Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2060/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddiaçılar İddiaçı1, X18, X20, X13, X7, X9, X10, X21 və X15 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2060/2022 Açar sözlər: pul tələbi Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlundan (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlundan və Hüseynov Abiddin Qafar oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(104)-3066/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İşin halları
1. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinə ümumi mülkiyyət hüquqları əsasında 2,08 ha torpaq sahəsi verilmişdir.
2. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Tərtər Rayon Aqrar İslahat Komissiyasının 1998-ci ilin qərarı ilə X16 və 6 nəfər ailə üzvlərinə 3,57 hektar torpaq sahəsi verilmişdir. 3. 10 dekabr 2009-cu il tarixli sadə yazılı razılaşmaya əsasən, iddiaçılardan İddiaçı1, X11 və X18 hazırkı cavabdeh, Ağdərə rayonunun məcburi köçkünü Cavabdeh ilə müqavilə bağlayaraq 4 nəfərə ailə üzvlərinə məxsus 2.08 ha torpaq sahəsinin 1.75 ha hissəsini 1200 manata sonuncuya əbədilik olaraq satırlar, satıcı pulu alır, alıcı pulu verir. Müqavilə ərazi bələdiyyəsinn möhürü ilə təsdiqlənmişdir. 4. 10 dekabr 2009-cu il tarixli başqa bir sadə yazılı razılaşmaya əsasən, iddiaçı X20 ailə üzvləri X13, X7, X10, X21, X9, X2 rayonunun məcburi köçkünü Cavabdeh ilə müqavilə bağlayaraq özlərinə məxsus 3.57 ha torpaq sahəsini 2000 manata sonuncuya əbədilik olaraq satırlar, satıcı pulu alır, alıcı pulu verir. Müqavilə ərazi bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir. 5. 2019-cu ildən həmin torpaq sahələrinin və pul vəsaitlərinin geri qaytarılması ilə bağlı tərəflər arasında aşağıdakı mübahisələr yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İlk iddiaçılar İddiaçı1, X18 və X5 və X20 Cavabdeh qarşı ayrı ayrılıqda iddia ərizələri ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan torpaq sahələrinin cavabdehin qanunsuz sah ibliyindən geri alınmasına, sonradan iddia tələbinin həcminin artırılaraq onların mülkiyyətində olan torpaq sahələrinin cavabdehin qanunsuz sahibliyindən geri alınmasını və torpaqdan istifadəyə görə 12.000 manat icarə haqqının, 3.000 manat subsidiya pulu olmaqla, cəmi 15000 manat pulun Cavabdeh alınıb onlara verilməsini xahiş etmişlər. Məhkəmənin qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Həmçinin X13, X7, X9, X10, X21 və X15 ilk iddiaçıların tərəfində işdə iştiraka cəlb edilmişlər.
7. İlk iddia üzrə Cavabdeh ilk iddiaçılar-İddiaçı1, X18 və X3 qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, həmin cavabdehlərdən aldığı 1.7 hektar torpaq sahəsinə görə onlara 1200 manat məbləğində pul verdiyini, həmin torpaq sahəsinə yol və su çəkilməsi cəmi 700 manat məbləğində xərc çəkdiyini və bundan əlavə, həmin torpaq sahəsinə görə ümumilikdə 4400 manat məbləğində xərc çəkdiyini bildirib, cəmi 4400 manat məbləğində pulun həmin şəxslərdən alınıb ona verilməsini xahiş etmişdir.
8. Sonradan Cavabdeh daha bir qarşılıqlı iddia ərizəsi ilə X16 qarşı qarşılıqlı iddia qaldırmış, həmin cavabdehdən aldığı 3,57 hektar torpaq sahəsinə görə ona 2000 manat məbləğində pul verdiyini və həmin torpaq sahəsinə yol və su çəkilməsi cəmi 700 manat məbləğində xərc çəkdiyini, bundan əlavə, həmin torpaq sahəsinə görə ümumilikdə 7900 manat məbləğində xərc çəkdiyini bildirmiş və həmin məbləğdə pulun X8 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddialar bir icraatda birləşdirilmiş ilk iddialarla birlikdə baxılması üçün məhkəmənin icraatına qəbul edilmişdir.
9. Tərtər Rayon Məhkəməsinin (hakim E.Bayramov) 04 may 2021-ci il tarixli, 2(061)522/2021 nömrəli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh Tərtər Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı1 və ailə üzvlərinə verilmiş 2,08 ha pay torpaq sahəsinin 1.70 ha hissəsindən çıxarılması, İddiaçı1 və X6 Cavabdeh xeyrinə torpaq alqı-satqısı üçün onların aldıqları 1200 manatın hazırkı dəyəri olaraq 2046.00 manat və torpaq sahəsinə çəkilən xərclərin əvəzi olaraq 1000 manat, ümumilikdə 3046.00 manat məbləğində pulun tutulması, Cavabdeh Tərtər Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X20 və 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 3,57 ha pay torpaq sahəsindən çıxarılması, X20 və ailə üzvlərindən Cavabdeh xeyrinə torpaq alqı-satqısı üçün onların aldıqları 2000 manatın hazırkı dəyəri olaraq 3410.00 manat və torpaq sahəsinin münbitləşdirilməsinə çəkilən 1500 manat, ümumilikdə 4910.00 manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddiaçılar hələ 2009-cu ildə torpaq sahələrini ailəlikcə qarşılıqlı iddiaçı Cavabdeh ilə sadə yazılı alqı-satqı müqaviləsi bağlayaraq, həmçinin pullarını alaraq satmışlar, lakin bu müqavilə əsasında sonrakı hərəkətləri cavabdeh etməmiş, məsələnin davamlı rəsmiləşdirilməsini təmin etməmiş və tam olaraq aldığı torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını rəsmiləşdirməmiş, beləliklə də mülkiyyət hüquqları əldə etməmişdir. İlk iddiaçılar h əmin torpaq sahələrini cavabdehə icarə hüquqları əsasında verdiklərini bildirsələr də, onların yazdığı və bələdiyyə sədrinin təsdiq etdiyi sadə yazılı əlyazılarından görünür ki, ailə üzvləri pul aldıqlarını və torpağı həmişəlik olaraq qarşılıqlı iddiaçı satdıqlarını bildirmişlər. İlk iddiaçıların hazırkı vaxtadək də həmin sahələr ilə bağlı hər hansı tələb irəli sürməmələri də onların torpağı faktiki olaraq satmalarına dəlalət edir. Həmçinin qarşılıqlı iddiaçı torpaq sahəsinin münbitləşdirilməsinə çəkdiyi xərclərlə bağlı məhkəməyə hər hansı rəsmi sənəd təqdim etməmişdir. Bununla belə qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi Tərtər Rayon DAİM-nin Bitkiçilik Sektorunun rəyinə əsasən Cavabdeh iddiaçılardan aldığı ümumilikdə 5.27 ha torpağın 4 ha ərazisində torpağın münbitliyinin artırılma sı və qorunub saxlanılması məqsədi ilə həmin ərazidə texnikalardan istifadə edilməklə melorasiya və irriqasiya işləri aparmış və şoranlaşmanın qarşısını tam almış, drenaj kanalını lil və kol-koslardan, çoxillik yabanı bitkilərdən təmizlətmiş, torpaq sahəsi tam təsərrüfat əkininə yararlı vəziyyətə gətirmiş, həmin torpaq sahəsinə yüksək səviyyədə üzvi gübrə vermiş, ərazini planlı şəkildə saxlamışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, 07 fevral 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 2009-cu ilin fərmanına əsasən tərəflər faktiki alqı-satqı edərkən iddiaçılar tərəfin aldıqları 1200 manat hazırkı dövr üçün 2046.00 manat təşkil edir. Eyni zamanda 2009-cu ildə tərəflər faktiki alqı-satqı edərkən iddiaçılar tərəfin aldıqları 2000 manat hazırkı dövr üçün 3410 manat təşkil edi r. Ona görə də məhkəmə hesab etmişdir ki, ilk iddia tələbləri qismən təmin edilərək iddiaçılara məxsus olan torpaq sahələrindən çıxarılmalı, ilk iddia tələblərinin qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia tələbləri də qismən təmin edilməli, ilk iddiaçılardan İddiaçı1 və X6 Cavabdeh xeyrinə 2046.00 manat və torpaq sahəsinə çəkilən xərclərin əvəzi olaraq 1000 manat, ilk iddiaçılar X20 və ailə üzvlərindən Cavabdeh xeyrinə 3410.00 manat və torpaq sahəsinin münbitləşdirilməsinə çəkilən 1500 manat tutulmalıdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinin, Mülki Məcəlləsinin 14.2.1, 139.1, 139.2, 148.2-ci maddələrinə və "Azərbaycan Respublikasında Pul X4 və X1 /denominasiyası/ Haqqında" imzaladığı Fərmana istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X18, X20, X13, X7, X9, X10, X21 və X15 apellyasiya şikayəti verərək,Tərtər Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(061)-522/2021 nömrəli qətnaməsinin ləğv edilərək, Cavabdeh 5.32 h torpaq sahəsindən çıxarılmasına və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(104)-3066/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyevdən və R.Z.Mamedovdan ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Tərtər Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(061)-522/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilmiş-İddiaçı1 və X6 Cavabdeh xeyrinə torpaq alqı-satqısı üçün onların aldıqları 1200 manatın hazırkı dəyəri olaraq 2046.00 manatın və torpaq sahəsinə çəkilən xərclərin əvəzi olaraq 1000 manat, ümumilikdə 3046.00 manat məbləğində pulun tutulması və X20 və ailə üzvlərindən Cavabdeh xeyrinə torpaq alqı-satqısı üçün onların aldıqları 2000 manatın hazırkı dəyəri olaraq 3410.00 manat və torpaq sahəsinin münbitləşdirilməsinə çəkilən 1500 manat, ümumilikdə 4910.00 manat məbləğində pulun tutulması hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, torpağa Mülkiyyət Hüququna Dair JN 300 kod nömrəsi 61114018 saylı Dövlət Aktında göstərilən 2,08 ha torpaq sahəsinin alqı-satqısı üçün Cavabdeh alı nmış 1200 manatın əvəzi və həmin torpaq sahəsinə çəkilən xərclərin əvəzi olan 1000 manat olmaqla, ümumilikdə 2200 (iki min iki yüz) manat məbləğində pul İddiaçı1 və X6 birgə qadada alınaraq, Cavabdeh verilməsi, torpağa Mülkiyyət Hüququna Dair JN 299, kod 61114018 saylı Dövlət Aktında göstərilən 3,57 hektar torpaq sahəsinin alqı-satqısı üçün Cavabdeh alınmış 2000 manatın əvəzi və həmin torpaq sahəsinin münbitləşdirilməsinə çəkilən xərclərin əvəzi olan 1500 manat olmaqla, ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pul X8 alınaraq Cavabdeh verilməsi və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməsini qət etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qarşılıqlı iddianı qismən təmin edərkən haqlı olaraq Mülki Məcəlllənin 337.5-ci maddəsinə istinad etsə d ə, Cavabdeh qaytarılmalı olan pul məbləğini indeksasiya edilməklə qaytarılmalı olması nəticəsinə gələrkən səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, qeyd edilən maddi hüquq normasında alınanların indeksasiya edilərək geri qaytarılmalı olması şərt kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə Cavabdeh həmin torpaq sahəsinə görə çəkmiş olduğu xərclərin də qarşılı qlı iddiaçılardan alınmalı olması qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə iddiaçı X20 ilə bərabər onun ailə üzvlərindən Cavabdeh xeyrinə torpaq alqı-satqısı üçün 3410.00 manat tutulması nəticəsinə gələrkən iddiaçı X12 ailə üzvlərinə qarşı hər hansı bir tələbin olmadığını nəzərə almamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsini, MPM-in 217.1, 217.2, 217.3, 218.1, 218.3-cü maddələrini tətbiq etmiş. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(104)-3066/2021 nömrəli qətnaməsinin ləğv olunması, qarşılıqlı iddia ərizəsi üzrə tələbin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş dir.
18. Kassasiya şikayəti Mülki Məcəllənin 337.5-ci maddəsini, MPM-nin 14.1,217.3-cü maddələri ilə əsaslandırılmışdır. Belə ki, MM-nin 337.5-ci maddəsində təsbit edilmiş ikitərəfli restitusiya etibarsız əqdin tərəflərinin əvvəlki vəziyyətə qaytarılmasını nəzərdə tutur. Lakin, bu cür qaytarılma aşkar ədalətsiz vəziyyət əmələ gətirməməmli, tərəflərin geri almalı olduqları əmlak dəyərləri arasındakı tənasüb eyni olmasa da, onların yaxınlığı təmin edilməlidir. Həmçinin 3200 manat pul vəsaitinin alıcılıq dəyərinin 2009-cu ildən sonra azalması nəzərə alınmaqla qarşılıqlı iddiaçıya qaytarılmalı olan məbləğ düzgün müəyyən edilməlidir. Bunun üçün zəruri olduqda işə mütəxəssis cəlb olunmalı, ötən dövr ərzində pul vahidinin dəyərinin azalmasına təsir edən inflyasiya və digər iqtisadi təsirlər nəzər ə alınmaqla həmin vəsaitin hazırki dövrə olan dəyəri aydınlaşdırılmalıdır.
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
23. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyi n əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
31. Məhkəmə kollegiyası, qətnaməni tər əfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə koll egiyası hesab edir ki, iddianın torpaq sahələrinin alınmasına görə ödənilən pul vəsaitlərinin hazırkı dəyərinə aid hissələr istisna olmaqla, qalan mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarı dakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Kassasiya şikayətinin qarşılıqlı iddia üzrə bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Bununla belə Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi, torpaq sahələrinin alınmasına görə ödənilən pul vəsaitlərinin hazırkı dəyərinə aid hissələrdə düzgün nəticəyə gəlməmişdir.
37. Belə ki, torpaq sahələrinin sadə yazılı müqavilə ilə alqı-satqısına dair razılaşma əhəmiyyətsiz olduğu üçün apellyasiya məhkəməsi həmin əqdlərin etibarsızlığını təsbit, bunun nəticəsi kimi MM-in 337.5-ci maddəsini tətbiq etməkdə haqlı olmuşdur. Həqiqətən də göstərilən normada etibarsız əqdin tərəflərinin aldıqlarını eyni ilə bir-birinə qaytarmaq öhdəlikləri nəzərdə tutulmuşdur.
38. Bununla belə, Kollegiya nəzərə alır ki, qarşılıqlı iddialar üzrə iddiaçının cavabdehlərə qarşı ümumilikdə 4400 manat və 7900 manat məbləğində pul tələbləri olmuşdur. Həmin tələblərin tam və ya qismən haqlı olub-olmadığını qanunda nəzərdə tutulan müxtəlif qanuni əsaslara görə yoxlamaq və müvafiq hüququ tətbiq etmək məhkəmənin vəzifəsidir.
39. Belə ki, hüququn tətbiqinə bilavasitə hakimin cavabde hlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
40. Bu baxımdan Kollegiya hesab edir ki, tərəflər etibarsız əqd üzrə əldə etdiklərini qarşılıqlı olaraq (əvvəlki vəziyyətə) qaytardıqdan sonra ilkin iddiaçıların geri aldıqları əmlakda (torpaq sahələrində) dəyər azalması olmadığı halda, qarşılıqlı iddiaçının 2009cu ildə verdiyi pul vəsaitlərinin dəyərində (alıcılıq qabiliyyətində) hazırkı vaxtadək azalmanın olub-olmamasının aydınlaşdırılmaması, əgər olmuşsa bu fərqin kompensasiya edilməməsi ədalətli bir yanaşma hesab edilə bilməz. Əks yanaşma tərəflərin aldıqlarına münasibətdə qeyri-bərabər şəkildə əvvəlki vəziyyətə qaytarılması na səbəb olmaqla aşkar ədalətsiz vəziyyətin yaranmasına səbəb olur.
41. Məhkəmə kollegiyası bu cür hallarda, yəni ədalətsiz vəziyyətin aradan qaldırılması üçün digər hüquqi əsasların tətbiqi mümkün olmadıqda, əsassız varlanma qaydaları çərçivəsində mübahisənin həllinin daha doğru olacağı qənaətindədir. Belə yanaşma, hüquq ədəbiyyatında hakim olan mövqeyə də uyğundur.
42. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, torpaq sahələrinin alınmasına görə ödənilən pul vəsaitlərinin satınalma dəyərinin azalması ilə bağlı hissədə mübahisəyə yenidən baxılmalı, bu məsələdə əsassız varlanma qaydaları və digər aidiyyəti normaların tətbqiqi işin müəyyən edilmiş faktiki halları ilə birgə müzakirə olunmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir.
43. Ona görə də qətnamə t orpaq sahələrinə görə ödənilmiş pul vəsaitlərinin hazırkı dəyərinə aid məbləğlər hissəsində ləğv edilməli, həmin hissələrdə iş yeni apelyasiya baxışına göndərilməli, qalan hissələrdə qətnamə qüvvəsində saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3066/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi torpaq sahələrinə görə ödənilmiş pul vəsaitlərinin hazırkı dəyərinə aid məbləğlər hissəsində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakiml