Məhkəmə qərarları › İş №2(102)-2054/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2054/2025

10.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2054/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qətnaməsinin icrası qaydasında ümumi birgə əmlakın hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)1398/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Lənkəran şəhəri, X1 küçəsi, 12D ünvanda, 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində Nümayəndə mülkiyyət hüququ 05 noyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 2. "xxxx" MMC tərəfindən tərtib edilmiş Hərracın nəticələri haqqında yekun 26 oktyabr 2022-ci il tarixli Y-380/22 saylı protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqaviləyə əsasən, Lənkəran Rayon Mə hkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadına və Cavabdeh1 27 sentyabr 2022-ci il tarixli sifarişinə əsasən Nümayəndə mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsi hərraca çıxarılmış və Cavabdeh3 tərəfindən 20150 manata alınmışdır. 3. "xxxx" MMC-nin 14 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin həmin tarixə bazar dəyəri 45000 manat, likvid dəyəri 42000 manat təşkil etmişdir.

4. Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2022-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nümayəndə qarşı iddiası təmin edilərək, Lənkəran şəhəri, X1 küçəsi, 12D ünvanda, 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı və Nümayəndə ½ hissədə pay hüququnun müəyyən edilməsi q ət edilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Nümayəndə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətı̇, Cavabdeh1nə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin həmin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiası rədd edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, qanunvericilik paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün, onun kreditorunun həmin payın ayrılmasını tələb etməli olduğunu tələb etsə də, bu tələ bin pozulmuş olmasına (yerinə yetirilməməsinə) istinad edə biləcək şəxs borclu deyil, digər mülkiyyətçi ola bilər. Hazırkı halda isə, məhkəmənin ümumi birgə əmlak kimi qiymətləndirdiyi əmlakın hərracdan satışı digər mülkiyyətçi olduğu ehtimal edilən İddiaçı tərəfindən mübahisələndirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli qeyriyaşayış binasına "xxxx" MMC tərəfindən onun mülkiyyət hüququnu pozan 26 oktyabr 2022-ci tarixli Y-380/22 N9-1 i protokol əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hes ab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Nümayəndə ilə ailə həyatı qurandan sonra tərəflər mübahisəli qeyri-yaşayış sahəsini almışlar. Həyat yoldaşı həmin qeyri-yaşayış sahəsində xırda ticarət etməklə, onu və övladını maddi cəhətdən təmin edirdi. 2022-ci ilin qış aylarında, məlum olmuşdur ki, iddiaçı, işdə 3-cü şəxs Cavabdeh3 onun xəbəri və icazəsi olmadan həyat yoldaşı Nümayəndə adına olan, birgə nikah dövründə əldə etdikləri qeyri-yaşayış sahəsinə həyat yoldaşının ona olan borcuna görə, Lənkəran Rayon Məhkəməsi vasitəsilə həbs qoyulmuşdur. Tələbkar Cavabdeh3 Lənkəran İcra və Probasiya şöbəsi 1 saylı Notariat kontorunun 17 iyun 2021-ci il tarixli icra qeydi və Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadını əsas tutaraq “Bakı Hərrac Mərkəzinə” müraciət edərək, Nümayəndə adına olan, birgə nikah dövründə əldə olunmuş qeyri-yaşayış binasını hərraca qoyulmaqla, 50.000 dəyərində olan dükanına 20150 qiymət qoydurmaqla, həmin hərracda alıcı olmuşdur. İddiaçıya isə bu barədə heç bir məlumat verilməmişdir. “Bakı Hərrac Mərkəzinin” hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair həyat yoldaşı Nümayəndə iddia qaldırmış, həmin işdə o da 3-cü şəxs olaraq işə cəlb olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə həyat yoldaşı Nümayəndə iddiası təmin edilmiş, ünvan 3 ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xx xx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixində keçirilmiş hərrac protokolu etibarsız hesab edilmişdir. Tələbkar bu qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş, şikayəti təmin olunmuşdur. Hərracın keçirilməsindən iddiaçının xəbəri və icazəsi olmamış, sözügedən əmlaka 1/2 hissədə payı müəyyən olunduğu halda, qanunsuz olaraq hərrac keçirilmişdir. Bundan başqa, mübahisəli əmlak 27 yanvar 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən 120 ay müddətinə "xxxx" QSC-yə ipoteka qoyulmuş və ipoteka saxlayan kimi "xxxx" QSC-nin yüklülüyündədir. Cavabdeh1 02 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qanunsuz olmuşdur. Lənkəran İcra və Probasiya şöbəsi 6 ay əvvəl ipoteka qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakı hərraca çıxararkən həmin əmlaka dair sənədləri hərrac təşkilatına təq dim etməmiş, tələbin ipoteka predmetində olan əmlaka yönəldilməsi zamanı üstünlük hüquqlarının ipoteka saxlayanda olması barədə qanunvericiliyin tələbini pozmuşdur.

8. Cavabdeh3 iddiaya etiraz edərək bildirmişdir ki, Lənkəran rayon 1 saylı notariat kontoru tərəfindən 17 iyun 2021-ci il tarixdə icra qeydi aparılmış, icra qeydinə əsasən Nümayəndə 25440 manatın tutulub Cavabdeh3 ödənilməsinə göstəriş verilmişdir. Həmin icra sənədi 09 avqust 2021-ci il tarixdə Cavabdeh1 icraatına daxil olmuş, tələbin könüllü qaydada ödənilməsi üçün təyin edilmiş müddətdə icra sənədi icra olunmadığından məcburi icra tədbirlərinə başlanılmış və icra məmuru tərəfindən Nümayəndə mülkiyyətindəki Lənkəran şəhəri, X1 küçəsi 12D ünvanda, 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının üzərinə həbs qoyulması məqsədilə təqdimatla Lənkəran Rayon Məhkəməsinə müraciət olunmuşdur.

9. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin Qeyri-yaşayış binasının bazar qiymətlərinə dair 31 iyul 2024-cü il tarixli rəyə əsasən Lənkəran şəhəri, X1 küçəsi 12D ünvanında mülkiyyətində olan 0,0027 ha torpaq sahəsində yerləşən 21,1 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 31 iyul 2024-cü il vəziyyətinə görə orta bazar dəyəri 46420 manat, likvid dəyəri isə 41800 manat məbləğində müəyyən edilmişdir. 10. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 27 sentyabr 2024-cü il tarixli məktubuna əsasən apardıqları araşdırmalar, hesablamalar və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, Lənkəran şə həri, X1 küçəsi 21D ünvanda yerləşən qeyri-yaşayış binasının 15 sentyabr 2022-ci il tarixinə bazar dəyəri 18500 manat, likvid dəyəri 16500 manat; hazırkı dövrə bazar dəyəri 26200 manat, likvid dəyəri 24000 manat təşkil edir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(004)1003/2024 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilərək, Lənkəran şəhəri, X1 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi; Lənkəran şəhəri, X1 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsi nin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş Y-380/22 saylı “Hərracın nəticələri haqqında yekun protokol”un və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının Cavabdeh3 Təvəkkül oğlu qarşısında pul öhdəliyi olmuş, bu barədə notarius tərəfindən icra qeydi verilmiş, icra məmuru qanunsuz olaraq iddiaçının arvadı ilə ümumi birgə əmlakında olan iddiaçının payına tutma yönəldilməli olduğu halda, bütün əmlaka tutma yönəldərək həmin əmlakın hərracdan satılması barədə sifariş vermişdir. Hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən e tibarsız hesab olunmalıdır. Bundan əlavə, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə də etibarsız hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)-1398/2025 nömrəli qətnaməsi ilə (hakim E.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərovdan və İ.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2024-cü tarixli, 2(004)-1003/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilm əklə, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən notariusun icra qeydinin icra edilməsi məqsədi ilə borclunun icra qaydasında üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahəsinin hərracdan satılmasına dair hərrac təşkilatına sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatı qeyd edilən sifariş əsasından 26 oktyabr 2022-ci ildə hərracı müəyyən edilmiş qaydada keçirmiş, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi alıcı Cavabdeh3 tərəfindən hərraca çıxarılmış qiymətə alınmışdır.

16. Hazırkı iddiaçı icra qeydi üzrə borclunun rəsmi nikahda olan arvadıdır və iddiasının faktiki hallarından biri ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi bi rgə nikah dövründə əldə edildiyindən, əri ilə onun ümumi birgə mülkiyyətindədir və buna görə də icra qeydi əsasında tutma tam olaraq həmin əmlaka yönəldilə bilməzdi. Birinci instansiya məhkəməsi də iddianı təmin edərkən iddianın bu dəlilini əsas götürmüş, yəni məhkəmə də iddianı əsaslı hesab edərək icra məmurunu tutmanın borclunun payına yönəldilməli olduğu halda bütün əmlaka yönəltməkdə qınamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın qanuni əsası kimi Ailə Məcəlləsinin 31.1, 32 və 41.1-ci maddələri, eləcə də Mülki Məcəllənin 224-cü maddəsinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər. Ancaq iddianın əsaslı və mübahisəsiz təmin edilməli olması üçün Ailə Məcəlləsinin 41.2-ci maddəsindəki şərtlər baş verməməli idi. Qeyd olunan maddənin tələbinə görə ər-arvad ın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, icra qeydində nəzərdə tutulan pul öhdəliyi iddiaçının ərinin öhdəliyi kimi qiymətləndirilsə də, alınmış vəsaitin məhz ailə ehtiyacları üçün istifadə olunduğu açıq-aşkar olmaqla işin mübahisəsiz halına çevrilib. Bu faktı, eləcə də icra qeydində nəzərdə tutulan pul öhdəliyini tərəflər heç vaxt mübahisələndirməmişdir. Əksinə, qeyri-yaşayış sahəsindən əldə edilən qazancla ailənin ehtiyaclarının təmin olunduğunu bəyan edi lir. Düzdü apellyasiya baxışı zamanı iddiaçı icra qeydində nəzərdə tutulan öhdəliyin pulla əlaqədar olmadığını, qeyriyaşayış sahəsində (mağazada) satılması üçün cavabdehdən ərzaq alındığını qeyd etsə də, bu halın həqiqiliyi belə heç nəyi dəyişmir. Çünki alınmış ərzağın da pulla ifadə olunmuş bir dəyəri mövcuddur. Demək ki, icra qeydində nəzərdə tutulan öhdəlik həm də iddiaçıya aid olduğundan, ödəmənin onların ümumi əmlakına yönəldilməsi tam əsaslı və qanuni olmuşdur. Hətta təfsir olunan maddənin ikinci cümləsinin tələbinə görə tutma yönəldilən əmlak kifayət etməsə iddiaçı öz əmlakı ilə əri ilə birgə məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddə sinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarlarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, icra qeydi əsasında tutmanın ər-arvadın ümumi öhdəlikləri üzrə borclunun adına qeydə alınmış mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsində qanunvericiliyin tələblərinin pozulmadığına dəlalət edir.

19. Məhkəmə həmçinin göstərmişdir ki, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi mübahisə predmeti olan qeyriyaşayış sahəsinin ipoteka ilə yüklü olsa da, banka olan borcun xeyli müddət əvvəl tam ödənildiyini və ipoteka ilə yüklülü yün formal xarakter daşıdığını təsdiqləmişdir. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin formal olaraq ipoteka yüklülüyünün qalmasında iddiaçı tərəf də maraqlı olmuş, hətta həm hazırkı, həm də bundan əvvəl Nümayəndə tərəfindən verilmiş eyni məzmunlu iddialarda bu haldan iddianın faktiki halı kimi xüsusi olaraq istifadə edilmişdir. Ancaq bəllidir ki, qeyri-yaşayış sahəsi hərraca ipoteka predmeti kimi deyil, borclunun ipoteka predmeti olmayan əmlakı kimi çıxarılmışdır. Bu cür dəlillərdən istifadə etməklə iddiaçı tərəfin istəyi anlaşılan olsa da, vicdanlılıq prinsipinə uyğun sayılmır. 20. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadına istinad edərək, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırkı iddianın məzmunu məhkəmə qərarı ilə etibarsız sayılan əqdlərlə bağlı olsa da, etibarsızlıq üçün hər hansı bir səbəb müəyyən edilmir. Çünki hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı məhz etibarsızlığa səbəb ola biləcək hər hansı bir qaydalar pozulmamışdır. Başqa sözlə, hərrac icra məmuru tərəfindən verilmiş sifariş əsasında keçirilmiş və Cavabdeh3 tərəfindən qeyri-yaşayış sahəsi elə hərraca çıxarılmış ilkin satış qiymətinə əldə edilmişdir. Hərracın yeri və vaxtı barədə iddiaçı və əri rəsmi qaydada xəbərdar olunmuş, bu barədə “Market” qəzetində elan da verilmişdir. Ona görə də, bu cür təsdiq edilməyən dəlillərdən istifadə olu nması iddianın əsaslı olmadığını bir daha təsdiq etmiş olur.

21. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ziddiyyətli olmaqla yanaşı qanunvericiliyin tələbinə də uyğun olmamışdır. Çünki icra qeydi verilmiş öhdəliyin həm də iddiaçının öhdəliyi olduğu işdən və tərəflərin qarşılıqlı münasibətlərindən açıq-aşkar bəlli olduğu halda icra məmurunun tutmanın bütün əmlaka yönəldilməsi barədə sifarişini qanunsuz hesab etmiş, nəticədə Cavabdeh3 də icra qeydi üzrə tələbkar kimi uzun illərdən bəri pozulmuş hüquqlarının bərpasını bir az da əngəlləmişdir. İddiaçının ərinin bağladığı müqavilə üzrə əldə etdiyi vəsaitin ailənin ehtiyacları üçün sərf olunduğu işin mübahisəsiz halı olsa da, birinci instansiya məhkəməsi icra qeydi əsasında tut manın onların ümumi əmlakına yönəldilməsini qanunsuz saymışdır. Bununla da, iddiaçı tərəfin hüquqdan sui-istifadə edərək hazırkı iddianı irəli sürməsini haqlı saymışdır. Qanuni qüvvəyə minməsə də işdə olan Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2022-cü il tarixli qətnaməsinin məzmunundan bəlli olmuşdur ki, İddiaçı cavabdeh Nümayəndə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası icra qeydi verildikdən sonra düşünülmüş şəkildə irəli sürülmüşdür. Hətta qeyri-yaşayış sahəsinin üzərində iddiaçı və ərinin bərabər payı tanınsa belə, bu hal da heç bir halda hazırkı iddianı əsaslı və uğurlu etməyəcəkdir. Çünki iddiaçının həmin əmlak üzərində payı olduğu kimi, icra qeydi üzrə tələbkar qarşısında əri ilə birgə öhdəliyi də vardır.

22. Apellyasiya instansiyası məhkəmə si mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 225.1, 337.1, 415.1-415.6, 416, 425.1, 560.1, 560.2, 560.3-cü, Ailə Məcəlləsinin 31.1, 32.1, 41.1, 41.2-ci, “İpoteka haqqında” Qanunun 7.3-cü, “İcra haqqında” Qanunun 45.6, 45.7, 51.1, 53.1, 53.3, 61.1, 61.2, 62.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.7, 384.0.2, 385.1, 386, 387.1, 390-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)-1398/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsinin məzmun undakı dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci, Mülki Məcəllənin 225.1, 225.5, 415.5, 416.1, 416.2, Mülki Prosessual Məcəlləsinin 9.1, 88-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı kassasiya şikayətini mübahisəyə aidiyyəti olmayan dəlillərlə əsaslandırmışdır. Lakin, iddiaçının və onun ərinin cavabdeh qarşısında birgə öhdəliyi yaran dığı üçün onlar birgə borclu olmuş və tələb mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinə yönəldilməsi əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 225.1-ci ma ddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə m üəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolv erilməzdir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldil ə bilər. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 32. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bil mədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 53.1-ci maddəsinə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əm lakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnam ənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm iddia ərizəsinin, həm də cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli əmlakın yönəldiyi tələbin iddiaçı ilə onun ərinin ümumi borcu olması apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəsiz hal kimi müəyyən olunmuşdur.

37. Kassator hazırkı şikayətində maddi hüquq normalarının pozulması kimi Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci və Mülki Məcəllənin 225.1, 225.5-ci maddələrinə istinad etsə də, bu pozuntuların nədən ibarət olmasını faktiki mübahisələndirməmiş, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi qeyd olunan hala qarşı nə həmin məhkəmədə, nə də ki, kassasiya şikayətində etiraz verməmişdir. 38. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

39. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarında qeyd etmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşı sında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər bir inin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

40. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, tutmanın iddiaçının da paylı mülkiyyət hüququ olan əmlaka yönəldilməsində qanun pozuntusu olmamış və iddiaçının hazırkı iddiası borcun ödənilməsinin əngəlləndirmək məqsədi daşımaqla, hüquqdan sui-istifadədir.

41. Apellyasiya instansiyası məhkəməsi həmçinin, mübahisələndirilən hərracın nəticələrinin etibarlılığını digər meyarlara (keçirilmə və rəsmiləşdirilmə qaydalarına) uyğun yoxlamış və hər hansı pozuntu müəyyən etməmişdir. Bu hallarla bağlı da, kassasiya şikayətində hər hansı əsaslı dəlil irəli sürülməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araş dırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)-1398/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar