Məhkəmə qərarları › İş №2(102)-2063/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2063/2019

08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2063/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3135/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tə min edilmiş, İddiaçı məxsus 20.000 (iyirmi min) ABŞ dolları məbləğində əmanət və ona hesablanan faizlərin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınsın və İddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-10792/2018-saylı qətnaməsi ilə (hakimlər A.İmanov sədrlik edən, məruzəçi, E.Nəbiyev və R.Qurbanov) Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3135/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fİonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək iddiaçıya məx sus 20.000 ABŞ dolları məbləğində əmanətin və ona hesablanan faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şkikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, İddiaçı və vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını v urğulayaraq şikayəti təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏ Rİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı tərəfindən 14 iyul 2014-cü il tarixli ********* saylı bank əmanəti müqaviləsi (1-ci müqavilə) bağlandığı vaxt iddiaçı banka 9.5 % dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində əmanət qoymuşdur ki, həmin dövrdə ABŞ dolları ilə qoyulmuş əmanətlər həmin faiz dərəcəsi ilə sığortalı əmanətlərə aid edilmişdir. Tərəflər arasında müqavilə müddəti bitdikdən sonra da iddiaçı əmanəti qaytarmağı tələ b etmədiyindən müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılmış və 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddinin xarici valyuta üzrə 3 faizə endirilməsi həmin müqavilə üzrə münasibətə şamil edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddinin xarici valyuta üzrə 3 faizə endirilməsi barədə dəyişiklik iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından geriyə şamil edilə bilməz və bu əsas hazırki iddia tələbinin 14 iyul 2014-cü il tarixli ********* saylı bank əmanəti müqaviləsinə münasibətdə tələbin təmin edilməməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, əvvəla cavabdeh tərəf bank əmanəti müqaviləsində yalnız rəsmi sənədin müqavilədən ibarət olduğunu qeyd etsə də, mülki qanunvericilik birbaşa qeyd edir ki, bank əmanəti müqaviləsi mütləq yazılı şəkildə bağlanmalı və müqavilənin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Belə olan halda müəyyən edilir ki, bank kitabçasının olması həmin müqavilənin bağlanmasını təsdiq edən zəruri sənəd olmaqla həmin sənəd olmadığı halda müqavilə bağlanmış hesab edilə bilməz. Buna görə də cavabdeh qurum tərəfindən bank kitabçasının hər hansı bir əhəmiyyəti olmamaqla yalnız müqavilənin qəbul edilməsini qeyd etməsi əsassızdır Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi maddi hüquq norması olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 946.1, 947.1, 947.4, 948.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülkivə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, “xxxx” ASC-nin 14 iyul 2014-cü il tarixli ********* N-li Bank əmanəti (Göy Əmanət) müqaviləsinə əsasən İddiaçı bankın depozit hesabına müqavilənin bağlandığı tarixdən 36 aylıq müddətə, yəni 14.07.2017- ci il tarixədək 9.5 faizlə 10.000 ABŞ dolları məbləğində əmanət qoymuşdur.(1-ci müqavilə) Həmçinin, “xxxx” ASC-nin 10 yanvar 2017-ci il tairixcli ********* N-li Bank əmanəti (Göy Əmanət) müqaviləsinə əsasən İddiaçı bankın depozit hesabına müqavilənin bağlandığı tarixdən 12 aylıq müddətə, yəni 10 yanvar 2018-ci il tarixədək 5 faizlə 10.000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. (2-ci müqavilə) İddia tələbinin mahiyyətinə əsasən hər iki müqavilənin şərtlərinin dəyişdirilməsinə və ya ona əlavələrin edilməsinə tərəflərin razılığı ilə yol veri lir və yazılı qaydada aparılmasına dair sözügedən müqaviələr 8.3-cü bəndlərinə uyğun əmanətlər tam sığortalanmış hesab edilməli və buna görə də kompensasiya olunmalıdır. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əmanətin yerləşdirilməsini təsdiq etmək məqsədilə ona bank tərəfindən möhürlənmiş əmanət kitabçası təqdim edilmişdir. Sözügedən əmanət kitabçasında əmanətin illik faiz dərəcəsi 3% kimi göstərilmişdir. Lakin, buna baxmayaraq bank tərəfindən əmanət müqaviləsi imzalanarkən illik faiz dərəcəsi 5% kimi qeyd edilmişdir. Xarici valyutadaki sığortalanmalı olan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimal həddi 3%-dir. Bank tərəfindən əmanət qəbul edilərkən məhz illik faiz dərəcəsi 3% təyin olaraq sığortalı əmanət qismində qəbul edilmişdir. Cavabdehin iddiaya olan etirazına əsa sən İddiaçı tərəfindən 14 iyul 2014-cü il tarixli ********* saylı bank əmanəti müqaviləsinə (1-ci müqavilə) əsasən 36 ay müddətinə, 9.5 % dərəcəsi ilə 10 000 ABŞ dolları məbləğində sığortalı əmanət qoyulsa da, 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması və tam kompensassiya olunması göstərildiyindən bu geriyə şamil edilməklə həmin müqaviləyə də tətbiq edilməlidir. Buna görə də həmin müqavilə üzrə qoyulmuş əmanət sığortalı statusundan çıxarılmalıdır. Bundan