Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2050/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsi), ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən iba rət tərkibdə, İddiaçı1 Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbə qarşı əmrlərin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2598/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrdən çıxarışa əsasən, məktəbin kitabxana müdiri İddiaçı1 əmək funksiyasını vəzifə öhdəliklərini yerinə yetirmədiyinə yaşadığı ünvanlanan xx.xx.2023-cü il tarixli 61 nömrəli məktuba, xx.xx.2022-ci ildə verilmiş töhməti n, xx.xx.2023-cü ildə işə gəlmədiyi üçün verilmiş intizam tənbehini nəzərə almadığına görə, xx.xx.2023-cü ildə pedaqoji şuranın 7 nömrəli qərarını nəzərə alaraq şiddətli töhmət verilmişdir. 2. xx.xx.2023-cü il tarixli 107 nömrəli əmrdən çıxarışa əsasən, məktəbin kitabxana müdiri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyasını vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə, əmək və icra intizamının normal ahəngini pozduğuna, əmək funksiyasını pozması ilə əlaqədar əvvəllər intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas: xx.xx.2022-ci il tarixli 43 nömrəli, xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrlər, çox saylı aktlar əsasında pedaqoji şuranın xx.xx.2023-cü il tarixli 7 nömrəli qərarı, məktəbin X5 xx.xx.2023-cü il tarixli 163 nömrəli qərarı. 3. xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrə əsasən, məktəbin kitabxana müdiri İddiaçı1 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün 4 (dörd) günlük əmək haqqı tutulmuşdur. 4. xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, və xx.xx.2023-cü il tarixli aktlara əsasən, məktəbin kitabxana müdiri İddiaçı1 müvafiq tarixlərdə üzrsüz səbəbdən işə gəlməmişdir.
5. İşçilərin işə davamiyyəti kitabından çıxarışa əsasən, şiddətli töhmət intizam tənbehinin verilməsinə səbəb olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı1 işdə olmuş və həmin kitaba işə gəlib-getməsi ilə bağlı müvafiq imza etmişdir. 6. xx. xx.2022-ci il tarixli 43 nömrəli əmrə əsasən, məktəbin kitabxana müdiri İddiaçı1 xx.xx.2022-ci il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün töhmət verilməklə 1 (bir) günlük əmək haqqı tutulmuşdur.
7. Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 163 nömrəli xx.xx.2023-cü il tarixli iclas protokolu və qərarına əsasən, məktəb direktor əvəzinin təqdimatına əsasən məktəbin kitabxana müdiri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi İddiaçı2 tər əfindən İddiaçı1 barəsində verilən, sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrin və işdən çıxarılma barədə xx.xx.2023-cü il tarixli 107 nömrəli əmri ləğv edərək İddiaçı1 əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi” kimi qəbul edilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi İddiaçı2 tərəfindən İddiaçı1 barəsində verilən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrin ləğv edilməsinə, eyni zamanda xx.xx.2023-cü il tarixli 107 nömrəli işdən çıxarılma barədə əmri ləğv edərək İddiaçı1 əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi i ş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ona cavabdeh tərəfindən işə gecikməsi səbəbindən bir dəfə xəbərdarlıq ünvanlanmışdır. Bundan sonra iddiaçının intizam xətası olmamış və ona hər hansı intizam tənbeh tədbiri verilməmişdir. Halbuki, iddiaçının törətdiyi nə bir intizam xətası, nə də bununla bağlı öncədən aldığı xəbərdarlıqdan əlavə mövcud olan bir töhmət intizam tənbehi olmamışdır. Məktəb rəhbərliyi heç bir halda mövcud olmayan halları əsas gətirərək xəbərdarlıqdan sonra iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Bu hal heç bir halda nə məktəbin daxili qaydaları ilə, nə də ki Əmək qanunverciliyinin mahiyyəti ilə bir ar aya sığmamışdır. Əvvəla, mövcud olan bir töhmət intizam tənbeh tədbiri olmamış, ikincisi belə bir töhmət varsa belə İddiaçı1 töhmət almasına səbəb olacaq hal ilə bağlı izahatı da olmamışdır. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, məktubda “6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə pedaqoji şuranın xx.xx.2023-cü il tarixli 7№ qərarı və işə vaxtında gəlmədiyiniz günlərdə tərtib olunmuş aktlara əsasən” ifadəsi ilə məktəb rəhbərliyi yenə öz-özü ilə əks mövqedə dayanmışdır. Belə ki, İddiaçı1 №61 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunduğu kimi xəbərdarlıq almışdır. Aradan 7 gün keçdikdən sonra ona xx.xx.2023-cü il tarixli pedaqoji şuranın qərarı və tərtib olunmuş aktlara əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əvvəla, xx.xx.2023-cü il tarixdə xəbərdarlıq aldıqdan sonra xx.xx.2023-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi məntiqə zidd bir hal olmamışdır. Belə ki, məktəb rəhbərliyi orda “tərtib olunmuş aktlar” ifadəsi işlətmişdir. Halbuki, iddiaçının tanış olduğu “aktlar” nədən ibarət olması iddiaçının özünün bundan xəbəri olmamışdır. Digər bir məqam ondan ibarətdir ki, pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclasından iddiaçının xəbəri olmamış və iclasda iştirakı təmin olunmamışdır. İddiaçının sonuncu xəbərdarlıqla şiddətli töhmət almasına səbəb olacaq halla bağlı izahatı yoxdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçının xəbəri və iştirakı olmadan keçirilən pedaqoji şuranın iclasında çıxarılan 7№ nömrəli qərarla tanış olmamışdır. Bundan başqa, iddiaçının işdən çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixli 107 nömrəli əmri qanunsuz olmuş və həmin əmr verilərkən həmkarlar təşkilatının razılığı alınmamışdır.
10. Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin etibarnamə üzrə nümayəndəsi X8 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək izahatında bildirmişdir ki, bütün problemlər iddiaçının əri N.Hacıyev ilə bağlı olmuş və onun məktəbin direktorunun barəsində müxtəlif orqanlara yazdığı məktublar məktəbin direktoru ilə İddiaçı1 münasibəltlərinin pişləşməsinə və sonda iddiaçının işə gecikməsi və işə gəlməməsi səbəbindən iddiaçının barəsində əvvəlcə şiddətli töhmət intizam tənbehi, daha sonra işdən çıxarılma barədə əmr verilmişdir.
11. İş üzrə cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində iştirak etmiş X 3 ifadəsində bildirmişdir ki, məktəbdə müəllimə işləmiş və xx.xx.2023-cü il tarixdə məktəbin Həmkarlar Təşkilatının sədri kimi iclasda iştirak edib iclası o aparmışdır. İclasda İddiaçı1 işdə nizam intizam qaydalarını pozduğuna görə məktəbin direktorunun verdiyi təqdimat əsasında həmkarlar təşkilatı İddiaçı1 ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə razılıq verilmişdir. İclas vaxtı iştirakçıların əksəriyyəti İddiaçı1 işdən çıxarılmasının əleyhinə səs versə də, sonradan qeyd edilən qərar qəbul edilmişdir.
12. İş üzrə cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində ifadə verən X7 ifadəsində bildirmişdir ki, məktəbdə müəlimə işləyir və xx.xx.2023-cü il tarixdə məktəbin Həmkarlar Təşkilatının iclas katibi kimi iclasda işti rak etmişdir. İclasda İddiaçı1 barəsində işdən çıxarılma barədə səsverməsində heç kim onun işdən çıxarılmasının lehinə səs verməmişdi. İclas bitdikdən sonra direktorun otağında həmkarlar təşkilatının protokol və qərarı əsasında İddiaçı1 ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə razılıq verilmişdir.
13. X1 ifadəsində bildirmişdir ki, məktəbdə xadimə vəzifəsində işləyir və məktəbdə işçilərin işə davamiyyət kitabı - tabel direktorun katibəsinin stolunun üstündə olur. İddiaçının əri Niyaməddin İlahənin katibənin otağına girməsinə icazə vermədiyinə görə tabel kitabına qol çəkməsi üçün hər dəfə o, İlahənin yanına aparmış və sonuncu da işə gəldiyi günlər üçün həmin kitaba imza etmiş və daha sonra o həmin kitabı katibənin otağına apar mışdır.
14. Göygöl Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. 15.
16. Məhkəməyə təqdim edilmiş işçilərin işə davamiyyəti kitabından çıxarışdan görünür ki, cavabdeh məktəbin iddiaçının işdə olmamağı barədə akt tərtib etdiyi tarixlərdə iddiaçı müvafiq kitaba işə gəlib-getməyi ilə bağlı imzaları mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh məktəbin iddiaçının üzrsüz səbəbdən işə gəlməməyi barədə tərtib etdiyi aktlar da əsassız olmaqla iddiaçının işçilərin işə davamiyyəti kitabında müvafiq tarixlərdə olan imzaları işçinin işdə olmaması barədə halları təkzib edir.
17. Bundan başqa cavabdeh məktəb tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı1 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün 4 (dörd) günlük əmək haqqı tutulmuşdur. xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrin qərəzli olması əmr verilən tarixdən sonra xx.xx.2023, xx.xx.2023-cü il tarixdə iddiaçının əmək haqqının tutulmasında özünü ehtiva etməklə həmin əmrin və bununla bağlı işə gəlməmə barədə müvafiq aktların sonradan tərtib edilməsini sübut edir və bu hal da iddiaçının həmin tarixlərdə işdə olmasını birbaşa sübut edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi İddiaçı2 İddiaçı1 barəsində şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023- cü il tarixli 100 nömrəli əmrinin ləğv edilməsi hissə sində əsaslıdır.
18. Bundan başqa məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Lakin iş materiallarından görünür ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin müddəalarına əməl edilməmişdir.
19. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilən zaman onun bu intizam tənbehi verilməmişdən qabaq yazılı izahatı alınmamış, əgər bu ona təklif olunsa belə, onun izahat verməkdən imtina etməsi barədə akt tərtib edilməmişdir. Bu hal isə özlüyündəAzərbaycan Respubikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmçinin Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli iclasında məktəbin direktorunun məlumatı nəzərə alınaraq iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmiş olsa belə, həmin qərar işin bütün halları araşdırılmaqla çıxarılmamış, işəgötürən iddiaçı ilə əmək müqaviləsini pozmaqla Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli iclasının protokolunda məktəbin direktor əvəzinin təqdimatının nəzərə alınması qeyd olunsa da, Əmək Məcəlləsinin 80.2-ci maddəsində nəzərdə tutulmuş təqdimat verilməmiş, yalnız işçinin işə gəlməməsi barədə aktlar nəzərə alınmışdır. Bu hal müzakirə olunan məsələ ilə bağlı düzgün nəticəyə gəlmək üçün vacib amil idi. Nəzərə alınmalıdır ki, həmkarlar təşkilatı işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün yaradılır («Həmkarlar ittifaqı haqqında» Qanunun 1-ci maddəsi, Əmək Məcəlləsinin 19-cu maddəsi). İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə həmkarlar təşkilatının qərarı, həm də işəgötürənin əmri Əmək Məcəlləsinin 79-cu maddəsinə zidd olmuşdur. Eyni zamanda məhkəmə bildirir ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilməsi üçün yetərli deyildir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70- ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhl ənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Baxılan işdə iddiaçıya irad tutulan halların iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Bu hal ona dəlalət edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsi ndə göstərildən əsas olmamışdır.
20. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin məhkəmə bildirir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinin tələblərinə də əməl olunmamış, iddiaçı işdən azad olunması barədə əmrlə tanış edilməmiş, həmin əmrin surəti ona verilməmişdir. Həmin əmrin iddiaçıya təqdim olunması barədə iş materiallarında heç bir sübut yoxdur Yalnız iddiaçının vəkilinin sorğusu əsasında xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bu hal iddiaçının vəkilinin mübahisələndirilən əmrlərin məhkəmədə sorğu edilib alınması barədə vəsatəti iləı təsdiq edilir.
21. İddia tə ləbinin məcburi iş buraxma üçün əmək haqqı hesablanılıb ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə də iddia əsaslıdır. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürənəmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tər əflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət e dilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 72, 80, 186-cı maddəsinin 1 və 2-ci hissələrinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 189-cu maddəsinin 3-cü hissəsinə, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 218.1, 217.3, 217.4-cü maddələrinə, “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı daimi olaraq işə gec gəlmiş və ya gəlməmişdir. İddiaçının işə gəlməməsi, gecikməsi ilə bağlı onunla söhbətlər aparılmış, bununla bağlı ona töhmət, intizam qaydalarını daimi pozduğuna görə şiddətli töhmət və işdən çıxarılma barədə əmr verilmişdir. İddiaçı daimi olaraq nizam-intizam qaydalarını pozduğuna görə, ona verilmiş intizam tənbehindən heç bir nəticə çıxarmadığına görə, xx.xx.2023-cü il tarixdə məktəb in Həmkarlar Təşkilatının iclasında baxılmış, iddiaçı İ,Hacıyevanın işdə nizam intizam qaydalarını pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir..
25. İş materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq edilən olan Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 xx.xx.2023-cü il tarixli iclasının səs yazısından görünür ki, məktəbin kitabxana müdiri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməmişdir.
26. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən, X3 ifadəsində bildirmişdir ki, Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 xx.xx.2023-cü il tarixli iclasında iddiaçının işdən çıxarılması barədə səsvermədə heç kim onun işdən çıxarılm asının lehinə səs verməmiş, sonradan onun işdən çıxarılmasına razılıq verilmişdir.
27. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2598/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Röyal Musayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)1127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbinin müdriyyəti tərəfindən İddiaçı1 intizam tənbehləri verilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, İddiaçı 1 barəsində intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatı alınmamış və ya izahat verməkdən imtina etməsi barədə akt tərtib edilməmişdir. Bundan başqa, onunla əmək müqaviləsi ləğv olunmazdan əvvəl, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Belə ki, işə əlavə edilən Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 163 nömrəli xx.xx.2023-cü il tarixli iclas protokolu qəbul edilən qərar müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qərarı yox, HİK-nin bütün üzvlərinin ümumi yığıncağının qəraraı olmuşdur ki, həmin iclasda 38 nəfər iştirak etmişdir. Həm də, həmin iclasın qərarında iddiaçının işdən azad edilməsinə razılıq verilməsi qeyd edisə də, əslində isə müəyyən olunur ki, iddiaçının işdən çıxarılması lehinə səs veril məmişdir. İşin həmin halı iclasın dinlənilmiş səsyazısı və şahid qismində ifadə verən X2 ifadəsi ilə də, təsdiq edilir. Həmçinin, müdriyyət intizam xətası hesab etdiyi eyni pozuntuya görə, yəni xx.xx.2022-ci ildə verilmiş töhmətə və xx.xx.2023-cü ildə işə gəlmədiyi üçün ona xx.xx.2023-cü il tarixli əmrlə həm şiddətli töhmət verilmiş, həm də, xx.xx.2023-cü il tarixli əmrlə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərin əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmu ş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
30. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qərarı və digər sənədlər göndərilmiş, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən, həmin sübutları qəbul etməmiş və araşdırmamışdır.
31. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
32. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 80, 186, 187 və 300-cü maddələrinə, MPM-nin 14.2, 77.1, 77.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2598/2023 saylı, xx.xx.2023-cü il tariхl i qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün təkrar apelyasiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbuledilsin
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də həmin maddənin “ç” bəndinə əsasən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. İş materiallarından da görmək mümkündür ki, işçi, yəni indiki iş üzrə iddiaçı dəfələrlə əmək müqaviləsi ilə üzərinə götürdüyü funksiyaları pozmuş, ona edilən xəbərdarlıqlara əhəmiyyət verməmiş, hətta digər işçilərlə kobud rəftar etmişdir. Lakin işə mahiyyəti üzrə baxan aşağı instansiy a məhkəmələri iş materiallarını tam araşdırmamış, sübutların qiymətləndirilməsində kobud səhvlərə yol vermiş, iş materiallarında adı keçən şəxsləri şahid qismində dindirməmişlər. Yalnız Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin X5 sədri Kəmalə Mustafayevanın şahid ifadələri təhrif olunmuş qaydada qərarda əksini tapmış və işə sədrlik edən hakim qannnsuz qərar qəbul etmişdir. (Kəmalə Mustafayevanın ərizəsi əlavə olunur)
35. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat ın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından da müəyyən etmək mümkündür ki, işəgötürən qanunun qeyd olunan müddəalarına əməl etmişdir. Lakin işə sədrlik edən hakimin işə birtəfəli baxması, iş üzrə sübutları yalnız iddiaçının xeyrinə qiymətləndirməsi nəticədə qanunsuz qərarın qəbul edilməsinə gətirib çıxarmışdır.
36. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından da görmək mümkündür ki, işəgötürən qanunvericiliyin tələblərinə əməl edərək Həmkarlar Təşkilatının müvafiq qəra rını almışdır. Amma nədənsə işə baxan aşağı instansiya məhkəmələri işə çox səthi və birtərəfli baxaraq əsassız qərar qəbul etmişlər. Apellyasi məhkəməsində işə sədrlik edən hakim daha çox qərəz nümayiş etdirmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab İnam KərimovGöygöl rayonuna vətəndaşları qəbul edərkən mən həmin qəbula yazılmaq üçünGəncə Apellyasiya Məhkəməsinə gedərkən işə sədrlik edən hakim Loğman Süleymanov mənim bu qəbula yazılmamağımı, işi diqqətə salmamağımı tövsiyyə etdi. Mən də əsaslı şikayətimin təmin olunması məqsədilə bu “tövsiyyəyə” əməl etdim. Nəticədə işə sədrlik edən bu cür qanunsuz və əsassız qərar qəbul etdikdən sonra, onun qərəzli olduğunu başa düşdüm.
37. Cavabdeh tərəf olaraq hesab edirik ki, Gəncə Apellyasiya məhkəməsində işə sədrlik ed ən hakim yalnız iddiaçının heç bir sübutu olmadığı halda işə tam olaraq birtərəfli münasibət bildirmişdir.
38. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəfimizdən apellyasiya instansiyasıməhkəməsinə təqdim etdiyi sübutlar və dəlillər ümumiyyətlə nəzərə alınmamışdır. İşin halları ümumi konteksdə qiymətləndirilməmişdir. Bununla da tam təsdiq olunur ki, apellyasiya instansiyasıməhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada cavabdehin zərərinə qiymətləndirilmişdir.
39. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə, 80-ci maddəsinin 1-ci hissəsinə, 178-ci maddəsinin 1-ci hissəsinə, 186- cı maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəllənin 77.1, 88, 217.4, 220.4- cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
41. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
42. Maddə 71
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə b orcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. Maddə 72. (bənd“a”). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
44. Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla i şəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir....
45. Maddə 186.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:... ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
46. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istis na etmir.
47. Maddə 189. 1.Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
48. Maddə 300 (hissə İ). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəf lərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 5
6. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəytinin dəlillərinin əsaslılığı iş materialları ilə təsdiq edilmir. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 noyabr 2023-cü il tarixli 2(104)-2598/2023 nömrəli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.