Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2055/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 09 aprel 2019-cu il İŞ № 2(102)-2055/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, tərcüməçi X3, iddiaçılar İddiaçı1, İddiaçı2 vəkili X2, Cavabdeh və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-10440/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(011)3480/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim L.O.Talıbova) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 28.305 manat pulun tutulub iddiaçılara ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-10440/2018 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehə qarşı “pul tələbinə dair” iddia qaldırmış və tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı2 30 dekabr 2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən, “xxxx” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 119 kv.metr olan 14-cü mənzilinin payçısı olmuşdur. Mənzil alındıqdan sonra iddiaçılar tərəfindən orada təmir işləri aparılaraq mənzil bütün lazımi məişət əşyaları və avadanlıqlarla təchiz edilmişdir. Bir müddətdən sonra İddiaçı1 həmin mənzili cavabdehə məxsus olmuş “xxxx” MMC tərəfindən inşa edilmiş, ünvan 2 ünvanda yerləşən sahəsi 160 kv.metr olan qeyri-yaşayış sahəsi ilə dəyişdirmişdir. Lakin, sonradan evdə yaranmış söz-söhbətdən sonra cavabdehə mənzilin geri qaytarılması i lə bağlı müraciət edilsə də, sonuncu imtina etdiyindən və bütün bu proseslər İddiaçı2 razılıq ərizəsi olmadan aparıldığı üçün Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 “xxxx” MTK-nə qarşı “protokolun, müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilərək müqavilənin əslinin qaytarılması və mənzilin boşaldılması” barədə iddiası təmin edilərək, sözügedən mənzilin İddiaçı2 adından Cavabdeh adına keçirilməsi barədə “xxxx” MTK-nın ümumi iclasının 20 fevral 2016-cı il tarixli, 02 saylı protokolunun etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı2 ilə “xxxx” MTK arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli müqavilənin əslinin qaytarılması, mənzilin İddiaçı2 təhvil verilməsinin kooperativə həvalə edilməsi, həmin mənzilə dair koop erativlə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq İddiaçı2 təhvil verilməsi, eləcə də müqavilə üzrə ödənilmiş 90.000 manat pulun kooperativdən alınıb Cavabdeh qaytarılması qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2017-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə kooperativlə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 90.000 manat pulun kooperativdən alınıb Cavabdeh verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonradan işə kassasiya qaydasında baxılaraq Ali Məhkəmənin 21 dekabr 2017-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunarkən müəyyən edilmişdir ki, mən zil boşdur və bu barədə 19 fevral 2018-ci il tarixli akt tərtib edilərək mənzil İddiaçı2 təhvil verilmişdir. Lakin mənzilə dair cavabdehlə müqavilə bağlanarkən onlara məxsus olan bütün əşyalar mənzildə olmuş və həmin əşyalar mənzildən çıxarılmamışdır. Cavabdehin bu özbaşına hərəkətlərinin qarşısını almaq üçün və özlərinə məxsus olan əmlaklarının geri alınması məqsədilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Buna görə də dəyəri 200 manat olan iri ekranlı Domofonun, dəyəri 1.500 manat olan dörd qapılı şifonerin, dəyəri 1.800 manat olan dörd güzgülü şifonerin, dəyəri 150 manat olan çilçırağın, dəyəri 150 manat olan xalçanın, dəyəri 500 manat olan 2.5x3 metr ölçüdə xalçanın, dəyəri 160 manat olan 16 bölməli qızdırıcı radiatorun, yataq otağında yerləşən dəyəri 4.000 manat o lan yataq dəstinin (1 ədəd taxt, 1 ədəd iki güzgülü qapıdan ibarət şifoner, 1 ədəd termo, 1 ədəd tumba), dəyəri 300 manat olan 1 ədəd yataq örtüyünün, 1 ədəd yorğanın, 2 ədəd yastığın, 1 ədəd döşəyin, bir dəst dəyəri 1.600 manat olan pərdənin, 1 ədəd sentifon yorğan dəstinin, 32 ədəd yataq dəstinin, dəyəri 200 manat olan 3 lampa örtüsü olan çilçırağın, 2 ədəd dəyəri 100 manat olan gecə lampalarının, dəyəri 800 manat olan “Gree” markalı kondisionerin, dəyəri 110 manat olan 10 bölməli qızdırıcı radiatorun,uşaq otağında yerləşən dəyəri 800 manat olan 2 ədəd çarpayının, dəyəri 600 manat olan dörd qapılı 1 ədəd şifonerin, dəyəri 300 manat olan 1 ədəd yazı masasının, dəyəri 1.200 manat olan 1 dəst pərdənin, dəyəri 200 manat olan yorğan-döşək dəstinin, qonaq otağında yerləşən dəyəri 4.000 manat o lan dəri yumşaq dəstin (divan və iki kreslo), dəyəri 1.500 manat olan 6 ədəd stuldan ibarət masanın, 1 ədəd dəyəri 150 manat olan jurnal masasının, dəyəri 2.000 manat olan 1 dəst pərdənin, dəyəri 800 manat olan 6 ədəd lampa örtüklü çilçırağın, dəyəri 1.200 manat olan “Gree” markalı kondisionerin, dəyəri 600 manat olan televizor altlığının, dəyəri 700 manat olan 1 ədəd “Samsung” markalı 80 sm ölçüdə LCD televizorun, dəyəri 400 manat olan 2x3 metr ölçülü xalçanın, dəyəri 110 manat olan 10 bölməli qızdırıcı radiatorun, mətbəxdə yerləşən dəyəri 3.000 manat olan mətbəx mebelinin, dəyəri 200 manat olan aspiratorun, dəyəri 250 manat olan 4 stuldan ibarət masanın, dəyəri 750 manat olan “İndesit” markalı soyuducunun, dəyəri 800 manat olan “Gree” markalı kondisionerin, dəyəri 250 manat olan 3 lampa örtülü çilçırağın, dəyəri 150 manat olan jalüz pərdənin, dəyəri 80 manat olan termosun, dəyəri 140 manat olan 4 ədəd keramika qazan dəstinin, dəyəri 80 manat olan 24 ədəd qaşığın, hərəsi 6 ədəd olmaqla çəngəl- bıçaq dəstinin, dəyəri 150 manat olan 24 ədəd boşqab dəstinin, dəyəri 110 manat olan 10 bölməli qızdırıcı radiatorun, hamamda dəyəri 80 manat olan 1 ədəd güzgünün, dəyəri 150 manat olan quruducunun, dəyəri 300 manat olan unitazın, dəyəri 1.500 manat olan “Ariston” markalı kombinin, dəyəri 140 manat olan “Evrolux” markalı tozsoranın, dəyəri 70 manat olan paltar asanın cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan əmlakların dəyəri ola raq 28.305 manat pulun cavabdehdən tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassas iya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili İlkin Ukalayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilimədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kass asiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ünvan 1 ünvanda yerləşən, “xxxx” MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 14-cü mənzilinin İddiaçı2 məxsus olmasına, iddiaçıların həmin mənzildə təmir işləri apararaq mənzili bütün lazımi məişət əşyaları və avadanlıqlarla təchiz etmələrinə, İddiaçı1 həmin mənzili cavabdehə məxsus olan “xxxx” MMC tərəfindən inşa edilən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə dəyişdirməsinə, lakin dəyişdirmə zamanı İddiaçı2 razılığı alınmadığı üçün sonuncunun tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilin boşaldılaraq ona təhvil verilməsinə, mənzilə dair cavabdehlə müqavilə bağlanarkən iddiaçılara məxsus bütün əşyaların mənzildə qalmasına və həmin əşyaların mənzildən çıxarılmamasına, sonradan cavabdehin həmin əşyaları, avadanlıqları mənzildən çıxarıb aparmasına, bu halların birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilməsinə, iddiaçılara məxsus əşyaları, avadanlıqları qaytarmamaqla cavabdehin qanuni və müqavilə əsası olmadan onların hesabına əsassız varlanmasına və nəticədə cavabdehin əldə etdiyi 28.305 manat pul vəsaitini iddiaçıların tələbi ilə onlara qaytarmaqla birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1092.1, 1092.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla işdə, İddiaçı2 məxsus olan mənzilin cavabdehə məxsus qeyriyaşayı ş sahəsi ilə dəyişdirilməsini, mənzilin hansı şəkildə, formada cavabdehə təhvil verilməsini, mənzilin içərisində olan əşyaların, avadanlıqların nədən ibarət olmasını, onların adlarını, sayını, çeşidini, qiymətlərini və sair əlamətlərini və ümumiyyətlə iddiaçının mənzili iddia ərizəsində sadalanan əşyalarla, avadanlıqlarla birgə qəbul etməsini, təhvil almasını özündə ehtiva edən heç bir yazılı sübüt yoxdur və iddiaçılar tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eləcə də “Mahmudovun Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutla rı qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Əksinə, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı2 “xxxx” MTK-nə qarşı “protokolun, müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilərək müqavilənin əslinin qaytarılması və mənzilin boşaldılması” barədə iddiası təmin edilərək, ünvan 1 ünvanda “xxxx” MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 14-cü mənzilinin İddiaçı2 adından Cavabdeh adına keçirilməsinə dair “xxxx” MTK-nin ümumi yığıncağının 20 fevral 2016-cı il tarixli, 02 saylı protokolunun etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı2 ilə “xxxx” MTK arasında bağlanmış 30 dekabr 2015-ci i l tarixli müqavilənin əslinin qaytarılmasının və mənzilin İddiaçı2 təhvil verilməsinin kooperativə həvalə edilməsi, həmin mənzilə dair kooperativlə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq İddiaçı2 təhvil verilməsi və sair qət edilmişdir. Eləcə də həmin qətnamənin icrası qaydasında icra məmurunun iştirakı ilə tərtib edilmiş 19 fevral 2018-ci il tarixli aktla müəyyən edilir ki, sözügedən mənzil tam olaraq boş vəziyyətdə İddiaçı2 əri İddiaçı1 və nümayəndəsi İlkin Ramazanova təhvil verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallara, yəni qətnamədə sözügedən mənzilin əşyaları, avadanlıqları ilə birgə deyil, məhz boşaldılaraq İddiaçı2 təhvil verilməsin in qət edilməsinə, həmin işə baxılarkən İddiaçı2 nə iddia ərizəsində, nə də nümayəndəsi İlkin Ukalayev vasitəsi ilə məhkəmə iclasında verdiyi izahatında mənzilin məhz içərisində olan əşyalarla, avadanlıqlarla birlikdə cavabdehə təhvil verilməsini göstərməməsinə, eləcə də qətnamənin icrası qaydasında mənzili təhvil alarkən icra məmurunun iştirakı ilə tərtib edilmiş sözügedən aktda ona məxsus əşyaların, avadanlıqların mənzildə aşkar edilməməsinə, həmin əşyaların, avadanlıqların mənzildən cavabdeh tərəfindən sökülüb aparalmasına dair heç bir qeydin aparılmamasına diqqət yetirmədən, həmin qətnamə ilə müəyyən edilmiş faktların hazırkı işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşıyıbdaşımaması məsələsinə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından hüquqi qi ymət verməmişdir. Halbuki, həmin maddənin mənasına görə, bir mülki is üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında da təsbit edilib göstərilmişdir. Həmin Qərarda MPM-nin 82.3-cü maddəsinə şərh verilərək göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələn dirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Orxan Ağayev, Mehti Hüseynov və xxx nın ifadələri ilə əsaslandırmağa çalışsa da, həmin şahidlərin ifadələrini Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddəsinin tələbləri baxımından iş üzrə toplanmış digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı yoxlayıb qiymətləndirməmişdir. Halbuki, işə baxan məhkəmə hər bir halda işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Məhkəmə qətnamədə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməl i, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Əvvəla, qeyd olunan şahidlər ifadələrində İddiaçı2 məxsus mənzilin içərisində olan əşyalarla, avadanlıqlarla birlikdə cavabdehə təhvil verilməsini və evi boşaldarkən sonuncunun İddiaçı2 məxsus olan əşyaları, avadanlıqları da söküb özü ilə aparmasını göstərsələrdə, onlar ifadələrində mənzildən cavabdehin məhz hansı əşyaları, avadanlıqları söküb aparmasını, mənzildən çıxarılan əşyaların, avadanlıqların adlarını, sayını, qiymətlərini və sair əlamətlərini göstərməmişlər. Digər tərəfdən işdən görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi icra olunanadək sözügedən mənzildə ailə üzvləri ilə birlikdə cavabdeh yaşamışdır və o, apellyasi ya şikayətndə göstərmişdir ki, qətnamənin icrası qaydasında mənzili boşaldarkən məhz özünə məxsus olan əşyaları, avadanlıqları aparmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia etdikləri əşyaların, avadanlıqların ümumiyyətlə mövcud olub-olmaması, cavabdehin mənzili boşaldarkən apardığı əşyaların, avadanlıqların məhz həmin əşyalar olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan, həmin əşyaların fərdi əlamətlərini (sayı, rəngi, ölçüsü, qiyməti və sair) müəyyən etmək üçün bilavasitə tərəflərin özlərinin məhkəmə iclasında iştirklarını təmin edib izahatlarını dinləmədən, bu barədə işə əlavə edilmiş fotoşəkillərə, video görüntüyə tərəflərin özlərinin iştirakları ilə baxış keçirib onların kimə məxsus olmasına dair müvafiq dəqiqləşdirmə aparmadan, yalnız “xxxx” MMC tərəfindən mövcud olmayan əşyaların, avadanlıqların qiymətlərinə dair verilmiş 17 may 2018-ci il tarixli mütəxəssis rəyini əsas tutub qanuni və müqavilə əsası olmadan cavabdehin iddiaçıların hesabına 28.305 manat məbləğdə əsassız varlanması qənatinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırkı halda cavabdehin iddiaçıların hesabına hər hansı əmlak əldə etməsi və nəticədə onların hesabına 28.305 manat məbləğdə əsassız varlanması mülki iş materialları ilə sübuta yetmir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldıralmaqla yanaşı, işə əlavə edilmiş sübutlara prosessual qanunverciliyin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-c i maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)10440/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2055/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2055/2019
09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver