Məhkəmə qərarları › İş №2(102)-2056/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2056/2024

13.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2056/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-957/2024 nömrəli, 14 fev ral 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə işəgötürən "xxxx" ASC-nin Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

3. İddiaçı 06 mart 2023-cü il tarixli 34/K №-li əmri mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci ildən MMC-də Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsində çalışmışdır. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu sahədə 2000-ci ildən işləyir və iddiaçının xəbəri olmadan 2020-ci ildə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki sadəcə iş yerinin adı dəyişmişdir. Belə olan h alda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45, 63, 68, 70, 71, 78, 84cü maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsində iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsində imzanın ona məxsus olmamasını bildirmiş, bunun müəyyən edilməsi məqsədilə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

8. İddiaçı elektron-məhkəmə informasiya sistemi vasitəsilə müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı mediasiyaya müraciət edəndən sonra işlədiyi sahənin rəisi MMC-nin rəhbərinin onu işlə təmin edəcəyini, bu məqsədlə ona sənədləri yığmağı təklif etdiyini bildirmişdir. Buna görə də müddəti cavabdehin nümayəndəsinin üzündən bura xmışdır.

9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4525/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Fariz Əlizadə)

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasındakı mediasiya prosedurası xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə bitmişdir.

12. Birinci i nstansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ən geci xx.xx.2023-cü il tarixdə mübahisələndirilən əmrdən məlumatlı olmuş, iddia müddətinin axımı ən geci xx.xx.2023-cü il tarixdən başlanmışdır. xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində mediasiya prosedurası ilə bağlı iddia müddətinin axımı dayanmış, xx.xx.2023-cü il tarixdən isə iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddəti üzrlü səbəb(lər) olmadan həddən artıq uzun müddətə ötürülmüş, 85 gündən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir.

13. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehi n ərizəsi əsasında mübahisəyə iddia müddəti tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. İddia tələbi üzrə iddiaçı tərəfindən 1 (bir) aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi “prosessual qənaət” prinsipinin tələblərini nəzərə alaraq yekun məhkəmə aktına hər hansı hüquqi təsirinin olmaması (tələbin iddia müddətinin tətbiq edilməsi əsası ilə təmin edilməməsi) xüsusatı rəhbər götürülməklə iddiaçı tərəfindən 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsində imzanın ona məxsus olmaması əsası ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməsini məqsədə müvafiq hesab etməmişdir. Həmçinin, iddiaçı məhkəmə baxış iclasında özü də etiraf etmişdir ki, mübahisə predmeti olan əmək müqaviləsini özü imzalam ışdır. Məhkəmə tərəfindən daxili inamın formalaşması məqsədilə iddiaçının imza nümunələri götürülməklə eyniləşdirilmə aparılmış və müqavilədəki imzanın saxta olmasına ciddi vizual əsaslar müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də məhkəmə baxış iclasında iddiaçının kadr sənədlərindən müvafiq nümunələr (ərizə, anket sənədi) təqdim edilmiş, iddiaçının imzaları ilə əmək müqaviləsindəki imzanın fərqli olmasına dair əsaslı vizual fərqlər müəyyən edilməmişdir

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 375.2, Əmək Məcəlləsinin 296 (1), 296.(2) və 296(6)-cı, “Mediasiya haqqında” Qanunun 35.1 və 35.2-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq aşağıdakılar göstərilmişdir: -iddiaçı cavabdehə qarşı qanunla müəyyən edilmiş qaydada mediasiyaya müraciət edəndən sonra fəaliyyət göstərdiyi Mingəçevir sahəsinin rəisi Ramin Şirinov iddiaçının arvadı ilə olan “Vatsap” yazışmasında bildirmişdir ki, cavabdehin rəhbəri Nahid müəllim iddiaçını işlə təmin edəcək, gedib sənəd yığsın, tibbi sənədləri hazırlasın, onu işə qaytaracaq. İddiaçının əlavə etdiyi sənədlərdən göründüyü kimi o, tibbi sənədlər almaq üçün 40 man ödəmişdir. Belə hesab edir ki, iddiaçı müddəti cavabdehin nümayəndəsi üzündən buraxmışdır. Bundan başqa, iddiaçı işə bərpaya dair Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamışdır. Vəkil onu aldadara q, iddia sənədlərini özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Sonradan isə həmin sənədləri 28 avqust 2023-cü ildə məhkəməyə təqdim etmiş, ötürdüyü müddətlə bağlı başqa əsasla məhkəməyə müddət bərpasına dair ərizə vermişdir. Hazırda bununla bağlı vəkil Şəlalə Tağıyeva barəsində intizam icraatı başlanmışdır. Vəkil iddiaçıdan savayı cavabdehə qarşı işə bərpaya dair başqa iddia qaldırmış, Vüsalə adlı şəxsə qarşı da eyni hərəkətləri törətmişdir. Ancaq məhkəmə iddiaçının müddət bərpasına dair ərizəsini hansı səbəbdən qəbul etmədiyinə dair hər hansı dəyərləndirmə aparmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-957/2024 nömrəli, iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, əmək kitabçasının surətinə və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixli əmrlə MMCnin Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş əmək kitabçalarının təhvil alınması barədə reyestrə əsasən iddiaçı əmək kitabçasını özü şəxsən xx.xx.2023-cü il tarix ində götürmüşdür. xx.xx.2023-cü il tarixli MŞB/16-00802 nömrəli arayışa əsasən iddiaçı cavabdeh arasındakı mediasiya prosesi xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi ilə bitmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk növbədə apellyasiya şikayətinin iddia müddətinin keçməməsi ilə bağlı dəlili müzakirə olunmalı, bununla bağlı gəlinəcək nəticəyə uyğun olaraq digər dəlillərə bu kontekstdə qiymət verilməlidir. Bunun üçün ilkin olaraq iddia müddətinin, həqiqətən keçib-keçməməsi müəyyən olunmalı, bundan sonra iddiaçının bu barədə üzrlü səbəblərinin olub-olmaması aydınlaşdırılmalıdır. Buna görə də hazırki mübahisənin həll ilə bağlı ilk növbədə iddiaçını n hüququnun pozulduğunu nə zaman aşkar etməsi müəyyənləşdirilməli və 1 aylıq müddət həmin vaxtdan etibarən hesablanmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, onun tərəfindən əmək kitabçası xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Bu zaman iddiaçının hüququnun pozulduğu günün əmək kitabçasını götürdüyü, yəni xx.xx.2023-cü il tarixi olduğunu demək mümkündür. Lakin digər bir məqam isə iddiaçının artıq işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün mediasiya prosesi barədə təklifi xx.xx.2023-cü il tarixdə təqdim etməsi ilə bağlıdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı artıq onunla bağlanılan əmək müqaviləsinə xitam verildiyini ən geci xx.xx.2023-cü il tarixdə bilmişdir və qanunvericiliyin tələblərinə görə artıq həmin təklifin göndərildiyi xx.xx.2023-cü il tarixdən etibarən 1 aylıq iddia müddətinin axımı dayanmışdır. xx.xx.2023-cü il tarixli MŞB/16-00802 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən həmin tarixli arayışın alınması ilə mediasiya prosesi sona çatmış, həmin tarixdən etibarən məhkəməyə müraciət edilməsi üçün 1 aylıq müddət axımı davam etməyə başlamışdır. Bu da o deməkdir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ən geci xx.xx.2023-cü il tarixinədək vaxtı olmuşdur. Lakin iddiaçı məhkəməyə yalnız xx.xx.2023-cü il tarixində müraciət etmiş, bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş olması artıq işin mübahisəsiz halını təşkil etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia müddətini ötürməsinin üzrlü səbəbi kimi işə bərpaya dair Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlaması, vəkilin onu aldadaraq, iddia sənədlərini özündə saxlayıb məhkəməyə təqdim etməməsi, sonradan isə həmin sənədləri 28 avqust 2023-cü ildə məhkəməyə təqdim etməsi, ötürdüyü müddətlə bağlı başqa əsasla məhkəməyə müddət bərpasına dair ərizə verməsi, hazırda bununla bağlı vəkil Şəlalə Tağıyeva barəsində intizam icraatı başlanılması, həmin vəkilin ondan savayı, cavabdehə qarşı işə bərpaya dair iddia qaldırmış Vüsalə adlı şəxsə qarşı da eyni hərəkətləri törətməsi barədə dəlillərinə münaisbətdə qeyd etmişdir ki, iddiaçı vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlandığını və sonuncu tərəfindən aldadıldığını iddia etsə də, qeyd et diyi müqaviləni, o cümlədən aldadıldığını təsdiq edən digər faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı bu barədə Vəkillər Kollegiyasının İntizam Komissiyasının qərarı olduğunu bildirsə də, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq həmin qərarı da məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliklə müddətin ötürülməsinin üzrlü hesab edilə bilməsi üçün əsasların arasında tərəfin öz vəkili ilə anlaşılmazlıq olması və ya bu kimi hallar öz əksini tapmamışdır. Həmçinin o da qeyd edilməlidir ki, peşəkar yardım almaq iddiaçının sadəcə hüququdur və qanunvericiliklə yalnız kassasiya şikayətlərinin verilməsi üçün vəkilin iştirakı məcburi hesab olunmuşdur. İddiaçı istər mediasiya təşkilatına, istərsə də məhkəməyə vəkil yardımı almadan şəxsən özü də müraciət edə bilərdi və onun bu hüququndan istifadə etməsi, bu zaman onu təmsil edən şəxslə aralarında hansısa anlaşılmazlığın olması kimi faktorlar hazırki iş üzrə cavabdehin mənafelərinin ziddinə tövsif oluna bilməz. Hüququnun pozulduğunu iddia edən şəxs hamıdan öncə özü ilk növbədə onun məhkəmə müdafiəsi ilə bağlı maraqlı olmalı, qanunvericiliyin ona verdiyi hüquqlardan əlavə tələblərin də olmasını nəzərdə saxlamalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tə tbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə iddiaçı hüququnun müdafiəsi ilə bağlı qanunvericiliklə ona verilmiş 1 aylıq müddəti ötürmüş, bu ötürmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

25. Apellyasiya instansiya məhkəməsi onu da vurğulamışdır ki, iddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı araş dırma aparmağı və bundan irəli gələrək iddiaçının xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət təmin edilməməlidir və bu mövqe mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkili Nümayəndə Nemət qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddia ərizəsinin 28 avqust 2023-cü ildə verilməsinin səbəbi vəkil Şəlalə Tağıyeva olmuşdur. Həmin iddia ərizəsini də vəkil hazırlamışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən vəkil əmək müqaviləsinin xitamının hüquqi əsasının müəyyən ed ilməsinin məhz işəgötürənin əmrini almaqla olduğu halda bunu etməmiş, ancaq iddiaçının adından müddətin bərpasına dair öz günahını başqa cürə əsaslandıraraq məhkəməyə müddətin bərpasına dair ərizə vermişdir. Həmin vaxt məhkəməyə gedə bilməməsini isə Baş Prokurorluqda barəsində araşdırma getməsi ilə əlaqədar olmasını bildirmişdir. Bütün bu olanları iddiaçı məhkəmə iclaslarında bildirmişdir. İddiaçı vəkil Şəlalə Tağıyeva ilə olan danışıqların səs və yazılarını da təqdim etmiş, həmçinin bildirmişdir ki, məhz həmin səs və yazıları Vəkillər Kollegiyasının İntizam Komissiyasına təqdim edilmişdir. Ancaq qərarın surəti təqdim olunmadığından məhkəməyə təqdim edə bilməmişdir. Vəkil Şəlalə Tağıyeva barəsində şikayətlə bağlı qəbul edilmiş qərarın surətinin verilməsi ilə bağlı müraciəti təmin olunmadığ ından iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır; - Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İddiaçı da bu hüququndan istifadə edərək keyfiyyətli hüquqi yardım almaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X3 ilə müqavilə bağlamış və vəkilin hüquqi məsləhətləri ilə o, nə deyibsə iddiaçı da onu etmişdir; - apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, onun tərəfindən əmək kitabçası xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Bu zaman iddiaçının hüququnun pozulduğu günün əmək kitabçasını götürdüyü, yəni xx.xx.2023-cü il tarixi olduğunu demək mümkündür. Lakin digər bir məqam isə iddiaçının artıq işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün mediasiya prosesi barədə təklifi xx.xx.2023-cü il tarixdə təqdim etməsi ilə bağlıdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı artıq onunla bağlanılan əmək müqaviləsinə xitam verildiyini ən geci xx.xx.2023-cü il tarixdə bilmişdir və qanunvericiliyin tələblərinə görə artıq həmin təklifin göndərildiyi xx.xx.2023-cü il tarixdən etibarən 1 aylıq iddia müddətinin axımı dayanmışdır”. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvi m ayı ərzində məhkəməyə müraciət edə bilər Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının hüququnun pozulmasının aşkar edildiyi günü Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbləri baxımından deyil, iddiaçının formal qaydada şifahi məlumat aldığı vaxtdan hesablamışdır. Halbuki, işəgötürən tərəfindən iddiaçıya işdən çıxarılmaya dair əmrin surəti verilməmiş, əmək kitabçası Bak ı şəhərində yerləşən Baş İdarədən Mingəçevir şəhərində yerləşən idarəyə göndərilmiş və hər hansı sənədə imzalatdırılmadan iddiaçıya Mingəçevir şəhərində verilmişdir. İşdənçıxma barədə əmrin surəti isə ümumiyyətlə verilməmişdir. Göründüyü kimi, əmək qanunvericiliyi şəxsin hüququnun pozulduğu günün hüquqi qiymətləndirilməsi üçün əsasları konkret olaraq göstərmişdir. Cavabdehin əmək kitabçasının verilməsinə dair məhkəməyə təqdim etdiyi siyahıda olan imzanın da iddiaçıya məxsus olmaması bildirilmişdir. Həmin siyahını təqdim edərkən cavabdeh siyahının həqiqətən Bakı şəhərində Baş ofisdə tərtib edildiyini, sonradan Mingəçevirə göndərilməklə iddiaçıya verildiyini təsdiq etmişdir; - apellyasiya instansiyasında işə baxılarkən işdənçıxma barədə əmrin surətinin, əmək kitabçasınin, haqq-hesab sənədlər inin iddiaçıya rəsmi qaydada verilmədiyi müəyyən olunsa da buna Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbləri baxımından qiymət verilməmişdir; - apellyasiya instansiyası məhkəməsinin mediasiya prosesininin 03 may 2023-cü ildə bitməsi ilə iddiaçının iddia müddətinin axımının başlanılması kimi apardığı dəyərləndirmə də Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbləri baxımından düzgün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində qeyd olunan sənədlərin işçiyə təqdim edilməsi zərurəti işəgötürənin müvafiq əmri qəbul etmə əsaslarının işçiyə aydın olması, həmin əsaslarla razılaşmadığı halda mübahisələndirmə imkanı ilə bağlıdır. Bununla da, şəxsin hüququnun pozulmasının aşkar edildiyi gün qeyd olunan sənədlərin təqdim edilməsi ilə şərtləndi rilməklə qanunvericilikdə imperativ olaraq göstərilmişdir. İddia müddətinin ötməsi ilə bağlı maddi normanın tətbiqindən öncə məhkəmə həmin müddətin ötməsini şərtləndirən halların nədən ibarət olmasını göstərməli idi; - cavabdeh birinci instansiya məhkəməsinə 23 oktyabr 2023-cü il tarixdə əmək kitabçası jurnalından çıxarış adında siyahı təqdim etmiş, həmin siyahıda iddiaçının imzası qarşısında olan imzanın iddiaçıya məxsus olmaması bildirilmişdir. İddiaçı həmin siyahıda onun adı qarşısındakı imzanın da iddiaçıya məxsus olmadığını bildirərək məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə 24 oktyabr 2023-cü il tarixdə vəsatət vermişdir. Cavabdeh orqanın nümayəndəsi isə əmək kitabçası jurnalından çıxarış kimi təqdim etdiyi siyahıda olan imzanın iddiaçıya məxsus olmamasına etiraz etməyə rək hazırda əmək kitabçasının onda olmasına istinad etməklə kitabçanın iddiaçıya verildiyinin sübut edildiyini göstərmişdir; - apelyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə ədalət mühakiməsinin bərabərlik prinsipinə zidd, vahid məhkəmə təcrübəsini pozan qərar qəbul etmişdir. Belə ki, vəkil Şəlalə Tağıyevaya hüquqi xidmət üçün iddiaçı ilə bərabər onunla birgə eyni işəgötürən tərəfindən eyni gündə eyni əsasla işdən azad edilmiş X4 da müraciət etmişdir. Hər ikisinin iddiası eyni əsasla, eyni gündə Yasamal Rayon Məhkəməsinə verilmişdir. Yasamal Rayon Məhkəməsində iddiaçının tələbi rədd olunsa da, Vüsalə Əliyevanın iddiası təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsində də eyni mövqe davam etmiş, vahid məhkəmə təcrübəsinin formalaşması tələbləri pozulmuş, iddiaçının apellyasiya şika yətim təmin edilməmiş, Vüsalə Əliyevanın iddiası üzrə cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamışdır. Bununla da eyni məhkəmədə eyni əsasla olan 2 iş üzrə 2 fərqli, məhz bir-birini təkzib edən qərarlar qəbul edilmişdir; - Mülki Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 (b bəndi). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 296 (1). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündə n etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Qanun 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayand ırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

33. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaç ının iddia müddətini ötürməsinə istinad etmiş, həmçinin iddia müddətinin bərpası barədə iddiaçının dəlillərinin sübut edilməməsini əsas götürmüşdür.

34. İşdən görünür ki, iddiaçı iddia müddətini həqiqətən də ötürmüş, eyni zamanda iddiaçı müddətin bərpasını xahiş edərək, müddəti ötürməsinin üzrlü səbəbi kimi Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamasını, vəkilin onu aldadaraq iddia ərizəsini özündə saxlayıb məhkəməyə təqdim etməməsini, bununla bağlı Vəkillər Kollegiyasının İntizam Komissiyasının həmin vəkil barəsində qərarı olduğunu bildirmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Vəkillər Kollegiyasının İntizam Komissiyasının həmin vəkil barəsində qərarı olduğunu bildirsə də, həmin qərarı məhkəməyə təqdim edə bilməməsini göstərmiş, eləcə də iddiaçının h əmin dəlilini əsassız sayaraq qeyd etmişdir ki, peşəkar yardım almaq iddiaçının sadəcə hüququdur və qanunvericiliklə yalnız kassasiya şikayətlərinin verilməsi üçün vəkilin iştirakı məcburi hesab olunmuşdur. İddiaçı istər mediasiya təşkilatına, istərsə də məhkəməyə vəkil yardımı almadan şəxsən özü də müraciət edə bilərdi və onun bu hüququndan istifadə etməsi, bu zaman onu təmsil edən şəxslə aralarında hansısa anlaşılmazlığın olması kimi faktorlar hazırki iş üzrə cavabdehin mənafelərinin ziddinə tövsif oluna bilməz. Hüququnun pozulduğunu iddia edən şəxs hamıdan öncə özü ilk növbədə onun məhkəmə müdafiəsi ilə bağlı maraqlı olmalı, qanunvericiliyin ona verdiyi hüquqlardan əlavə tələblərin də olmasını nəzərdə saxlamalıdır.

36. Məhkəmə kollegiyası iddiaçının Vəkillər Kollegiyasının İntizam Kom issiyasının vəkil barəsində qərarını məhkəməyə təqdim edə bilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, iddiaçı Vəkillər X1 ünvanlanmış 29 yanvar 2024-cü il tarixli, 102 nömrəli məktubunu apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. (i.v.138,139)

37. İddiaçıya ünvanlanan həmin məktubda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X2 xəbərdarlıq edilmiş, ona peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etməsi tapşırılmışdır.

38. Göründüyü kimi, iddiaçı ən azı öz dəlilinin əsası kimi istinad etdiyi sübutu təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi bu məktuba qiymət verməmiş, nə onu sübut kimi qəbul etmədiyini bildirməmiş, nə də həmin mə ktubda qeyd edilənlərin iddiaçının dəlillərini təsdiq edib-etməməsinə aydınlıq gətirməmiş və qeyd edildiyi kimi iddiaçının bununla bağlı hər hansı sübut təqdim etməməsinə istinad etmişdir. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir.

39. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM, 88, 2 17.1, 217.4-cü maddələr).

40. Subutların qiymətləndirlməsi ilə bağlı bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında da əks edilib. (Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli”, “S.Eyvazovun şikayəti üzrə” 10 iyun 2022-ci il tarixli Qərarları)

41. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

42. Qanunvericilik müddətin üzrlü səbəblərdən ötürüldüyü halda, onun bərpa edilməsi imkan ını da nəzərdə tutmuşdur.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarxili qərarında da hüquqi mövqe belə olub ki, bu cür (müddətin bərpası barədə) ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

44. Şərh edilənlərdən göründüyü kimi iddiaçı prosessual qanunvericiliyin sübut etmə vəzifəsi və Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks edilən hüquqi mövqeyinə uyğun olaraq iddia müddətini ötürməsinin üzrlü səbəbi kimi istinad etdiyi halla bağl ı sübut təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübuta qiymət verməmiş, iddiaçının iddia müddətini ötürməsi halını sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun gəlməyən qaydada qiymətləndirməklə müəyyən etmiş, bununla da, gəlinən ikinci nəticə, yəni müddətin üzrsüz səbəbdən ötürülməsi barədə nəticə də əsaslı olmamışdır. Başqa sözlə, ilk növbədə iddiaçının təqdim etdiyi sübuta qiymət verilməli, bundan sonra müddətin üzrlü (obyektiv) səbəbdən ötürülüb-ötürülməməsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə uyğun qiymət verilməli idi.

45. Buna görə də iddiaçının təqdim etdiyi sübuta qiymət verilmədən iddiaçının iddia müddətini ötürməsi barəsində gəlinən nəticə əsaslı sayıla bilməz.

46. Bundan əlavə, iddiaçı cavabdeh müəssisədə 2000-ci ildən işləməsini və bu səbəbdən onunla müddətli əmək müqaviləsi bağlanmasının əsassız olmasını bildirmişdir.

47. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

48. Hazırki işin halları baxımından Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

49. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.

50. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab etmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işə götürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

51. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

52. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmaqla yanaşı, iddiaçının cavabdeh müəssisədə fasiləsiz olaraq nə qədər işləməsinə, ə mək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olub-olmamasına, tərəflərin münasibətlərinin həqiqi xarakterinin nədən ibarət olmasına, bundan çıxış edərək iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasına yol verilib-verilməməsinə və s. hallara Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında əks edilən hüquqi mövqe baxımından da qiymət verməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-957 /2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar