Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2048/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı vəkili, Cavabdeh iştirakları ilə, İddiaçı və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə (İ.N.Abbasova, iş 2(002)-2095/17) İddiaçı Cavabdehə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməmə si qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş 2(103)-11887/2018) Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-5053/2018 saylı, 03 avqust 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə icla sının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 aprel 2016-cı il tarixli qətnaməsi ilə onun həyat yoldaşının köçürülməsi qət edilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 81 saylı evin 98 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya insta nsiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-585/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı ona və arvadı İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 81 saylı evin 98 saylı mənzilində yaşamaq hüququnun verilməsinə və ya bir otaqlı mənzilin alınıb verilməsinə və ya mənzilin dəyərinin ¼ hissəsi olaraq 30.000 manat kompensasiyas ının verilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədə İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 81 saylı evin 98 saylı mənzilinə dair istifadə hüququnun olmaması müəyyən edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(103)-6135/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-585/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-585/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-585/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X1 Cav abdeh qarşı ona və arvadı İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 81 saylı evin 98 saylı mənzilində yaşamaq hüququnun verilməsinə dair iddia tələbləri üzrə mülki işin icraatına xitam verilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(103)-3506/2018 saylı qərardadının surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-585/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müva fiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsində n istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus ola n əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Apellyasiya instansiyası məhkəməsi hesab etmi şdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81 saylı evin 98 saylı mənzilinə köçürülməsini tələb etsə də, mənzilin mülkiyyətçisi Cavabdeh ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlamadığından və onun həmin mənzilə dair istifadə hüququ yaranmadığından onun iddia tələbi əsassızdır və təmin edilməməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 31 oktyabr 2018-ci il tarixli, 2(103)-11887/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2048/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2048/2019
10.04.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver