Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2051/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edilməsi (Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi), fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 i barət tərkibdə, İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-933/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2014-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Mədəniyyət X2 və İxtisasartırma Mərkəzində elmi işçi vəzifəsinə, xx.xx.2015-ci il tarixli əmri ilə isə metodist vəzifəsinə təyin edilmişdir.
2. Mədəniyyət üzrə Elmi-Metodiki və X1 Komissiyasının yaradılması haqqında xx.xx.2024-cü il tarixli əmrinə əsasən işçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə iki attestasiya komissiyasının yaradılması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Mərkəzin işçilərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2024-cü il martın 28-29 tarixlərində attestasiyadan keçirilmələri əmr edilmişdir. İddiaçı, attestasiya olunacaq işçilər kateqoriyasına aid edilmiş digər işçilər ilə birlikdə bu barədə xəbərdar edilmişdir. 3. 09.04.2024-cü il tarixli işçilərinin attestasiyası üzrə İkinci Komissiyanın keçirdiyi attestasiyanın nəticələrinə dair İddiaçı əmək müqaviləsinə Azərbayca n Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k69/2024 nömrəli əmri ilə xitam verilmiş və İddiaçı vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə (bundan sonra cavabdeh, yaxud Mərkəz) qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə m üraciət edərək, cavabdeh tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən qanunsuz əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsinin təmin edilməsi, iddia tələbi ilə bağlı yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi məbləğində ödəncin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində attestasiya keçirərək, iddiaçıya münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 70-c i maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. xx.xx.2024-cü il tarixində 3-24-2/3-01f 20/2024 nömrəli əmr Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda, attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün iddiaçıya 30 mövzu təqdim edilərək attestasiyanın “Novruz Bayramı”ndan sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. İddiaçıya 30 mövzuya hazırlaşmaq üçün 1 (bir) ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığın ı bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin 2 (iki) əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “Whatsapp” platformasında qrup yaradılmış, iddiaçı da qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edilərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd ona təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı və digər işçilər “Novruz Bayramı” tətilindən sonra işə qayıtdıqda iş vaxtı qrupa attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. İddiaçı və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. İddiaçıya və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş iddiaçı və digər işçilər attestasiya zamanı mövzudan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz etdiyi üçün iddiaçı təhqirlərə məruz qalmışdır. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləkələnər ək işdən çıxarılacaqları bildirilmişdir. 2023-cü ilin fevral ayında X15 direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli həmin vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il, 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yalnız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçı və digər işçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidm əti Bakı şəhər İdarəsinə və digər qurumlara müraciət ediblər. Həmçinin, xx.xx.2024cü il tarixində tərəfindən mediasiyaya müraciət olunmuş, xx.xx.2024-cü il tarixində X5 sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı əldə edilmişdir.
6. Cavabdeh Mərkəz tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə vəsatət təqdim edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Vəsatətini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və yalnız həmin müddətlər ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. İddia müddətinin əhəmiyyəti əsasən ondan ibarətdir ki, o, hüquq münasibətləri iştirakçıla rını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, digər tərəfdən iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə 2024-cu ilin aprel ayının 26-da xitam verilməsi və bu barədə əmrin ona həmin gün təqdim edilməsi, iddiaçının mediasiyaya 2024-cu ilin may ayının 24-də müraciət etməsi, mediasiya prosesinə 2 iyul 2024-cü il tarixində xitam verilməsi, iddiaçının həmin tarixdən 10 gün keçdikdən sonra - 12 iyul 2024cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçın ın əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k69/2024 nömrəli əmrin mübahisələndirilməsinə dair iddia müddətinin axımı 2024-cu ilin aprel ayının 26-da başlanmış, iddiaçı həmin tarixdən 28 gün keçdikdən sonra - 24 may 2024-cu ilin tarixində mediasiyaya müraciət etmişdir. Beləliklə, iddia müddətinin əhəmiyyətli hissəsi iddiaçının mediasiyaya müraciət etdiyi tarixədək keçmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mediasiya prosesinə xitam verildiyi 2 iyul 2024-cü il tarixindən etibarən iddia müddətinin axımı bərpa olunaraq davam etmiş, iddiaçı isə həmin tarixdən yalnız 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, mediasiyaya müraciət edənəd ək 28 gün, mediasiyadan sonra isə 10 gün olmaqla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona təqdim olunduğu tarixdən 38 gün keçdikdən sonra məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-3803/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (X16) iddia rədd ed ilmişdir.
8. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyi, həmçinin, məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürüldüyü üçün iddia tələbi rədd edilməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının özünün məhkəmə iclasındakı izahatı ilə də müəyyən edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə tanış olaraq əmək kitabçasını təhvil almış, həmin tarixdən artıq işdən azad edilməsi barədə məlumatlı olmuş, yəni iddia müddətinin axımı başlamış, xx.xx.2024-cü il tarixdə onun tə rəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə izahat ilə müraciət ünvanlanmış, xx.xx.2024-cü il tarixdə (yəni, hüquqlarının pozulduğunu bildiyi vaxtdan 28 gün sonra) mediasiyaya müraciət edilmiş və iddia müddətinin axımı dayanmışdır. xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası yekunlaşmış və bununla da, iddia müddətinin axımı davam etmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməyərək, iddia müddətini 5 gün ötürdükdən sonra məhkəməyə müraciət etmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11. 65.1, 65.2, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.6, 70, 296.1, 296.2, 296.3, 296.6 və 296.7-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1, 29.3, 32. 1.9, 32.4.2, 35.1 və 35.2-ci maddələrinə Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizəni təmin edərək, iddia təl əbinin həmçinin bu əsasla da rədd etmişdir. İşdə olan Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X5 sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan göründüyü kimi tərəflərə bildiriş Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində göndərilmiş, xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Belə olduğu halda iddiaçı tərəfindən müvafiq Mediasiya təşkilatına müraciət xx.xx.2024-cü il tarixdən əvvəl edilmişdir. Həmin müraciətin tarixinin dəqiqləşməsi üçün müvafiq Mediasiya təşkilatına sorğu göndərilmiş və həmin sorğuya cavab hələ gəlməmişdir. Məhkəmə qətnamədə Mediasiya təşkilatı tərəfindən tərəflərə bildiriş xx.xx.2024-cü il tarixində göndərildiyini və həmin bildirişin tərəflərə xx.xx.2024-cü il tarixində çatdığını qeyd etsə də, iddia müdd ətinin axımının dayanmasını onun Mediasiya təşkilatına müraciət etdiyi andan deyil, təşkilatın göndərdiyi bildirişin tərəflərə çatdığı, yəni xx.xx.2024-cü andan hesablamışdır. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə əlaqədar verilmiş müddəalara əsaslanaraq müvafiq qətnaməni qəbul etmişdir. Belə ki, müvafiq mediasiya təşkilatının vermiş olduğu arayışın ona nə vaxt təqdim edilməsi məhkəmə təhqiqatında aydınlaşdırılmamışdır. Halbuki bu hal iş üçün əhəmiyyətlidir. Bundan başqa məhkəmə, iddiaçının məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməli olduğu halda - xx.xx.2024-cü il tarixdə müraciət etdiyini və bununla da, iddiaçı iddia ərizəsinin verilməsi müddətini 5 gün ötürmüş olduğunu qeyd edir. Elektron məhkəmə sistemindən göründüyü kimi cavabdeh son iclas günü iddia m üddətinin keçməsi barədə ərizə ilə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı iş üzrə iddiaçılar ilə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə eyni tələblə və eyni tərəfə münasibətdə iddia qaldırmışdır. Həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron sisteminə qəbul edilmiş və sədrlik edən hakim təyin edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçılar X6, İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X7rşı “attestasiya komissiyasının qərarının ləğv edilməsi, işə bərpa, buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qət edilmişdir. Həmin qərardadda məhkəmə iddiaçıların, hazırkı iddia tələbləri ilə bağlı ayrı-ayrılıqda məhkəməyə müraciət edə bilmələri qeyd edilmişdir. Müvafiq qərardad sistemə vurulduqdan 1 gün sonra iddiaçı tərəfindən (xx.xx.2024-cü il tarixdə) yenidən iddia qaldırılmışdır. Qeyd olunanlardan göründüyü kimi, o, heç bir halda iddia müddətini ötürməmişdir. Müvafiq qətnamədən göründüyü kimi, məhkəmə iş üzrə təqdim olunan və sübutlara münasibətdə bildirilən heç bir müddəanı araşdırmamış və bu səbəbdən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu iş üzrə elektron məhkəmə sistemindən göründüyü kimi cavabdeh son iclas günü iddia müddətinin keçməsi barədə ərizə ilə mür aciət etmiş və məhkəmə elə həmin gün də müvafiq qətnaməni elan etmişdir. Belə olduğu halda, bunu təkzib edən və bununla əlaqədar olan sənəd və sübutların məhkəməyə təqdim etmək mümkünsüz olmuşdur.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mediasiya təklifinin şəklini göstərə bilər. Burda təklifin göndərildiyi tarix qeyd olunmuşdur. 26 aprel tarixində işçinin əmək fəaliyyətinə xitam verilmiş, 24 may tarixində isə Mediasiya təşkilatına müraciət olunmuşdur. 2 iyul tarixində xitam verilir və onların 2 gün iddia ərizəsi ilə müraciət üçün vaxtları qalır. Attestasiya məsələsi ilə bağlı da qeyd etmişdir ki, attestasiyanın keçirilməsi ilə bağlı heç bir qanunauyğunsuzluq olmamış, işçinin nə qədər müddət işləməyin in heç bir əhəmiyyəti yoxdur. Attestasiya vərəqini rəhbərliyin qarşısında şəxsən işçiyə təqdim etmişdir. İşçi attestasiya ilə tanış olmaqdan imtina etmişdir. Ona görə də attestasiya vərəqində iddiaçının imzası yoxdur. Attetasiyanın tərkibi yetərincə nüfuzlu şəxslərdən ibarətdir. Attestasiyanın videoçəkilişi də vardır, orada görünür ki, işçiyə suallar verilir və sonda deyilir ki, hansı mövzunu yaxşı bilirsənsə o mövzudan sual versinlər. Xanım da qeyd edir ki, Konstitusiyanı yaxşı bilir. İddaçıdan soruşulur ki, Konstitusiya nə vaxt qəbul olunub, 27 noyabr cavabını verir, hətta Azərbaycanın qonşu ölkələri hansılardır sualına belə cavab verə bilmir. İddiaçı suallara qaneedici cavab verməmişdir. İddiaçı 22 ildir fəaliyyət göstərir və fəaliyyət göstərdiyi ixtisası, vəzifəni artıq bilməli idi.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-933/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmri mübahisələndirmək niyyətində olan iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, X5 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışı almaqla, o, xx.xx.2024-cü il tarixdə müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırkı mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 28 gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı mediasiya təşkilatına xx.xx.2024-cü il tarixində müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu xx.xx.2024-cü il tarixli arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 1 aylıq iddia müddətini 5 gün ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətində is tinad etdiyi kimi, digər iddiaçılar ilə birlikdə onun daha əvvəl (xx.xx.2024-cü il tarixində) verdiyi “işə bərpa və s.” tələblərinə dair iddiasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3697/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən geri qaytarılması, iddia irəli sürülənədək artıq başlanmış iddia müddətinin axımının kəsilməsinə səbəb deyildir. Belə ki, qanunla müəyyən edilmiş iddia müddətinin axımı verdiyi iddia ərizəsi geri qaytarıldığı üçün, ümumi qaydada davam etmişdir.
17. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı, məhkəmənin axırıncı hazırlıq iclasında cavabdehin verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edərək, birinci instansiya məhkəməsinin e-2(006)-3697/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadını, bu barədə məlumatlı oluğ u halda belə birinci instansiya məhkəməsinə təqdim etməmiş, istinad etdiyi qərardadı verdiyi apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin toxunduğu və iddiaçının, apellyasiya şikayətində göstərdiyi işin mahiyyətinə dair dəlillərə də hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv olunmasını, işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. İddiaçı, attestasiyasının Əmək Məcəlləsinin 65-67-ci maddələri ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyinə istinad edir və dəlilləri də ondan ibarətdir ki, “Whatsapp” sosial şəbəkəsində yaradılmış qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edilərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarları, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd ona təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində “Novruz Bayramı” tətilindən sonra iddiaçının və digər işçilərin iştirakçıları olduğu qrupa iş vaxtı attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. Onun və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmiş, o, və 30 nəfərə yaxın işçi attestasiya komissiyasının qarşısına zorla çıxarılmışdır. Attestasiya zamanı verilmiş mövzülardan kənar suallar ve rilmişdir.
18. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli attestasiyanın video görüntüsünü əks etdirən disk tədqiq edilərkən, müasir dövrün tələblərinə cavab verən metodist vəzifəsinə uyğun olubolmamadığını müəyyən etmək məqsədilə iddiaçıya verilmiş sualların Əmək Məcəlləsinin 65-ci maddəsinə zidd olmadığı, ixtisasına uyğun olmayan, kənar sualların verilmədiyi müəyyən edilmişdir. Belə ki, metodistin peşəsi, elm (pedaqoji, psixoloji və metodik) və təhsil praktikası arasında bir vasitəçi olmaq, pedaqoji heyətin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir. Metodistin əsas professional metodik fəaliyyəti onun pedaqoji heyətin peşəkar fəaliyyətinin və təhsil proseslərinin təşkilini əhatə edir.
19. Qeyd edilənlərə əsasən mə hkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2.1, 3.5, 65.1, 65.2, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.6, 68.1, 70, 76, 83, 288, 292.2, 296.1, 296.2-ci, “Mediasiya haqqında” Qanunun 21.5, 21.6, 21.7, 24.7, 28.3, 32.4.2, 35.1, 35.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qər arına və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88, 217.1, 217.3, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən attestasiyanın nəticələrinə dair qərarın verilmədiyinə, işçilərə verilən balların necə müəyyən edildiyi barədə məlumatın (əsasın) olmadığına, attestasiya komissiyasının bütün üzvlərinin müvafiq müsahibədə iştirak etdiyinə və həmin komisiyanın iddiaçıya verilən sualların cavablarını qiymətləndirə bilmək imkanlarının (biliklərinin) olmasına dair qətnamədə hüquqi münasibət bildirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
23. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yara dılması prinsiplərinə əsaslanır.
24. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
25. Maddə 65 (1-ci hissə) İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
26. Maddə 65 (3-cü hissə) İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittif aqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
27. Maddə 65 (4-cü hissə) Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
28. Maddə 65 (5-ci hissə) Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
29. Maddə 65 (6-cı hissə) Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attes tasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
30. Maddə 65 (7-ci hissə) Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
31. Maddə 67 (1-ci hissə) Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Maddə 67 (2-ci hissə) İşəgötürən attestasiya komissiyasının tövsi yyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
33. Maddə 70 “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər
34. Maddə 288 “x” bəndi. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
35. Maddə 296 (1-ci hissə) Bu Məcəllənin 294-cü maddəsinin ikinci hiss əsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
36. Maddə 296 (2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
37. Maddə 296 (3-cü hissə) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
38. Maddə 296 (6-cı hissə) Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
39. Maddə 296 (7-ci hissə) Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
40. Maddə 375.2. Məhkəmə tərəfindən i ddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununu.
41. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
42. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
43. Maddə 21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı for mada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir.
44. Maddə 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiya sında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
45. Maddə 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
46. Maddə 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər v ə ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir.
47. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.
48. Maddə
35. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarı.
49. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001- ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları.
50. Bənd 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
51. Bənd 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
52. Bənd 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil.
53. Bənd 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan ke çənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır.
54. Bənd 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir.
55. Bənd 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir.
56. Bənd 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməli dir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab ol unur.
60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
64. Maddə 217.4. Məhkəmə öz qətnaməsi ni yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
74. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
75. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
76. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanu nvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
77. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
78. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
79. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
80. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiy a instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
81. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu b arədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
82. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MP M-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
83. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 84. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
85. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
86. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-933/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.