əlavə, 14 yanvar 2017-cil tarixli ********* saylı bank əmanəti müqaviləsinə münasibətdə qeyd edir ki, həqiqətən də həmin vaxt “xx xx” ASC tərəfindən depozitə pul qəbul edilərkən müqavilədə qeyd edilən 2 faiz əlavə bonus olmuşdur. Lakin Əmanətlərin Sığortalanması fondu olaraq əmanət kitabçasında 3 faiz qeyd edilməsi və bu faizlə depozitdən pulların verilməsi onlara məlum deyil. Qeyd edir ki, 14 yanvar 2017-cil tarixli ********* saylı bank əmanəti müqaviləsində 5 faiz göstərildiyindən həmin əmanəti sığortalı əmanət hesab etmirlər. Eyni zamanda hazırki münasibətdə əsas sənəd yalnız müqavilədir, bank əmanəti kitabçasının hər hansı bir hüquqi qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, AzərbaycanRespublikasının Mülki Məcələllənin 20-ci fəslinin müddəalarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəf li və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçü nməcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qeyd olunan Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həlledir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin həlli zamanı tərəflər arasında bağlanmış müqavilələrin onların iradə ifadəsinin təzahürünə, müqavilələri imzalayarkən onun mühüm şərtləri barədə razılığa gəlməklə bu razılıqların imzaları ilə rə smiləşdirilməsinə, eləcə də, müqavilələrin 5.2-ci maddəsində tərəflərarasındakı müqavilənin uzadılmasının qaydasının əvvəlcədən razılaşdırılmasına düzgün hüquqi qiymət verməmişdir. Beləki, qeyd edilən müqavilələrin 5.2-ci bəndlərinə əsasən əmanət müqaviləsinin bu müqavilə ilə müəyyən etdiyi sonuncu gün əmanətinə əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankın qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesabedilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944-cü maddəsində göstərilmişdir ki, Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məblə ğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Mülki Məcəllənin qeyd olunan normasından da görünür ki, tərəflər müqavilədə nəzərdə tutulan şərtlərlə hərəkət etməlidirlər və buna müvafiq olaraq Bank əmanəti sadalanan şərtlərlə geri qaytarmalıdır. Həmin Məcəllənin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və y a bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Həmin Məcəllənin 947.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Müqavilədə əmanətlərin qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması nəzərdə tutula bilər. Həmin Məcəllənin 947.4-cü maddəsinə əsasən əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır. Həmin Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişa fını təmin etməkdir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Həmin qanunun 2.1.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət- qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sı ğortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şə rtilə kompensasiya ödənilir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyrimümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəy yən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş Bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasına bölüşdürülür; təminatsız kreditorların tələbləri (maddə 82.1.8) Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən edilir “Əmanətlərin tam sığortalanması” haqqında Azərbayca n Respublikası qanununun 4.1- ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Koll egiya qeyd edir ki, sözügedən normaların da mahiyyətindən görünür ki, əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməyərək lazımi hüquqi qiymət verməmişdir ki, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciəti daxil olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmanətin “Əmanətlərin Sığortalanması haqqında” Qanununun tələbləri altına düməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin kollegiya hesab edir ki, əmanətçi tərəfində n Banka belə bir müraciət daxil olmadan apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan qanunun imperativ xarakterli norması nəzərə alınmadan iş üzrə səhv hüquqi nəticələrə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair 05 sentyabr 2018-ci il tarixli Qərarında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin qorunmayan əmanətlərə aid edildiyi qeyd edilmiş, və “Əmanətlərin Sığortalanması haqqında”Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, hə min Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalı olması, əmanətlə bağlı verilən bonusun illik faiz dərəcəsinə aid edilmədiyi, bu qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlərin qorunan əmanətlər hesab edilməli olması qərara alınmışdır. Göründüyü kimi, qanunvericilik illik faiz dərəcələri Əmanətlərin Sığortalanması fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanət ləri Əmanətin sığortalanmasını həmin əmanətçilərin müraciətinin olması və bu müraciət əsasında əmanət müqaviləsində müvafiq dəyişiklik edilməsi ilə şərtləndirmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsimaddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindənqəbuletdiyiqətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli,mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar