Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2049/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)9402/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hall arı İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh3, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 qarşı iddia qaldıraraq, onlardan yalnız Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 62 saylı mənzilində yaşayan Cavabdeh3 2.000 manat kompensasiya ödənilməklə, onların və övladları X, X və Xmənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh3 məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, onun və yetkinlik yaşına çatmayan övladı X Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 61 saylı mənzilindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, onun və yetkinlik yaşına çatmayan övladları X və X Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 61 saylı mənzilindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 08 iyul 2021-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.M.Abbasova) ilk iddia təmin, qarşılıqlı iddia tələbləri rədd edilərək, iddiaçı tərəfindən Cavabdeh3 2.000 manat kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsi; kompensasiyanın ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi; cavabehlər Cavabdeh1, Cavabdeh2 və onları n övladları X, X və X həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 19 sentyabr 2010cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov kəçəsi 13 saylı evin 61 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdehlər və onların övladları sözügedən mənzildə qeydiyyatdadırlar. 02 fevral 2011-ci il tarixli müqaviləyə və həmin tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin payçısı Cavabdeh3dır və onun tərəfindən "xxxx" MMC 20.000 manat pul ödənilib. ünvan 1 ünvanda yerləşən mənzilin sahibi isə Cavabdeh1dır və kommunal ödənişlərə dair onunla mü vafiq müqavilələr bağlanıb. Hazırki halda tərəflərin iki otaqlı mübahisəli mənzildə birgə yaşamaları mümkün deyil. İddiaçı tərəfindən Cavabdeh3 təklif edilən 2.000 manat kompensasiya məbləği əsaslı və ədalətli olmaqla işin hallarına uyğundur. Cavabdeh3 təklif edən həmin kompensasiya məbləği əlavə olaraq onun maddi rifah halının yaxşılaşdırılmasına yönəlib. Bu səbəbdən ilk iddia təmin edilməlidir. Bundan başqa, Cavabdeh1 uzun müddətdir ki, mənzildə yaşamır və o, ailə qurduqdan sonra mənzildən köçüb gedib və onun mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə bağlı deyil. Odur ki, Cavabdeh1 mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh2 isə ilk iddianı etiraf etdiyindən, habelə cavabdehlərin yetkinlik yaşına çatmayan övladlarının yaşayış yeri onların yaşayış yeri sayıld ığından qarşılıqlı iddia tələbləri rədd edilməli, ilk iddia Cavabdeh2 və cavabdehlərin övladlarına münasibət də təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 228.1, 228.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh3 apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın ona münasibətdə rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh3 və onun övladı X aid hissədə ləğv edilib, ilk iddia 2.000 manat kompensasiya verilməklə Cavabdeh3 övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə aid hissədə rədd edilməsi, habelə Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilərək, onun və övladı X sözügedən mənzildən istifadə hüquqlarının tanınması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna malikdir. Onun bu hüququ mənzil hələ atasının icarəsində, daha sonra mülkiyyətində olan zaman əvvəlki Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən əmələ gəlib. Cavabdeh3 doğulduğu vaxtdan (1973-cü ildən) bu günədək həmin mənzildə yaşayır və daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməyib. Cavabdeh3 qarşı “istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə” iddiaçının tələb irəli sürməsi faktı da onu təsdiq edir ki, iddiaçı da onun mənzildən istifadə hüququnun olduğunu qəbul edir. Həmçinin, Cavabdeh3 övladı X də mənzildən istifadə hüququ vardır. Belə ki, qanuna görə uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Hazırda iddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh3 2.000 manat kompensasiya təklif edir. Lakin, Cavabdeh3 bununla razılaşmır və qeyd edir ki, 2.000 kompensasiya həddindən artıq azdır və ona ən azından 25.000 manat k ompensasiya verilməlidir. İddiaçı isə bildirir ki, artıq kompensasiya təklif etməyə maddi imkanı yoxdur və Cavabdeh3 özünün Xırdalan şəhərində yerləşən, yeni tikilmiş çoxmənzilli binada ayrıca mənzili vardır. İddiaçı bunu təsdiq etmək üçün məhkəməyə müqavilənin surətini təqdim edib. Lakin, Hüsniyyə Qasçımova bunu təkzib edir, bildirib ki, onun sahibliyində belə bir mənzil yoxdur, həmin mənzilin müqaviləsi başqa şəxsin, yəni Anar Qasımovun adınadır. Onu aldadıblar, eyni mənzilə dair iki şəxsin adına müqavilə bağlanıb, bununla bağlı cinayət işi başlanıb. Cavabdeh3 istinad etdiyi müqaviləni apellyasiya icraatı zamanı məhkəməyə təqdim edib. Göründüyü kimi Cavabdeh3 mülkiyyətində, icarəsində və ya istifadəsində başqa mənzil yoxdur və o, ayrıca mənzil almağa imkan verən qazanca və ya gəlirə mali k deyil. Qanuna görə ilk iddia o, halda təmin oluna bilər ki, iddiaçının təklif etdiyi kompensasiya Cavabdeh3 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Hazırda mənzilin satış qiyməti 70.000 manat, oxşar şəraitli mənzilin aylıq kirayə haqqı isə 300-350 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat zamanı təklif edilən 2.000 manat (yəni ayda 300 manat kirayə haqqı ödəməklə oxşar şəraitli mənzildə yaşamaq üçün 6 aylıq kirayə haqqı) kompensasiya yetərli deyil. Cavabdeh3 ödənilməli olan kompensasiya ən az 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməlidir. Belə ki, ağlabatan mühakimə əsasında 5 il kifayətdir ki, Cavabdeh3 yaşayış sahəsinə olan ehtiyacını müstəqil surətdə ödəm ək üçün zəruri olan tədbirləri həyata keçirsin. 5 il (60 ay) üçün kirayə haqqının məbləği 18.000 manat təşkil edir (60 ay x 300 manat = 18.000 manat), ona görə də Cavabdeh3 istifadə hüququna xitam verilməsi üçün ona 18.000 manat kompensasiya ödənilməlidir. Lakin, iddiaçı bu məbləğdə kompensasiya ödəmək istəmir. Belə ki, o, birinci instansi məhkəməsində 2.000 manat kompensasiya təklif edib, apellyasiya instansiyası məhkəməsində isə bildirib ki, bundan artıq kompensasiya təklif etməyə imkanı yoxdur. Qanuna görə məhkəmə, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Odur ki, ilk iddia rədd olunsa da hazırkı qətnamə ilə kompensasiyanın məbləğinin 18.000 manat müəyyən edilməsi qanu na uyğundur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının təklif etdiyi 2.000 manatın az olduğunun müəyyən edilməsi üçün kompensasiyanın məbləği təyin olunmalıdır, çünki “az” nisbi anlayışdır və kompensasiyanın məbləğinə nisbətdə azdır. Kompensasiyanın məbləği isə 18.000 manatdır. Ona görə də ilk iddia Cavabdeh3 və övladı X münasibətdə rədd edilməli, Cavabdeh3 qarşılıqlı iddiası təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsində n istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 16 sentyabr 2010-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi 13 saylı evin 2 otaqlı, ümumi sahəsi 49,54 kv.metr olan 61-saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı 2.000 manat kompensasiya ödənilməklə Cavabdeh3 və övladı X sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməsini iddia edir və tələbini belə əsaslandırıb ki, 02 fevral 2011-ci il tarixli müqaviləyə və həmin tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzili Cavabdeh3 məxsusdur və 2.000 ma nat kompensasiyanı əlavə olaraq onun maddi rifah halını yaxşılaşdırmaq üçün təklif edir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında yaranmış hazırki mübahisənin düzgün, obyektiv həlli üçün ilk növbədə kompensasiya institutuna aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Əvvəla, kompensasiya latın sözü olub “compensatio”, “compensare” sözlərindən ibarətdir- tarazlaşdırmaq, bərpa etmək, haqqını ödəmək və sair mənalarda işlədilir və mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair; mənəvi zərərin ödənilməsi; habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Bu mənada Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tər kib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Digər tərəfdən, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur və mahiyyət etibarilə servitutdur. Mülki qanunvericiliyə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imka nlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Həmin maddənin mənasına görə servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından qanuna əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən də mümkündür. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 izahatına və onun apellyasiya icraatı mərhələsində təqdim etdiyi 11 avqust 2009-cu il tarixli müqavilənin, habelə istintaq orq anının 21 oktyabr 2013-cü il tarixli qərarının kserosurətlərinə istinad edib, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin Cavabdeh3 sahibliyində olmadığını, həmin mənzilin sözügedən müqaviləyə əsasən Anar Qasımova məxsus olduğunu və eyni mənzilə dair iki şəxsin adına müqavilə bağlanması barədə cinayət işinin başlandığı qənaətinə gəlsə də, gəldiyi nəticəni mötəbər yazılı sübutlarla əsaslandırmayıb və ümumiyyətlə iddiaçının ilk iddia ərizəsində, apellyasiya şikayətində göstərdiyi bu faktlar barədə kifayət qədər araşdırma aparmayıb, həmçinin qətnamədə istinad etdiy həmin səndlərin kserosurət olmaqla Mülki Prosessual Məcəllənin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab verməməsini nəzərə almayıb. Halbuki, q eyd olunan maddələrin mənasına görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun və yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 mübahisəli yaşayış yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmadığı barədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı lazımi qaydada araşdırma aparmayıb, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin hüquqi vəziyyətinə aydınlıq gətirməyib və həmin mənzilin qanuni sahibini müəyyən etmədən, yalnız C avabdeh3 izahatına və onun məhkəməyə təqdim etdiyi sənədlərin kserosurətlərinə istinad edərək onun istifadəsində başqa mənzilin olmaması qənatinə gəlib. Digər tərəfdən, mübahisəli mənzil iki otaqdan ibarət olmaqla, Binəqədi rayonunda yerləşir və qiymətəndiricinin rəyinə görə həmin mənzilin dəyəri təxminən 70.000 manat, həmin ərazidə mənzillərin orta icarə haqqı isə 300-350 manat civarındadır. Kassasiya instansiyası məhkəməsində baxılmış bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10.000-12.000 manat civarında olub, habelə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaş ayış sahəsindən müəyyən müddətə istifadə hüququ isə bir qayda olaraq məhkəmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb. “Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müd dəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun öd ənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. “R.Ağalarovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında isə göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndiril məsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzilin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şərai ti yaradılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ödənilməli olan kompensasiyanın ən azı 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməsi, 5 il (60 ay) üçün kirayə haqqının məbləğinin 18.000 manat təşkil etməsi və bu səbəbdən də onun istifadə hüququna xitam verilməsi üçün 18.000 manat kompensasiya ödənilməli olması qənatinə gələrkən, kompensasiyanın məbləğini, müddəti hansı meyyarlara əsasən müəyyən etməsini qətnamədə göstərməyib və ödənilən kompensasiya məbləğinin əslində ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməli olmasını nəzərə almayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədə n, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-n in 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-9402/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2049/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2049/2022
17.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver