Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2047/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1741/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən veril miş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh2 13 avqust 1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, “Qızıl Daş” qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
3. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit (borc) müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 50.000 manat məbləğində borc götürmüşd ür. Borc 0 faiz dərəcəsi ilə 6 ay müddətinə xx.xx.2024-cü il tarixinə qədər verilmişdir. 4. xx.xx.2024-cü il tarixli Cavabdeh2 (ipoteka qoyan) ilə Cavabdeh3 (ipoteka saxlayan) arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, “Qızıl Daş” qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. İddiaçı nümayəndəsi (xx.xx.2021-ci il tarixli, 7E-7842 reyestr nömrəli etibarnamə əsasında) Cavabdeh2 tərəfindən 28 saylı Notariat Ofisində təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, “Qızıl Daş” qəsəbəsi, 78K, 4-cü massiv ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsini ipotekaya qoyulmasına etiraz etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na (bundan sonra birinci cavabdehlər, yaxud ad, soyadı, Notariat Kontoru) iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, “Qızıl Daş” qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağl anmış və Bakı şəhəri 28 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə rəsmi nikahdadır. Birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsini əldə etmişlər. Cavabdeh2 onun razılığını almadan birgə mülkiyyətləri olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi ilə bağlı digər Cavabdeh3 il ə 15 fevral 2024-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Beləliklə, onun məlumatı olmadan, yəni razılığı alınmadan mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyət hüquqları pozulmuşdur.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-1992/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər arasında ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlak iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak olmuşdur. Cavabdehlər arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borc münasibətləri yaranarkən həmin müqavilənin təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Q ızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi həmin tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş 7E7842 reyestr nömrəli etibarnamə əsasında onu təmsil etməyi əri Cavabdeh2 etibar etmişdir. Cavabdeh2 isə həmin etibarnamə əsasında arvadının nümayəndəsi qismində birgə nikah dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə konkret hallar müəyyən olunub. Etibarsızlıq dedikdə, Mülki Məcəllədə göstərilən şərtlərə zidd bağlanan və məzmununda nəzərdə tutulan mülkihüquqi münasibət ləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqdlər başa düşülür. Etibarsız əqdlər iki qrupa - mübahisəli və əhəmiyyətsiz əqdlərə bölünür. Aldatma isə şəxsdən həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə yanlış hərəkətə təşviq etmək deməkdir. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Nəticədə, aldadılmış şəxsin həqiqi iradəsi təhrif olunur ki, bu da iradə azadlığının və mülki qanunvericiliyin əsas prinsiplərinin kobud pozulmasıdır. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Məhkəmə bu halda qeyd edir ki, mübahisəli müqavilə qanunda nəzərdə tutulm uş şərtlərə uyğun bağlanmış və iddiaçı tərəfindən irəli sürülən aldatma iddialarının heç bir əsası yoxdur. Buna görə də, iddia əsassızdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 277.1, 307.6, 307.7, 337.1, 339.3, 359.1, 362.1, 362.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-110-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən iddiaçının nümayəndə si Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia ərizəsi ilə analoji məzmun daşıyan apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul olunarkən ailə, ipoteka və mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qəbul olunmuş qətnaməni aşağıda göstərilən səbəblərə görə əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Cavabdeh2 birgə nikah dövründə alınmış qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə digər Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişd ir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 50.000 manat məbləğində borc götürmüşdür. Borc 0 faiz dərəcəsi ilə 6 ay müddətinə xx.xx.2024-cü il tarixinə qədər verilmişdir. İddiaçının bu borc və ipoteka müqaviləsinin imzalanmasından xəbəri olmamışdır. Mübahisə predmeti olan əmlak ipoteka ilə yüklü edilərkən iddiaçının Bakı şəhəri 28 saylı notariat ofisində nə fiziki iştirakı ilə təsdiq etdiyi razılıq, nə də notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamışdır. Halbuki, qanunvericilik nikahda olan şəxslər tərəfindən birgə nikah zamanı əldə olunmuş əmlakın ipoteka ilə yüklü edilməsi barədə müqavilələri təsdiq edərkən hər bir mülkiyyətçinin razılığını 2 formada tələb edir.
14. İpoteka müqaviləsi ancaq Cavabdeh2ə 3 il əvvəl iddiaçı tərəfindən verilən etibarn amə əsasında aparılmışdır. Halbuki, qanunvericilik birmənalı şəkildə nikahda olan şəxslərin hər ikisinin notarail qaydada təsdiq olunmuş razılığını tələb edir. Həmçinin, Cavabdeh2 etibarnamədən öz xeyrinə istifadə edərək qanunsuz şəkildə qeyri-yaşayış sahəsini yüklü etmişdir. Şəxs ona verilmiş etibarnamə ilə öz xeyrinə, özünün birbaşa iştirakçısı olduğu əqdi bağlaya bilməz. Bu hal məlum olduqdan sonra dərhal ümumiyyətlə həmin xx.xx.2021-ci il tarixli nömrəli etibarnamə ləğv olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir kəlmə belə hansı səbəbə görə iddia tələbini təmin olunmamasına dair fikir bildirməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırı lmalıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Bütün bunlar qeyri-yaşayış sahəsinə dair ipoteka müqaviləsinin bağlanmasına yönələn iradə ifadəsinin olmamasına dəlalət edir ki, bu hal həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmişdir. Qətnamə qəbul olunarkən hansı səbəbə və hallara əsasən iddia tələbinin təmin olunmamasına dair fikir bildirməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsində araşdırılma aparılmış, tərəflər məhkəmə iclaslarına dəvət olunsalar da, məhkəmə iclaslarında iştirak etməmişlər. Qeyd olunmalıdır ki, iddiaçı və Cavabdeh2 hal-hazırda nikah münasibətlərindədirlər. Cavabdeh2 ondan borc pul alanda da bundan iddiaçının məlumatı olmuşdur. Məqsədləri yalnız vaxt uzatmaqdır. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1741/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məhəmməd Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən müqavilənin bağlanmasından məlumatı olmadığını bildirsə də, bunu sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2021-ci il tarixli, 7E-7842 reyestr nömrəli etibarnaməni ləğv etdiyini bildirsə də, buna dair sübut iş materiallarında müəyyən edilməmişdir.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bundan əlavə, tərəflərin mübahisə edilən dövrdə və hazırkı vaxta qədər nikah münasibətlərində olması halı əsas götürülməklə, iddiaçının sözügedən ipoteka müqaviləsinin bağlanmasından və kreditin təyinatının ailə ehtiyaclarından kənar xərclənməsindən məlumatlı olmaması barədə müzakirəyə sübutlar təqdim edilməmişdir. Qanunda ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərə ncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunduğu deyilir ki, bu razılığın verilməsi də verilmiş etibarnamədə ifadə olunmuşdur. İddiaçının tələbinin əsası notariusun vəzifələrinin həyata keçirilməsi ilə bağlı olsa da, notariusun cavabdehliyinin nədən ibarət olması, hansı vəzifələrini düzgün yerinə yetilməməsi anlaşılan deyil.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1, 2, 3-cü, 24-cü maddəsinin 3-cü, 29-cu maddəsinin 1, 3, 4-cü hissələrinə, 80-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Mə cəllənin 362.1, 560.1, 560.2, 560.3.1, 560.3.2, 560.3.4-cü, Ailə Məcəlləsinin 32.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı və Mülki Prosessuаl Məcəllənin 77.1, 81, 82.1, 106.1, 106.2, 217.4, 218.3, 385-390-cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
20. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə kollegiyası birgə nikah dövründə əldə etdikləri əmlakın onun məlumatı və razılığı olmadan satılmasına ümumiyyətlə qiy mət verməmiş və maddi hüquq normalarının tələblərini pozmuşdur. O, evdə olan sənədlərin arasında ipoteka müqaviləsini tapmış və məlum olmuşdur ki, cavabdeh razılığını almadan birgə mülkiyyəti olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəsbəsi 78K, 4-cü massiv ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m. olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0.0320 ha tərpaq sahəsi ilə bağlı digər Cavabdeh3 ilə xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsini bağlamışdır. Məlumatı olmadan, yəni razılığı alınmadan mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı ipoteka müqaviləsi bağlanmış və bununla da onun mülkiyyət hüquqları pozulmuşdur.
22. İddiaçı prosessual hüquq normalarının pozulmasını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, şikayə t olunan məhkəmə qətnaməsi yalnız cavabdehin formal mülahizələri ilə əsaslandırılmış, lakin işdə olan mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarışlar sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası qanunla və dövlət tərəfindən qorunan və təminat verilən mülkiyyət hüquqlarını bərpa etmək yerinə cavabdehin maraqlarını təmin etməkdən ötrü mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etməsindən çəkinməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliy in prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
26. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da ai ddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərə kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən ş əxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
33. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
34. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
35. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq n ikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
36. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
37. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “İpoteka haqqında” Az ərbaycan Respublikasının Qanunu.
38. Maddə 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.
39. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
40. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında tə sdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxl anılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıl mış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də həmin dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenu munun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
59. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
60. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Bu səbəbdən, kassasiya şikayəti tə min olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1741/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.