Məhkəmə qərarları › İş №2(102)-2047/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2047/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2047/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: şəxsə qulluq etmə faktının müəyyən edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 20 23-cü il tarixli, 2(103)853/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Vəkilova (Zeynalova) İradə Dəmir qızı xx xxxxxx 1959-cu ildə anadan olmuş, 31 avqust 1983-cü il tarixdə Vəkilov Soltan İsa oğlu ilə nikaha daxil olmuşdur.

2. Ərizəçi qayınatası Vəkilov İsa Amo oğlu 16 fevral 2012-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı xüsusi icraat qaydasında ərizə ilə m əhkəməyə müraciət edərək, onun 02 yanvar 1995-ci il tarixdən 16 fevral 2012-ci il tarixədək qayınatası Vəkilov İsa Amo oğluna qulluq etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Vəkilov Soltan İsa oğlu ilə nikahda olduqları dövrdə sonuncu ilə yanaşı öz qayınatası olan Vəkilov İsa Amo oğlu ilə birlikdə yaşamışdır. Vəkilov İsa Amo oğlu 1925-ci il təvəllüdlü olmaqla 16 fevral 2012-ci ildə Bakı şəhərində ölmüşdür. Ərizəçi əmək fəaliyyətini bitirdiyi tarixdən etibarən, yəni 02 yanvar 1995-ci ildən 16 fevral 2012-ci ilə qədər öz qayınatası olan Vəkilov İsa Amo oğluna qulluq etmişdir. Hazırda ərizəçinin yaşa görə pensiya hüququ yarandığından, o, ərizə ilə maraqlı şəxsə müraciət edərək, yaşa görə əmək pensiyasın ın təyin olunmasını xahiş etmişdir. Lakin həmin müraciətə baxan maraqlı şəxs 03 iyun 2022-ci il tarixli məktubla imtina etmişdir. İmtinanın səbəbi kimi şəxsin ümumilikdə sığorta stajının 25 ildən az olması, yəni 17 il 01 ay təşkil etməsi göstərilmiş və tövsiyə edilmişdir ki, 1995-ci il tarixdən 16 fevral 2012-ci il tarixədək ahıl yaşda olan qayınatası Vəkilov İsa Amo oğluna qulluq etməsinin təsdiq etdirməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarını maraqlı şəxsə təqdim etməlidir. İddiaçının 17 il 01 ay sığorta stajının olması ona məxsus olan diplom və əmək kitabçası ilə öz təsdiqini tapır. Lakin, 1995-ci ildən 16 fevral 2012-ci il tarixədək ahıl yaşda olan qayınatasına qulluq etməsini təsdiq edən sənədlərin əldə edilməsi hazırda mümkün deyildir.

5. Birinci instansiya məhkəməsində şahi d qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçi öz qayınatası İsaya qulluq etmişdir. Demək olar ki, İsa 2012-ci ilin fevral ayının 12 kimi yaşadığı dövrdə ona ərizəçi qulluq etmişdir. İsanın arvadı İsadan əvvəl rəhmətə getmişdir. Ərizəçi İsanın arvadından çox İsaya qulluq etmişdir.

6. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Gülçülük” adlanan ərazidə yaşayır. İsa əmisinə həmişə ərizəçi qulluq etmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(007)2381/2022 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) ərizə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307 və 308-ci maddələri, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən ed ilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(007)-2381/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)-853/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və Q.A.Əsgərovun iştirakı ilə) Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2 022-ci il tarixli, 2(007)2381/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, mülki icraat (hüquqi faktın təsdiqi) qaydasında və ərizənin tələb üzrə sübuta yetirilməyən dəlillərinə münasibətdə mahiyyəti üzrə ziddiyyətlərin mövcudluğu xüsusi olaraq diqqətə çatdırılmalıdır. Qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən edilmiş halların mümkün olmadığının sübutetmə yükü ərizəçiyə mənsub olduğu halda, o, iddia edilən şəxsə yalnız və məhz onun tərəfindən qulluğun göstərilməsini, mərhumun bu qulluğa ehtiyacının olduğunu və sair diqqətəlayiq halları sübut etməyə cəhd etməmişdir. Mötəbər sübutların olmadığı təqdirdə hər hansı halın və ya faktın müzak irəsi belə mümkün deyil, nəinki münasibətlərə tətbiq olunacaq hüquq norması barədə müzakirələrin aparılması.

12. Məhkəmə əlavə olaraq diqqətə çatdırmışdır ki, qanunvericilikdən (dispozitiv imkan və diskression səlahiyyətlərdən) sui-istifadə və buna şərait yaradan hallarının mümkünlüyü məhkəmə icraatının nəticəsi üzrə istisna edilməlidir. Hazırki halda, ərizəçinin faktın müəyyən edilməsi məqsədi onun ahıl şəxsə qulluğun hüquqi fakt kimi təsdiq edən hüquq müəyyənedici sənədlərin olmamasının əsaslarıdır ki, ilk növbədə bunlar və sonra da digər – mötəbər olmayan şahid ifadələri sübuta yetirilməyən müraciətin təmin edilməsinə əsaslar yaratmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

13. Ərizəçi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2023 -cü il tarixli, 2(103)-853/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”-nın, Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının tələbləri pozulmuş, iş üzrə araşdırma aparmamış, ərizəçinin istədiyi faktı şahid ifadəsindən əlavə başqa qaydada sübut etmək imkanında olmamasını nəzərə almamışdır.

15. Kassasiya şikayətinə Azərbaycan Re spublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxa n apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qət namənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunla rda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.3-cü maddəsinə əsasə n alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, əriz əçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayət i təmin etmədən saxlaya bilər.

22. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.

23. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə mübahisəsinin həlli sübu tetmə ilə əlaqədardır.

27. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

28. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində ərizəçi tərəfindən təqdim olunmuş sübutlara, o cümlədən birinci instansiya məhkəməsinə dəvət olunmuş şahidlərin ifadələrinə hüquqi qiym ət vermiş və onları ərizənin təmini üçün kifayətedici hesab etməmişdir.

30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)-853/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar