Məhkəmə qərarları › İş №2(102)-2053/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2053/2024

02.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2053/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) 02.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-566/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı 1. ünvan 1 ünvanındakı ümumi sahəsi 79.6 kv.m olan 414 saylı ev üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınaraq, MA seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışda evin yerləşdiyi ünvanda 0,0111 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu əksini tapmışdır.

2. Cavabdeh iddiaçının keçmiş gəlinidir və iddiaçının oğlu Nümayəndələ xx.xx.2006-cı ildə evlənərək, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 73, ev 414 ünvanındakı özbaşına tikilmiş 414A saylı evə gəlin köçmüşdür və orada fasiləsiz yaşayır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)6229/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə Nümayəndə arasında olan nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü Şəms və xx.xx.2012-ci il təvəllüdlü Şəfiqə adlı uşaqların Cavabdeh yanında qalmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Nümayəndə alimentin tutulması qət edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(001)5684/2022 saylı qətnaməsi ilə Cavabdeh 16 avqust 2007-ci il təvəllüdlü Şəms və 19 mart 2012-ci il təvəllüdlü Zərifə adlı uşaqları ilə birlikdə 16 noyabr 2006-cı il tarixdən gəlin köçdüyü ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzildən istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh yaşadığı evin hüquqmüəyyən edici sənədləri yoxdur. Məhkəmə iddianın rədd edilməsini onunla əsaslandırmışdır ki, məhdud əşya hüququ kimi istifadə hüququnun yaranması üçün yaşayış sahəsi mülkiyyətdə olmalı və mülkiyy ətçi ilə və ya notariat qaydasında müqavilə bağlanmalı və ya mülkiyyətçinin ailə üzvü olmalıdır.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5930/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73, ev 414 ünvanından qeydiyyatdan Cavabdeh çıxarılması vəzifəsinin cavcabdehin üzərinə qoyulması tələb rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 3 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 2, korpus 71, ev 414 iddiaçının mülkiyyətindədir. Həmin evdə iddiaçı və ailə üzvləri (əri, oğu və qızı) birlikdə yaşayırlar. Oğlu ailə qurduqdan sonra onun arvadı (cavabdeh) də həmin evə gəlin gəlmişdir. Oğlu ilə cavabdehin arasındakı nikah pozulmuşdur. Eyni zamanda, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində sözügedən evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh artıq onun gəlini deyil, cavabdehin ərizədə göstərilən evdə yaşaması mübahisələrə və ailədaxili münaqişələrə səbəb olmaqla, iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. İddiaçı cavabdehin bu evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddiası təmin edilməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburi yyətində qalmışdır.

8. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, uşaqlarına görə həmin evdə yaşamağa məcburdur. Evin yalnız mətbəxi həyətdəki digər evlə ortaq istifadələrindədir. Bundan başqa, o, 414 nömrəli evdə qeydiyyatda olsa da, faktiki olaraq yaşadığı evin nömrəsi 414A-dır. O, 414 saylı evdə yaşamadığından bu iddianın ona aidiyyəti yoxdur və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4404/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim etibar Mustafayev) iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 3 ünvanındakı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə cavabdehin sözügedən evdə hər hansı hüquqi əsas olmadan yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində işin yuxarıda müəyyən olunan halları təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, hazırki şikayətə əlavə olunmuş arayışdan göründüyü kimi 16 avqust 2007-ci il təvəllüdlü X2 və 19 mart 2012-ci il təvəllüdlü X1 adlı uşaqlar ünvan 4 ünvanında qeydiyyatdadırlar. İddiaçının nümayə ndəsi qismində iştirak edən keçmiş əri Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh yaşadığı evin ünvanının 414A olduğunu bildirsə də, belə ünvan yoxdur. Hər iki evin ünvanı 414-dür. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 73, ev 414 ünvanında olan fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin ünvanda isə iddiaçının nümayəndəsinin izahatına əsasən iki fərdi yaşayış evi vardır. Həmin ünvanda iki evin olmasını həm də hazırki şikayətə əlavə olunan qeydiyyat barədə arayışlar da sübut edir. İş materiallarında olan çıxarışa baxdıqda isə müəyyən olunur ki, həmin çıxarışda yalnız bir fərdi yaşayış evi barədə məlumat vardır. Belə olduğu təqdirdə iddiaçının ünvan 4 ünvanında olan fərdi yaşayış evinə subyektiv hüququnun olmama sı müəyyən edilir və həmin tikilinin daha sonra tikilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatdan keçirilməməsi aşkar olunur. Bundan əlavə, onun uşaqları 414A ünvanında olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə qətnaməsi əsasında onlar onun himayəsində saxlanılır, onun uşaqlarla qalmağa heç bir yeri yoxdur. Nikah rəsmiləşdirildikdən həmin fərdi yaşayış evinə gəlin köçüb. 414A ünvanında olan fərdi yaşayış evində o və uşaqlar birlikdə faktiki yaşayırlar. Belə olan halda qətnamənin icrasında çətinlik törədəcəyi və icra olunmayacağı şübhə doğurmur. Bu hal da məlumdur ki, iddiaçı iddia tələbində fərdi yaşayış evinin ünvanını qəsdən ünvan 5ə şəxsin subyektiv hüquq məsələsini ortaya çıxarmasın və nəticədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməsin. Lakin hazırki vəzi yyətdə isə həmin qətnamənin icra edilməsi mümkün olmayacaqdır. Məhkəmə ünvan reyestrinin aşkara çıxarılması üçün sorğu göndərməli, ünvana baxış keçirməli olduğu halda bunu etməmişdir. Əksinə icra olunmayan qətnamə qəbul edilməklə münaqişənin alovlanmasına rəvac vermişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçının onun faktiki yaşadığı fərdi yaşayış evinə mülkiyyət hüququnun olub-olmamasını müəyyən etməmiş, subyektiv hüququ məsələsini həll etməmiş, hazırda mübahisəli ünvana baxış keçirməmiş, həmin ünvanda məhz iki fərdi yaşayış evinin mövcud olmasını aşkar etməmiş, ünvanlar barədə sorğu göndərməmiş və digər pozuntular əsasında məhkəmə qətnaməsi qəbul etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024 -cü il tarixli, 2(103)-566/2024 nömrəli qətnaməsi ilə (hakimlər G.Axundova, C.Musayeva, F.Babayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4404/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 -dən çıxarılması barədə iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarının araşdırılması zamanı tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə təsdiq olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 73 ünvanında yerləşən torpaq sahəsində 414 nömrəli ev ilə yanaşı özbaşına tikili də mövcuddur. Sözügedən tikili ilə bağlı hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Cavabd eh ailə qurduqda özbaşına tikiliyə gəlin köçmüş və orada yaşayır. Dövlət qeydiyyatına alınmış evdə isə iddiaçı yaşayır. Göründüyü kimi, iddiaçının tələbi mülkiyyətində olan evdən cavabdehin çıxarılmasıdır. Lakin cavabdeh həmin evdə yaşamır. Belə olan halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi ünvan 6 ünvan da yerləşən ev iddiaçının mülkiyyətindədir. Həmin evdə iddiaçı və onun ailə üzvləri birlikdə yaşayırlar. İddiaçının oğlu Nümayəndə ailə qurduqdan sonra onun arvadı Cavabdeh (cavabdeh) həmin evə gəlin köçmüşdür. Cavabdehin oğlu ilə nikahına xitam verildiyi üçün artıq iddiaçı onun gəlini deyildir, ailə üzvlüyündən çıxmışdır. Belə olan halda cavabdehin iddiaçıya məxsus evdə yaşaması mübahisələrə və ailə daxili münaqişələrə səbəb olmaqla, evin mülkiyyətçisi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Apellyasiya məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan evdə yaşamadığını əsas tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə ddianı təmin etməmiş, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh iddiaçının mülkiyyətində olan evə onun razılı ğı əsasında gəlin köçmüş, həmin evdən istifadə etmişdir. Cavabdehin nikahına xitam verildikdən sonra iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etməsi və orada yaşaması yalnız mülkiyyətçinin razılığı ilə mümkündür. Mülkiyyətçinin isə belə bir razılığı yoxdur. Məhkəmənin özbaşına tikili kimi qeyd etdiyi yaşayış sahəsi 414 saylı ünvana bağlıdır və bu tikililərin ümumi bir mətbəxi, bir kanalizasiyası, su və qaz xətti vardır. Sözügedən tikili iddiaçıya məxsus həyətdə tikilmişdir. Həmin həyət sahəsi 1996-cı ildən iddiaçıya aiddir və belə olmasaydı daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 414 saylı evə mülkiyyət sənədi verilməzdi. Cavabdeh gəlin köçməmişdən qabaq həmin tikili mövcud olmuş və bu tikili 414 saylı ünvanda məhz iddiaçının sahiblik, istifadə və sərəncamında olmuşdur. Cav abdehin nikaha rəsmi qaydada xitam verildikdən sonra sözügedən ünvanda yerləşən yaşayış evindən istifadə hüququ yoxdur.

19. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 30.5-ci və MPM-nin 9, 88, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə etiraz edərək, şikayətin rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

22. Maddə

29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

26. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə 152.1. Mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

30. Maddə

157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər.

31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

32. Maddə

2. Mənzil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz m ülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə

8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümum i əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə

9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: … 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Azərbaycan Respublikasının Tor paq Məcəlləsi

33. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

34. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

35. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

36. Maddələr 111.1, 111.2, 111.3. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əv əzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəməl ərinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. İddiaçı ona məxsus olan yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

51. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin evin inşa olun duğu torpaq sahəsi də dövlətin mülkiyyətindədir.

52. Bundan başqa, tərəflər arasında yaranan mübahisə, cavabdehin mənzil hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğuna görə iddia üzrə işin halları həm də Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında da yoxlanmalıdır.

53. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasınd a qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir.

54. Təhlil olunan normaya görə məhrumetmə o halda qanuni ola bilər ki, ilk növbədə cavabdehin evdən şıxarılmasını tələb edən şəxsin məhrum edilmə ilə nəticələnən hərəkətlərə hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalıdır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normaların tələbinə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-566/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar