Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2061/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə qərardadın mübahisələndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatına qarşı «arayışın etibarsızlığı» tələbinə dair mülki iş üzrə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 7 aprel 2025-ci il tarixli 2(103)-2409/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 müraciəti əsasında nikahın pozulması və s. tələbi üzrə İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
2. Yasamal rayon Məhkəməsinin 2(004)-4013/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X1 İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış 27 may 2016-cı il tarixli nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatına qarşı «arayışın etibarsızlığı» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X4 arasında nikahın pozulması və s. tələb ə dair mediasiya prosesinin və xx.xx.2024-cü il tarixli mediasiya arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş İddiaçı və X4 arasında olan nikahın pozulması və s. tələbə dair mediasiya prosesi İddiaçı hüquqularının pozulması ilə keçirilmişdir. Belə ki, o, mediasiya iclası barədə rəsmi məlumatlandırılmamışdır. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib olunan ilkin mediasiya sessiyası barədə bildirişdə İddiaçı əlaqə nömrəsi yanlış qeyd olunmuş, bu səbəbdən iddiaçının mediasiya proseslərindən xəbəri olmamışdır. İddiaçı telefon nömrəsi ***-***-**-** olmasına baxmayaraq, bildirişdə əlaqə nömrəsi ***-***-**-** dövlət rüsumunun ödənilməsi haqqında məl umat Ərizəni imzalayan şəxs haqqında məlumat: olaraq yanlış şəkildə qeyd olunmuşdur. Həmçinin, mediasiyanın keçirilməsinə dair bildiriş İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir ki, bu ünvan hazırda movcud deyil. Həmin bina sökülüb və orada ümumiyyətlə yaşayış yoxdur. X4 həmin ünvanın söküldüyünü bildiyi halda, bu ünvanı qeyd etməsi və İddiaçı əlaqə nömrəsinin səhv qeyd olunması iddiaçının bilərəkdən mediasiyadan kənar qalmasına gətirib çıxarmışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, e-2(009)647/2025 nömrəli qərardadı ilə (hakim İlkin Rüstəmli) iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələbində mediasiya təşkilatının mediasiya sessiyası barəsində onu lazimi qaydada məlumatlandırmamasına əsaslanır və bu səbəbdən mediasiya təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışın etibarsız hesab edilməsini xahiş edir. İş materiallarından görünür ki, E.Vəliyeva mediasiya təşkilatının sözügedən arayışını əldə etdikdən sonra həmin tələblə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)-4013/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki iş üzrə iddiaçının nümayəndəsi-vəkili həmin məhkəmə iclasında iştirak etmiş və izahatlar vermişdir. Bu səbəbdən iddiaçının hazırda mübahisələndirdiyi arayış öz-özlüyündə artıq mahiyyətini itirmişdir. Belə ki, həmin arayışda qeyd olunan tələb üzrə hər iki tərəfin iştirakı ilə məhkəmə iclası keçirilmiş və yekun məhkəmə aktı q əbul edilmişdir. Belə olan halda, 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024cü il tarixli arayışının etibarlılığının mübahisələndirilməsi məhkəmə baxışının predmeti ola bilməz.
7. Məhkəmə öz mövqeyini MPM-nin 261.0.1 və 262.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
8. İddiaçı adı çəkilən qərardaddan şikayət verərək onun ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Şikayətini onunla əsaslandırmışdır ki, “məhkəmənin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə yanlışdır. Belə ki, məhkəmə qərardadını belə əsaslandırmışdır ki, iddiaçının hazırda mübahisələndirdiyi arayış özözlüyündə artıq mahiyyətini itirmişdir. Belə ki, həmin arayışda qeyd olunan tələb üzrə hər iki tərəfin iştirakı ilə məhkəmə iclası keçirilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Belə olan halda, 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışının etibarlılığının mübahisələndirilməsi məhkəmə baxışının predmeti ola bilməz və bu səbəbdən də hazırkı iş üzrə icraata xitam verilməlidir. Lakin sözügedən Yasamal rayon Məhkəməsinin 2(004)-4013/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyini nəzərə alsaq, məhkəmənin mövqeyi hüquqazidd hesab olunmalıdır. Belə ki, qətnamə yalnız qüvvəyə mindikdən sonra hüquqi nəticə doğurur və icra edilir. Yasamal rayon Məhkəməsinin 2(004)-4013/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışı öz mahiyyətini itirməmişdir. Belə olan halda, hüquqlarının pozulmasına səbəb olan arayışın etibarsızlığını tələb etmək İddiaçı hüququdur. İddiaçının bu tələbinin əsassız olaraq rədd edilməsi onun məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışı qərəzli şəkildə qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesi barədə İddiaçı məlumatlandırılmamışdır. Belə ki, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib olunan ilkin mediasiya sessiyası barədə bildirişdə İddiaçı əlaqə nömrəsi yanlış qeyd olunmuş, bu səbəblə iddiaçının mediyasiya proseslərindən xəbəri olmamışdır. İddiaçı telefon nömrəsi ***-***-**-** olmasına baxmayaraq, bildirişdə əlaqə nömrəsi 050-377-77- 33 olaraq yanlış şəkildə qeyd olunmuşdur. Həmçinin mediasiyanın keçirilməsin ə dair bildiriş İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir ki, bu ünvan hazırda movcud deyil. Həmin bina sökülüb və orada ümumiyyətlə yaşayış yoxdur. X4 həmin ünvanın söküldüyünü bildiyi halda bu ünvanı qeyd etməsi və İddiaçı əlaqə nömrəsinin səhv qeyd olunması iddiaçının bilərəkdən mediasiyadan kənar qalmasına gətirib çıxarmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6-cımaddəsinə görə tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə buQanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlır azılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirə n təklifi göndərməlidir. Həmin Qanunun 29.2-ci maddəsinə görə tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Lakin İddiaçı mediasiya prosesi barədə xəbərdar olmadığından sessiyalarda iştirak edə bilməmiş və hüquqları pozulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, mediasiya özlüyündə mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlırazılıq əsasında həlli prosesidir. Mediasiya prosesinin keçirilmə məqsədi mübahisənin tərəflərin qarşılıqlırazılığı əsasında məhkəməyə qədər həll olunmasıdır. Əgər tərəflərdən biri mediasiya prosesindən xəbərdar edilməzsə və bu səbəblə tərəf iştirak etməzsə, bu, mediasi yanın mahiyyətinə və qanunvericiliyin tələblərinə zidd olur. Tərəfin prosesdə iştirak etməməsi, mediasiya nəticəsində əldə olunmuş hər hansırazılaşmanın hüquqi qüvvəsini şübhə altına almaqla bərabər, sonradan məhkəmə tərəfindən həmin prosesin etibarsız hesab edilməsinə səbəb olur. Bundan əlavə, mediasiya barədə bir tərəfin düzgün məlumatlandırılmaması, həmin şəxsin qanunla müəyyən edilmiş hüquqlarının pozulması deməkdir. Mediasiyanın könüllülük və bərabərlik prinsiplərinə əsaslanmasını nəzərə alsaq, tərəflərdən birinin iştirak etmədiyi və prosesin birtərəfli qaydada aparıldığı hallar, ədalətlilik prinsipinə ziddir və mediasiya prosedurunun düzgün aparılmadığını təsdiq edir. Tərəflərdən birinə bu proses barədə bildiriş göndərilməməsi həyata keçirilmiş prosesin etibarsızlığına səbəb olur. Be ləliklə, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın tələb olunduğunu nəzərə alsaq, Bakı 9 saylıMediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesi və MŞB/9/2024- 00794 nömrəli, xx.xx.2024-cü il tarixli mediasiya arayışının etibarsız hesab olunması zəruridir. Yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsinin icraata xitam verilməsi ilə bağlı qənaətinin yanlış olduğunu təsdiq edir.”
10. Şikayət Səbail Rayon Məhkəməsinin 7 mart 2025-ci il tarixli, e-2(009)-647/2025 nömrəli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Birinci instansiya məhkəməsi qərardadının əsası kimi şikayətdə göstərilən dəlillərin əsassız olmasını göstərmişdir. b) Apellyasiy a instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin 7 aprel 2025-ci il tarixli 2(103)-2409/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 26 fevral 2025-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır (X5 Əsgər oğlunun sədrliyi və məruzəsilə, X2 və X3 ibarət tərkibdə).
13. Məhkəmə kollegiya öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi arayışda qeyd olunan tələb üzrə hər iki tərəfin iştirakı ilə məhkəmə iclası keçirilmiş və yekun m əhkəmə aktı qəbul edilmişdir. Belə olan halda 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışının etibarlılığının mübahisələndirilməsi ayrıca məhkəmə baxışının predmeti ola bilməz. Qətnamənin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsində həmin işə baxılarkən iddiaçı nə mediasiya prosesini, nə də müvafiq mediasiya arayışını mübahisələndirməmişdir.
14. Kollegiya qeyd etmişdir ki, iddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti verdiyi halda, arayışın etibarsızlığı ilə bağlı etirazını, eləcə də mediasiya prosesinin düzgün aparılmaması ilə bağlı dəlillərini şikayətə daxil edə bilər.
15. Məhkəmə kollegiyası “Mediasiya haqqında” Qanunun 16.1 və 16.3-cü maddələrinə istinad edərək həmçinin qeyd etmişdir ki, iddiaçı, mediatorun hərəkət və ya hərəkətsizliyindən şikayət lə Mediasiya Şurasına müraciət edə bilər.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsassızdır.
17. Məhkəmə kollegiyası öz mövqeyini, “Mediasiya haqqında” Qanunun 16.1 və 16.3cü; Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin 2(103)2409/2025 nömrəli, xx.xx.2025-ci il tarixl i qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayətin dəlilləri iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:
23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qrardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. 31.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 32.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 7 aprel tarixli 2(103)2409/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.