Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2053/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi),mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı müvafiq əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1857/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2013-cü il tarixli 691 nömrəli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə sonradan əlavələr edilmişdir.
2. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/330 nömrəli əmrinə əsasən ümumilikdə 9 ştat vahidi, yəni işçi(ştat vahidinin) sayı və ştat vahidləri(ştatlar), o cümlədən İnsan xidmətləri üzrə koordinator (siyahı üzrə 9-cu) İddiaçı ştat vahidi ixtisar olunmuşdur.
3. Cavabdeh MMC tərəfindən işçi İddiaçı xx.xx.2023 cü il tarixdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qaydada Cəmiyyətdə gözlənilən ixtisarlar ilə bağlı işdən azad olunma ilə bağlı xəbərdarlıq bi ldirişi təqdim edilmiş, lakin MMC-nin üç əməkdaşının tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən işçi İddiaçı müvafiq xəbərdarlıq bildirişini qəbul etməkdən və aldığına dair imza etməkdən imtina etmişdir.
4. Cavabdeh MMC-nin işçi İddiaçı ünvanlanmış işə gəlməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişində xx.xx.2023-cü ildən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi göstərilmişdir. 5. "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilib ki, poçt xidmətinin əməkdaşının işçi İddiaçı telefonla məlumat verməsinə baxmayaraq müvafiq xəbərdarlıq bildirişinin təqdim edilməsi mümkün olmamış, İddiaçı xəstə olduğunu, işə çıxmadığını bildirmiş, məktubun çatdırı lması üçün ünvan istənilsə də, o, buna ehtiyac olmadığını bildirmişdir.
6. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşçinin xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş illərinə görə işdən çıxma müavinəti və son haqq hesabın ödənilməsi qərara alınmışdır.
7. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. Əmrdə göstərilib ki, müvafiq xəstəlik vərəqəsinə əsasən işçi İddiaçı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddə t ərzində xəstə olmuş, lakin, işəgötürənin bundan məlumatı olmamışdır.
8. İddiaçı işəgötürən Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı xəbərdarlığında göstərib ki, iş yerində ona maneələr yaradılır, bu səbəbdən, xx.xx.2023-cü il tarixdən 20 gün müddətinə tətil elan edəcək və əmək funksiyalarının icrasını dayandıracaqdır.
9. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/729 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 10. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktublarında mənzilin bağlı olması və digər səbəblərdən İddiaçı məktubların çatdırılması mümkün olmamışdır. 11. xx.xx.2023-cü il tarixli 165 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən işçi İddiaçı hesabına 5948,10 manat pul köçürü lmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh MMC-yə qarşı müvafiq əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
13. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004) 1244/2024 nömrəli qərardadı ilə (hakim Gülnar Babazadə) İddiaçı Cavabdeh MMC-yə qarşı müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş 2(004)462/2024 nömrəli mülki iş ilə eyni icraatda birləşdirilmişdir.
14. İddiaçı xx.xx.2024-cü il tarixli (sonuncu dəqiqləşdirmə ərizəsi) ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilmiş, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 023/490 nömrəli, xx.xx.2023-cü il tarixli, 023/631 nömrəli və xx.xx.2023-cü il tarixli, 023/729 nömrəli əmrlərinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ödənilməli olan əmək haqqının ödənilməsi, istifadə edilməmiş məzuniyyət günləri və ixtisar prosesində olan 2 qat işdən çıxma müavinətinin ödənilməsi, işə bərpa edilməsi, 30.000 manat mənəvi zərərin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında icraata qəbul edilmişdir (hakim Günel Əkbərli).
15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı 19 sentyabr 2013-cü ildən Cavabdeh MMC-də İnsan xidmətləri üzrə koordinator vəzifəsində işləmişdir. Ü mumilikdə 30 ilə yaxın (o cümlədən 10 il SOCAR stajı) əmək stajı var. Çalışdığı müddət ərzində intizamlı, işgüzar işçi kimi tapşırılan işə məsuliyyət hissi ilə yanaşmış, qeyri-iş günləri də çalışmış, vəzifəsinə aid olan öhdəlikləri zamanında yerinə yetirmişdir. Davranışı və mədəniyyəti ilə kollektivin hörmətini qazanmış, heç bir nizam intizam qaydalarını pozmamışdır. Baş Direktorun (İlqar Əhmədov) xx.xx.2020-ci il tarixli əmrinə əsasən pandemiya zamanı verilən işi yüksək səviyyədə icra etdiyi üçün mükafatlandırılmışdır. 21 oktyabr 2022-ci ildə İnsan Resursları Departamentinin keçmiş meneceri Tofiq Əfəndizadə işdən azad edildikdən sonra İnzibati işlər üzrə menecer X5 Dəstək Xidmətləri Departamentinə rəhbər təyin olundu. F.Novruzov 2022-ci ilin oktyabr ayının sonlarında iddiaçını öz iş otağı na çağıraraq işdən azad olunan T.Əfəndizadə haqqında şahidi olmadığı hadisələr haqqında hüquq mühafizə orqanlarına yalan ifadə verməyini tələb etmişdir. İddiaçı yalan ifadə vermədiyini dedikdə, ona “səni mən işə götürmüşəm, indi də mənə işləməlisən” dedi. Müvafiq hüquq mühafizə orqanının əməkdaşı işdə həmin menecerlə bağlı iddiaçı ilə görüşüb bəzi suallar (normal suallar) vermiş, iddiaçı da cavablandırmışdır. Növbəti gün F.Novruzov iddiaçını öz iş otağına çağırmış və ona kobud sözlərlə “səni göndərdim, gedib iş edəsən, getdin Prezidenti təriflədin” demiş və ironik üz ifadəsi ilə gülməyə başlamışdır. O vaxtdan iddiaçı T.Əfəndizadə barədə qərəzli olaraq yalan ifadə verməkdən imtina etdiyi üçün F.Novruzov tərəfindən 2022-ci ilin oktyabr ayının sonlarından 2023-cü il 21 sentyabr tarixinədək mü təmadi olaraq mənəvi təzyiqlərə məruz qalmışdır. Həmin şəxs iddiaçıya qarşı təzyiq etməyə, heç bir əsas olmadan, ona “səninlə hələ işimiz çox olacaq” deyərək, iddiaçını psixioloji olaraq narahat edəcəyi ilə bağlı hədələməyə başlamışdır. Fuad Novruzov heç bir səbəb olmadan, tez-tez işdə iddiaçıya yüksək səslə qışqıraraq, onu təhqir etmişdir. Mütəmadi olaraq F.Novruzov iddiaçının üstünə qışqırdığına və təhqir etdiyinə görə 14 iyul 2023-cü ildə iddiaçı işdə olarkən tualet otağında huşunu itirmişdir (səhər saatlarında). Bundan sonra şirkətin işçisi Sevinc Axundova iddiaçıya köməklik edərək onu yerə otuzdurub və bu zaman “kömək edin” deyərək, səslənib. Yaxın olduğu üçün ilk səsə də F.Novruzov gəlib iddiaçını yerdən qaldıraraq stulda əyləşdirib. Sevinc xanımın dediyinə əsasən iddiaçı 5 dəqiqə hu şsuz vəziyyətdə olmuşdur. Ayılanda 5-6 nəfər iş yoldaşının iddiaçıya köməklik etdiyini görmüşdür. İlk olaraq İnsan xidmətləri üzrə qrup rəhbəri vəzifəsində işləyən X4 Tibbi Sığortadan Ofisə X6 çağırıb, ilkin tibbi yardımdan sonra da iddiaçı X6 ilə Uni-klinika xəstəxanasına çatdırılmışdır. Həmin gündən mütəmadi olaraq həkimlərin müayinəsindən keçmiş və 27 iyul 2023-cü ildə həkimin təyin etdiyi müayinə və müalicəni davam etdirmək məqsədilə iddiaçı departamentin məzuniyyət qrafikinə əsasən 03 avqust 2023-cü ildən 15 avqust 2023-cü il tarixinədək əmək məzuniyyətinə çıxmaq barədə F.Novruzova ərizə ilə müraciət etmişdir. F.Novruzov ərizəni qəbul etməyib və 1 gün əvvəl (yəni 02 avqust tarixində) imzalayacağını bildirib. Halbuki ƏM-nin 138.2-ci bəndinə əsasən məzuniyyətin verilməsi barədə əmr məzu niyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. 01 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək olan bülletenlərini kuryer vasitəsilə T.Rəsulzadəyə göndərmiş və avqust ayının axırıncı son on gününə heç bir sənəd təqdim etməməyinə baxmayaraq, iddiaçıya avqust ayı üçün əmək qabiliyyətinin olmaması vərəqələri (bülleten) üzrə ödənişlər yerinə sadəcə olaraq aylıq əmək haqqı ödənilib. Bununla bağlı da iddiaçı bankdan SMS-məlumat almış, F.Novruzov elektron poçt ünvanını bağlatdırdığına görə aylıq gəliri barədə indiyədək heç bir məlumat əldə edə bilməmişdir. Göründüyü kimi işəgötürən Cavabdeh MMC tərəfindən iddiaçı mənəvi və maddi ziyan vurulmuşdur. Müalicədə olduğu vaxtda xəbəri olmadan Tibbi sığortanı dayandırıb və iddiaçıya psixoloji təsir ediblər. İ ş günü və qeyri-iş günlərində iddiaçını dəfələrlə hansısa sənədin çatdırılması və imzalanmasına görə narahat ediblər. Bu da iddiaçının səhhətinə ciddi təsir edibdir. 02 avqust 2023-cü il tarixdən nazmira.guliyeva@SOCARcape.az elektron ünvanı iddiaçı xəstə ola-ola ona məlum olmayan səbəblərdən F.Novruzov tərəfindən bağlanılıb. Bütün bu dövr ərzində müalicə almağı ilə bağlı bütün sənədlər hazırki şikayət ərizəsinə əlavə olunur. İşdən qanunsuz olaraq azad edildikdən sonra iddiaçıya nə Fuad Novruzov, nə də ki, digər əməkdaşlar tərəfindən heç bir sənəd təqdim olunmamışdır. İddiaçı müalicəsi bitdikdən sonra 21 sentyabr 2023-cü il tarixində, saat 09:00-da iş yerində olmuş, 20 sentyabr 2023-cü il tarixində bağlanmalı olan sonuncu bülletenini qrup rəhbəri T.Rəsulzadəyə təqdim etmiş, o, bunu qəbul e tməkdən imtina edərək bildirmişdir ki, F.Novruzov qəbul edir, o, da işdə yoxdur. Təxminən saat 10:20 radələrində F.Novruzov iş yerinə gəlmişdir. F.Novruzov iddiaçıya 15 sentyabr 2023-cü il tarixdən etibarən işdən azad olduğunu bildirmişdir. İddiaçı bununla bağlı təqdim olunmalı sənədləri akt tərtib etməklə ona verməklərini tələb etmişdir. Lakin həmin şəxslər akt tərtib etməkdən imtina etmişlər. Həmçinin, F.Novruzov və T.Rəsulzadə təqdim etdiyi bülletenlərə əsasən iddiaçıya hər hansı bir ödəniş etməkdən qanunsuz olaraq imtina etdilər. Daha sonra isə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) şikayətlə müraciət olunaraq, qanunsuz olaraq işdən azad olunduğunu bildirmişdir. SOCAR tərəfindən iddiaçıya göndərilən 04 oktyabr 2023-cü il tarixli, 14-2/2-Q-335-1/2023 -3172 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ştat strukturunun optimallaşdırılması, fəaliyyətinin iqtisadi və iş prosesinin səmərəliyinin artırılması əsası ilə işçi heyətinin tərkibinin restrukturizasiyası və iş bölgüsünün yenidən təşkili zərurəti yarandığından iddiaçı ilə şirkət arasında bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. X2 tərəfindən verilən 18 oktyabr 2023-cü il tarixli 3172/2 63776/2023 nömrəli cavab məktubundan göründüyü kimi Agentlikdə Cavabdeh MMC tərəfindən ştat ixtisarları və yeni ştat cədvəllərinin təqdim edilməsi barədə məlumat aşkarlanmamışdır. Bu da onu göstərir ki, işəgötürənin ümumiyyətlə ixtisar planı olmamışdır və iddiaçının işdən çıxarılmağının faktiki səbəbi rəhbər şəxslərin ona qarşı qərəzliliyinin olmasıdır. Beləliklə, cavabdeh tərəfindən əmək müqav iləsinə xitam verilərkən sözügedən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi qərəzlilik əsasında xitam verilmişdir. Daha sonra işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli, 023/631 nömrəli əmri əsasında özünün xx.xx.2023-cü il tarixli, 023/490 nömrəli əmri formal olaraq ləğv edilmiş və işçi xx.xx.2023-cü il tarixli formal əmr əsasında ştatların ixtisarı əsası ilə işdən çıxarılmışdır. Həmin əmrlər qanunsuzdur. Həmçinin, işəgötürən xx.xx.2023-cü il tarixli əmri ilə işçi ixtisar edilərkən xx.xx.2023-cü il tarixli ixtisar əmri zamanı ödənilən işdənçıxma müavinətini əvəzləşdirə bilməzdi. İşəgötürən ümumilikdə 5948 manat ödəniş etmişdir. Lakin işəgötürənin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən 9657 manat ödənilməli idi. İddiaçının vergi v ə rüsumlar çıxıldıqdan sonra qalan əmək haqqı məbləği 2200 manat təşkil edir. 15 sentyabr-15 dekabr aralığında əmək haqqı 6600 manat təşkil etməlidir. İxtisar dövrü üçün Əmək Məcəlləsinin 78.3-cü maddəsinə əsasən əmək haqqının 2 misli həddində, yəni 4400 manat işdənçıxma müavinət ödənilməli idi. Yekun olaraq iddiaçıya 11400 manat ödənilməli idi. Həmçinin, həmin məbləğə əlavə olaraq istifadə edilməmiş 37,54 məzuniyyət günü də hesablanaraq ödənilməli idi.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/330 nömrəli əmrinə əsasən ümumilikdə 9 ştat vahidi, o cümlədən İnsan xidmətləri üzrə koordinator (siyahı üzrə 9-cu) İddiaçı ştat vahidi ixtisar olunmuşdur. İşəgötürən Cavabdeh MMC-nin işçi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişi poçt xidmətinin əməkdaşının işçi İddiaçı telefonla məlumat verməsinə baxmayaraq təqdim edilməsi mümkün olmamış, İddiaçı xəstə olduğunu, işə çıxmadığını bildirmiş, məktubun çatdırılması üçün ünvan istənilsə də, o, buna ehtiyac olmadığını bildirmişdir. İşçi İddiaçı müvafiq xəbərdarlıq bildirişini qəbul etməkdən imtina etmişdir. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşçinin xx.xx.2013-cü il tarixdən xx.xx. 2023-cü il tarixədək olan iş illərinə görə işdən çıxma müavinəti və son haqq hesabın ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 115 nömrəli ödəniş tapşırığına əsasən işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı bank hesabına 7476,37 manat pul köçürülmüşdür. Ödəniş qəbzi əlavə edilmişdir.
18. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, müvafiq xəstəlik vərəqəsinə əsasən işçi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində xəstə olmuş, lakin, işəgötürənin bundan məlumatı olmamışdır. Əmr i sə əsassız olaraq həmin tarix aralığında qəbul edilmiş, əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulmuşdur.
19. Məhkəmə qeyd etmişdir ki, işəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, müvafiq xəstəlik vərəqəsinə əsasən işçi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində xəstə olmuş, lakin işəgötürənin bundan məlumatı olmamışdır. Əmr isə əsassız olaraq həmin tarix aralığında qəbul edilmiş, əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Cavabdeh MMC-nin Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh MMC-nin qeyd edilən xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi xahiş edilmişdir. X3 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə İddiaçı ilə yeni əmək müqaviləsi bağlanmamışdır. Sonuncunun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi “Əmək və məşğulluq” alt sistemində X3 Xidməti tərəfindən ləğv edilməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, işəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/729 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmr 2 vərəqdən ibarət olmaqla əsaslandırılmışdır. xx.xx.20 23-cü il tarixli 165 nömrəli ödəniş tapşırığına əsasən işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı hesabına 5948,10 manat pul köçürülmüşdür. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdə 917 nəfər, xx.xx.2023-cü il tarixdə 897 nəfər, xx.xx.2023-cü il tarixdə 837 nəfər işçisi olmuşdur. Qanunla müəyyən edilmiş şərtlər daxilində ştatları ixtisara salmaq, işin operativ və səmərəli təşkilini təmin etmək işəgötürənin hüququdur. Yəni, işçi və işəgötürənin hüquqları müvafiq balans (proporsionallıq) gözlənilməklə, qanun çərçivəsində qorunmalı, tərəflərin hər hansı birinin əsassız öhdəliklə yüklənməsinə yol verilməməlidir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən dövlət orqanı (hakimiyyət subyekti) deyil, məhz hüquqi şəxsdir. İşəgötürən xx.xx.2023-cü il tarixli əmrinin qanunsuz olduğunu an layaraq müvafiq əmri ləğv etmişdir, deməli, ləğv edilmiş əmr mövcud deyildir. Həmin əmr qəbul edildiyi vaxtdan yaranan hüquqi nəticələr aradan qalxmışdır. Sanki, həmin əmr heç olmamış kimi tərəflər arasında əmək münasibətləri müvafiq uzanan xətt üzrə xx.xx.2023-cü il tarixədək davam etmişdir. Sözügedən əmrin işəgötürənin özü tərəfindən ləğv edilməsi yeni münasibətlərin başlanmasına deyil, xitam verilmiş münasibətlərin davamına dəlalət edir. Yəni, münasibətə xitam verilmir və yeni münasibət yaranmır, əvvəlki münasibət olduğu kimi qüvvədə qalır. Bu səbəbdən, xx.xx.2023-cü il tarixli əmrindən sonra işçi ilə yeni müqavilənin bağlanmasına hüquqi zərurət olmamışdır. Həmin əmrin nəticələrinin səlahiyyətli dövlət orqanı tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilməməsi və ya bunun tex niki baxımdan mümkün olmamasının məsuliyyəti işəgötürənin (mülki hüquq münasibətinin subyekti qismində MMC) üzərinə qoyula bilməz (bunun təmin edilməsi üçün texniki imkanların olmaması və ya məhz nəticələrin elektron sistemə daxil edilməsinə imkan yaradılması dövlətin öhdəliyidir). İşəgötürən qanun çərçivəsində mübahisəni hissəvi olaraq məhkəmədən kənar həll etmiş, qanunsuz əmrini özü ləğv etmişdir. Tərəflər arasında əmək münasibətlərinə xitam verildikdən sonra işəgötürən tərəfindən işçiyə son haqq-hesab ödənilmişdir (7476,37 manat + 5948,10 manat = 13424,47 manat)
21. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı 30.000 manat pul tələbi hissəsində qeyd etmişdir ki, iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin q anunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır. Buna baxmayaraq, işəgötürənin qərarlarında qanunsuzluq (aradan qaldırılmış qanunsuzluq istisna olmaqla) və ya işçiyə iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində göstərilən hallarla bağlı (həmin halların baş verməsi də təsdiqini tapmır) ona mənəvi zərərin vurulması xüsusatları sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, 30.000 manat mənəvi zərərin ödənilməsi barədə tələb ağlabatan və əsaslı deyildir, real məbləğ deyildir.
22. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 72-ci maddəsinin “e” bə ndinə, 77-ci maddəsinin 1, 2, 3-cü bəndlərinə, 79-cu maddəsinə, Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 19 sentyabr 2013-cü ildən Cavabdeh MMC-də İnsan xidmətləri üzrə koordinator vəzifəsində işləmişdir. Həmin şəxs 15 sentyabr 2023-cü il tarixdə 023/490 sayılı əmrlə qanunsuz şəkildə işdən çıxarılmışdır. Belə ki, əmək fəaliyyət qabiliyyətini müvəqqəti itirdiyi dövr də şəxsin əmək müqaviləsi ləğv edilmişdir. Mübahisənin mediasiya dövründə bu faktı işəgötürənə diqqətinə bir daha çatdıraraq barışıq sazişi bağlanmasını təklif etdilər. Lakin qarşı tərəf barışıq sazişi bağlamaqdan yayınaraq 04 noyabr 2023-cü il tarixli əmrlə, 15 sentyabr 2023-cü il tarixli əmri formal olaraq ləğv etmişdir. Həmin 15 sentyabr 2023-cü il tarixli əmrin ləğvi barədə mübahisə məhkəmədə olarkən məlumat əldə etdilər. Cavabdeh MMC daha sonra İddiaçı 04 noyabr 2023-cü il tarixində 9 həftə əvəzinə 3 həftə xəbərdarlıq müddəti verilməsi barədə bildiriş verilmişdir. İşə bərpa edilməsi barədə məlumat alan İddiaçı dəfələrə iş yerinə getməsinə baxmayaraq iş yerinə buraxılmamış, korporativ nömrəsi, elektron poçtu və sığorta müqaviləsi aktivləşdirilmədən, ƏMAS-a müvafiq informasiya daxil edi lmədən 19 dekabr 2023-cü il tarixində 023/729 nömrəli əmrlə yenidən işdən çıxarılmışdır. Buna görə də 19 dekabr 2023-cü il tarixli əmri də mübahisələndirməli oldular. Daha sonra həmin iddia ərizələri bir icraatda birləşdirildi. Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2004 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qanunsuz və əsassız olaraq rədd edilmişdir. 04 noyabr 2023-cü il tarixli əmrlə formal olaraq 15 sentyabr 2023-cü il tarixində 023/490 saylı əmr ləğv edilmişdir. Cavabdeh MMC ilkin işdən çıxarma əmrinin tam qanunsuz olduğunu gördüyü üçün belə addım atmışdır. İşəgötürən dərhal həmin gün İddiaçı təqdim edilməsi üçün əmək müqaviləsinin ləğvi barədə bildiriş tərtib etmiş, lakin təqdim etməmişdir. Həmin bildirişdə isə İddiaçı 9 həftə deyil cəmi 3 həftə xəbərdarlıq m üddəti verilmişdir. Halbuki 19 sentyabr 2023-cü il tarixində İddiaçı həmin müəssisədə 10 il iş əmək stajı olduğundan və əvvəlki əmr ləğv edildiyindən əvvəlki bildiriş müddəti ilə hazırki bildiriş müddətləri birləşdirilə bilməzdi. Belə ki, əvvəlki bildiriş artıq hüquqi əhəmiyyətini itirmişdir. Nəticə etibarilə bildiriş təqdim edilsəydi, İddiaçı ilə 19 dekabr 2023cü il tarixində deyil, 08 yanvar 2024-cü il tarixində əmək müqaviləsi ləğv edilə bilərdi. Cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verməsi və onunla eyni, hətta daha aşağı vəzifədə olan digər şəxslər saxlanılmaqla, yalnız iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü özlüyündə ayrı seçki liyin əsası kimi hesab olunmalıdır. Əmək müqaviləsi əqddir. İddiaçı ilə SOCAR Cape MMC arasında yaranan əmək münasibətləri işəgötürənin əmri ilə deyil, müqavilə ilə tənzimlənir. Əmr şirkətin özü daxili fəaliyyətini tənzimləmək, müvafiq şöbələrə göstəriş, əmr və. s vermək məqsədilə tərtib edilir. Tərəflər arasında bitən əmək münasibəti 1 əmrlə bərpa edilə bilməz(çünki bu halda qarşı tərəfin iradə imkanı olmur). Bu hal Mülki Məcəllənin əqdlərlə bağlı tələbləri tamamilə ziddiyyət təşkil edir. SOCAR Cape MMC İddiaçı yazılı razılığını almadığı üçün DƏMX ƏMAS-da dəyişiklik etməkdən imtina etmişdir.
25. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə etirazda şikayətin əsassız olduğundan təmin edilməməsini və qətnamənin dəyişdirilmədə n saxlanılmasını xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1857/2025 nömrəli mülki iş üzrə 10 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsa sı tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şə rait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək münasibətlərində ayrı -seçkiliyin yolverilməzliyini nəzərdə tutan Əmək Məcəlləsinin 16-cı maddəsinin dispozisiya şərtlərində, eləcə də 25 iyun 1958-ci ildə X1 42-ci Baş sessiyasında qəbul edilmiş əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyanın 1-ci maddəsində qadağan olunmuş ayrı-seçkiliyin konkret nədə ifadə olunduğu dəqiq göstərilmişdir. İddiaçı şikayətinin dəlillərində bu ayrı-seçkiliyi uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi, onunla eyni, hətta daha aşağı vəzifədə olan digər şəxslər saxlanılmaqla, yalnız onunla əmək müqaviləsinə xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul etmiş və bu halın baş verməsini özü özlüyündə ayrı seçkiliyin əsası hesab etmişdir. Ancaq cavabdeh qurumda 10 işləmiş iddiaçının əmək müqa viləsinə ixtisarla bağlı xitam verilməsi ayrı-seçkilik hesab edilmir. Çünki ixtisarla bağlı əmək müqaviləsinə xitam verilməsi qeyd olunan normalarda ayrı seçkilik kimi nəzərdə tutulmamışdır. Cavabdeh qurumun ixtisarla bağlı xx.xx.2023-cü il tarixli 023/330 nömrəli əmrində də(cild 1.i.v.68) ümumilikdə 9 ştat vahidi, yəni işçi(ştat vahidinin) sayı və ştat vahidləri(ştatlar), o cümlədən İnsan xidmətləri üzrə koordinator (siyahı üzrə 9-cu) iddiaçının ştat vahidinin ixtisar olunduğu əmr edilmişdir. Cavabdeh qurumun xx.xx.2023-cü il tarixdə 917 nəfər, xx.xx.2023-cü il tarixdə 897 nəfər, xx.xx.2023cü il tarixdə 837 nəfər işçisi olmuşdur. Göründüyü kimi, qeyd olunan dövrdə işçilərin sayı 80 nəfərədək azalmışdır. İddiaçının mövqeyindən belə çıxır ki, həmin şəxslərin hər birinə qarşı ayrı-seçkiliyə yol verilmişdir. Əlbəttə, şikayət xatirinə bu cür dəlillərdən istifadə edilməsi də qəbul edilməzdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə eyni, hətta daha aşağı vəzifədə olan digər şəxslərin işdə saxlanılması dəlili də açıq-aşkar əsassız olmuşdur. Əvvəla, ona görə ki, iddiaçının işlədiyi şöbənin 6 işçisi olmuş və onlardan iddiaçı daxil olmaqla üçü eyni vəzifədə olmuşdur. İxtisar da məhz həmin üç işçi arasında aparılmışdır. Demək ki, iddiaçının özündən yuxarı və ya aşağı vəzifədə olan işçilərlə ixtisarla bağlı müqayisə aparması düzgün olmamışdır. O ki qaldı onunla eyni vəzifədə olan işçilərə burada da təbii ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasın ın icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İddiaçının öz əmək funksiyasını yüksək səviyyədə icra etdiyinə görə pul mükafatı ilə mükafatlandırılması da ixtisarla bağlı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməməsi üçün əsas sayılmır. Buna baxmayaraq, iddiaçı ilə eyni vəzifədə olan işçilərdən birinin hamilə olması səbəbi ilə onunla əmək müqaviləsinin ixtisarla əlaqədar xitam verilməsi mümkün olmamış, digər işçinin isə iddiaçıdan fərqli olaraq ingilis dili biliyi yüksək old uğu və bu hal da MMC üçün daha vacib olduğuna görə onunla əmək müqaviləsinə ixtisarla əlaqədar xitam verilməmişdir. İddiaçının bütün bu halları bilə-bilə qeyd olunan dəlillərdən istifadə etməsi isə açıq-aşkar əsassız olmuşdur.
31. Bundan başqa, ixtisarla bağlı əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmaması dəlili ilə bağlı ilə qeyd olunmuşdur ki, cavabdeh MMC layihələrlə işləyən müəssisə olduğundan iş yükü və maliyyə vəziyyəti dəyişə bilir. Buna görə də, MMC-də öz iş yükü və maliyyə imkanlarına uyğun olaraq işçi sayını optimallaşdıra, yəni azalda və ya artıra bilər. Əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması dedikdə, məqsəd əmək müqavilələrinin əsassız, formal və qərəzli olaraq ləğv edilməsinin qarşısını almaqdan ibarət olur. Qanunvericiliyin t ələbi də buna xidmət edir. Hazırkı işin hallarından da bəlli olur ki, cavabdeh müəssisədə ixtisar prosesi həqiqətən də aparılmışdır. Bu halı, yəni ixtisar olan işçilərin sayını iddiaçı da mübahisələndirmir. Ona görə də mübahisələndirilən əmrlərdə işçi heyətinin restrukturizasiyası və iş bölgüsünün yenidən təşkili əsasında işçilərin sayının və ştatların ixtisar edilməsinin qeyd edilməsi ümumi ifadələr kimi qiymətləndirilə bilməz. Əksinə, qanunvericiliyin tələbini yanlış təfsir etməyə cəhd etməklə əmək hüquqlarından sui-istifadə edilməsi yolverilməz sayılır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən ixtisar zamanı Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməməsi dəlili ilə bağlı qeyd olunur ki, həqiqətən də Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissənə əsasən işçilərin s ayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İddiaçı apellyasiya şikayətində Əmək Məcəlləsinin müvafiq normalarının pozulduğunu göstərməklə yanaşı cavabdeh işəgötürənin ixtisarla bağlı mümkün olan hansı tədbirləri görməli olduğunu, ancaq görmədiyini göstərməli idi. Bu cür vəziyyətdə iddiaçıya başqa bir işin təklif edilməsi nəzərdə tutula bilər. Ancaq bu hal, yenə də işlə bağlı olduğundan iddiaçıya uyğun vakant boş vəzifənin olduğu da təsdiq olunmalıdır. Lakin MMC-də belə bir boş vakant vəzifənin olması təsdiq edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ilk dəfə 15 sentyabr 2023cü il tarixdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə xitam verilməsi Əmək Məcəlləsinin 79.1-ci maddəsinin tələblərinə uyğun olmasa da, bu halın yaranması həm də iddiaçının əmək hüquqlarından sui-istifadə etməsi nəticəsində baş vermişdir. İddiaçının həqiqətən də həmin dövrdə əmək qabiliyyətinin müvəqqəti itirməsinin baş veribverməməsinin yoxlanılması hazırkı iddianın və icraatın bilavasitə predmeti olmasa da ona xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qaydada Cəmiyyətdə gözlənilən ixtisarlar ilə bağlı işdən azad olunma ilə bağlı xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı xəbərdarlıq bildirişini qəbul etməkdən və aldığına dair imza etməkdən imtina etsə də onunla Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə ə sasən gözlənilən əmək müqaviləsinin ləğv ediləcəyindən hər bir halda məlumatlı idi. Ona görə də xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında əmək qabiliyyətinin olmaması səbəbindən işdə olmasa da bu barədə işəgötürənə məlumat verməli idi. Ancaq bilərəkdən vermədiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi də əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Buna görə də, işəgötürən özünün 04 noyabr 2023-cü il tarixli növbəti əmri ilə 15 sentyabr 2023-cü il tarixli əmrini ləğv etmiş, yəni qüvvədən salmışdır. Demək ki, tərəflər arasında əmək münasibətləri də avtomatik olaraq davam etmişdir. İddiaçı bitmiş əmək münasibətlərinin əmrlə bərpa edilə bilmədiyini qeyd etsə də əmək münasibətləri əmrlə bərpa edilməmişdir. Başqa sözlə, əmrlə əmək müqaviləsi ləğv edilsə də, həmin əm rin ləğvi o deməkdir ki, əmək müqaviləsi üzrə əmək münasibətləri davam edir. Yəni, ləğv edilən əmr əmək münasibətlərini bitirə bilməzdi. Ona görə də Əmək Məcəlləsinin 82-ci maddəsinin tələblərinə əməl edilməməsindən söhbət gedə bilməzdi, üstəlik iddiaçının yazılı razılığına da ehtiyac olmamışdır.
33. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçıya 04 noyabr 2023-cü il tarixində 9 həftə əvəzinə 3 həftə xəbərdarlıq müddəti verilməsi barədə dəlilər də qanunvericiliyin tələbini açıq-aşkar məqsədindən xaric tətbiq olunmasına cəhdə yönəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsində işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq hansı müddətlərdə rəsmi xəbərdar edilməli olması dəqiq və konkret göstərilmişdir. İddiaçı xx.xx.2023-cü ildə ona verilən 6 həftəlik xəbərdarlıq müddətini nəzərə almadan 04 noyabr 2023-cü ildə artıq 10 illik stajı tamam olduğunu əsas götürüb düşünür ki, sonuncu tarixdən ona yenidən, bu dəfə 9 həftə xəbərdarlıq müddəti verilməli idi. Yəni iddiaçının mövqeyinə görə əvvəlki əmr ləğv edildiyindən əvvəlki bildiriş müddəti ilə hazırki bildiriş müddətləri birləşdirilə bilməzdi, çünki əvvəlki bildiriş artıq hüquqi əhəmiyyətini itirmişdir, nəticə etibarilə bildiriş təqdim edilsə idi, onunla 19 dekabr 2023-cü il tarixində deyil, 08 yanvar 2024-cü il tarixində əmək m üqaviləsi ləğv edilə bilərdi. Ancaq xx.xx.2023-cü ildə verilmiş xəbərdarlıq müddəti ilə xx.xx.2023-cü ildə verilmiş xəbərdarlıq müddətinin hansı səbəbdən birləşdirilməsinin mümkün olmamasına yaxud əvvəlki bildirişin əhəmiyyətini itirməsinə dair hər hansı bir ciddi arqument göstərmir. İddiaçı qeyd olunan normada göstərilən xəbərdarlıq müddətinin pozulduğunu güman edirsə bu müddətin az olmasına görə hansı imkanlardan məhrum olduğunu da göstərməli idi. Başqa sözlə, əmək qanunvericiliyinin bu müddəti işçiyə hansı məqsədlə verildiyi həmin maddədə dəqiq göstərilib. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Hətta qeyd olunan maddənin 4-cü hissəsində işəgötürən işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə iş stajına uyğun əmək haqqının müvafiq mislini ödəməklə əmək müqaviləsinə xitam da verə bilərdi. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-xx.xx.2023-cü ilədək olan dövr nəzərə alınmasa belə 9 həftədən çox müddət keçdiyindən iddiaçının qeyd olunan maddənin dispozisiya şərtlərindən özünə məxsus formada sui-istifadə etməyə çalışması anlaşılan olsa da başa düşülən deyildir. Ona görə də bu dəlil də nə iddianı, nə də apellyasiya şikayətini hər hansı bir formada əsaslı edə bilməzdi.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 35-ci maddəsinin 1, 2, 3, 4, 8-ci hissələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, “f” bəndinə, 12-ci maddəsinin “c” bəndi, 16-cı maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 7-ci hissəsinə,70-ci maddəsinin b bəndinə,71-ci maddəsinin 1, 3-cü hissələrinə,76-cı maddəsinin 2-ci hissəsinə,77-ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(103)-1857/2025 saylı qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Şikayət onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi yalnız cavabdehin təqdim etdiyi sübutlara istinad etməklə qərar qəbul etmişdir. Bu isə Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin, yəni məhkəmə araşdırmasının tam və obyektiv aparılması prinsipinin pozulmasıdır. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalı olduğu halda, iddiaçının sübutlarına diqqət belə yetirməmişdir. Bakı Apellyasiya Məhkəməsi təqdim edilən sübutları tam və obyektiv qiymətləndirməmiş, işin nəticəyə təsir göstərən faktiki hallarını düzgün araşdırmamış, eləcə də iddia tərəfinin pozulmuş hüquqlarının bərpası istiqamətində ədalətli qərar qəbul etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən əmək qanunvericiliyinin müvafiq normalarının tətbiqində səhvlərə yol verilmiş, cavabdeh tərəfin qanunsuz hərəkətləri və işçinin hüquqlarının pozulması faktı yetərincə nəzərə alınmamışdır. Bakı Ap ellyasiya Məhkəməsi tərəfindən haqqında texniki məlumatlar araşdırılmamış, oradakı məlumatların mötəbərliyi yoxlanılmamış və həqiqiliyi sübuta yetirilməmişdir. Bunun məntiqi nəticəsidir ki, qanunsuz və əsassız şəkildə yekun nəticəyə gəlinmişdir.
37. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.2, 388, 389-cu maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq kassasiya şikayətinin əsas olduğunu bildirmiş və qeyd etmişdir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin işi tam və hərtərəfli araşdırmaması, iddiaçı tərəfin sübutlarına qiymət verməməsi, işin faktiki hallarını düzgün araşdırm aması və iddia ərizəsi və apellyasiya şikayətində yazılan məsələlərin təkrarından ibarətdir. Amma bir məsələ qaranlıqdır ki, tam və hərtərəfli araşdırılmayan hissə hansı hissədir və hansı sübutlara qiymət verilməyib. Kassator bütün şikayətində ancaq ümumi sözlərdən istifadə etmiş, həmin halları istinadlarla göstərə bilməmişdir. Buradan da aydın olur ki, kassasiya şikayəti formal mülahizələrdən ibarətdir. Kassasiya şikayətinin İddiaçı 9 həftə deyil cəmi 3 həftə xəbərdarlıq müddəti verilməsi ilə bağlı qeyd edilmişdir ki, yuxarıda da qeyd etdiyimiz kimi işəgötürən xx.xx.2023-cü il tarixli əmrini özü ləğv edərək prosesi olduğu yerdən davam etmişdir. Qeyd olunan müddətə işçinin artıq 10 illik əmək stajının tamam olmasını nəzərə alaraq əlavə olaraq ona 3 həftəlik müddətə xəbərdarlıq edilmiş, h əftədə bir gün deyil bütün günlər özünə iş axtarmağa imkan yaradılmışdır. İddiaçı bildirmişdir ki, o, işə bərpa edilməmişdir, o zaman o, işçi kimi necə tətil elan etmişdir. Bu hüquq işçiyə məxsus hüquqdur. Deməli, onun özü də qəbul etmişdir ki, xx.xx.2023-cü il tarixli əmr ləğv edilmiş, o işə bərpa edilmişdir. İddiaçı ixtisarı ilə bağlı hər-hansı bir qanunvericilik norması pozulmamışdır. Bütün tələblərə işəgötürən tərəfindən əməl edilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən bütün məsələlərə tam düzgün hüquqi qiymət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya şikayəti əsassız olduğundan, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(103)1857/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə
35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
40. Maddə 11, “f” bəndi. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından b iridir.
41. Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
42. Maddə 16 (1-ci hissə). Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağand ır.
43. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
44. Maddə 69 (7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
45. Maddə 70 “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
46. Maddə 71.(1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
47. Maddə 71.(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddə si ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
48. Maddə 76. (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
49. Maddə 76. (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
50. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin da ha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
51. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79 cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi nin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələlər i təkrarlamağa lüzum qalmır.
63. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən ed ilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə t oxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəfl ərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1857/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.