Məhkəmə qərarları › İş №2(102)-2050/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2050/2020

10.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2050/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12167/2019 saylı qətnaməsindən İddiaçı və qarşılıqlı iddiaçı N oğlu tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-2113/2019) İddiaçı cavabdehlər Cavabdeh, N oğluna, 3cü şəxslər X4 Komitəsinə, Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı xx xxxxxx 2018-ci il tarixli X4 Komitəsi ilə mübahisəli sahənin 122,6 kv.metr ölçüsünə dair N oğlu arasında imzalanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh və N oğlu arasında N saylı binanın zirzəmisinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, N ünvanında yerləşən 33,6 kv.metr qeyriyaşayış sahəsinə dair verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, xx xxxxxx 2019-cu il tarixli həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair ilkin iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə N oğlun un İddiaçı qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək ünvan 1 ünvanında yerləşən sahəsi 156,2 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə dair N oğlunun mülkiyyət hüququna cavabdeh İddiaçı tərəfindən edilən müdaxilənin, yəni iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi X4 Komitəsi ilə N oğlu arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair xx xxxxxx 201 9-cu il tarixli reyestrdən Çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilərək İddiaçı xx xxxxxx 2018-ci il tarixdə X4 Komitəsi ilə N oğlu arasında 122,6 kv.metr qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə N oğlunun İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən sahəsi 156,2 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna sonuncu tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması tələbi nə dair qarşılıqlı iddiası rədd edilmişdir. Cavabdeh ilə N oğlu arasında 33,6 kv.metr qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair verilmiş xx xxx 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi tələbinin rədd olunması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: ünvan 1-da yerləşən binanın zirzəmisinin 85,0 kv.metrdən ibarət olan hissəsi Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli sərəncamı ilə həmin binanın 5 saylı mənzilində yaşayan Cavabdeh, 13 saylı mənzilində yaşayan İddiaçı və 15 saylı mənzilində yaşayan X2 istifadəsinə təsərrüfat ehtiyacları üçün verilmişdir. Həmin sərəncama əsasən Cavabdeh faktiki istifadəsində olan 33,6 kv.metr sahə onun adına özəlləşdirilmiş və xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Əhmədov Fərəc Teymur oğluna satılmışdır. Göstərilən zirzəmidə yerləşən 122,6 kv.metr sahəyə dair X4 Komitəsi ilə N arasında xx xxxxxx 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin sahə Na 80.000 manata satılmaqla xx xxxxxx 2019cu il tarixdə 122,6 metr qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququnu bildirən Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2019-cu ilin fevral ayında İddiaçı Cavabdeh və Nya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli sərəncamı ilə ona və başqalarına təsərrüfat ehtiyacları üçün verilmiş zirzəminin bir hissəsinin onun faktiki istifadəsində olmaqla həmin sahəyə xidmət haqq ını ödəməsinə baxmayaraq Cavabdeh adına özəlləşdirilməsini və onun tərəfindən də N satılmasını, bundan başqa, həmin zirzəmidə yerləşən 122,6 kv.metr sahənin boş və yararsız olması barədə MKTB-nin məlumatı əsasında göstərilən sahənin də N icarəyə verilib sonra satılmasını və s. əsas göstərməklə X4 Komitəsi ilə N arasında 122,6 kv.metr sahəyə dair bağlanmış icarə müqaviləsinin, Cavabdeh ilə N arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Nun adına 33,6 və 122,6 kv.metr ölçüdə qeyriyaşayış sahələrinə dair verilmiş xx xxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixli Dövlət reyestrindən Çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh N oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək N-da yerləşən 156,2 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq həmin sahəyə sahiblik və istifadə hüququnu həyata keçirməsini, o cümlədən orada təmir işlərini aparmasına İddiaçı tərəfindən maneçilik törədilməsini əsas göstərməklə cavabdeh tərəfindən ona törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda qarşılıqlı iddiaçı N oğlu kasasiya şikayət i verərək qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin həmin hissəsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının və cavabdeh Nun vəkilləri verdikləri kasasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İş üzrə üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Nun kasasiya şikayəti təmin olunmamalı, İddiaçı isə kasasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin əsassız sayılmasını qanuni hesab edərkən 33,6 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh adına özəlləşdirilməsinin və həmin əmlaka dair onun adına verilmiş çıxarışın qanuniliyinin iddiaçı tərəfindən mübahisələndirilməməsini və belə vəziyyətdə Cavabdeh ilə N arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasının və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsinin mümkün olmamasını, X7 Məsələləri üzrə Dövlət Komitəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı isə Əmlak Komitəsinin cavabdeh qismində deyil, 3-cü şəxs qismində cəlb edilməsini əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, həmin əsaslar mövcud vəziyyətdə iddianın rədd edilməsinin qanuni olması barədə nəticəyə gəlmək üçün əsas verməmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli sərəncamı ilə N saylı binanın zirzəmisindəki sahəsi 85, 0 kv.metr olan qeyri yaşayış sahəsi həmin binanın sakinləri Cavabdeh, İddiaçı və İlqar Həsənova təsərrüfat ehtiyacları üçün istifadə olunması məqsədi ilə verilərkən onlardan hər birinin istifadəsinə zirzəminin hansı hissəsinin və hansı ölçüdə verilməsi göstərilməmişdir. Lakin iş materiallarında, o cümlədən Rayon İcra Hakimiyyəti MKTB-nin Əmlak Komitəsinə ünvanlanmış və işin 111-112-ci səhifəsində olan xx xxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı istifadəsində 55,0 kv.metr sahəsi olmuş və həmin sahənin Na satılmasına razılıq verilməmişdir. Lakin buna baxmayaraq həmin 55,0 kv.metr sahəyə dair də Nun adına xx xxx 2018-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bununla əlaqədar həmin məktubda MKTB tərəfindən Əmlak Komitəsindən Na verilmiş xx xxxxxxxx 2018-ci il tarixli razılıq məktubunda göstərilən sahənin 102 kv.metr hesab edilməsi xahiş olunmuşdur. Həmin məktubda MKTB eyni zamanda 55,0 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən icarəyə götürülməsinə və ya özəlləşdirilməsinə etiraz etmədikləri bildirilmişdir. Həmin məktub mübahisəsiz təsdiq edir ki, üç nəfərin istifadəsinə verilmiş 85,0 kv.metrdən ibarət sahənin 55,0 kv.metri yalnız İddiaçı istifadəsində olmuşdur. İş üzrə Cavabdeh ilə N arasında bağlanmış alqı-satqı müqaviləsindən isə görünür ki, Cavabdeh tərəfindən 33,6 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi N satılmışdır. Belə olduqda, İddiaçı ilə Cavabdeh istifadələrində olan sahə (33,6+55=88,6 kv.metr) İcra Hakimiyyətinin sərəncamı ilə üç nəfərə ayrılmış sahədən (85,0 kv.metr) 3,6 kv.metr artıq olur. Bundan başqa, N daha 122,6 kv.metr sah əsi olan qeyri-yaşayış sahəsi satılmışdır. İddiaçı hər iki alqı-satqı müqaviləsi zamanı ona məxsus sahənin N satılması nəticəsinə gəlməklə hər iki alqı-satqı müqaviləsinin eləcə də icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Apelyasiya instansiyası məhkəməsi 33,6 kv.metr sahənin Cavabdeh adına özəlləşdirilməsinin və onun əsasında verilmiş reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməməsini iddianın rədd edilməsi üçün əsas kimi qəbul edərkən işdə olan Cavabdeh ilə N arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanmışdır. İşin 47 və 74-cü səhifələrində olan həmin alqı-satqı müqaviləsi isə kserosurət olmaqla sənədin əsli və yaxud onun qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti deyildir. Azərbaycan Respub likası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası 33,6 kv.metr sahənin Cavabdeh mülkiyyətində olması barədə nəticəyə gələrkən məhz kserosurətdən ibarət olan həmin alqı-satqı müqaviləsində aparılmış qeydiyyata əsaslanmışdır. Həmin müqavilənin 2-ci bəndinə görə 33,6 kv.metr sahə Cavabdeh mülkiyyəti kimi xx xxxxxxxx 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, işdə mübahisəli sahənin Cavabdeh adına özəlləşdirilməsi və adına mülkiyyət hüququna dair sənədin verilməsi barədə mötəbər sübutlar yoxdur. Ümumiyyətlə işə əlavə edilmiş sübut əhəmiyyəti olan sənədlərin əksəriyyəti, o c ümlədən İcra Hakimiyyətinin sərəncamı, mübahisəli qeyri-yaşayış sahələrinə dair bağlanmış icarə və alqı-satqı müqavilələri MPM-nin 89.1-ci maddəsinin tələbi qaydasında alınıb işə əlavə edilməmişdir. İddiaçı məxsus sahənin hansı hissəsinin Cavabdeh tərəfindən, hansı hissəsinin isə Əmlak Komitəsi tərəfindən Na satılması dəqiq müəyyən olunmamış və bununla əlaqədar müəyyənliyin yaranması təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, İddiaçı Əmlak Komitəsi ilə N arasında bağlanmış icarə və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə tələb irəli sürsə də, Əmlak Komitəsini cavabdeh qismində göstərməmiş, apellyasiya instansiyası məhkəməsi isə Əmlak Komitəsi yalnız 3-cü şəxs qismində işə cəlb etməklə iddianı rədd etmiş və məhz bu əsasa söykənən apelyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd edilməsini əsaslı saymışdır. Azərbaycan Respublikası MPM-nin 14.1-cü maddəsinə əsasın məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin işdən göründüyü kimi birinci instansiya məhkəməsi qanunun həmin tələbi baxımından iddiaçıya pozulmuş hesab etdiyi hüquqlarının bərpasına nail olmaqda müvafiq kömək göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə görə apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşə baxan apelyasiya instansiyası məhkəməsi isə MPM-nin 372.1-ci maddəsinə əsasən tam hüquqlu məhkəmə kimi həmin Məcəllənin 14.1-ci maddəsinin göstərişinə əhəmiyyət verməmiş və Əmlak Komitəsinin cavabdeh qismində işə cəlb edilməsinin apelyasiya icraatı qaydasında mümkün olmaması barədə nəticəyə gəlmişdir. Göstərilənlərdən əlavə kollegiya iş üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan sahələr təqdim olunmuş sənədlərdə qeyri-yaşayış sahəsi kimi göstərilsə də, işdən görünür ki, həmin sahələr yaşayış binasının zirzəmisidir və işin həmin halı inkar olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda ye nidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatrçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşıdırılması Qaydaları”na görə ümumi istifadə sahələrinin, xüsusi zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. Göstərilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa məqsədlər üçün istifadə olunması yolverilməzdir. Baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmirbərpa işlərinin aparılması üçün həmin sahə isti fadəyə açıq olmalıdır. x xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Qanunun həmin normasına görə yaşayış binalarının zirzəmiləri ümumi paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsus olduğundan göstərilən vəziyyətdə zirzəmilərin satılmasının mümkünlüyü məsələsinə qiymət verilməsi zəruridir. Kollegiya işin yuxarıda göstərilən hallarına ə sasən iddianın rədd olunmasına dair hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi nəticəsinə gələrək hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmalıdır. Hazırkı iş üzrə irəli sürülmüş qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə sıx bağlı olmaqla iddianın təmin olunması qarşılıqlı iddianın başqa əsasla rədd edilməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq, kollegiya hesab edir ki, qətnamə qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə də ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Əhmədov Fərəc Teymur oğlunun kasasiya şikayəti təmin edilməsin. İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar