Məhkəmə qərarları › İş №2(102)-2048/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2048/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2048/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanı üçün artıq ödənilmiş 3.128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2.922,48 manat, sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat, ümumilikdə 7.150,48 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,5 manat dövlət rüsumunun cavabdeh "ASP” MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və "göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətləri n haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 22 fevral 2023cü il tarixli, e-2(004)-47/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) 31 mart 2023-cü il tarixli, 2(103)2868/23 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək apellyasiya şikayəti geri qaytarıl ması üçün mülki işlə birlikdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə istinadən hesab etmişdir ki, apellyasiya şikayəti müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyindən qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2868/2023 saylı qərardadını tamamilə ləğv edərək, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Elektron məhkəmə” informasiya sisteminin apellyasiya şikayətinin verilməsi üçün təqdim etdiyi xüsusi formanın bəndləri apellyasiya şikayəti verən şəxs tərəfindən qanunvericilik aktlarına istinad olunmaqla təlimata uyğun olaraq bütün bəndlər doldurulmuşdur. Apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsi tərəfindən hallar müəyyən edilməmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilməklə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmişdir. Qərardadda apellyasiya şikayətinin geri qaytarılması səbəbləri tam izah olunmadığına görə qeyri- müəyyənlik yaranmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılması zamanı prosessual normaların kobud pozulmasına yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

10. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən əri zə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

16. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 364.1 Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikd ə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə tərkibi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir.

22. Azərbaycan Respublikası MPM-in 361.1-ci maddəsinə əsasən apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilir.

23. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır

24. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar