 16.04.2021-ci il tarixli 83 nömrəli ekspert rəyinə əsasən Ucar rayonu Boyat kəndi ərazisində iddiaçının mülkiyyətində olan, həmçinin onunla qonşuluqda yerləşən həyətyanı torpaq sahələrinin qarşısında, su arxına gedən ümumi istifadə üçün yol yeri kəndin yerquruluşu xəritəsində nəzərdə tutulmaqla, bələdiyyə mülkiyyətinə aiddir. Kəndin yerquruluşu xəritəsində, ümu mi istifadə üçün yol yeri 300 metr uzunluqda və 5-7 metr enində ölçüdə nəzərdə tutulur. Ümumi istifadə üçün nəzərdə tutulmuş və su arxına gedən yol yerinə cavabdeh tərəfindən müdaxilə olunaraq, ümumi yolun eni 5-7 metr, uzunluğu 84 metr (su arxınadək) ölçüdə olan hissəsi metal tor vasitəsi ilə hasara alınmış və metal darvaza quraşdırılaraq su arxına gediş-gəliş tam bağlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin materiallarında olan 09 fevral 2018-ci il tarixli 30485 nömrəli və 20 sentyabr 2019-cu il tarixli 22291 nömrəli ekspert rəylərinin surətinə əsasən müəyyən edib qeyd olunan mübahisəli torpaq sahəsi qərb hissədən 5 metr, şərq hissədən 7 metr olmaqla cavabdehə fərdi yaşayış evi tikmək üçün verilmiş 7109,32 kvm torpaq sahəsinin hüdudları xaricindədir. Həmin yol ümu mi istifadə üçün nəzərdə tutulmuşdur, Cavabdehin giriş qapısından sonrakı hissə tutulmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını rəhbər tutaraq belə nəticəyə gəlib ki, iddiaçı hazırki iddia üzrə tələbində haqlıdır və onun iddiası təmin edilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 158.2, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi mövqeyini iddiaçının təqdim etd iyi “X5” MMCnin 16 aprel 2021-ci il tarixli rəyi ilə əsaslandırmaqla cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur; - ekspert rəyi düzgün qiymətləndirilməmiş, apellyasiya məhkəməsi tərəfindən MPMin 9.3,76.1, 76.3, 81, 88, 102-ci, Mülki Məcəllənin 157.4, 157.8, 158.2 və 170-ci maddələrinin tələblərinə əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, ekspert rəyinə əsasən iddiaçının tələbi haqlıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanu nda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 158.2. Əmlak hüquqları hə min əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirili r. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kas sasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.
1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
33. Apellyasiya instansiya məhkəməsi həm “X2”, həm də Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan digər iki ekspert rəyinə əsasən müəyyən etmişdir ki, mübahisəli yolun mövcud olması və həmin yolun cavabdeh tərəfindən istifadə edilməsi faktı təsdiq edilir, üstəlik, cavabdehin özü də bu faktı etiraf etmişdir.
34. Bu baxımdan, iddianın təmin edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
35. Həmçinin apellyasiya instansiyası mə hkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının təqdim etdiyi “X5” MMC-nin 16 aprel 2021-ci il tarixli rəyə istinad etməklə cavabdehin mülkiyyət hüquqlarını pozması barədə dəlilləri qəbul etmir. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən edilən halına görə iddiaçının mülkiyyətində olan, həmçinin onunla qonşuluqda yerləşən həyətyanı torpaq sahələrinin qarşısında, su arxına gedən ümumi istifadə üçün yol yeri kəndin yerquruluşu xəritəsində nəzərdə tutulmaqla, bələdiyyə mülkiyyətinə aiddir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin o lunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1135/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.