Məhkəmə qərarları › İş №2(102)-2050/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2050/2025

07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2050/2025 07.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nəqliyyat vasitələrinin parklanması və hərəkətinin qadağan edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “nəqliyyat vasitələrinin parklanması və hərəkətinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1440/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinə 07 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırki iş üzrə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsini tələb edir.

2. Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulmuş, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, MH seriyalı ******* nömrəli çıxarış əsasında Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsi daimi istifadə hüququ ilə İddiaçı MMC-nin istifadəsindədir. Həmin ərazinin altından tonlarla çəkisi olan su kəməri keçir, yüksək gərginlikli elektrik naqilləri mövcuddur, yolun üstündə yarımstansiya tikilib, habelə yerüstü qaz kəməri vardır. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti və parklanması su kəmərlərinə ciddi təhlükə yaradır. Həmin boru kəmərləri təkcə q onşuluqda olan yaşayış binalarına yox, böyük bir ərazi üçün su təchizatına xidmət edir. Bundan əlavə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri şəhərlərin X1 Xidməti” X2 3-53-3/23302/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müraciət edilən ünvanda "İri Şəhərlərin X1 Xidmətinə” məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır.

5. Cavabdeh iddiaya etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. "Hayat Palace” QSC "xxxx" şirkətinin 100 faiz nizamnamə kapitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Həmçinin iddia edilən ərazinin "Hayat Palace” QSC-yə məxsus olması qanuni qüvvəsini almış məhkəmə aktları ilə və iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq və sübut edilmişdir. Yəni "xxxx" şirkətinin həmin yolla bağlı bütün hüquq və vəzifələri "Hayat Palace” QSC-yə ötürülmüşdür. Bu mənada hazırki iddia üzrə iddiaçının tələbetmə hüququ yoxdur. Həmçinin hazırki iddia mahiyyət etibarı ilə məhz cavabdehi qısqanclıq zəmnində incitmək məqsədi dayışır. Belə ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı (hazırkı işdə cavabdeh) Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altın dakı 0.32875 torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulmuş, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsində qalmış və icraya yönləndirilərək icra edilmişdir. Lakin "xxxx" QSC məhkəmə qərarının icrasına maneəçilik törətmək üçün "xxxx" şirkətini hazırki iddianı qaldırmağa vadar etmişdir. Hansı ki, "xxxx" QSC bütün əmlakı, mübahisə edilən yolu "xxxx" şirkətindən aldığını bütün məhkəmələrdə bildirmişdir. Bununla belə, iddiaçı qeyd etmişdir ki, həm in ərazidə nəqliyyat vasitələrinin hərəkəti yolun altından keçən su kəmərləri üçün ciddi təhlükə yaradır. Lakin elə "xxxx" QSC-nin özü tərəfindən ağır yük maşınları, qaldırıcı kranlar mütəmadi olaraq həmin yolda yerləşdirilir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4843/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən “İz mir” restoranı və onun altındakı 0.32875 ha torpaq sahəsi paylı mükiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ isə xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Cəmiyyətin nizamnaməsinin 2.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi müəyyən edilmişdir: “2.2. Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: "xxxx" QSC 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında”.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5a yerləşən “İ zmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin arad an qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də, təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.

9. Hazırda isə iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

10. Birinci instansiya məhkəməsi ilk olaraq iddia tələ binin “mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi” hissəsini əsassız sayaraq qeyd etmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/20 23 saylı mülki iş üzrə tərəf qismində "xxxx" QSC-nin iştirak etməsinə və həmin qətnamə ilə ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulmasına baxmayaraq, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir.

12. Belə ki, iş materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xx xx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən "xxxx" QSC cəmiyyətin təsisçisi kimi 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında nizamnamə kapitalında paya malikdir. Həmçinin, iş materiallarında olan sənədlərdən və qanuni qüvvəyə minmiş qətnamədən gəlinən nəticə odur ki, ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yeganə yol "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsidir.

13. Birinci instansiya məhkəməsi həmçinin diqqətə çatdırmışdır ki, əvvəlki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/693 nömrəli ekspert rəyinə görə iddiaçı Cavabdeh məxsus olan ünvan 5a y erləşən İzmir restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə faktiki vəziyyətdə avtomobillə (nəqliyyat vasitəsi ilə) hər-hansı alternativ gediş-gəliş yolu mövcud deyil. Bu baxımdan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı mülki işi üzrə ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Sözügedən qətnamə ilə gediş gəlişin təmin edilm əsi üçün hazırki mülki iş üzrə cavabdehin xeyrinə servitutla yüklü edilmiş yol "xxxx" MMC-nin istifadəsindədir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktın, yəni ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün mövcud olan yeganə yolun servitutla yüklü edilməsinə yenidən münasibət bildirilməsi yolverilməzdir.

15. Birinci instansiya məhkəməsinin qənaətinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh tanınmış servitut hüququnun başqa məhkəmə mübahisəsinə əsasən aradan qaldırılması yolverilməzdir.

16. Qeyd edilənlər baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi “mülkiyyət hüququ əsasınd a Cavabdeh məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi” hissəsində təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi iddia tələbinin “mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının qadağan edilməsi” hissəsinə münasibət isə iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmiş və göstərmişdir ki, Cavabd eh ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin gediş-gəlişinə icazə verilməsi yalnız mövcud zərurətdən irəli gəlmişdir. Çünki həmin ünvana gəlmək üçün alternativ yol mövcud deyildir. Lakin ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması isə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsinin qanuni sahibi olan "xxxx" MMC-nin hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxaracaqdır.

18. Bununla yanaşı, birinci instansiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, “İri şəhərlərin X1 Xidməti” X2 xx.xx.2024-cü il tarixli məktub ilə də müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən “İri şəhərlərin X1 Xidməti”-nə məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır. Həmçinin əvvəlki iş üzrə xx.xx.2024-cü il tarixdə mübahisəli ünvanlara yerli baxış keçirərkən müəyyən edilmişdir ki, ünvan 5a yerləşən “İzmir” restoranı və onun altı ndakı 0.32875 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması üçün kifayət qədər yer mövcuddur.

19. Birinci instansiya məhkəməsi mövqeyini Torpaq Məcəlləsinin 54.3-cü, Mülki Məcəllənin 157.4, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə isinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin təmin edilməyən hissəsində düzgün mövqedə olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutda avtomobilin hərəkətinin qadağan edilməsi qey d olunsa da, məhkəmə bunu nəzərə almayaraq bu hissədə əsassız qətnamə çıxarmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3 və 233-cü maddələrinə əsaslanmış, eyni zamanda Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad etmişdir. Lakin həmin maddələrin və Plenum qərarının tələblərini düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı a id edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Dolayısı ilə hər iki maddənin məzmunundan görünür ki, preyudisiallıq yalnız işdə iştirak edən şəxslərə aid edilmişdir. İşdə iştirak etməyən şəxslər müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər və preyudisiallıq onlara aid edilmir. "xxxx" tərəf olmayıb, işdə iştirak etməyib. Belə ki, işdə iştirak etmədiyi üçün məhkəmə qətnaməsinin preyudisiallığı ona aid edilmir.

22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv, həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk olaraq iddiaçının avtomobil yolu kimi iddia etd iyi ərazinin də daxil olduğu sahə daimi istifadə hüququ ilə “Star Construction” şirkətinə məxsus olmuş və buna dair çıxarış verilmişdir. Hansı ki, "xxxx" QSC “Star Konstruction” şirkətinin 100 faiz nizamnamə kapitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Həmçinin iddia edilən ərazinin "xxxx" QSC-yə məxsus olması qanuni qüvvəsini almış məhkəmə aktları ilə və iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq və sübut edilmişdir. Yəni “Star Construction” şirkətinin həmin yolla bağlı bütün hüquq və vəzifələri "xxxx" QSC-yə ötürülmüşdür. Bununla belə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi də mövcuddur. Göründüyü kimi, məhkəmə aktları ilə cavabdehin həmin yoldan istifadə hüququ bərpa olunmuşdur. Daha sonra bütün texniki sənədlərdə, texniki pasportda, kök sənədlərdə həm in ərazi avtodayanacaq kimi göstərilmişdir. Yəni dövlət orqanları həmin ərazidə yerləşən boru kəmərlərinə hər hansı təhlükə olsa idi, ərazini avtodayanacaq kimi nəzərdə tutmazdı. Həmçinin avtodayanacağın təyinatı maşınların parklanması, saxlanılması anlamına gəlir. Əgər müvafiq yol yükgötürmə qabiliyyətinə malik deyilsə, orada, ümumiyyətlə, avtodayanacağın mövcudluğundan söhbət belə gedə bilməzdi. Məhkəmə iddiaçının həmin ərazidə hər hansı əmlakı, marağı olmadığı təqdirdə cavabdeh tərəfindən iddiaçının hansı hüququnun pozulmasına aydınlıq gətirmədən qərəzli şəkildə parklanmanı qadağan etmişdir. Məhkəmə özü yerli baxış keçirərək müəyyən etmişdir ki, orada "xxxx" QSC-yə məxsus maşınlar dayanır. Əgər ədalətli qərardan söhbət gedirsə, həqiqətən də boru kəməri üçün real təhlükə varsa, maşınları n orada saxlanılması bütün hər kəsə qadağan edilməlidir. Məhkəmə kobud qanun pozuntusuna yol verərək, yəni iddiaçını həmin ərazinin, yolun mülkiyyətçisi, sahibi kimi qələmə vermişdir. Hansıki həmin yol dövlət mülkiyyətindədir və müvafiq sərəncamla yalnız istifadəyə verilmişdir. Həmin yol isə ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur ki, cavabdehin istifadə hüququ "xxxx" QSC tərəfindən uzun illər qanunsuz məhdudlaşdırılsa da, dövlətin adından çıxarılan məhkəmə qərarları ilə bərpa olunmuşdur. Əgər real olaraq boru kəmərləri ilə bağlı fövqəladə vəziyyət varsa, müvafiq icra hakimiyyəti orqanı, o cümlədən "xxxx" ASC müvafiq iddia qaldırmaqla hər kəsə nəqliyyat vasitələrinin saxlanmasının qadağan edilməsini tələb edə bilərdi. Hər iki tərəf yola münasibətdə istifadə hüququna malikdir. “İri şəhə rlərin X1 Xidməti” X2 xx.xx.2024-cü il tarixli məktubu mövcuddur ki, məhkəmə həmin məktuba mötəbər sübut kimi istinad etmişdir. Hansı ki, həmin məktubda məsələnin hansı ünvana aid olması qəti şəkildə müəyyən olunmur. Daha sonra məktubdan aydın olur ki, sorğu "xxxx" MTK-ya hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatın əldə olunması ilə bağlı olmuşdur. Həmçinin məhkəmə tərəfindən iddiaçının hansı hüququnun pozulması halı əsaslandırılmamışdır. Məhkəmə cavabdehə parklanmanı qadağan edərkən bir ekspert kimi həmin ərazinin yükgötürmə qabiliyyətini müəyyən etmək üçün xüsusi biliyə malik olan şəxs deyil. Bu halı yalnız bu sahədə ixtisaslaşmış tikinti-texniki ekspertlər müəyyən edə bilər ki, bu barədə hər hansı rəy yoxdur. Bu mənada məhkəmə ekspert kimi davranaraq onların səlahiyyətlərini mənimsəmişdir. Ümumlikdə dövlət tərəfindən təyin olunmuş avtodayanacaqda rentabellik (yolun yük götürmə qabiliyyəti) müəyyən olunmadığı və sübut olunmadığı təqdirdə məhkəmənin öz mülahizəsi ilə bir ekspert kimi iddiaçının mövqeyindən çıxış etməsi cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur. Nəticə etibarı ilə məhkəmə biri digərini təkzib edən, ziddiyyətli və qeyri-mötəbər sübutlara istinad edərək mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlməmiş, işdə olan sübutlar məhkəmə tərəfindən tərəflərin bərabərliyi, ədalətli balans, mütanasiblik prinsipləri baxımından düzgün qiymətləndirilməmiş, bir tərəf həddən artıq əsassız olaraq fərdi yükə məruz qalmışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1440/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti rədd, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən - iddia tələbinin təmin edilən “Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMCnin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilməsi” - hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə hüquq verilmiş ca vabdehə münasibətdə məhkəmə ziddiyyətli nəticəyə gəlmiş və müzakirə edilən eyni yol üzrə cavabdehin hüquqların pozulmasına, habelə digər şəxslərin hərəkətləri ilə cavabdehin üzərinə vəzifə həvalə edən, habelə paylı mülkiyyət hüququ ilə cavabdehə (və digər cəlb edilməmiş mülkiyyətçilərə) məxsus olan əmlakdan sərbəst istifadə etmək hüquqlarının məhdudlaşmasına yönəlmiş qətnamə qəbul etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh tanınmış servitut hüququnun başqa məhkəmə mübahisəsinə əsasən aradan qaldırılması yolverilməzdir. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia tələbini paylı mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqli yyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi hissəsində təmin etməyib, parklanma hissədə təmin etməklə özü-özlüyündə ziddiyət təşkil edən, başqa məhkəmə prosesində həll edilən, (və) yaxud məhkəmə səlahiyyətlərinə aid olmayan publik münasibətlərə aid qərar qəbul etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMCnin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən "xxxx" QSC təsisçisi kimi 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında nizamnamə kapitalında paya malikdir. Deməli, cavabdehlə "xxxx" QSC arasında mübahisə olan zaman iddiaçı artıq bu hüquqa malik olduğu təqdirdə və cavabdehə münasibətdə maraqlarına toxunduğu təqdirdə əvvəlki məhkəmə prosesində iştirak etməmiş və tərəflərə qarşı münasibət bildirməmişdir. Beləliklə də, hazırki iddia üzrə iddiaçı olan "xxxx" MMC-nin "xxxx" QSC arasında bağlılığının olması halında cavabdehin məhkəmə qərarı ilə müəyyən edilən servitut hüquqlarından əlavə, əvvəlki məhkəmə qərarının preyudisiya əhəmiyyəti də cavabdehə münasibətdə müəyyən edilir və o artıq hazırki iş üzrə bəyan etdiyi etirazını yenidən sübut etmək vəzifəsindən azaddır. 28. "xxxx" MMC həmçinin qeyd etmişdir ki, məsələnin kökünü avtomobil yolu təşkil etdiyindən, bu publi k hüquqlarla bağlıdır və müvafiq inzibati münasibətlərdən irəli gəlir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən ed ilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdeh kimi qeyd edilən proses iştirakçısına münasibətdə qanuni qüvvəsin almış məhkəmə qərarı ilə ona verilmiş hüquqlarla məhdudlaşır və başqa əsasların mövcudluğu sübuta yetirilmir, iddiaçının i nzibati orqanın fəaliyyətinə və səlahiyyətinə aid, yəni tələbdə tək cavabdehə aid deyil, qeyri-müəyyən sayda şəxslərin yoldan istifadəsinə (hərəkət və parklanmasına) yönələn tələbə dair qeyd edilməlidir ki, “gediş-gəliş edən şəxslərə” aid tələbin dəqiq siyahısı göstərilməyən şəxslərə yönəlməsi mülki icraatın deyil, inzibati orqanların (publik) səlahiyyətlərinə aid olmasına işarə edir.

30. Belə ki, yoldan istifadə (istismar, hərəkət, parklanma və sair) ilə bağlı səlahiyyətlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydalarina, “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat gö stəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı ilə və sair normativ sənədlərlə müvafiq icra hakimiyyəti orqanların və bələdiyyələrin səlahiyyətlərinə aiddir.

31. Bundan əlavə, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri şəhərlərin X1 Xidməti” X3 və ya digər şəxslərin qurğularına aid və maraqlarına toxunan məsələlər onların özləri tərəflərindən, müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

32. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquq verilmiş cavabdehə münasibətdə məhkəmə ziddiyyətli nəticəyə gəlmiş və müzakirə edilən eyni yol üzrə cavabdehin hüquqlarının pozulmasına, habelə digər şəxslərin hərəkətləri ilə cavabdehin üzərinə vəzifə həvalə edən, habelə paylı mülkiyyət hüququ ilə cavabdehə (və digər cəlb edilməmiş mülkiyyətçilərə) məxsus olan əmlakdan sərbəst istifadə etmək hüquqlarının məhdudlaşmasına yönəlmiş qətnamə qəbul etmişdir.

33. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran apellyasiya i nstansiyası məhkəməsinin qənaətinə görə müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsi tərəfindən (yola aid) müəyyən edilən hallar ilk növbədə qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir.

34. Belə ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs q eydiyyatın çıxarılması və ya dəyişdirilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürə bilər.

35. Hazırki halda isə tərəflərin subyektiv tərkibi və bilavasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1,140, 148.2, 152.1, 560.1, 560.2-ci, Torpaq Məcəlləsinin 40.1, 40.2, 40.3 və 54.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətna mənin ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tam amlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsəd i ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84(1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84(2). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə (3). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən k ollegiya qətnaməni tam yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayətləri üzrə düzgün nəticəyə gəlmişdir.

45. İddiaçı tələbini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri şəhərlərin X1 Xidməti” X2 3-53-3/2-3302/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna istinadən ərazinin altından tonlarla çəkisi olan su kəmərinin keçməsi, yüksək gərginlikli elektrik naqillərinin mövcudluğu, yolun üstündə yarımstansiya tikilməsi, yerüstü qaz kəmərinin olması, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti və parklanmasının su kəmərlərinə ciddi təhlükə yaratması ilə əsaslandırmışdır.

46. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-3-cü hissələrinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin v ə icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

47. İşdən görünür ki, mübahisədə adı keçən, ünvan 6 ünvanındakı 0.233 ha torpaq sahəsi daimi istifadə hüququ ilə iddiaçıya ayrılıb. Lakin iddiaçı həmin torpaq sahəsindən istifadəsinə cavabdehin maneəsini özünün mənafeyi ilə deyil, ərazinin altından tonlarla çəkisi olan su kəmərinin keçməsi, yüksək gərginlikli elektrik naqillərinin mövcudluğu və s. ilə əsaslandırmışdır. Başqa sözlə, iddiaçı torpaq istifadəçisi kimi cavabdehin bu hüquqla bağlı onun hansı maraqlarına toxunduğunu göstərməmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi də buna qiymət vermişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1440/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar