Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2061/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh X qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin açıq hərracda satılması, əldə olunmuş vəsaitin paylara münasibətdə bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı X Cavabdeh qarşı “mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)689/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh iya şikayətinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-867/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 107 saylı mənzildə X2 ½ hissədə payı müəyyən edilməsi, iddiaçı X3 ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilə köçürülməsi qət edilmişdir.
2. Cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-4821/2018 nömrəli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-867/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qismən – ünvan 1 ünvanında yerləşən 107 saylı mənzildə X2 ½ hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmi n edilməmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)7602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-4821/2018 nömrəli qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar qəbul edilmiş, iddiaçı ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilə ½ hissədə pay hüququ tanınmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-48/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X2 ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilin paylara mütənasib bölünməsi, bu, mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq onun payına müvafiq pulun verilməsi barədə iddiası, mənzil in naturada bölgüsünün mümkün olmaması səbəbindən təmin edilməmişdir.
5. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 06 sentyabr 2022-ci il tarixli təklifə əsasən İddiaçı ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilini özünə düşən ½ hissədə payını 100000 manat həddində qiymətləndirmiş və bu məbləğdə vəsait ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından imtina edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən 107 saylı mənzilinə dair paylı mülkiyyətçi kimi paylarının hər kəsə öz payına mütənasib qaydada bölünməsi mümkün olmadığından mənzilinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən 107 saylı mənzildə iddiaçının ½ hissədə payının müəyyən edilməsi qət edilib. Lakin iddiaçının öz mülkiyyət hüququndan istifadə edə bilməsi faktiki olaraq qeyri-mümkün olduğundan mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsi ilə bağlı iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/2868 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilib ki, mübahisəli mənzilin paylarına uyğun ½ hiss ədə real bölünməsi texniki cəhətdən mümkün deyil. Bu səbəbdən həmin iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)-48/2021 saylı qətnaməsi ilə rədd edilmişdir.
8. Buna görə də iddiaçı hazırki iddianı vermişdir.
9. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 220-ci maddəsinə istinad etmişdir.
10. Cavabdeh iddiaya etiraz edərək, evin hərracda satılmasına razı olmadığını, satılası evinin olmamasını, lazım gələrsə, evi yandıracağını, amma evi iddiaçıya verməyəcəyini bildirmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5235/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Sahibə Hacıyeva)
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak s ayılan ünvan 1 ünvanında yerləşən mübahisəli 107 saylı mənzilin göstərilən qaydada bölünməsi açıq-aşkar məqsədə uyğun olmamışdır. Buna görə də mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 220.3, 220.6, 221-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1
5. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdehə ünvanlanmış təklifdən görünür ki, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilinə dair ½ hissədə payını İddiaçı 100000 manat həddində qiymətləndirir və bu məbləğdə vəsait ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından imtina oluna bilər. İddiaçının mövqeyinə görə mübahisə predmetini təşkil edən evin dəyəri 200.000 manat təşkil edir və iddiaçı həmin evdə payından imtina edilməsi müqabilində 100.000 manat tələb edir. Lakin həmin məbləğ və təklif real deyil. Eyni məbləğin ona ödənilməsi müqabilində cavabdeh də ümumi mülkiyyətdə olan payından imtina edə bilərdi.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-689/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əmlakda paylar müəyyən edilmiş və mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsi mümkün olmamışdır. Payın həcmi ilə bağlı mübahisə yoxdur.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə işin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3-cü qaydanın tətbiq olunmasını istisna etmir. Buna görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünm əsi barədə hazırkı iddia ilə çıxış etməkdə iddiaçı haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının mövqeyinə görə mübahisə predmetini təşkil edən evin dəyəri 200000 manatdır və iddiaçı həmin evdə payından imtina edilməsi müqabilində 100000 manat tələb etmişdir. Lakin həmin məbləğ və təklif real deyil. Eyni məbləğin ona ödənilməsi müqabilində cavabdeh də ümumi mülkiyyətdə olan payından imtina edə bilərdi. Bu da göstərir ki, Mülki M əcəlləsinin 220.4cü maddəsinin tələbləri pozulub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı: Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qə bul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsini n 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğ v edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
28. İddia tələbi paylı mülkiyyətdə olan və naturada ayrılması mümkün olmayan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi barədədir.
29. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun naturada bölünməsi mümkün deyil, bu barədə qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi var, eləcə də iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi təklif etsə də, bununla bağlı razılıq yoxdur.
30. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə və hüquqi qiymətləndirməni qanuni və əsaslı sayır. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
32. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin əsas dəlili təklif edilən kompensasiyaya münasibətdə mənzil in qiymətinin reallığa uyğun olmamasıdır.
33. Cavabdeh mənzilin qiymətinin reallığı əks etdirməməsini bildirsə də, birinci instansiya məhkəməsində, ümumiyyətlə, satılası evinin olmamasını, lazım gələrsə, evi yandıracağını, amma evi iddiaçıya verməyəcəyini bildirmişdir. Bir halda ki, cavabdeh hər hansı məbləğdə kompensasiya verməkdən imtina edib, belə olan halda, paylı mülkiyyətin dəyərinin iddiaçının göstərdiyi məbləğə uyğun olmaması barədə dəlil də əsaslı sayıla bilməz. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında hüquqi mövqe belə olub ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-689/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.