Məhkəmə qərarları › İş №2(102)-2061/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2061/2022

13.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2061/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11638/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: İ ddiaçı Azərbaycan Respublikası Cavabdeh1 ASC-nin Cavabdeh2 Müştəri Xidmətləri Şöbəsinin debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmiş və Sukanal İdarəsinin 23 aprel 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 23 aprel 2021-ci il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin may ayında İddiaçı Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Covid-19” pandemiyası ilə əlaqədar təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına görə iki azyaşlı uşağının evdə baxımsız qalmamaları üçün işəgötürənə onun barəsində güzəştli şərtlə rin tətbiq olunmasını tələb etsə də, heç bir nəticə əldə edə bilməməsini, göstərilən vəziyyətdə onunla bağlanmış əmək müqaviləsinin pozulmasının qanunsuz olmasını əsas göstərməklə həmin əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim: T.C.Xəlilova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun apellyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 11638/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın təmin edilib Cavabdeh1 ASC Cavabdeh2 rəisinin 23 aprel 2021-ci il tarixli əmrinin ləğv edilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək iddiaçının 04 may 2020-ci il tarixdən 2021-ci ilin mart ayına kimi işə çıxmamaqla əmək vəzifələrini yerinə yetirm əməsini və bununla əlaqədar X1 əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməsini, əmrin qanuni olmaqla onun ləğvi üçün əsasların olmamasını, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək M əcəlləsi Maddə 80, 1-ci hissə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı ilə əmək müqaviləsi, işdən göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi pozularkən qanunun həmin normasına əməl olunmamışdır. İşin 75-ci səhifəsində olan Cavabdeh1 ASC-nin Cavabdeh2 Həmkarlar İttifaqı Komitəsi yığıncağının 07 avqust 2020-ci il tarixli protokolundan görünür ki, Komitənin yığıncağına onun cəmi 5 üzvü dəvət olunmuş və 4 üzvünün iştirakı ilə yığıncaq keçirilərək iddiaçı ilə əmək müqaviləsinin pozulmasına razılıq verilmişdir. Həmin yığıncaq Komitənin qərar qəbul etmək səlahiyyəti verən sayda üzvlərinin iştirakı ilə keçirilmədiyindən, apellyasiya instansiyası məhkəməsi həmin protokolu Sukanal İdarəsi Həmkarlar İttifaqı Komitəsinin razılığı kimi qəbul etməmiş və hesab etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinin pozulması ilə işdən azad edilmişdir. Bununla əlaq ədar kollegiya iddiaçı ilə əmək müqaviləsinin pozulmasını qanunsuz sayaraq iddianı təmin etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11638/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar