Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2057/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: öhdəliklərin pozulmasına görə müqavilənin ləğvi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-332/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzr ə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137,9 m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) veril məsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür;
3. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC-nin 01 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı Rmazan qızı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 137,9 kv.metr yaşayış sahəsi üçün Cavabdeh MMC-yə 115146,00 manat məbləğində ödəniş qalıq borcu olmadan həyata keçirilmişdir;
4. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 14 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015ci il tarixli Sǝrancamına əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayo nu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmiş və həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC ilə həmin MMC-nin direktoru X1 ilə bağlanmış müqaviləyə görə onların təşkilat Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yüksək mərtəbəli binanın tikintisini başa çatdırdıqdan sonra, həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsini tikib mənim öhdəmə verməyi öhdəliklərinə götürmüşlər. Mövcud müqavilə əsasında qeyd olunan ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının “A4” blokunun 6-cı mərtəbəsində yerləşən üm umi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsi üçün onun tərəfindən əvvəlcədən 115146,00 manat nağd qaydada, qalıq borcu olmadan, tam ödənilmişdir. Pul məbləğinin tam ödənilməsi barədə ona Cavabdeh MMC tərəfindən 01 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Hazırda sözügedən ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının “A4” blokunun tikintisi işləri ümumiyyətlə aparılmamışdır. xx.xx.2016-cı il tarixli müqavilədən yaranan öhdəlikləri icra etməmişlər, nəticədə 137.9 kv.metr olan yaşayış sahəsi onun istifadəsinə təhvil verilməmişdir. Aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan ya şayış sahəsi vaxtında tikib təhvil vermədiklərinə və müqavilə öhdəliklərini icra etmədiklərinə görə, könüllü formada 15 gün ərzində mövcud müqavilənin pozulması və ödənilmiş 115146,00 manat pulun ona qaytarılması onlardan tələb olunmuşdur. Əks təqdirdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq bu mübahisənin məhkəmə müstəvisində həll ediləcəyi, əlavə olaraq dövlət rüsumu və məhkəmə prosesi zamanı çəkilən digər xərclərin tutulmasının onlardan tələb ediləcəyi bildirilmişdir;
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 10/4817 nömrəli rəyinin nəticəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5-A-4-A-1 vǝ T-1 binalarının planlaşdırılmasının xx.xx.2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən "A-1" və "T-1" bloklarının faktiki vəziyyətdə inşa edildiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən A-5-A-4-A-1 vǝ T1 binalarının planlaşdırılmasının xx.xx.2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən "xxxx" MMC tərəfindən inşa edilməli olan "A4" blokunun tikintisinə başlanılmadığı, Eskiz Layihəsində qeyd olunan "A-4" blokunun yerləşdiyi yerdə faktiki olaraq hər hansı binanın inşa edilmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən tikintisi başa çatdırılmış binaların, həmin ünvanda yerləşən yaşayış kompleksinin (A-5, A-4, A-1, T-1 binalar planlaşdirmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdi q edilmiş eskiz layihəsində planlaşdılmış "A-1" və "T-1" binaları olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137,9 kv.metr olan 6 saylı yaşayış sahəsinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında onun tərəfindən cavabdehə ödənilmiş 115146,00 manat pul vəsaitinin, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia işin yuxar ıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyini icra etməmiş və sözügedən binanın “A4” blokunun heç bir tikintisi aparılmamışdır. Cavabdeh MMC onu inandırmışdır ki, binanın bloku hazırdır və müqavilə bağlanan zaman binanın digər blokunu təqdim edərək ondan 115146,00 manat pulu almışdır. Lakin mövcud olacaq blok nəticədə heç tikilməmiş, binanın blokunun tikilməməsi barədə cavabdeh ona heç bir məlumat verməmişdir. Bu barədə məlumat ona Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehə qarşı olan digər iddia tələbi üzrə məhkəmə baxışı zamanı – 2022-ci ilin oktyabr ayında məlum olmuşdur. Bundan sonra iddiaçının əri Nümayəndə2 onların cavabdeh tərəfindən dələduzluq yolu ilə aldadılmaqları ilə əlaqədar qanunauyğun tədbirlərin görülməsi üçün müvafiq hüquq mühafizə orqanına ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq araşdırma zamanı məsələnin mülki xarakterli məsələ olduğu və bununla əlaqədar məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. Mövcud müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh (“Kooperativ”) yaşayış sahəsini iddiaçıya (“Payçı”ya) tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürür. Göründüyü kimi iddiaçı yaşayış sahəsinin tam dəyərini 7 il bundan əvvəl ödəmiş olsa da, indiyədək ona heç bir yaşayış sahəsi təhvil verilməmişdir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən bu Müqavilənin icrası nəticəsində yaranan narazılıqlara səbəb olan məsələlər tərəflər arasında danışıqla r yolu ilə, razılığa gəlmək mümkün olmadığı halda bütün mübahisəli məsələlər Azərbaycan Respublikasında mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə həll edilməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq həmin yaşayış sahəsinin dəyəri onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, qeyd edilən yaşayış sahəsini tikib ona verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh onu yaşayış sahəsi ilə təmin etməmiş, eləcədə ödənilmiş pulu ona qaytarmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyinə görə ləğv edilməsi və həmin müqa vilə əsasında cavabdehə ödənilmiş 115146,00 manat pulun geri qaytarılması, əks təqdirdə mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin mübahisənin həlli üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.
8. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(075)-1952/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmişdir.
9. Məhkəmə mövqeyini iş üzrə toplanmış sübutlara istinadən belə əsaslandırmışdır ki, Cavabdeh MMC müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşə n yaşayış sahəsinin ümumi sahəsi 137.9 kv.metr təşkil edən yaşayış sahəsini təhvil verməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də iddiaçı Cavabdeh MMC-dən öz öhdəliyini icra etməsini, 30 mart 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsini və yaşayış sahəsi üçün ödədiyi 115146,00 manat qalıq borcu tələb etməkdə haqlıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 428.4, 442, 646.1, 648.1, 648.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında q ərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçı Cavabdeh MMC-dən öz öhdəliyini icra etməsini, 30 mart 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsini və yaşayış sahəsi üçün ödədiyi 115146,00 manat qalıq borcu tələb etməkdə haqlı olmasına dair bu qənaəti yanlışdır. İddiaçı, tərəfindən irəli sürülmüş iddia ərizəsində Cavabdeh MMC-nə 115146,00 manat pul ödənildiyin bildirmişdir. Lakin iddiaçı, iddia tələbində ümumiyyətlə Cavabdeh MMC ilə onun arasında olan bu müqavilənin haradan qaynaqlandığı barədə məlumat verməmişdir. Lakin özünün də bildirdiyi kimi, iddiaçı başqa bir tələblə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş araşdırılarkən məlum olmuşdur ki, əslində bu müqavilə iddiaçı i lə "xxxx" MTK arasında bağlanmış müqavilənin əvəzi kimi bağlanmış müqavilədir. Belə ki, "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilədə qeyd olunan mənzil iddiaçıya verilmədiyindən, onunla iddiaçı arasında həmin mənzilin əvəzi olan mübahisə predmeti olan müqavilə imzalanmışdır. Qeyd etmişdir ki, iddiaçı onlara heç bir ödəniş etməmişdir. Əslində ödənişlər "xxxx" MTK-ya ödənildiyindən iddiaçının həmin məbləği sonuncudan tələb etmək hüququ var. Keçirilmiş məhkəmə proseslərində iddiaçı özü də etiraf etmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə "xxxx" MMC-yə heç bir ödəniş etməmşdir. "xxxx" MTK onu aldatmış və onunla bağlanmış müqavilədə qeyd olunan mənzili ona verməmiş və əvəzində "xxxx" MMC ona mənzil vermişdir. Qeyd edir ki, həqiqətən də onlarla iddiaçı arasında qeyd olunan müqavilə i mzalanmışdır. Lakin qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə qeyd olunan ərazidə sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisi dayandırılmışdır. Qeyd olunan hal onların iradələri əsasında baş verməmişdir. Nə də ki, onlar əvvəlcədən bilmirdilər ki, qeyd olunan blokun tikintisi dayandırılacaqdır. Həmçinin hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbini də pozaraq mülki işi icraata qəbul etmişdir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçı, onlara təkliflə müraciət etsə də, təklifdə qeyd olunmuş müddəti gözləmədən məhkəməyə müraciət etmişdir. Belə ki, təklifdə onlara cavab verilməsi üçün 15 gün müddət müəyyən olunmuşdur ki, həmin 15 gün xx.xx.2023-cü il tarixə düşür. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, cavabdeh təşkilatın apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, 08 may 2013-cü il tarixdə iddiaçı ilə "xxxx" MTK arasında sahəsi 122 kv.metr təşkil edən yaşayış sahəsi ilə bağlı müqavilə imzalansa da sonradan iddiaçı üçün mənzilin inşa edilən yaşayış binasının qarşısında digər bir yaşayış binasının inşası planlaşdırıldığından, İddiaçı "xxxx" MTK arasında fikir ayrılığı yaranmış, 8 may 2013-cü il tarixli müqavilə münasibətləri pozulmuş, iddiaçı tərəfindən müqavilə bağlanarkən "xxxx" MTK-ya ödənilmiş vəsait geri qaytarılmış, İ ddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə ayrıca müqavilə imzalanmış və müqavilənin imzalandığı tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə inşa olunacaq binada iddiaçı üçün nəzərdə tutulmuş yaşayış sahəsinə görə 115146,00 manat pul vəsaiti ödənilmiş, cavabdeh təşkilat bununla bağlı xx.xx.2016-cı il tarixdə iddiaçıya maliyyə arayışı vermişdir. Yəni iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin digər bir təşkilatla iddiaçı arasında olan müqaviləyə aidiyyəti və digər müqavilədən asılacağı yoxdur. Həmçinin iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mübahisənin məhkəməyə qədərki həll proseduru ilə bağlı hər hansı pozuntuya yol verilməmişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.M.Mehdiyev - sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) 2(107)-332/2024 nömrəli, xx.xx.2021-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilmiş və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.
15. Məh kəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 manat pulun, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuşdur.
16. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. İddiaçı ilə Cavabdeh MMC-nin arasında 30 mart 2016-cı il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh MMC (Kooperativ) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yüksək mərtəbəli binanın tikintisinin həyata keçirilməsi, tikinti başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr təşkil edən yaşayış sahəsinin dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənilməsindən sonra İddiaçı (Payçıya) verilməsini, İddiaçı isə tikilinin hər kv.metri üçün 835 manat olmaqla razılaşdırılm ış cəmi 115146.5 manat pul vəsaitini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəliyinin icrası üzrə 115146.5 manat pul vəsaitinin 30 mart 2016-cı il tarixdə Cavabdeh MMC-yə ödənilməsi təmin edilsə də, Cavabdeh MMC tərəfindən ötən 8 ilə yaxın bir müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yüksək mərtəbəli binanın “A4” blokunun ümumiyyətlə inşası həyata keçirilməmiş, həmçinin İddiaçı alınmış pul vəsaiti geri qaytarılmamışdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Mülki Məcəllənin 423.2ci maddəsinin tələbini pozaraq mülki işi icraata qəbul etməsi, iddiaçının onlara təkliflə müraciət etsə də, təklifdə qeyd olunmuş müddəti gözləmədən məhkəməyə müraciət etməsi, cavab verilməsi üçün 15 gün müddət müə yyən olunsa da həmin 15 günün xx.xx.2023-cü il tarixə düşməsi, lakin iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsi, məhkəmənin prosessual hüquq normalarının tələblərini pozmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarında olan pretenziyanın göndərilməsinə dair bildiriş 15 mart 2023-cü il tarixdə göndərilməsinə baxmayaraq iddiaçı xx.xx.2023-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia tələbində ümumiyyətlə Cavabdeh MMC ilə onun arasında olan bu müqavilənin haradan qaynaqlanması barədə məlumat verməməsi, Bakı şəhər Xətai Rayon Məhkəməsində iş araşdırılarkən əslində bu müqavilənin iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin əvəzi kimi bağlanmış müqavilə olmasının məlum olması, "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilədə qeyd olunan mənzil iddiaçıya verilmədiyindən, onunla iddiaçı arasında həmin mənzilin əvəzi olan mübahisə predmeti olan müqavilənin imzalanması, iddiaçının onlara heç bir ödəniş etməməsi, əslində ödənişlər "xxxx" MTK-ya ödənildiyindən iddiaçının həmin məbləği sonuncudan tələb etmək hüququnun olması, keçirilmiş məhkəmə proseslərində iddiaçının özünün də mübahisə predmeti olan müqavilə üzrə Cavabdeh MMC-yə heç bir ödəniş etməməsini etiraf etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 30 mart 2016-cı il tarixli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137,9 m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür.
19. Göründüyü kimi 30 mart 2016-cı il tarixli podrat müqaviləsində həmin müqavilənin digər müqavi lənin əvəzi kimi imzalanması, yaxud həmin müqavilədə iddiaçıya verilməsi üçün nəzərdə tutulmuş yaşayış sahəsinin digər yaşayış sahəsinin əvəzi kimi verilməsi, 30 mart 2016-cı il tarixli maliyyə arayışında da 115146,00 manat pul vəsaitinin digər müqavilə münasibəti üzrə ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa iş materiallarında olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından keçirilmiş məhkəmə proseslərində iddiaçının, yaxud onun nümayəndəsinin mübahisə predmeti olan müqavilə üzrə Cavabdeh MMC-yə heç bir ödəniş etməməsinə dair hər hansı bir fikir ifadə etməsi halı müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri cavabdehin apellyasiya şikayətinin aşağıdakı dəlilləri ilə təkzib ed ilmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində yuxarıdakı dəlillərin əksi olaraq “X3” MTK-nın onu aldatmasını, onunla bağlanmış müqavilədə qeyd olunan mənzili ona verməməsini, əvəzində "xxxx" MMC-nin ona mənzil verməsini, həqiqətən də onlarla iddiaçı arasında qeyd olunan müqavilənin imzalanmasını, lakin qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisinin dayandırılması, qeyd olunan halın onların iradələri əsasında baş verməməsini, onların əvvəlcədən qeyd olunan blokun tikintisinin dayandırılacağını bilməmələrini göstərmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikasının Dövlət Şəhərs alma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisinin dayandırılması, qeyd olunan halın onların iradələri əsasında baş verməməsi, onların əvvəlcədən qeyd olunan blokun tikintisinin dayandırılacağını bilməmələrinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, tərəflər arasında bağlanmış və iş materialına əlavə edilmiş 30 mart 2016-cı il tarixli müqavilədə qeyd edilən dəlillərlə bağlı müqavilə tərəfinin müqavilə üzrə öhdəliyin icrasından azad edilməli olması nəzərdə tutulmamışdır.
22. Məhkəmə öz hüquqi mövqeyini göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 423.2, 442, 752.1, 753.1, 759.1, 759.2-ci maddələrinə istinad ən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor un isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
29. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından bir tərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
32. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
33. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kass asiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilə çoxmənzilli binada yaşayış sahəsinin tikilməsi və təhvil verilməsi haqqında xx.xx.2016-cı il tarixdə müqavilə bağlamış v ə mənzilin dəyəri olan 115.146,00 manat məbləğində ödənişin edildiyinə və borcun qalmadığına dair həmin tarixdə iddiaçıya maliyyə arayışı verən cavabdeh, müqavilə öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçının müqaviləni ləğv edərək qeyd edilən məbləğdə pulu cavabdehdən geri tələb etməsi yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmuşdur.
43. Belə ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə -hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (§ 28-29).
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin kassasiya şikayətində əks olunan mövqeyi eynilik təşkil edən dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma pred metini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-332/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.