Məhkəmə qərarları › İş №2(102)-2055/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2055/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2055/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ İş N: 2(102)-2055/25 Açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr- pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), X6 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1388/2025 nömrəli, 18 mart 2025-ci ii tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK (“Kooperativ”) ilə İddiaçı (“Payçı”) arasında bağlanmış 391 saylı, 07.03.12-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış massivində 391 saylı, 125 kv.m. sahəsi olan mənzili təklifədir, “Payçı” isə bu müqavilə ilə müəyyən edilmiş qaydada 391 saylı mənzilin tam dəyərini ödəyərək mənzili qəbul edir.

2. Cavabdeh MTK-nın xx.xx.2012-ci İİ tarixli, 391 saylı müqavilə üzrə verilmiş arayışına əsasən mənzilin dəyəri tam ödənilib, İddiaçı mənzilə borcu yoxdur.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə X3 adına xüsusi mülkiyyət hüquq u əsasında qeydə alınmışdır.

4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə “İnam Bayram-M MTK”-nın direktoru X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4444/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı əmlak tələbinə d air iddiasının rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 50.000 manat əsas vəsait və 95.000 manat məbləğində əldən çıxmış fayda qismində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 435 manat məbləğində pulun, cəmi 145.435 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binadan xx.xx.2012-ci il tarixli 391 saylı müqavilə əsasında 125 kv.metr ümumi sahəsi olan 3 otaqlı 391 saylı mənzili dəyərini tam ödəməklə almışdır. Həmin mənzilə görə onun tərəfindən elə həmin tari xdə 50.000 manat məbləğində pul vəsaiti ödənilmiş və mənzilə dair borcunun olmaması bərədə maliyyə arayışı verilmişdir.Təxminən 2020-ci ildə öz mənzilində təmir işlərinə başlamaq üçün həmin mənzilə getdikdə müəyyən etmişdir ki, ona məxsus mənzildə başqası yaşayır. Araşdırma nəticəsində müəyyən etmişdir ki, həmin mənzil Qurbanova Rəvanə adlı şəxsə satılmış və həmin şəxsin adına DƏDRX-dən çıxarış da verilmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və məhkəməyə mənzilin boşaldılması ilə bağlı müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra MTK-nın rəhbərlərinə ona pul vəsaitinin geri qaytarılması barədə şifahi müraciətlər etsə də, nəticəsiz qalmışdır. Bütün bu qeyd edilən faktlar qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, mülki iş üzrə məhkəmə araşdırması aparılan dövrdə MTK-nın nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, guya İddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı vəsait ödənməmiş, maliyyə arayışı formal olaraq verilmişdir. Bütün bunlar qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və öz təsdiqini tapmamışdır. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmiş, h əmin mənzili iddiaçıdan sonra üçüncü şəxslərə satmışdır və nəticədə iddiaçının pul vəsaitini əsassız olaraq ələ keçirmişdir. Məlumat üçün bildirir ki, hazırda həmin ərazidə iddiaçıya satılmış mənzilin dəyəri 140.000-145.000 manat təşkil edir. Əgər cavabdeh öz öhdəliklərini icra etmiş olsa idi, iddiaçının aldığı mənzil qiymətlənəcək və iddiaçı daha çox pul əldə edəcəkdi. Lakin cavabdehin əməlləri nəticəsində iddiaçı bundan məhrum olmuşdur, iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən 435 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, MTK-nın faktiki rəhbəridir. Qadını he ç tanımırdı. Evi tanışı deputat Cavanşirin sürücüsü olduğu üçün Elçin adlı şəxsə satmağa razılıq verib. Cavanşir ondan dostluq xatirinə kreditləri aybaay ödəmək şərtilə verməsini xahiş edib, o da qiymətdə hörmət edərək evi verməyə razılıq vermişdir. 2019-cu ildə qəza keçirdib və 7 ay boyunca komaya düşüb. Həmin vaxtlarda qadın binaya gəlib, mühafizəçiyə hücum edib. Elçin ona ev üçün pul verməyib, bu gün iddiaçı heç evin yerini də bilmir, ona açarlar verilməyib. O, komaya düşənə qədər gəlib ondan heç kim ev istəməyib. O, xəstəxanada olan vaxtlar evi tələb ediblər. Mənzilə hissə-hissə ödəniş etməli olduğu halda, ödəniş etməmişlər, buna görə də həmin mənzili başqa şəxsə satmışlar.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, o, Cavanşir Paşaza dənin 2008-ci ildən sürücüsü olub. 2018- 2019- cu ildə işdən maddi vəziyyətilə əlaqədar çıxıb. 2012-ci ildə onunla məsləhətləşib, mənzili alıblar. Onları Mahmud adlı şəxsin yanına göndərmişdilər. Mənzilin biri küncdə idi, amma digərinin yaxşı olduğunu dedilər. Ofisə gedən zaman MTK-nın müdiri Vüqar bəy orada olub, onunla danışıblar və bina hələ tikildiyi üçün onlara bir az ucuz qiymətə satıblar. Həm də Cavanşir müəllimlə işlədiyi üçün hörmət etdilər. 3-4 gün sonra pulu Lalə xanım adlı mühasibə verib, onlara borc qalmaması ilə bağlı maliyyə arayışı da verilib. Ofis bina tikilənə qədər “Vorovski”də yerləşirdi. Onlar müqaviləni imzaladıqdan sonra Lalə xanım müdirin otağına girib imza etdirdi. Həmin vaxt pulları var idi, o səbəbdən də hissə-hissə deyil, birdəfəyə ödəyiblər. Onlara açar verilmə yib, səbəb kimi binada yanğın olması göstərilib. Sonradan Mahmud deyib ki, açar onlarda qalsın. 2-3 aydan bir mənzilə baxmağa gedirdilər. Hacı Mazanla ev barəsində danışıqları olmayıb və onlara Zeynalov Vüqar tərəfindən mənzilin pulu ilə bağlı zəng gəlməyib. Bir dəfə MTK-dan həyat yoldaşına sayğaclarla bağlı zəng edilmişdi. Bundan sonra o, Mahmuda zəng edib və ona yanlışlıq olduğu bildirilib. X10 razılaşdırmışlar, evin başqasına satıldığını biləndə o, Cavanşir Paşazadəyə bu barədə bildirib və o da məhkəməyə müraciət etməsini deyib.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, o, "xxxx" MTK-da 2006-cı ildən fəaliyyətini dayandırana kimi satış üzrə menecer, komendant vəzifələrində işləmişdir. MTK təqribən 2017- ci ildə fəaliyyətini dayandır mışdır. Satışı o həyata keçirib və bütün satışlardan məlumatlı olub, çünki o, müştəriləri tapıb və mənzilləri göstərib. Sevil xanım onlara heç bir ödəniş etməyib. Hacı Ramazan qəza edən zaman Sevil xanım gəlib və fürsətdən yararlanmağa çalışıb. Onu prokurorluğa da çağırıblar. Sevil xanım pul ödəmədiyi halda pul tələb edir. İddiaçı ilk dəfə 2019-cu ildə ofisə gəlib və o vaxta kimi onu heç görməmişdir. Prokurorluqda iş araşdırılarkən maliyyə arayışı ona göstərilmişdi. Onların maliyyə arayışı fərqli formadadır. İddiaçıda qrafik olub. Əgər şəxs kassaya pul ödəyirsə qəbz verilir. Sevil xanım Cavanşir bəyin sürücüsünün arvadıdır, elə söz olub ki, pul versə ona mənzil verilər, lakin o heç vaxt pulu gətimədi, mənzil ilə başqasına satıldı. Kimliyindən asılı olmayaraq kim pul ödəyirsə mütləq şəkildə qəbz verilir. Sevil xanımın isə qəbzi olmayıb. Təqribi olaraq 12 illik fəaliyyətində o, Ramazan bəyin kimdənsə pul alıb, mənzili başqasına satmasını görməmişdir. O, heç vaxt bu kimi işlərə əl atmayıb. Sevil xanım 2012-ci ildə əgər mənzil alıbsa nəyə görə təmir etdirməməsi maraq doğurur. Maliyyə arayışına vurulan möhür Lalə xanımda olurdu. Sevil xanımda olan qrafikdir, maliyyə arayışı deyil. 2012-ci ildə onların ofisi Yasamalda, binanın 1-ci mərtəbəsində yerləşirdi. Satışları həmin ofisdə keçirilirdi. 2012-ci ildə onların satılmayan evləri var idi və buna görə ofis Yasamalda idi, həmin vaxt “Vorovski”də ofis yox idi. Tikinti 2008-ci ildə bitib və qapılar 2008-2009-cu illərdə qoyulub. İlk 2019-cu ildə o özü köçüb. Rövşəni müştəri kimi tanımışdır və ev ona satılıb. Boş evlərin açarları onda olurdu və kimə ev satılırdısa, ona açar verilirdi. Rövşənə ev təxmini 100000 manat qiymətə satılıb. Rövşəndən pulu o almış, kassada işləyən isə qəbz vermişdir. O, Rövşəndən pulu alıb kassada işləyənə vermişdir. O, prokurorluğa getdikdən sonra məsələ barəsində Hacıdan soruşub və o bildirib ki, qrafik mövcuddur, lakin pul ödənilmədiyi üçün qəbz verilməyib. Hacı Ramazan mənzil satsa belə pulu o, alıb kassaya verirdi. Sevil xanıma maliyyə arayışı verilən zaman orada olmamışdır. O, bütün hər şeydən məlumatlı olurdu, pul verilsə idi bilərdi. Hacı Ramazan özü Cavanşir bəyə və Elçin bəyə dəfələrlə zəng edib ki, qrafik var, lakin ödəniş edilmir. O da Elçin bəyə zəng edib ki, pulu ödəməyiblər. Elçin bəy evi satıb, onlara pul verəcəkdi, lakin, heç bir pul gətirmədi. 12. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0150 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, b.20, Xarici dairəvi yolu, giriş 2 ünvanında yerləşən, ümumi sahəsi 125 kv.m olan 391 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 160000 manat müəyyən olunmuşdur.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2024 nömrəli 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş 50.000 manat pul, vurulmuş zərərə görə 95.000 manat pul, ödənilmiş dövlət rüsumuna görə 435 manat və məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul, cəmi 145.735 manat məbləğində pulul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə tərə flər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh MTK iddiaçıya 125 kv.m. ümumi sahəsi olan 391 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı iddiaçıya mənzilin dəyərinin tam şəkildə ödənilməsi və borcunun olmaması barədə maliyyə arayışı vermişdir. Tərəflər arasında müqavilə bağlanması və maliyyə arayışının verilməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin müqavilənin predmeti olan mənzilin iddiaçıya təhvil verilməsinin mümkünsüzlüyü də işin mübahisələndirilməyən halıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mənzilin təhvil verilməsi tələbi, həmin mənzilə dair başqa şəxsin adına çıxarış verilməsi səbəbindən təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf mənzilin dəyərinin ödənilmədiyini bildirsə də, hansı səbə blə müəssisənin möhür və rəhbərinin imzasının olduğu həmin maliyyə arayışının iddiaçıya təqdim edilməsini əsaslandıra bilməmişdir.

16. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə şahidlər bilavasitə MTK-ya rəhbərlik edən şəxs, eləcə də onun işçisi olduğundan və bilavasitə işin nəticəsində maraqlı olduğundan, onların ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləni, iddiaçıya borcun olmaması, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının verilməsini, buna baxmayaraq mənzilin onun deyil, başqa bir üçüncü şəxsin adına rəsmiləşdirilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu baxımdan müqavilə şərtlərinin məcbur iliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh, aralarında bağlanmış müqavilə şərtlərini pozduğuna, öhdəliklərini icra etmədiyinə görə iddiaçıya vurulmuş zərəri ödəməlidir. 18..Məhkəmə mənzil üçün ödənilmiş 50000 manat məbləğində pulun və sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərər kimi mənzilin hazırki dəyərinin cavabdehdən tutulmasını ağlabatan və məqsədə müvafiq hesab etmişdir.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1,21.2, 385, 425.1, 442, 443.1, 443.2, 443.3, 448.2, 452, 459.1, 752.1, 752.2, maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 2 0..Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında mövcud olan müqavilə artıq başa çatmış yaşayış binasında yerləşən mənzil sahəsinə dair bağlandığından, hazırki mübahisəyə podrat müqaviləsinin müddəalarının tətbiq edilməsi mümkün deyil. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsində verilmiş anlayış tikintisi başa çatmayan binadarı bəhs edir. Tərəflər arasında bağlanmış müqavilənin qüvvəyə mindiyi tarixdə yaşayış binasının inşası başa çatmış və müqavilənin predmeti olan mənzil tikintisi başa çatmış binada yerləşirdi. Bu baxımdan mübahisəyə mülki qanunvericiliyin alqısatqımüqaviləsinə dair müddəaları tətbiq edilməlidir, iddiaçı t ərəfindənpulun ödənilməsinə dair sənəd təqdim edilməmişdir, iddiaçı bildirir ki, guya cavabdeh tərəfindən ödənilmiş vəsaitə dair hər hansı çekkassa mədaxil qəbzi verilməmişdir. Halbuki iddiaçı tərəfindən ödəniş edilsəydi, mütləq ona pulun mədaxil olunmasına dair qəbz verilməli idi. Beləliklə, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir. İddiaçının müraciəti əsasında qeyd edilən məsələ prokurorluq orqanında da araşdırılmışdır. İddiaçının dediyi fakt, yəni pulun ödənilməsi, lakin buna görə kassa mədaxil qəbzinin verilməməsi müəyyən olunsaydı, bu hala məhz cinayət mühakimə icraatı qaydasında qiymət veriləcəkdi. Çünki pulun qəbul edilməsi, lakin kassaya mədaxil edilməməsi həmin əməliyyatı icra etmiş şəxs üçün cinayət məsuliyyəti yaradır. Ancaq prokurorluqda aparılmış araşdırma zamanı idd iaçı tərəfindən pul vəsaitinin ödənilməsi öz təsdiqini tapmadığından, həmin əməliyyatın icrasına məsul olan hər hansı şəxs məsuliyyətə cəlb edilməmişdir. Prokurorluq orqanının mövqeyi ondan ibarət olmuşdur ki, müqavilədə göstərilən mənzilin dəyəri S.lsayeva tərəfindən ödənilməmişdir. Həmin qərar ləğv edilməmiş və hazırki iş üzrə icraat zamanı məhkəmə tərəfindən qərar və digər materiallar ə İd ə edilərək baxış keçirilmişdir. Dolayısı ilə hüquq mühafizə orqanının ləğv edilməmiş qərarı hazırki iş üzrə preyudusial sənəd kimi çıxış edir və məhkəmə həmin sənədi nəzərə almalı idi. Həm V.M.Zeynalovun, həm də şahidlər M.N.Əzimov və R.H.Zeynalovun izahatlarının əlqəli şəkildə təhlili belə deməyə əsas verir ki, mənzilin alınması ilə bağlı iddiaçının və onun şahidinin izahatları həqiqəti əks etdirmir və kooperativdə mövcud olan təcrübəyə uyğun deyil. Məhkəmə isə buna əhəmiyyət verməmişdir. Bundan başqa, iddiaçıya mənzil satılması ilə bağlı onun kooperativə payçı kimi qəbul edilməsi barədə ərizəsi və iddiaçının kooperativə qəbul edilməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarımövcud deyildir. Cavabdeh tərəfindən mənzil sahiblərinə təqdim edilmiş maliyyə arayışlarının nümunələri təqdim edilmişdir. Eyni zamanda iş üzrə şahidlər R.Zeynalov və M.Əzimov da maliyyə arayışının verilməsi qaydası və forması barədə məhkəməyə məlumat verərək, iddiaçı tərəfindən göstərilən sənədin maliyyə arayışı olmadığını, qrafik kimi tərtib edildiyini bildirmişlər. Pulun ödənilməsini təqdim edəcək sənəd kimi qəbz və yaxud kassa mədaxil orderi təqdim edilmədiyi halda digər sənədin sübut qismində qəbul ed ilməsi yolverilməzdir.

22. Apellyasiya icraatında yenidən şahid qismində izahatı alınan X4 qeyd etmişdir ki, MTK-dakı mənzil satışını yalnız özü həyata keçirib, yəni rəsmi olaraq direktor olmasa da, bütün satış onun məlumatı və razılığı əsasında baş verib, möhür də onda olub. O, iddiaçını yox, onun əri Elçini tanıyır. Elçin onun dostu olan keçmiş millət vəkili Cavanşir Paşazadənin sürücüsü işləyirdi. Cavanşir ondan xahiş etmişdir ki, sürücüsünə ev almaqda köməklik etsin. O da öz növbəsində razılaşmış, həmin vaxt 70000 manat qiyməti olan evi 50000 manata satmışdır. O, Elçinə müqavilə və ödəniş cədvəli vermişdir. Bu hadisə 2012ci ildə baş vermişdir. Dəqiq tarixi xatırlamır. Elçin ayba-ay ödənişlər etməli idi, ödəniş cədvəlində mənzilin dəyərinin, yəni 50000 manatın tam olaraq ödənilməsi barə də qeyd isə məhz həmin məbləğdən artıq vəsait tələb olunmayacağı barədə Elçində inam yaratmaq məqsədi daşımışdır. Qaydaya görə hər hansı ödənişin qəbulu yalnız kassa mədaxil qəbzi əsasında həyata keçirilmişdir, iddiaçıda isə hətta 1000 manata belə qəbz yoxdur, əgər ən azı 1000 manatlıq qəbz təqdim edə bilsə, tam məbləği qaytarmağa hazırdır. O, səkkiz dəfə Həcc ziyarətində olmuşdur, çoxsaylı kasıb ailələrə təmanassız köməklik etmişdir, tikdiyi binalarda da heç vaxt təkrar satış halları baş verməmişdir. İddiaçı və yaxud əri Elçin mənzilə görə hər hansı məbləğdə pul ödəməmişlər, ödəsəydilər o, heç vaxt bunu inar etməzdi.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə) 2(103)-1388/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2024 nömrəli iş üzrə 21 oktyabr 2024-cü il tarixli qətnaməsinin qismən - vurulmuş zərərə görə 95.000 manat pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılsı qət edilmişdir.

24. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi, eləcə də şahid qismində dindirilmiş Ramazan Zeynalov iddiaçı tərəfindən cavabdeh MTK-ya pul ödənilmədiyini bildirirlər.

25. Düzdür, mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı və kassa mədaxil qəbzi təqdim olunmasa da, MTK iddiaçı tərəfindən mənzilin dəyərinin tam olaraq ödənilməsi barədə ödəniş cədvəlində qeyd ap armışdır.

26. İddiaçı və cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur. Onun dəyişdirilməsi və ya ləğv edilməsi qaydaları tərəflərin iradəsi, bu olmadiqda isə məhkəmə tərəfindən həyata keçirilir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Hazırki iş üzrə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyən edilmişdir. Müqavilə tərəfləri öz iradə ifadələrini bəyan etmiş, hər hansı iradə zədələnməsi halı müəyyən edilmir.

27. Müqavilə çərçivəsində payçı kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin dəyərini tam şəkildə ödəmiş, lakin cavabdeh həmin mənzili ona təhvil verməmişdir. Halbuki bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilməlidir.

28. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmiş, lakin zərərin tutulması hissəsi ilə razılaşmamışdır.

29. Belə ki, mübahisəli mənzil iddiaçının istifadəsində və sahibliyində heç vaxt olmamışdır. İddiaçı yalnız 2020-ci ildə mənzili tələb etməyə başlamışdır. İstifadəsində və sahibliyində olmayan mənzilin müqavilə bağlandıqdan 7 il sonra tələb edilməsi, daha sonra 2021-ci ildə məhkəmədə iddia qaldırması onun bir daha mənzildən istifadə və sahibliyində maraqlı olmamasını göstərir.

30. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə rea l zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur.

32. Hazırda iddiaçıya zərər olaraq əldən çıxan faydanın müəyyən olunması onun tərəfindən sübuta yetirilməmişdir. Ona görə də o, yalnız ona dəymiş real zərəri tələb edə bilər.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 390.1, 442, 443.1-443.4, 452.1, 452.2, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı (Vəkil- Vəkil1) həmin qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1388/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən - iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin araşdırılmış halları ilə sübut edilir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək cavabdehə mənzilin dəyərini tam ö dəmişdir. Məhkəmə öz qətnaməsini bu cür əsaslandırmağa çalışmışdır ki “Belə ki, mübahisəli mənzil iddiaçının istifadəsində və sahibliyində heç vaxt olmamışdır. İddiaçı yalnız 2020-ci ildə mənzili tələb etməyə başlamışdır. İstifadəsində və sahibliyində olmayan mənzilin müqavilə bağlandıqdan 7 il sonra tələb edilməsi, daha sonra 2021-ci ildə məhkəmədə iddia qaldırması onun bir daha mənzildən istifadə və sahibliyində maraqlı olmamasını göstərir.” Halbuki bu hal həm iş materialları ilə, həm tərəflərin və şahidlərin izahatları ilə tam təkzib olunur. İddiaçı 2012-2018-ci illər arasında mənzilinə sahiblik etmişdir. Düzdür ondan istifadə etməmişdir, çünki təmir üçün maddi imkanı olmamışdır. Təmirə başlamaq istədiyi zaman isə 2019-cu ildə mənzilinin başqa şəxsə satıldığını müəyyən etmişdir. Bu mü ddət ərzində mənzilinə baş çəkmişdir. İddiaçı orada işləyən şəxsləri, baş vermiş real hadisələri (mənizilin qarşısında təmir aparılan zaman zibillərin yığılması və s. digər mühüm hallar) birbaşa təsvir edə bilir. Əgər iddiaçının sahibliyində və istifadəsində olmasa idi, iddiaçı həmin mənzillə maraqlanmasa idi, nə komendantın adını bilər, nə də hadisləri real təsəvvür edə bilərdi. Məhkəmənin yanaşması düzgün olmamışdır.

36. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0150 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, b.20, Xarici dairəvi yolu, giriş 2 ünvanında yerləşən, ümumi sahəsi 125 kv.m olan 391 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 160000 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatını n dəyəri olan 300 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Bu hal tam sübut edir ki, iddiaçı real olaraq zərər uğramış və fayda itirmişdir.

37. Məhkəmənin qətnaməsi iddia tələbinin əldən çıxmış fayda hissəsində iddia tələbinin rədd edilməsi hissəsində qanunsuz və əsassız olmuşdur.

38. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2,443, 448.2, 459.1, Azərbaycan Respublikasının MPM-in 76.1, 76.2, 76.3, 77, 88, 217, 218-ci maddələrinə də istinad etməklə əsaslandırılmışdır.

39. Qətnamədən həmçinin cavabdeh də (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1388/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, iddia tələbinin tam həcmdə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qətnaməni tam ləğv etmədiyindən, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir, mübahisənin bu formada həlli qanunsuz olmuşdur. Belə ki, Tərəflər arasında mövcud olan müqavilə artıq başa çatmış yaşayış binasında yerləşən mənzil sahəsinə dair bağlandığından, hazırki mübahisəyə podrat müqaviləsinin müddəalarının tətbiq edilməsi mümkün deyil. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsində verilmiş anlayış tikintisi başa çatmayan binadan bəhs edir. Tərəflər arasında bağlanmış müqavilənin qüvvəyə mindiyi tarixdə yaşayış binasının inşası başa çatmış və müqavilənin predmeti olan mənzil tikintisi başa çatmış binada yerləşirdi. Bu baxımdan mübahisəyə mülki qanunvericiliyin alqı-satq ımüqaviləsinə dair müddəaları tətbiq edilməlidir. İş üzrə cavabdeh və onun tərəfindən təqdim edilmiş şahidlər bildirir ki, iddiaçı ona verilməsi nəzərdə tutulan mənzilin (əşyanın) dəyərini ödəməmişdir. Bu mövqeyi əsaslandırmaq üçün yaşayış binasından satılmış digər mənzillərlə bağlı alğı-satqı müqaviləsi, maliyyə arayışı və kassa mədaxil qəbzlərinin surətləri təqdim edilmiş, hətta məhkəməyə təklif olunmuşdur ki, ixtiyari mənzil üzrə sənədlərə baxış keçirilsə, müəyyən olunacaqdır ki, hər bir mənzilə dair qovluqda üç növ sənəd vardır: müqavilə, pulun qəbul edilməsinə dair kassa mədaxil qəbzi və maliyyə arayışı. MTK tərəfindən satılmış bütün mənzillərə dair sənədləşmə istisnasız olaraq məhz bu formada həyata keçirilmişdir. Lakin iddiaçı tərəfindən pulun ödənilməsinə dair sənəd təqdim edilməmi şdir. İddiaçı bildirir ki, guya cavabdeh tərəfindən ödənilmiş vəsaitə dair hər hansı çek- kassa mədaxil qəbzi verilməmişdir. Halbuki iddiaçı tərəfindən ödəniş edilsəydi, mütləq ona pulun mədaxil olunmasına dair qəbz verilməli idi. Beləliklə, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir. İşin materiallarından müəyyən olunur ki, iddiaçının müraciəti əsasında qeyd edilən məsələ prokurorluq orqanında da araşdırılmışdır. İddiaçının dediyi fakt, yəni pulun ödənilməsi, lakin buna görə kassa mədaxil qəbzinin verilməməsi müəyyən olunsaydı, bu hala məhz cinayət mühakimə icraatı qaydasında qiymət veriləcəkdi. Çünki, pulun qəbul edilməsi, lakin kassaya mədaxil edilməməsi həmin əməliyyatı icra etmiş şəxs üçün cinayət məsuliyyəti yaradır. Ancaq prokurorluqda aparılmış araşdırma zamanı iddiaçı tərəf indən pul vəsaitinin ödənilməsi öz təsdiqini tapmadığından, həmin əməliyyatın icrasına məsul olan hər hansı şəxs məsuliyyətə cəlb edilməmişdir. İddiaçının ərizəsi əsasında Binəqədi rayon prokurorluğunda hərtərəfli araşdırma aparılmış və məsələyə hüquqi qiymət verilmişdir. Prokurorluq orqanının mövqeyi ondan ibarət olmuşdur ki, müqavilədə göstərilən mənzilin dəyəri İddiaçı tərəfindən ödənilməmişdir. Həmin qərar ləğv edilməmiş və hazırki iş üzrə icraat zamanıməhkəmə tərəfindən qərar və digər materiallar əldə edilərək baxış keçirilmişdir. Dolayısı ilə hüquq mühafizə orqanının ləğv edilməmiş qərarı hazırki iş üzrə preyudusial sənəd kimi çıxış edir və məhkəmə həmin sənədi nəzərə almalı idi. Bu Mülki Prossesual Məcəllənin 82.4-cü maddəsinin göstərişlərindən irəli gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Ümumiyyətlə belə görünür ki, iddiaçının ilkin olaraq prokurorluq orqanına müraciət eməsində məqsədi ödəniş etmədiyi üçün əlində ödənişi təsdiq edəcək ciddi uçot blankı olan kassa mədaxil qəbzinin olmamasından qaynaqlanmışdır. İddiaçı həmin mərhələdə istintaq orqanının köməyi ilə pulun qəbul edildiyinin təsbit olunmasına nail olmaq istəmiş, daha sonra həmin əsasla məhkəməyə müraciəti nəzərdə tutmuşdur. Lakin həmin orqanda araşdırma zamanı pulun ödənilməsi faktı öz təsdiqini tapm adığından, mənzilin təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə mübahisəyə baxan məhkəmələr isə qeyd edilən xüsusatları nəzərə almamış, prokurorluq tərəfindən qəbul edilmiş qərara, eyni zamanda aparılmış araşdırmaya əhəmiyyət verməmişdir. Yuxarıda qeyd edilənlərin məntiqi davamı olaraq əqdə əsaslan iddia tələbi üzrə dəyərləndirmə apararkən məhkəmə əqdin qanuniliyin yoxlamalı, əqd üzrə tələbetmə hüququn mövcud olduğunu müəyyən etməli və bu əsasla tələbə hüquqi qiymət verilməli idi. Lakin natamam əqdə əsaslanan məhkəmə pulun ödənilməsinə dair sənəd mövcud olmadığı halda iddiaçı tərəfindən ödənildiyi öz təsdiqini tapmayan pula dair tələbi təmin etmişdir. Digər tərəfdən, hazırki işin halları baxımından iddiaçının izahatında və onun tərəfindən təqdim edilmiş şahidin izahatlarında olan uyğunsuzluq və ziddiyətlərə məhkəmələr tərəfindən qiymət verilməmişdir. İddiaçının və onun təqdim etdiyi şahidin (iddiaçının ərinin) mənzilin alınmasına dair bildirdikləri tamamilə uydurma ssenaridir və reallıqla əlaqəsi yoxdur. Birincisi, bu müqavilənin bağlanma yeri ilə bağlıdır. Belə ki, müqavilənin imzalandığı tarixə və hazırda həmin ünvanda, yəni Binəqədi rayonu, Q.Musabəyov küçəsində inşa edilmiş yaşayış binasının ikinci mərtəbəsində ofis mövcud olmamışdır. Binanın ikinci mərtəbəsi hər üç blok üzrə yaşayış sahələrindən ibarətdir və ofislər ancaq birinci mərtəbədə fəaliyyət göstərmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsində tərəfindən iddiaçıya sual verilmişdir ki, nəyə görə müqavilə imzalanarkən V.Zeynalov özü ofisdə olduğu halda müqaviləyə həqiqi imza deyil, faksmile imza etməsinə razılıq verdiniz. İddiaçı bu sualına cavab verə bilməmişdir. Məntiqi baxımdan ali təhsilli müəllimə olan iddiaçının bununla razılaşması mümkün deyil. İkincisi, müqavilə üzrə danışıqların aparıldığı şəxslə bağlı iddiaçının və onun şahidinin izahatları isə tamamilə uydurmadır. İddiaçı və şahid bildirir ki, guya mənzilə baxış keçirdikdən sonra onun dəyəri kooperativin sədri Vüqar Zeynalovla həmin ofisdə razılaşdırılmışdır. Görünür ki, iddiaçı və şahid izahatı daha mötəbər etmək üçün sədrin adını qeyd etməklə mövcud olmayan danışıqlar prosesini reallığa uyğunlaşdırmağa çalışmışlar. İddiaçı bildirir ki, ofisdə olduqları gün V.Zeynalovla danışıb qiyməti razılaşdırdıqdan sonra həmin gün evdən gətirərək pulu ödəmiş, lakin şahid, yəni iddiaçının əri Elçin isə bir neçə gün sonra pulu ödəyib müqaviləni aldıqlarını bildirmişdir. Pulun verilməsinə dair əhəmiyyətli fakta dair bir ailənin iki üzvünün bir-birindən fərqli və ziddiyətli ifadələri hadisənin reallıqdan uzaq olduğunu göstərir. Dördüncüsü, prokurorluqda araşdırma zamanımüəyyən olunmuşdur ki, istinad olunan müqavilədə imza həqiqi imza deyil, faksmile imzadır. Əgər müqavilənin imzalanmasında həqiqətən də Vüqar Zeynalov iştirak etmişdirsə, şəxsən müqaviləni imzalamalı idi. Lakin V.Zeynalov tərəfindən müqavilənin şəxsən imzalanmaması da bir daha təsdiq edir ki, müqavilənin bağlanmasına dair iddiaçı və onun təqdim etdiyi şahidin ifadəsi uydurmadır və həqiqəti əks etdirmir.

41. Məhkəmə kollegiyası isə qeyd edilən xüsusatları,şahidlər Vüqar Zeynalov və Ramazan Zeynalovun izahatlarını, ziddiyətləri nəzərə almadan obyektiv ve qanuni qətnamə çıxarmamışdır.

42. Digər tərəfdən, həm V.M.Zeynalovun həm də şahidlər M.N.Əzimov və R.H.Zeynalovun birinci instansiya məhkəməsindəki izahatlarının əlaqəli şəkildə təhlili belə deməyə əsas verir ki, mənzilin alınması ilə bağlı iddiaçının və onun şahidinin izahatları həqiqəti əks etdirmir və kooperativdə mövcud olan təcrübəyə uyğun deyil. Məhkəmə isə buna əhəmiyyət verməmişdir. Cavabdeh bildirir ki, istisnasız olaraq mənzil satışı ilə bağlı pul qəbul edildikdə mütləq şəkildə kassa mədaxil orderi (qəbz) verilir. MTK tərəfindən satılmış bütün mənzillər üzrə bu prosedura əməl edilmişdir. Başqa cür yanaşma vergidən yayınmaya gətirib çıxara bilər. Bununla bağlı cavabdeh tərəfindən əlaqəli sübutlar təqdim edilmişdir. Həmin sübutlara əsasən müəyyən olunur ki, nə inki mənzilin dəyəri, mənzillə bağlı istənilən digər pul vəsaitləri (sayğac pulu və sair) rəsmi şəkildə qəbul edilmişdir. Dolayısı ilə pulun qeyri-rəsmi qəbulundan söhbət gedə bilməz. Ən əsası isə pulun qəbul edilməsi zamanı yalnız maliyyə arayışı verilməsi və yaxud başqa sənəd verilməsi praktikası mövcud deyildir. Bundan başqa, iddiaçıya mənzil satılması ilə bağlı onun kooperativə payçı kimi qəbul edilməsi barədə ərizəsi və iddiaçının kooperativə qəbul edilməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarı mövcud deyildir. Maliyyə uçotunun aparılmasına dair qaydalara əsasən MTK tərəfindən satılan mənzil və qeyri-yaşayış sahələrinin hərəkətı vergi orqanı tərəfindən kassa mədaxıl qəbzləri əsasında təqdim olunur. Yəni mövcud praktikaya görə vergi orqanı maliyyə arayışına əsasən ödənilən p ulların məbləğini müəyyən etmir. Bu baxımdan, pulun ödənilməsini təqdim edəcək sənəd kimi qəbz və yaxud kassa mədaxil orderi təqdim edilmədiyi halda digər sənədin sübut qismində qəbul edilməsi yolverilməzdir. Məhkəmənin qətnamənin əsaslandırma hissəsində formalaşmış məhkəmə təcrübəsinə istinad edərək müqavilənin və maliyyə arayışının mövcud olmasının iddianın təmin olunması əsası kimi çıxış etməsinə dair gəldiyi qənaət də əsassızdır. Bu əsas o zaman keçərli sayıla bilər ki, pulun qəbul edilməsinə dair fərqli hal ortaya çıxmış olsun. Lakin hazırki işin halları baxımından iddiaçı tərəfindən pulun ödənilməsini təsdiq edən sənəd mövcud deyil və üstəlik iddiaçı və onun təqdim etdiyi şahidin pulun ödənilməsinə dair təqdim etdiyi izahatlar da ağılbatan olmamaqla işin digər müəyyən edilmiş halları ilə istisna olunur. Beləliklə, iddiaçı mənzilin dəyərini ödəyərək əldə etdiyini bildirirsə, mənzilin dəyərini ödəmək vəzifəsi İddiaçının üzərinə düşür və bu cür sübutetmə hər hansı şübhədən kənara standarta cavab verməlidir. Hazırki işin halları baxımından iddiaçı tərəfindən mənzilin dəyərinin ödənildiyi təsdiq olunmadığından, iddianın qismən təmin edilməsinə dair məhkəmənin gəldiyi nəticə işin halları ilə kəskin ziddiyət təşkil etdiyindən qanuni və əsaslı hesab oluna bilməz.

43. İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsi ilə bağlı sübutlar təqdim olunmamasına baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətini tam deyil, qismən təmin etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Belə ki, Mülki Prosesessual Qanunverciliyin tələbinə əsasən sübutlar mötəbərləyinə əsasən qiym ətləndirildiyi halda iddiaçının təqdim etidiyi sübutlar bir-biri və işin faktiki halları ilə kəskin şəkildə ziddiyyət təşkil etdiyi üçün qətnamənin ləğv olunmamış hissəsi qanuni hesab edilə bilməz.

44. Mübahisəli qətnaməni çıxaran məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə hüquqlarımızın və qanuni mənafelərimizin pozulması ilə nəticələnmişdir. Hansı ki, hüquqi müəyyənlik prinsipinin əsas hədəfi hüquqları və qanuni mənafeləri pozulmuş şəxslərin hüquqlarının bərpası və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. İşin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsi ilə bağlı sübutlar təqdim olunmamasına baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətini tam deyil qismən təmin etməklə qeyd olunan qəra rı görməzlikdən gələrək cavabdehin hüqularının pozulması ilə nəticələnən qətnamə çıxartmışdır.

45. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6,14, 425, 567, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına da istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna m alik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

49. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

50. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

51. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

52. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

53. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

54. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə k reditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

55. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

56. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

57. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətlərinə əsasən ap ellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin hüquq-mühafizə orqanının ləğv edilməmiş qərarının hazırki iş üzrə preyudisial sənəd kimi çıxış etdiyi və məhkəmənin həmin sənədi nəzərə almalı olduğu barədə dəlili ilə razılaşmır.Belə ki, mülki işlərə baxılarkə n sübutların qəbul edilməsi, qiymətləndirilməsi və nəzərə alınması Azərbaycan Respublikasının MPM-in normalarına uyğun həyata keçirilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

63. Göründüyü kimi cinayət təqibi üzrə yalnız məhkəmələrin qanuni qüvvəyə minmiş hökmü və digər qərarı mülki işə baxan məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (preyudisialdır).Digər orqanların, o cümlədən hüquq-mühafizə orqanlarının qərarlarının mülki işə baxan məhkəmə üçün preyudisiallığı mülki prosessual hüquq normalarında nə zərdə tutulmamışdır.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmi r.

66. Ona görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2025-ci il tarixli 2(103)1388/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar