Məhkəmə qərarları › İş №2(102)-2052/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2052/2019

01.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2052/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, X1, İddiaçıların nümayəndəsi X2, onların vəkili Vəkil, Cavabdeh və vəkili Xnun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” barədə ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci i l tarixli 2(103)-6040/2018 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 saylı evin 10 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) 2(004)1076/2018 nömrəli 05 mart 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının (İkram Şirinov - sədrlik edən və məruzəçi, hakimlər Tofiq Səmədov, Elşən Kazımov) 26.09.2018-ci il tarixli 2(103)6040/2018 nömrəli qətnaməsi ilə iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)1076/2018 nömrəli, 05 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddiası təmin edilməmiş, Cavabdeh qarşılıqlı iddiası təmin edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli 2(103)6040/2018 nömrəli qətnaməsinin ləğv edilərək ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, mübahisələndirilən Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 12 saylı evin 10 saylı mənzili iddiaçıların şəxsi mülkiyyətidir, cavabdeh 2000-ci ildən həmin mənzildə yaşamır, onun həmin mənzildə heç bir əmlakı yoxdur, o, iddiaçılara məlum olmayan ünvanda daimi olaraq yaşayır, cavabdehin mübahisəli mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və mülkiyyətçi kimi iddiaçıların hüquqlarını məhdudlaşdırır. Məhkəməyə təqdim olunmuş qonşular tərəfindən tərtib edilmiş aktından görünür ki, Cavabdeh 2000-ci ilin əvvəllərindən həmin mənzildə yaşamamış, ailəsi ilə birgə təsərrüfat aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmayaraq təqdim edilmiş sübutlara, şahid ifadələrinə, işin hallarına düzgün qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məh kəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi X3 və onların vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İddiaçılar işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzilin 1992-ci ildə Cavabdeh dövlət tərəfindən verilməsi, onun həmin mənzili 2003-cü il tarixli bağışlama m üqaviləsinə əsasən qızlarına bağışlaması və mənzilin hazırda hər birinin payı ½ olmaqla, hər iki qızının xüsusi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. İddiaçılar cavabdehin borclularından gizləndiyi üçün məcbur qalıb başqa ünvanda yaşadığını, mübahisəli mənzildə 2000-ci ildən yaşamadığını, daimi olaraq yaşamaq üçün başqa mənzilinin olduğunu bildirsələr də, buna dair sübutlar təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığını, buna görə də, mübahisəyə həmin tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməli olması qənaətinə gəlmiş, həmin Mənzil Məcəlləsinin 123-cü, 60-cı və 87-ci maddələrinə əsasən cavabdehin mənzildən istifadə hüququnun itirilməsi və ya xitamı üçün əsaslar olmadığını, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsini həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğunu göstərərək, müvafiq əsasın mövcud olması iş üzrə sübut edilmədiyindən ilkin iddianı rədd, qarşılıqlı iddianı təmin etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalar ına uyğun həll edilməlidir. İddiaçı 24.09.2003-cü ilədək mübahisəli mənzilin mülkiyyətçisi olmuş və mülkiyyət hüququ əsasında həmin mənzildən istifadə etmişdir. Bağışlama müqaviləsindən sonra da həmin mənzildə yaşamaqla (əksi sübut olunmamışdır) mənzilin yeni mülkiyyətçilərinin ailə üzvü (atası) kimi mənzildən istifadə hüququ yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlan an 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn ke çmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” İş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun müvafiq kompensasiya verilmədən xitamı üçün əsaslar müəyyən edilməmişdir. İddiaçılar kassasiya şikayətində cavabdehin Rusiya vətəndaşı olduğunu və deməli onun daimi yaşayış yerinin və qeydiyyatının Rusiya Federasiyasında olduğunu, məhkəmənin bu fakta heç bir qiymət vermədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında cavabdehə 10.11.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Həmin sənəddə cavabdehin mübahisə predmetini təşkil edən mənzildə qeydiyyatda olduğu göstərilmişdir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənəddir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla, tanınmır. Göründüyü kimi, cavabdeh Rusiya Federasiyasının vətəndaşlığını əldə etsə də, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən onun xarici dövlətin vətəndaşlığına mənsubiyyəti tanınmır. Eyni zamanda, cavabdeh xarici ölkə vətəndaşlığını “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanuna 30.05.2014-cü il tarixdə edilmiş dəyişikliklərdən əvvəl əldə etdiyindən qeyd edilən qanunun 18-ci maddəsinin 1-ci hissəsi (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) ona şamil edilmir. İddiaçıların kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdəırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş mə sələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbi qində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MP M-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli 2(103)-6040/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar