Məhkəmə qərarları › İş №2(102)-2063/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2063/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2063/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2063/2023 (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin prosessual qanunvericiliyə zidd olması) Bakı şəhəri 03 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, (məruzəçi) X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı bağ sahəsinə dair, bağçılığa dair üzvlük kitabçasının, protokoldan çıxarışın, əmr, qərarın və cizgi planın surətlərinin təqdim olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2430/2022 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X3 icraiyyə Komitəsinin 18 sentyabr 1987- ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X6 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində anası X1 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(005)-462/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X3 icraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X6 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X1 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əm r-Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulması qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və həmçinin apellyasiya şikayətində cavabdeh tərəf prosessual müddətin üzürlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(005)- 462/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Qərardaddan cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən şikayət verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)-8532/2022 nömrəli qərardadı ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilmişdir. 7. 24 yanvar 2023-cü il tarixdə cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi qətnamədən növbəti dəfə apellyasiya şikayəti və şikayət üzrə müddətin bərpasına dair yenidən ərizə təqdim etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 mart 2023-cü il tarixli, 2(103)-2430/2022 nömrəli qərardadı ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il t arixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Dövlət Neft Şirkətinin qətnamədən şikayət vermə müddətini üzrsüz səbəbdən ötürmüş olması qanuni qüvvədə olan məhkəmə aktı ilə təsbit olunmuş, ötürülmüş müddətin bərpası barədə onun xahişi həmin aktla rədd edilmiş, bu akt apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq qüvvədə saxlanılmışdır.

11. Belə olan halda məhkəmənin eyni məsələyə yenidən baxaraq müddətin ötürülməsini üzrlü hesab etməsi prosessual qanunverciliyin tələblərinə açıq-aşkar ziddir və müvafiq qərardadın qəbul olunması apellyasiyanın mümkün hesab edilməsinə əsas yaratmır. Sözügedən qərardaddan iddiaçı tərəfindən şikayətin verilməmiş olması da məsələnin mahiyyətini dəyişdirməz; çünkü Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlayarkən, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmadığına qiymət verməlidir. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki iş üzrə apellyasiya şikayətinin veri lməsi üçün buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllədə müddətin buraxılması üçün müraciət etməklə bağlı heç bir məhdudiyyət qoyulmamışdır. Müddətin bərpası ilə bağlı əsaslar dəyişdikdə yenidən müraciət edilməsi mümkündür. Bundan başqa hesab edirlər ki, müddətin bərpası həm də məhkəmə qətnaməsinin icra edilməsi ilə də bağlı önəmlidir. Çünki hazırkı vəziyyətdə icrası mümkün olmayan qətnamə qəbul edilmişdir.

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

15. Maddə 133.1. Məhkəmə qanunla müəy yən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır.

17. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

18. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir. Belə ki, eyni məhkəmənin müddətin bərpa edilməməsi barədə qərardadı qüvvədə olduğu halda, təkrar verilmiş ərizə əsasında müddətin b ərpa edilməsi barədə yeni qərardad qəbul edilməsi hüquqi müəyyənlik və prosessual qənaət prinsipinə ziddir.

25. Buna görə də, apelyasiya məhkəməsi düzgün olaraq, apelyasiyanı qeyrimnümkün hesab etmişdir.

26. Cavabdehin kassasiya şikayətinin qətnamənin icrasının mümkün olmaması barədə dəlillərinə gəldikdə isə bu məsələ “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra zamanı qiymət verlməli olan məsələdir və bu əsas qətnamədən şikayət vermə müddətinin bərpasına əsas vermir.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2430/2022 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar