Məhkəmə qərarları › İş №2(102)-205/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-205/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-205/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı X4 Cavabdeh və İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliklərin icrası tələbi, nümayəndəliyin yolverilməzliyi, sübutların təqdim edilməsi, yazılı sübutların əsli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5504/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən X10 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 05 fevral 2024-c ü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Birinci iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı öhdəliklərin icra edilməsi və mənzilin sahibliyinə verilməsi barədə iddia ərizəsi ilə (bundan sonra – iddia ərizəsi və ya ilkin iddia ərizəsi) məhkəməyə müraciət etmişdir. Sonradan onun nümayəndəsi (vəkili) qismində Vəkil1 iddia ərizəsinə əlavə verərək, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, qanunsuz hərəkətlərə son qoyulması, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) ona verilməsi öhdəliyinin MMC-yə həvalə edilməsi və ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metr olan 2 otaqlı mənzilin onun sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 yanvar 2009-cu il tarixdə X1 şəxsində Cavabdeh MMC ilə 28/A saylı müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq o, Cavabdeh MMC-yə məxsus yeni inşa edilməkdə olan ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 13-cü mərtəbəsindən ümumi sahəsi 101,5 kv metr olan 2 otaqlı mənzili 81.200 (səksən bir min iki yüz) ABŞ dollarına almışdır. Həmin müqavilə nin 2.1.2. və 2.1.3-cü bəndlərinə və xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmiş və onun heç bir borcu qalmamışdır. Elə həmin müqavilənin 3.2-ci bəndinə əsasən, bina 24 ay ərzində təhvil verilməli idi. Faktiki olaraq almış olduğu mənzil ona müqavilə ilə təqdim edilmiş və bildirilmişdir ki, tikinti işləri tamamlandıqdan sonra mənzilə qapı qoyulacaq və təmir işlərinin aparılmasına icazə veriləcəkdir. Amma mənzilinə qapı qoydurmaq istədikdə məlum olmuşdur ki, mənzilə artıq başqa bir şəxs tərəfindən qapı qoyulmuşdur. Məsələnin araşdırılması ilə bağlı komendanta və MMC-nin hazırki rəhbərliyinə müraciət etsə də, ona bildirilmişdir ki, ola bilər ki, mənzil üçüncü şəxsə də satılmışdır. O, bu cavabdan özünü itirdi. Necə ola bilər ki, 11 ildir al dığı mənzil onun xəbəri olmadan başqa bir şəxsə satılmışdır. Sonradan ona məlum olmuşdur ki, bu MMC-nin fəaliyyətində bir sıra belə halların olması ilə bağlı aidiyyətı qurumlarda araşdırmalar aparılır. Göründüyü kimi Cavabdeh MMC-nin rəhbərliyi onun mənzilini başqa şəxsə satmaqla cinayət əməli törətmişdir. Dəfələrlə MMC-nin rəhbərliyi ilə danışıqlar və görüşlər aparsa da, bu heç bir nəticə verməmişdir və o, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən o, mənzilin dəyərini tam olaraq ödəmişdir. Satıcı isə müqavilənin 3.2-ci bəndinə əsasən tamamlama işləri yekunlaşdırdıqdan sonra 24 ay ərzində mənzili təhvil verməli olduğu halda öz öhdəliklərinin icrasından yayınmaqdadır.

3. İddiaçı sübut qismində məhkəməyə müqavilənin və maliyyə arayışının no tariat qaydada təsdiq olunmuş surətlərini təqdim etmişdir.

4. İkinci iş üzrə X10 Cavabdeh MMC-yə və İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə (bundan sonra – qarşılıqlı iddia) məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı 51 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin ona təqdim edilməsi, yaradılmış maneələrin qadağa edilməsi, İddiaçı ilə "xxxx" Kompani MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X10 ilə Cavabdeh MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, MMC ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı 51 saylı mənzili ona təhvil verməli idi. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən, MMC müqavilədə göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq, qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə ona təqdim etməli idi. Bunun müqabilində onun tərəfindən MMC-yə 64000 (altmış dörd min) manat təqdim edilməli idi. Müqavilənin 3.2-ci bəndində də MMC tərəfindən bütün işlər tamamlanaraq, Alıcıya təhvil verilməsi göstərilmişdir. Sonradan tərəflər arasında 15 ap rel 2016-cı il tarixdə 196 saylı Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin də 1.1-ci maddəsinə əsasən, MMC tərəfindən artıq “sakin” kimi qeyd edilmiş ona 08 yanvar 2014-cü il tarixli 345 saylı alqı- satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101,5 kv metr olan 51 saylı mənzili tikinti normalarına uyğun olaraq təhvil verməli idi. Bu müqavilə üzrə artıq sakin kimi qəbul edilmiş onunla mənzildən istismar qaydalarına riayət edilməsi ilə bağlı qarşılıqlı öhdəliklər təsdiq edilmişdir. Onun tərəfindən mənzilə görə tam ödəniş həyata keçirilmişdir. Bunu təsdiq edən 08 yanvar 2014-cü il tarixli maliyyə arayışı mövcuddur. Maliyyə arayışında göstərilmişdir ki, mənzilin tam pay haqqı ödənilmiş və müqavilə üzrə hər hansı borc yoxdur. Əl avə olaraq 15 yanvar 2016-cı il tarixli 196 saylı kassa mədaxil orderinin qəbzinə əsasən onun tərəfindən sayğaclara görə 1200 manat ödəniş həyata keçirilmişdir. Bildirmişdir ki, bina tam təhvil verilmiş və artıq sakinlər həmin binada yaşayırlar. Hal-hazırda bağlanmış müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirsə də, MMC tərəfindən mülkiyyətinə təqdim edilməli olan əmlakdan tam sahiblik və istifadə etməsinə maneələr yaradılır və faktiki olaraq, mənzil bu günədək ona təhvil verilməmişdir. Əlavə olaraq, həmin bina tam təhvil verildiyindən, əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər də MMC tərəfindən bu günədək ona təqdim edilməmişdir. Əlavə olaraq, mənzilin onun istifadəsində olmasına baxmayaraq, sonradan məlum olmuşdur ki, (məhkəmə prosesi zamanı), "xxxx" Kompani MMC ilə İddiaçı arasın da müqavilə imzalanmışdır. Həmin müqavilə sonradan imzalanmış və etibarsız hesab edilməlidir, çünki elə müqavilə imzalandığı gündən həmin mənzilə sahiblik edərək, istifadə edirlər. Bütün kommunal xərcləri və kommunal sayğacların hamısını onlar əldə etmiş və bu günə kimi də həmin mənzilə də yalnız onlar daxil olmuşlar.

6. Qarşılıqlı iddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə müqavilə və maliyyə arayışının kserosurətlərini və həmin sənədlərin əslinin istintaq orqanı tərəfindən götürülməsi barədə aktları təqdim etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

8. İddiaçı nümayəndəsi və vəkili qismində məhkəmə iclaslarında iştirak etmiş Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, izahatında göst ərmişdir ki, mübahisəli mənzilin alınması ilə bağlı danışıqları İddiaçı əri X13 "xxxx" Kompani MMC-nin direktoru X9 ilə aparmışdır və 28 yanvar 2009-cu il tarixdə Cavabdeh MMC ilə iki mənzillə bağlı 28/B və 28/A saylı müqavilələr bağlamışdır. 28/B saylı müqavilə əsasında 126080 ABŞ dolları ödənilmiş, 28/A saylı müqavilə əsasında 81200 ABŞ dolları ödəniş edilmişdir. Mənzilin biri ilə bağlı müqavilə öz adına, digərini Viktoriyanın adına tərtib edilmişdir. İddiaçı əri Tağıyev Fuad Azərbaycanın Almaniyadakı diasporanın sədr müavinidir, qardaşı Rövşən Tağıyev isə Ukraynada. Həmin vaxt Viktoriya Bakıda olmasa da, may ayında Bakıya gəldikdən sonra Viktoriya həmin müqaviləni imzalamışdır. Sonradan mənzillər təhvil verilmədiyinə görə X13 müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia əri zəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, həmin vaxt Cavabdeh MMC-nin direktoru işləyən X9 özü (hansı ki həmin şəxs artıq rəhmətə gedib) məhkəmə iclasına gələrək qəbzi imza etmiş və məhkəmə iclas zalında bildirmişdir ki, “narahat olmayın, evlər sizindir”.X6 mənzili təhvil verilmişdir, və həmin mənzilin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədləri onlara Cavabdeh MMC-nin direktoru X2 şəxsən vermişdir və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarış verilmişdir. Viktoriyanın mənzili ilə bağlı müqaviləsinin əsli Almaniyada qaldığı üçün onlar A.Hüseynova müqavilənin surətini təqdim etmişlər. A.Hüseynov onlardan əlavə ödəniş tələb etmiş, onlar imtina etmişlər. A.Hüseynov müqavilənin əslinin mövcud olmadığını düşünərək, həmin mənzili Elxan Peysaxova satmışdır. Belə ki, Cəfərov Məzahir vəfat etdikdən sonra Adilağa Hüseynov şirkətə rəhbərlik etməyə başlamış və mənzilləri başqa şəxslərə satmağa başlamışdır. 6-7 ildir Korrupsiya idarəsində istintaq gedir və tək orda Viktoriya zərərçəkən şəxs kimi tanınmamışdır. Orada təxminən 60-70 nəfər zərərçəkmiş var. O cümlədən Elxan Peysaxov 2018-ci ildə artıq zərərçəkən şəxs kimi tanınmış, bildiyinə görə Elxana 20000 manat təklif olunmuşdur. O, vaxtilə Elxanın da vəkili olmuşdur və ona demişdir ki, “sən bu məbləği qəbul etmə Korrupsiya İdarəsində iş yekunlaşandan sonra vurulmuş zərərlə bağlı müraciət edə bilərsən”. Onlar həmin ərəfədə Elxan müəllim üçün 4 dənə ev almışlar. Eyni zamanda nümayəndə Vəkil1 qarşılıqlı iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq edərək, iddia müddətinin keçməsi səbəbindən qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə etməklə yanaşı, izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində və nümayəndəsinin iddia ərizəsinə əlavəsində vurğulayırlar ki, İddiaçı məhz 28 yanvar 2009cü il tarixdə "xxxx" MMC ilə 28/A saylı müqaviləni bağlamışdır. Təqdim edilmiş müqavilənin başlığında qeyd olunur ki, müqavilə Bakı şəhərində bağlanmışdır. Halbuki, Dövlət Sərhəd Xidmətinin məktubuna əsasən İddiaçı 20 avqust 2008-ci ildə ölkədən çıxıb yalnız 10 may 2009-cu ildə ölkəyə giriş etmişdir. Yəni mübahisəli müqaviləni İddiaçı hər halda 28 yanvar 2009-cu il tarixdə Bakı şəhərində bağl aya bilməzdi, çünki həmin zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Bu da öz növbəsində İddiaçı müqaviləsinin etibarsız olmasına dəlalət edir. Üstəlik də, İddiaçı ilə bağlanmış müqavilənin nömrəsi məhz 28/A olması də bəzi şübhələr doğurur. Elxan Peysaxovun müqaviləsi 345 saylıdır, qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə isə 196 saylıdır, hər hansı bir əlavə hərif ilə işarələnməmişdir, İddiaçı ilə olan müqavilənin niyə rəqəmdən sonra hərfə ehtiyac olması bəlli deyil və təbii ki, etibarsızlığına əlavə əsaslar yaradır. Əksinə, Elxan Peysaxovun mənzilin alınmasında hər hansı bir şübhələr nə faktiki cəhətdən, nə də hüquqi cəhətdən şübhələr yaratmır. Belə ki, Cavabdeh MMC ilə Elxan Peysaxov arasında 08 yanvar 2014-cü il tarixli 345 saylı ünvan 3 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metrdən ibarət 2 otaqlı 51 saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır və həmin tarixli mənzilə dair borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda tərəflər arasında 15 aprel 2016-ci il tarixli qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 196 saylı müqaviləyə əsasən sözügedən mənzil Elxan Peysaxova təhvil verilmişdir, o isə öz növbəsində həmin tarixli 196 saylı kassa mədaxil orderinin qəbzinə əsasən mənzilin işıq, qaz, su və siqnalizasiya sayğacları üçün 1200 manat vəsait ödəmişdir. O, hesab edir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən ol unmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Müqavilə üzrə tələb hüququnun y aranıb-yaranmamasını, yəni müqavilənin etibarlı olub-olmamasını müəyyən etmək üçün onunla hüquqi, o cümlədən maraqlar baxımından hər hansı formada kəsişən (toqquşan) müqavilələrin etibarlı olub-olmamasına qiymət verilməlidir. Bununla belə, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlılığı baxımından ən əsas qurucu şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını nəzərə almalıdır və həmin şəxsin müqavilə bağlandığı zaman ölkədə olmaması hər hansı müqavilə bağlanmamasının sübutudur. Həmçinin “Sahil-D Kompani" MMC tərəfindən mənzili Elxan Peysaxova ayrıca müqavilə ilə illər sonra təhvil verməsi və əlavə olaraq sayğaclar üzrə ödəniş qəbul etməsi İddiaçı ilə bağlanmış müqavilənin qəbul etməməsini dəlalət edir.

10. Məhkəmənin iclasında Cav abdeh MMC-nin nümayəndəsi X2 Cavabdeh MMC-yə qarşı irəli sürülmüş hər iki iddia tələbinə münasibətdə bildirmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101,5 kv metr olan 2 otaqlı 51 saylı mənzil X8 məxsusdur. Həmin mənzilin alğı-satqısı barədə X5 345 saylı, 08 yanvar 2014-cü il tarixli müqavilə imzalanmış və həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Sonra onunla qarşılıqlı münasibətləri tənzimləyən 196 saylı, 15 aprel 2016-cı il tarixli müqavilə imzalanmışdır. Mübahisəli mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X9 ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə MMC-də qeydə alınmamış, İddiaçı adı heç bir siyahıda, həmçinin bina sakinlərinin siyahısında yoxdur, mənzil X8 məxsusdur. Nümayəndə eyni zamand a qeyd etmişdir ki, mənzillə bağlı mübahisələrin olmasını nəzərə alaraq mübahisəli mənzil hələ ki, tərəflərin heç birinə təhvil verilməmişdir.

11. Məhkəmə iclasında dindirilən şahid X7 göstərmişdir ki, iddiaçının əri Tağıyev Fuadın qohumu olmaqla yanaşı Fuadın nümayəndəsi kimi onun işlərini aparırdı. İxtisasca hüquqşünasdır, əvvəllər Daxili İşlər Nazirliyində şöbə rəisi işləmişdir. Mənzillərin alınmasında o, da iştirak etmiş, təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında mənzillər alınmışdır. O, Fuad, Fuadın dostu Zaur və bir də qardaşı X12 firması olan SahilD-yə getmişlər. Onlar ikinci mərtəbəyə qalxmışlar. Fuad demişdir ki, oradan 2 mənzil almaq istəyir. O, həmin yerə bəlkə də 50 dəfə evlərin vəziyyətini öyrənmək üçün getmişdir. Fuad özü ilə klokda pul da gətirmişdi, dollar idi səhv etmirsə. Fuad iki mənzil almaq üçün pul gətirmişdi. X23 ödəmişdir. X19-D-nin direktoru idi. İlham o, bildiyinə görə şirkətin təsisçisi idi. X3 gətirdi. Fuad evin birini öz adına aldı, birini də yoldaşının adına aldı, lakin Viktoriya orada yox idi. Dedilər ki, Viktoriya sonradan gəldi imzaladı müqaviləni, yaz ayı idi təxminən. Evləri aldılar, hər şey normal idi. Sonradan onlar 2014-2015-ci illərdə tikinti artıq bitəndən sonra Adilağa Hüseynovun yanına gəlmişlər. 1250 manat ödədikdən sonra Fuadın evinin A.Hüseynov təmirinə icazə verilmiş, Viktoriyanın mənzilinə ona görə icazə vermədilər ki, Viktoriya müqavilənin və maliyyə arayışının əsillərini gətirməmişdir. Onlar müqavilənin surətini təqdim etsələr də, lakin Adil demişdir ki, surət keçmir. Adil surəti görəndən sonra onlara ironiya ilə dem işdir ki, “onda siz çaldınız”. Pulu ödədikdən sonra Fuadın mənzilinə icazə almışlar, qapısını da aparıb o, qoymuşdur. Viktoriyanın mənzili isə qalmışdır.

12. Məhkəmə iclasında dindirilən şahid X15 göstərmişdir ki, İddiaçı əri Fuad Tağıyevin dostu olmaqla yanaşı, mənzillərin alınmasında o, da iştirak etmiş, təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında qış aylarında mənzillər alınmışdır. O, Fuad, Elşad və bir də X17 yanına, Sahil-D firmasına getmişlər. Onlar ikinci mərtəbəyə İlhamın kabinetinə qalxmışlar. Fuad özü ilə klokda pul da gətirmişdi, hardasa 15-20 paçka dollar idi. X14 çağırdı, o, müqavilələri gətirdi, Fuad iki müqavilə bağladı, birini öz adına, birini də yoldaşının adına. Sonradan bir neçə dəfə həmin şirkətə getmişlər, həmin vaxt orda Adil var idi. İkinci müqavilənin Viktori ya tərəfindən hansı tarixdə imzalanmasını xatırlamır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 4/1362-5/1123 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 44-45-ci vərəqələrində olan 08 yanvar 2014-cü il tarixli 345 nömrəli “Müqavilə”nin kserosurətinin 1-ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqinin aşağı sol hissəsində “Satıcı” qrafasında olan imza; mülki işin 46-cı vərəqində olan 08 yanvar 2014-cü il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza ilə mülki işin 47-48-ci vərəqələrində olan 28 yanvar 2009-cu il tarixli 28/A nömrəli “Müqavilə”nin kserosurətinin 2-ci vərəqinin aşağı sol hissəsində “7. Tərəflərin imzaları. Direktor: Cəfərov M.İ.” qrafasında olan imza; mülki işin 49-cu vərəqində olan 28 yanvar 2009-cu il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza – öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-475/2023 nömrəli, 09 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin iddianın qismən təmin edilməsi, 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) İddiaçı verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması, ünvan 1 ünvanında inşa edi lmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metr olan 2 otaqlı mənzilin İddiaçı sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə dair müqavilələri müqayisə etdikdə görünür ki, müqavilələr eyni forma və məzmunda tərtib edilmişdir. X10 ilə Cavabdeh MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə forma və məzmununa görə fərqli tərtib edilmişdir. Eyni zamanda Fuad Tağıyev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etməsi də mübahisəli mənzillə bağlı müqavilənin daha əvvəl tərtib edilməsinə dəlalət edir.

16. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı sahiblik və istifadə hüquqları İddiaçı məxsus olduğu halda eyni mənzillə bağlı X10 ilə 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilənin bağlanması qanunsuz olmaqla həmin müqavilənin əhəmiyyətsizliyinə əsas olmuşdur.

17. Cavabdeh MMC tərəfindən mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə, 08 yanvar 2014-cü il tarixdə isə X10 arasında müqavilə bağlansa da, mənzil tərəflərin heç birinə təhvil verilməmişdir. Belə olan halda mülki qanunvericiliyin normalarında müəyyən edilmiş qaydalara uyğun olmaqla əmlakın verilmədiyinə əsaslanaraq öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, yəni İddiaçıdır.

18. Məhkəmə Cavabdeh MMC ilə müb ahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilənin İddiaçı müqavilə bağlandığı zaman ölkə hüdudlarından kənarda olması səbəbilə etibarsız hesab edilməsi ilə bağlı dəlilinə münasibətdə hesab etmişdir ki, İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz.

19. Məhkəmə ilkin iddia tələbinin mübahisəli mənzillə bağlı İddiaçı mülkiyyət hüququnun tanınması hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin mənzilə dair müvafiq dövlət orqanlarında qeydiyyat aparıldıqdan sonra mülkiyyət hüququnun tanınmasının mümkün olması nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.

20. İddiaçı nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Belə olan halda, Cavabdeh MMC-nin direktoru X9 ilə X10 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə həmin əqd əhəmiyyətsiz əqd olduğundan iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur.

21. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, il kin iddia tələbi təmin edildiyindən, X4 Cavabdeh MMC-yə və İddiaçı qarşı tələbi rədd olunmalıdır.

22. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 354.1, 375.1, 375.2, 385.1, 389.1, 390, 404.1, 405 və 452-ci maddələrinə, Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinin məzmununa uyğun olmaqla yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin İddiaçı adlı sakininin olması və 51 saylı mənzilin ona satılması barədə hər hansı bir sənəd mövcud deyildir. İş üzrə şahidlər də təsdiq etmişlər ki, İddiaçı müqavilədə qeyd olunan tarixdə Bakı şəhərində olmamışdır, məhkəmə iclasında ifadə vermiş şahidlər bildirmişlər ki “Vika sonradan gəldi imzaladı müqaviləni”. Şahidlərdən E.Tağıyev təqdiq etmişdir ki, Kooperativ rəhbərliyi Fuad Tağıyeva aid mənzilin təmirinə icazə verdilər, lakin İddiaçı ilə bağlı sənədlər istədilər. İkinci şahid Zaur Muradov isə hər iki müqavilənin Fuad bağladı ğını, ikinci müqavilənin Viktoriya tərəfindən hansı tarixdə imzalandığını xatırlamır. Bu bir daha təsdiq edir ki, MMC-də İddiaçı ilə bağlı hər hansı bir müqavilə olmamışdır. Eyni zamanda, artıq mübahisələndirilməyən haldır ki, İddiaçı müqavilədə qeyd olunan zaman Bakı şəhərində olmamışdır. X25 Xidmətindən əldə olunmuş rəsmi məlumatlar təsdiq edir. Lakin İddiaçı bu faktı gizlətmək niyyətində idi, çünki bütün sənədlərdə, o cümlədən iddia ərizəsində və s. o birmənalı olaraq yazır ki, İddiaçı məhz 28 yanvar 2009-cü il tarixdə "xxxx" MMC ilə 28/A saylı müqaviləni bağlamışdır. Eyni zamanda iddia ərizəsində qeyd edir ki, mənzilin dəyəri məhz onun tərəfindən 28 yanvar 2009-cu il tarixdə ödənilmişdir. Təqdim edilmiş müqavilənin başlığında qeyd olunur ki, müqavilə Bakı şəhərində bağlanmışdır. Bununl a belə, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlığı baxımından ən əsas qurucu şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını nəzərə almalıdır və həmin şəxsin müqavilə bağlandığı zaman ölkədə olmaması hər hansı müqavilə bağlanmamasının sübutudur. Həmçinin "xxxx" MMC tərəfindən mənzili Elxan Peysaxova ayrıca müqavilə ilə illər sonra təhvil verməsi və əlavə olaraq sayğaclar üzrə ödəniş qəbul etməsi İddiaçı ilə bağlanmış müqavilənin qəbul etməməsini dəlalət edir. Həmçinin məhkəmə öz qətnaməsində qeyd edir ki, müqavilə bağlanan tarixdə, yəni 28 yanvar 2009-cu il tarixdə İddiaçı ölkə hüdudlarından kənarda olsa belə, tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad tərəfindən eyni tarixdə Cavabdeh MMC tərəfind ən inşa edilmiş binada 2 mənzil alınmış, hər iki mənzilin pay dəyəri ödənilmiş, müqavilələrdən biri İddiaçı əri X13 tərəfindən imzalanmış, İddiaçı adına olan müqavilə isə onun tərəfindən sonradan imzalanmışdır. Bununla da məhkəmə hesab etmişdir ki, İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. Halbuki, ən əsas məqam elə burdadır. Niyə İddiaçı ilkin sənədlərdə mənzilin alınmasında şəxsən iştirak etdiyini, mənzilin dəyərinin özü tərəfindən ödənildiyini bildirirdi, niyə bunu gizlədirdi? Çünki əmin idi ki, bu əqdin etibarsızlığına gətirib çıxarda bilər. X20 Tağıyev tərəfindən alınmış mənzildə təmirə icazə verir, digər mənzilə, hansının müqaviləsi Kooperativdə yoxdur, təmirə icazə vermir. Çünki mübahisəli mənzilə bir sahibi tanıyır, o da Elxan Peysaxovdur.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5504/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanımışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda mülki iş üzrə ilkin və qarşılıqlı iddia tələbi mövcud olduğundan və qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin nəticəsindən aslı olduğundan ilk olaraq ilkin tələb üzrə dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.

27. Məhkəmə müəyyən etmişdir ki,Cavabdeh MMC-nin direktoru X9 ilə İddiaçı arasında 28 yanvar 2009-cu il ta rixli, 28/A saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Satıcı ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə 2 otaqlı mənzilin hər kvadrat metri üçün 800 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 81200 ABŞ dolları kimi göstərilmiş, Cavabdeh MMC tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli maliyyə arayışına görə həmin yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv metr olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri Payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur.

28. Eyni mənzillə bağlı Cavabdeh MMC- nin direktoru X9 ilə X10 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış, həmin müqavilədə Satıcı ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı 51 nömrəli mənzili Alıcıya təhvil verməyi, Alıcı isə hər kvadrat metr üçün 631 manat ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 64000 manat kimi göstərilmiş, Cavabdeh MMC tərəfindən verilmiş 08 yanvar 2014-cü il tarixli maliyyə arayışına əsasən isə həmin mənzilin pay dəyəri Payçı X10 tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur.

29. Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 4/1362-5/1123 nömrəli rəyinə görə hər iki müqavilədə olan Cavabdeh MMC-nin direktoru olmuş X18 tərəfindən imzalanmışdır.

30. Həmçinin məhk əmə araşdırması zamanı təsdiq edilmişdir ki, 28 yanvar 2009-cu il tarixdə hazırki iş üzrə ilkin iddia tələbi üzrə İddiaçı əri X13 arasında Cavabdeh MMC-nin sabiq direktoru X9 ilə 2 mənzilin alğı-satqısına dair razılıq əldə etmiş, eyni gün iki müqavilə tərtib edilmişdir - 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə (həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv metrdən ibarət olan 3 otaqlı yaşayış sahəsi-mənzili X6 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İkinci müqavilə - 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə (həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 4 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı yaşayış sahəsi -mənzili 81200 ABŞ dolları müqabilində İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hər iki mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin cavabdeh mənzilin təhvil verilməsini öhdəlik olaraq üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Fuad Tağıyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etdikdən sonra həmin mənzil ona təhvil verilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hüseynov Adilağanın təqdim etdiyi müvafiq sənədlər əsasında Fuad Tağıyevin adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı müqaviləsinin əsli təqdim edilmədiyinə görə onun adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın mamışdır.

31. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müqavilə bağlanan zaman, yəni 28 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış İAMAS bazasındakı məlumatlarına əsasən ölkə hüdudlarından kənarda olmuşdur. İşin bu halı iddiaçı tərəfindən təkzib edilməmiş və əlavə sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Fuad Tağıyev Azərbaycanın Almaniyadakı diasporanın sədr müavini olduğu üçün həmin dövrdə onlar Almaniyada yaşamış, müqavilə tərtib edilmiş tarixdə onun dəyəri əri tərəfindən ödənilsədə, İddiaçı müqaviləni Azərbaycan Respublikasına qayıtdıqdan sonra imzalamışdır.

32. Həmçinin mübahisənin predmeti olan mənzillə bağlı iş materiallarında olan müqavilən i eyni tarixdə tərtib edilmiş və imzalanmış 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə ilə müqayisə etdikdə görünür ki, müqavilələr eyni forma və məzmunda tərtib edilmişdir. İş materiallarında olan X10 ilə Cavabdeh MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə forma və məzmununa görə fəqrli tərtib edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Fuad Tağıyev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etməsi də mübahisəli mənzillə bağlı müqavilənin daha əvvəl tərtib edilməsinə dəlalət edir.

33. Belə olan halda Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı il ə müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı sahiblik və istifadə hüquqları İddiaçı məxsus olduğu halda eyni mənzillə bağlı X10 ilə 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilənin bağlanması qanunsuz olmaqla həmin müqaviləni əhəmiyyətsizliyinə əsas olmuşdur.

34. Göründüyü kimi, tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə, 08 yanvar 2014-cü il tarixdə isə X10 arasında müqavilə bağlansa da, mübahisəli mənzil tərəflərin heç birinə təhvil verilməmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişs ə, üstünlük o kreditorundur, yəni İddiaçıdır.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni Cavabdeh MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilənin İddiaçı müqavilə bağlandığı zaman ölkə hüdudlarından kənarda olması səbəbilə etibarsız hesab edilməsinə münasibətdə apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, müqavilə bağlanan tarixdə, yəni 28 yanvar 2009-cu il tarixdə İddiaçı ölkə hüdudlarından kənarda olsa da belə, tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad tərəfindən eyni tarixdə Cavabdeh MMC tərəfindən inşa edilmiş binada 2 mənzil alınmış, hər iki mənzilin pay dəyəri ödənilmiş, müqavilələrdən biri İddiaçı əri X13 tərəfindən imzalanmış, İddiaçı adına olan müqavilə isə onun tərəfi ndən sonradan imzalanmışdır.

36. İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilə qüvvədə olduğu halda, X5 eyni mənzilə dair bağlanmış əqd özü-özlüyündə əhəmiyyətsizdir.

37. İddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə apellyasiya məhkəməsi Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarına istinad edərək, göstərmişdir ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlə r məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Belə olan halda, Cavabdeh MMC-nin direktoru X9 ilə X10 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə həmin əqd əhəmiyyətsiz əqd olduğundan iddia müddətinin tətbiq edilməsinə zərurətin olmadığı qənaətinə gəlir.

38. Qarşılıqlı iddia tələbinin rədd olunması ilə bağlı apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu məsələnin həllində haqlı olmuş, ki, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair tələbi rədd edilməlidir.

39. Apellyasiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 157.4, 337, 339.1, 339.2, 339.3, 385.1, 389.1, 390, 390.5, 404.1, 405, 452 və 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 77.1, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. X10 (Vəkil3) kass asiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlığı baxımından ən əsas şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını, İddiaçı müqavilə bağlandığı zaman ölkədə olmamasının hər hansı müqavilənin bağlanmasını istisna etməsini diqqətdən qaçırmışdır. Məhkəmə, həmçinin nəzərə almamışdır ki, mübahisəli mənzil iddiaçıya müqavilənin əsli MMC-də olmadığına, özləri tərəfindən də təqdim edilə bilmədiyinə, iddiaçının adının binanın sakinlərinin siyahısında olmadığına görə təhvil verilməmişdir.

42. İddiaçı MMC-nin təsisçilərindən biri olan Sahib İbrahimovun qohumudur, 28 yanvar 2009-cu il tarixli müqavilə Sahib İbrahimov tərəfindən saxta tərtib edilmişdir.

43. Apellyasiya məhkəməsi onun tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, MMC ilə bağlanmış 16 aprel 2016-cı il tarixli qarşılıqlı münasibətləri tənzimləyən müqaviləyə görə mənzil ona təhvil verilməsini nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

44. Kassasiya şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.4, 337.1 və 337.2ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına, MPM-in 77.1, 88 və 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikay ətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

47. Maddə 29, İ, İİ və İİİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə

48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzr ə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarş ı mübahisə edilir.

52. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

55. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

56. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

57. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

58. Maddə 390.5. Müqavilə şərtləri tərəflər in istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

59. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

60. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

61. Maddə 405.2. Müqavilə tərəflərdən birinin of erta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

62. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

63. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə g ötürür. Mülki Prosessual Məcəllə

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

69. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

70. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

71. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirs ə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

72. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 7

4. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

76. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh (qarşılıqlı iddiaçı) X10 tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. İlk növbədə qeyd olunmalıdır ki, ilkin iddia ərizəsi İddiaçı tərəf indən imzalansa da, həmin şəxs heç bir məhkəmə instansiyasında iştirak etməmiş, onun maraqlarını məhkəmələrdə etibarnamə (order) əsasında nümayəndə (vəkil) qismində Vəkil1 təmsil etmişdir. Eyni zamanda ilkin iddiaçının adından verilmiş və məhkəmələrin mahiyyəti üzrə baxdığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə də nümayəndə qismində Vəkil1 tərəfindən imzalanmışdır.

84. Sonuncu 07 iyun 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “mübahisəli binada mənzillərin satışı ilə bağlı 6-7 ildir Korrupsiya idarəsində istintaq gedir və tək orda Viktoriya zərərçəkən şəxs kimi tanınmamışdır. Orada təxminən 60-70 nəfər zərərçəkmiş var. O cümlədən Elxan Peysaxov 2018-ci ildə artıq zərərçəkən şəxs kimi tanınmış, bildiyinə görə Elxana 20.000 manat təklif olunmuşdur. O, vaxtilə Elxanın da vəkili olmuşdur və ona demişdir ki, “sən bu məbləği qəbul etmə Korrupsiya İdarəsində iş yekunlaşandan sonra vurulmuş zərərlə bağlı müraciət edə bilərsən”. Onlar həmin ərəfədə Elxan müəllim üçün 4 dənə ev almışlar”.

85. Qeyd olunan izahatın məzmunundan görünür ki, Vəkil1 əvvəllər iş üzrə cavabdeh və qarşılıqlı iddiaçı olan, ilkin iddiaçı ilə eyni mənzilə iddia edən cavabdeh X8 hüquqi yardım göstərmişdir. Vəkil1 ilkin iddiaçını müdafiə edərkən digər dəlillərlə yanaşı, cavabdeh X8 hüquqi yardım göstərərkən əldə etdiyi məlumatlardan ona qarşı istifadə etmişdir.

86. Halbuki MPM-in 71.3-cü maddəsinə müvafiq olaraq şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə nümayəndə ola bilməz.

87. Nəzərə alınmalıdır ki, MPM-in 71.5-ci maddəsinə əsasən yuxarıda istinad olunan hal nümayəndəyə etiraz əsası kimi nəzərdə tutulsa da, prosessual qanunvericilik ümumiyyətlə belə şəxslərin nümayəndə kimi mülki işə baxılmasında iştirakını istisna etdiyi üçün etirazın verilib-verilməməsindən asılı olmayaraq həmin halların məhkəməyə məlum olduğu andan məhkəmə tərəfindən xidməti vəzifəsinə görə MPM-in 71-ci maddəsinin tələbləri təmin edilməlidir.

88. Lakin baxılan iş üzrə Vəkil1 qanunla birbaşa qadağan edildiyi halda ilkin iddiaçını birinci və apellyasiya instansiyası məhkəməsində təmsil etmiş, ona hüquqi yardım göstərmiş və məhkəmələr işə məhz həmin şəxs tərəfindən imzalanmış iddia ərizəsi (dəqiqləşdirilmiş ərizə), o cümlədən, verdiyi izahatlar və vəsatətlər əsasında baxmışdır.

89. MPM-in 387.2. 8-ci maddəsinə əsasən iddianın (yaxud onun bir hissəsinin) baxılmamış saxlanılması üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar (o cümlədən ərizənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması) olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Eyni hal MPM-in 418.4.10-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

90. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ilkin iddiaçı tərəfindən mübahisəli mənzilin ona məxsus olması barədə sübut qismində məhkəməyə Cavabdeh MMC ilə bağladığı müqavilənin və maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surə ti təqdim edilmişdir. İddiaçı ilkin ərizəsində xx.xx.2009-cu il tarixdə cavabdeh MMC ilə müqavilə bağlayaraq və pulunu ödəyərək mənzili əldə etdiyini bildirmişdir.

91. Cavabdehlər iddianı qəbul etməmiş, hər iki cavabdeh iddiaçının həmin tarixdə müqavilə bağlamadığını, o cümlədən iddiaçı tərəfindən imzalanmadığını, həmin müqavilənin əhəmiyyətsiz olduğunu (ümumiyyətlə mövcud olmadığını) bildirmişlər.

92. Cavabdeh X10 isə qarşılıqlı iddia ərizəsində mübahisəli mənzilin ona təhvil verilməsi ilə yanaşı, ilkin iddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığının təsbit olunmasını tələb etmişdir.

93. İşlər bir icraatda birləşdirilənədək qarşılıqlı iddia ərizəsi üzrə işə baxmış birinci instansiya məhkəməsi İddiaçı tərəfindən təqdim olunan müqavilədəki imzanın onun özü tərəfindən icra edilib-edilmə diyi barədə ekspertiza təyin etmiş, lakin sənədlərin əsli təqdim olunmadığına görə ekspertiza keçrilməsindən imtina olunmuşdur.

94. Birinci instansiya məhkəməsi iş üzrə icraatı təzələmiş və yenidən fərqli suallarla ekspertiza təyin edərək, ekspert qarşısında həmin müqavilədəki və ona dair maliyyə arayışındakı MMC-nin rəhbərinin imzasının və möhürün işə əlavə edilmiş sənədlər əsasında eynilik təşkil etdiyi və yaxud oxşar olduğu barədə sual qoymuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətdə ekspertizanın keçirilməsi üçün digər materiallarla yanaşı, müqavilələrin və maliyyə arayışlarının əsilləri tələb edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi ekspertiza qarşısında qoyulmuş suallar üzrə mötəbər ekspert rəyinin əldə edilməsi üçün MPM-in 77.1-ci maddəsində müəyyən edilmiş sübutetmə qaydalarına uyğun olaraq müvafiq sübutların əsillərinin təqdim olunması vəzifəsini tərəflərin üzərinə qoymadan, habelə zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmənin hüquqi nəticələrini tənzimləyən MPM-in 97.5-ci maddəsinin mübahisəyə tətbiq olunması məsələsini müzakirə etmədən, təyin edilmiş ekspertizanın iş materialları (o cümlədən təqdim edilmiş kserosurətlər) əsasında aparılması barədə göstəriş vermişdir. Bundan sonra ekspert tərəfindən iş materiallarında mövcud olan müqavilə və maliyyə arayışlarının kserosurətləri əsasında yalnız həmin sənədlərdə əks olunmuş imzaların müqayisəli tədqiqatı aparılmış, həmçinin müqavilə və maliyyə arayışlarının, o cümlədən möhür əksinin sərbəst əks nümunələri təqdim edilmədiyindən müqavilə və maliyyə arayışlarında vurulmuş möhür əksəri üzrə tədqiqat aparılmamış, bununla bağlı ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmamışdır.

95. Buna baxmayaraq, məhkəmə təyin etdiyi qərardadla ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması üçün prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə etmədən (ekspertiza tədqiqatı üçün zəruri olan materialları təqdim etməyi tərəflərə təklif etmədən, əlavə və ya təkrar ekspertiza təyin etmədən) işə baxılmasını davam etdirmişdir. İşə baxılmasının sonrakı mərhələlərində də ilkin iddiaçı ilə bağlandığı iddia olunan müqavilə və həmin müqavilə ilə bağlı maliyyə arayışının əsli məhkəməyə təqdim edilməmişdir.

96. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, MPM-ə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti mülki işə baxılarkən təqdim edilə və mötəbər sübut kimi qəbul oluna bilər (maddə 89.3). Lakin MPM-in 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda məhkəmə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədlərinə nail olmaq üçün yazılı sübutların əslini tərəflərdən tələb edə bilər. Məhkəmənin bu cür tələbinin təmin olunmamasının hüquqi nəticələri isə MPM-in 106.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

97. Baxılan iş üzrə iddiaçının notariat qaydasında təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışının etibarlı (yaxud ümumiyyətlə mövcud) olub-olmadığı cavabdehlər tərəfindən mübahisələndirildiyi, habelə məhkəmənin təyin etdiyi ekspertiza üzrə obyektiv tədqiqatın aparılması üçün zəruri olmasına baxmayaraq məhkəmə tərəfindən həmin sənədlərin əslinin təqdim olunması iddiaçı tərəfə təklif edilməmişdir. Halbuki ilkin iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-yə mənzilin təhvil verilməsi üçün müraciət etmiş, lakin təqdim etdiyi sənədin müqavilənin surəti olduğuna istinad olunaraq, mənzilin ona təhvil verilməsindən imtina edilmiş, müqavilənin əsli tələb edilmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

98. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə ilkin iddiaçının müqaviləsinin etibarlı olduğu qənaətinə gəlməklə yanaşı, eyni mənzilə dair cavabdeh X5 bağlanmış müqaviləni yalnız sonrakı tarixdə bağlanması əsası ilə etibarsız (əhəmiyyətsiz) hesab etmişdir. Halbuki, mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alğı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

99. Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmə dikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

100. Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.

101. Həmçinin nəzərə alınmalıdır ki, eyni fərdi müəyyən əşyanın verilməsinə dair digər etibarlı müqavilələr də hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.

102. Beləliklə, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan çoxsaylı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 385.1.1-ci maddəs inə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır.

103. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla, habelə apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət verilməklə yeni məhkəmə aktı qəbul edilməlidir.

104. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh (qarş ılıqlı iddiaçı) X10 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5504/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar