Məhkəmə qərarları › İş №2(102)-2053/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2053/2022

10.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2053/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, ştatların ixtisarı, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “işdən azad olma və başqa işə keçmə barədə və təhvi l-təslim barədə əmrlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-7203/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 02.09.2002-ci ildə 8 nömrəli Bakı Peşə Liseyinə fizika fənni üzrə müəllim vəzifəsinə qəbul edilmiş, sonradan həmən liseydə dərs hissə müdiri vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-ci il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş peşə məktəblərinin və liseylərinin nümunəvi ştat cədvəlinin məzmunundan aydın olur ki, həmin tədris müəssisələrində dərs hissə müdiri ştat vahidi peşə liseylərində şagird kontingentinin sayı 250 nəfərdən çox şagird olduqda daxil edilir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 19.12.2019-cu il tarixli 195 nömrəli əmrinin surətindən görünür ki, dərs hissə müdiri vəzifəsi və əmrdə qeyd edilən digər vəzifələr 07 yanvar 2020-ci il tarixdən ştat cədvəlindən ixtisar edilməsi qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 07.01.2020-ci il tarixli 04 nömrəli təhvil-təslim barədə əmrinin surətindən görünür ki, X2 dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün 07 yanvar 2020-ci il tarixindən tutduğu vəzifədən tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçdiyi üçün o səlahiyyətində olan bütün tədris plan-proqramları tədrisə aid olan sənədləri tədris istehsalat işləri üzrə direktor müavini X1 təhvil verilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 07.01.2020-ci il tarixli 03 nömrəli işdən azad olma və başqa işə keçmə barədə əmrinin surətindən görünür ki, dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün İddiaçı 07 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə müvafiq dəyişikliklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilmişdir. Mülki işdə olan 08.01.2020-ci il tarixli xxxxxxx000206 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətində n görünür ki, QafarovTahir Əlimuxtar oğlu əmək müqaviləsi üzrə müəllim vəzifəsində işlədiyi qeyd olunmuşdur.

6. Mülki işdə olan 08.01.2020-ci il tarixli xxxxxxx000206 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, QafarovTahir Əlimuxtar oğlu əmək müqaviləsi üzrə müəllim vəzifəsində işlədiyi qeyd olunmuşdur.

7. Mülki işdə olan 8 nömrəli Bakı Peşə Liseyinin Həmkarlar Təşkilatının üzvləri ilə birgə iclasının 18.12.2019-cu il tarixli, 40 nömrəli protokolunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996 - cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarına əsasən bir sıra ştatlar peşə liseylərində 250 nəfərdən artıq şagird kon tingenti olduqda bir ştat vahidi ola bilər. Lakin, hal-hazırda liseydə 250 nəfərdən az şagird kontingenti olduğu üçün bu ştatlardan, bir ştat vahidi olan inzibati- təsərrüfat işləri üzrə direktor müavini, bir dərs hissə müdiri, bir laborant, bir komendant, bir fəhlə, bir xəzinədar, işçisi olmayan, lakin ştatda olan nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlimi ustası vəzifələri ləğv olunaraq nümunəvi ştata uyğunlaşdırılmalıdır. 8. 8 nömrəli Bakı Peşə Liseyinin 82 saylı, 14.09.2021-ci il tarixli arayışından görünür ki, 07.01.2020-ci il tarixdəki ixtisarlardan sonra İddiaçı müəllim kimi hər ay 328,07 manat ödənilmişdir. 10.8 nömrəli Bakı Peşə Liseyinin 83 saylı, 14.09.2021-ci il tarixli arayışından görünür ki, həmin liseydə 2021-2022-ci tədris ili üçün şagird kontingenti 234 nə fər təşkil edir. 11.Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyas tərəfindən verilmiş SER TSE-01 074621 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən 2-ci qrup əlil kimi qeydiyyata alınmış və əmək qabiliyyətsiz kimi qiymətləndirərək, xüsusi yaradılmış şəkildə işləyə biləcəyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “işdən azad olma və başqa işə keçmə barədə və təhvil təslim barədə əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhs il üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X3 tərəfindən verilmiş işdən azad olma və başqa işə keçmə barədə 07 yanvar 2020-ci il tarixli 03 saylı əmrin ona aid olan hissədə və təhvil-təslim barədə 07 yanvar 2020-ci il tarixli 04 saylı əmrin ləğv edilməsinə və onu Dərs hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla 2008-ci ildən 8 nömrəli Bakı Peşə Liseyində işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən iki fəxri fərmanla mükafatlandırılmışdır. Əmək vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş, ayağında ağır cərrahiyyə əməliyyatı keçrimişdir. 2014-cü ildən şəkərli diabet xəstəsi olmaqla ikinci qrup əlildir. Buna baxmayaraq, üzərinə düşən vəzifələri layi qincə yerinə yetirmişdir. Lakin 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021-ci il tarixli 21 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilmişdir. Hesab edir ki, cavabdeh 8 nömrəli Bakı Peşə Liseyinin 03 may 2021-ci il tarixli 21 saylı əmri qanunsuz və əsassızdır. Belə ki, 03 may 2021-ci il tarixli 21 saylı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinin, 58-ci maddəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 77-ci maddəsinin 2-ci və 3-cü hissəsinin, 78-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndin in və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir.

15. Qaradağ Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(002)-648/2020 nömrəli qətnaməsi ilə(hakim F.Ə.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbinə dair iddiası təmin edilməmiş.

16. Birinci instansiya məhkəməsi məhkəmə iclasında izahatlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətini n etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatına və mülki iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, lakin o, 14.01.2020-ci il tarixdən 03.05.2021-ci il tarixədək Liseyə gəlməmiş, tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmiş, tədris ili başlayandan nə distant formada, nə də əyani formada dərs keçməmiş, summativ qiymətləndirmə aparmamış və jurnalları yazmamışdır. Məhkəmə mülki iş üzrə sübutlara əsasən iddiaçının Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək funksiyalarını yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, hazırda əmək müqaviləsinə xitam verilməsi barədə 03 may 2021-ci il tarixli 21 saylı əmrin ləğv edilməsi üçün hüquqi əsas yoxdur. 17.Məhkə mə öz mövqeyini Əmək Məcəlləsinin 10, 11-ci b bəndinə əsasən,70-ci maddəsinin “ç” bəndinə,72-ci maddələrinə, Mülk Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin 12 mart 2020ci il tarixli, 2(002)-648/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-7203/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 12 mart 2020-ci il tar ixli, 2(002)648/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, cavabdehin 07 yanvar 2020-ci il tarixli əmr verərkən ƏM-nin 77-ci maddəsində təsbit olunmuş qaydaya əməl etmək öhdəliyi mövcud olmamışdır. İddiaçı həmin əmrlə başqa işə - müəllim vəzifəsinə keçirilmiş, bununla da onun yuxarıda qeyd olunan normanın tələbləri baxımından hər hansı iş axtarmaq, eləcə də maddi ehtiyacının qarşılanması zərurəti yaranmamışdır.Bundan əlavə, ƏM-nin 80-ci maddəsində nəzərdə tutulmuş qayda məhz həmin Məcəllənin 77-ci maddəsində təsbit olunmuş əsaslarla birbaşa şərtləndirildiyindən, hazıkı işin faktiki hallarını 77-ci maddənin təsiri altına düşmədiyindən, cavabdeh tərəfindən ƏM-ni 80-ci maddəsinin tələblərinə əməl edilməsinin yoxlanılması zərurəti aradan qalxır. 21 Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcələsinin 77-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: 22 İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-7203/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23 Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Bakı Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişməsi ilə xitam verilmişdir, işəgötürənin istinad etdiyi normada Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsası belə göstərilib əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. Lakin əmək şəraitinin şərtlərinin dəyişməsi baş verməyib, ona görə də əmək müqaviləsinə bu əsasla xitam verilə bilməz.Bundan əlavə,cədvəli yeni yaradılmış Mərkəzdə də həmin vəzifə “Tədris bölməsinin şöbə müdiri” adlanır və mahiyyət üzrə eyni əmək funksiyalarını daşıyır. 24 Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 25. 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münas ibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 26. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 27. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 28. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 29. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 30. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 31. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 32. 78-ci maddəsinin 1-ci hiss əsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1-ci tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2 -ci bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4-cü məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1-ci kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri: 41.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan süb utlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

42. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

46. Y uxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-7203/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar