Məhkəmə qərarları › İş №2(102)-205/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-205/2022

17.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-205/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış hüququnun tanınması və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh, 3-cü şəxs X1 nümayəndəsi və vəkili X16 oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2792/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş materiallarında olan Goranboy rayonu, Tapqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş V-JQ seriyalı 495843 №-li Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı 12 iyul 1993-cü il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 № ilə qeyd edilmişdir, nikah bağlandıqdan sonra ərə “Rüstəmov”, arvada “Əhmədova” soyadları verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariusda təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı ilə cavabdehin 25.09.1996-cı il tarixdə X9, 01.09.1998-ci il tarixdə X6, 21.12.2000-ci il tarixdə X7 və 14.06.2008-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «yaşayış hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşağı X3 Cavabdeh yaşadığı Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən gəlin köçdüyü evə köçürülməsi və yaşamaq hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahlarını 12 iyul 1993cü il tarixdə Goranboy rayonu, Tapqaraqoyunlu kənd icra nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə nikahdan 25.09.1996-cı il təvəllüdlü X9, 01.09.1998-ci il təvəllüdlü X6, 21.12.2000-ci il təvəllüdlü X7 və 14.06.2008-ci il təvəllüdlü X8 adlı dörd uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra o, gəlin kimi cavabdehin valideynlərinin Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən evinə köçmüşdür. Xasiyyətləri uyğun gəlmədiyi üçün 29 oktyabr 2019-cu il tarixədən həmin evdən çıxıb getmişdir. Goranboy rayon Məhkəməsinin icraatında Cavabdeh qarşı "Nikahın pozulması, uşaqların himayəsində qalması və aliment” tələbinə dair iddia qaldırmışdır. Onun yaşamaq üçün başqa yeri və kirayədə yaşamağa da maddi imkanı yoxdur. Hal-hazırda Goranboy rayonu Tapqaraqoyunlu kəndində dayısına məxsus evdə yaşayır. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 mart 2021-ci il tarixli 2(045)-402/2021 nömrəli qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) iddia tələbi təmin edilərək, İddiaçı azyaşlı qızı 14.06.2008-ci il təvəllüdlü X8 ilə birlikdə Goranboy rayonunun Tapqaraqoy unlu kəndində yerləşən, hazırda Cavabdeh istifadəsində olan evə köçürülməklə orada yaşamaq hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh tələblə razılaşmışdır. Yəni cavabdeh faktiki olaraq iddianı etiraf etmişdir ki, bu da iddianın təmin edilməsi üçün qanuni əsasdır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi digər şəxslərin hüquq və mənafelərinə toxunmadığına, eləcə də qanuna zidd olmadığına görə cavabdehin özü iddiam etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 220.4-cü maddələri ilə əsa slandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddiaçı və azyaşlı qızının anası X4 məxsus olan eyni həyətdə yerləşən 52 kv.m tikiliyə köçürülmələri barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat X5 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Afiq Hüseynzadə) 2(104)-2792/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Goranboy Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(045)-402/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, İddiaçı Zülfıqar qızının 14.06.2008-ci il təvəllüdlü qızı X8 ilə birlikdə gəlin köçdüyü Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən, hazırda X1 mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməklə həmin evdə yaşamaq hüququnun tanınması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli ünvandakı evə digər ailə üzvlərinin, o cümlədən hazırda həmin evin mülkiyyətçisi olan X1 razılığı ilə 1993-cü ildə köçdüyünə görə həmin evdə yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Odur ki, o, azyaşlı qızı ilə birlikdə həmin evə köçürülməlidir. Cavabdeh verdiyi apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi, İddiaçı Zülfıqar qızının azyaşlı qızı X3 anası X2 məxsus olan eyni həyətdə yerləşən 52 kv tikiliyə köçürülm ələrinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən göründüyü kimi mübahisəli ünvandakı fərdi yaşayış evi X2 yox, X4 məxsusdur və həmin ev X4 məxsus olduğuna görə Cavabdeh iddiaçını cavabdeh X1 mülkiyyətində olan evin hansısa tikilisinə köçürülməsini tələb etmək səlahiyyəti yoxdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 3-cü şəxs X5 (vəkili X16 oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, daşınmaz əmlakların mülkiyyətçi kimi birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsində baxılan işlər barədə tamamilə məlumatsız olmuş, məhkəmə instansiyaları ona hər hansı bir sənəd və ya məhkəmə bildirişi göndərməmiş, məlumat verməmiş, onun iştirakı, xəbəri olmadan, mülkiyyətində olan əmlaklar barədə, hüquqlarına, vəzifələrinə və mənafeyinə toxunan məhkəmə aktı qəbul etmişlər. Apelyasiya instansiya məhkəməsi 08 iyun 2021-ci il tarixdə apelyasiya mümkünlüyü barədə Qərardad qəbul etmiş, onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini qərara almış, lakin ona məhkəmə bildirişi göndərib onu məlumatlandırmamışdır. Bunun müqabilində, 30.06.2021-ci il tarixli, 2(104)-2792/2021 saylı qətnamədə məhkəmə kollegiyası «məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər dən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişdir, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir » kimi öz nəticəsini yazmışdır. Məhkəmə qətnamədə məhkəmə iclasına 3-cü şəxsin gəlmədiyini qeyd edərək və onun iştirakı olmadan işə baxmış, birtərəfli qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hesab edir ki, məhkəmə kollegiyası qəsdən onun məhkəmə iclasında iştirakını, çəkişmə və hüquq bərabərliyini təmin etmədən, izahatını, fikrini, əsaslarını dinləmədən və iş üzrə əhəmiyyət kəsb edən başqa sübutlarını, faktlarını araşdırmadığından maddi və prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi hazırkı işə mahiyyəti üzrə baxarkən AR MPM-nin 2.1, 4.1, 8.1, 9.1 - 9.3, 54, 88, 106.1, 217.1 və 217.3-cü maddələrinin və Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1 152.5-ci maddələrinin, tələblərinə əməl etmədiyindən iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Göstərilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, əsl olmayan cavabdehin əvəz edilməsi məsələsinə diqqət yetirməmiş, buna uyğun prosessual hərəkətlər etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul ed ilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, 3-cü şəxs X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, imkanı olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X1 nümayəndəsi və vəkili X16 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmi n edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddiaçı tərəfindən tam mübahisələnd irildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 53.3. İcarədarın ailə üzvləri icarədarm arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarm ailə üzvü hesab edilə bilərlər. Maddə 54.1. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Maddə 54.3. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burad a yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin ilkin olaraq 3-cü şəxsin işə cəlb edildikdən sonra məhkəmə iclasının vaxtı və yer i barədə məlumatlandırılmaması, bununla da onun prosessual hüquqlarının pozulması ilə bağlı dəlilli üzrə qeyd edir ki, birinci instansiya məhkəməsində isə işə baxılarkən məhkəmə iclasında iştirak etmiş cavabdeh mübahisənin hazırda kassator olan anasının maraqlarına toxunması, köçürülməsi tələb edilən fərdi yaşayış evinin anasının mülkiyyətində olması barədə hər hansı məlumat verməmiş, əksinə iddia tələbini qəbul etmişdir. Bu səbəbdən də kassatorun birinci instansiya məhkəməsində məhkəmə iclaslarına dəvət edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Kassator 3-cü şəxs qismində işə apelyasiya baxışı zamanı 08.06.2021-ci ildə cəlb edilmiş, həmin tarixdə də (səh 65 və 66) ona, həmçinin iddiaçı və cavabdehə məhkəmə bildirişi ünvanlan mışdır. Bununla da apelyasiya kollegiyası prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tələbləri məlumatlandırmışdır. Həmçinin qeyd etmək lazımdır ki, 30.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı və cavabdeh iştirak etmiş, lakin 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. İş materiallarında məhkəmə bildirişinin həm cavabdeh, həm də 3-cü şəxsə çatdırılması barədə xəbərnamə mövcuddur, onların hər ikisinin ünvanı eynidir. Cavabdehin 3-cü şəxsin övladı olması, hər ikisinin eyni ünvanda yaşaması nəzərə alındıqda, 3-cü şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmaması mümkün deyildir. Odur ki, 3-cü şəxsin bu dəlili əsaslı hesab edilə və qətnamənin ləğvinə əsas ola bilməz. 3-cü şəxsin mülkiyyət hüququnun pozulması ilə bağlı dəlilinə gəldikdə isə qeyd etmək lazı mdır ki, iddiaçı ilə 3-cü şəxs arasında fərdi yaşayış evi ilə bağlı hüquq münasibəti 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tətbiq edildiyi zaman yarandığı üçün apelyasiya kollegiyası həmin Məcəllədə mövcud olan maddi hüquq normalarının tələblərinə uyğun mübahisəni həll etməkdə haqlı olmuş və həmin normalara əsasən iddiaçının 3-cü şəxsin ailə üzvü hesab olmasını, onun fərdi yaşayış evinə hüququnun yaranmasını düzgün müəyyən etmişdir. Odur ki, 3-cü şəxsin bu dəlili də apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs X5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2792/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar