Məhkəmə qərarları › İş №2(102)-2064/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2064/2023

20.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2064/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi 20.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)587/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC-nin verdiyi kassasiya şikayəti üzrə işə 20 iyun 2023-cü il tarixdə tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-nə (bundan sonra cavabdeh) qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 6.000 manat, mənəvi ziyana görə 6.000 manat, sağlamlığa vurulmuş maddi ziyana görə 10.000 manat olmaqla, cəmi 22.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırıb ki, işəgötürənin 03 dekabr 2002-ci il tarixli, 89 saylı əmri ilə cavabdehin Yasamal filialında “mübadilə məntəqələri və xidmət bölməsi üzrə” işçi kimi əmək fəaliyyətinə başlamış, bundan sonra müxtəlif vəzifələrdə işləmişdir. İşəgötürənin 01 oktyabr 2021-ci il tarixli, 4015 k saylı əmri ilə onunla bağlanmış əmə k müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 2016-cı ilin əvvəllərində onun səhhətində ciddi proble mlər yarandığı üçün 6 ay müddətinə əmək qabiliyyətini müvvəqqəti itirdiyinə görə, 6 saylı TibbiSosial Ekspert Komissiyasının 20 iyun 2016-cı il tarixli rəyinə əsasən, ona “İİ qrup əlillik” və “bel fəqərələrinin asteoxandrozu, diskogen bel-oma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu və çanaq orqanlarının funksiyalarının pozulması” diaqnozu qoyulub. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun işlədiyi son 5 il müddət üçün aylıq əmək haqqını düzgün hesablamayıb. Belə ki, cavabdehdə işlədiyi son 5 il müddət ərzində onun iş həftəsi əmək müqaviləsində göstərilən 36 saat əvəzinə 40 saat və daha çox olmuşdur. B undan başqa, göstərilən 5 il müddət ərzində əmək qanunvericiliyi ilə İİ dərəcəli əlil kimi onun üçün nəzərdə tutulan vergi və digər ödənişlərlə bağlı güzəştlər düzgün müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, rəsmi ərizə ilə cavabdehdən işlədiyi son 5 il üçün ona əslində ödənilməli olan aylıq əmək haqqı və digər ödənişlərlə bağlı qalığı, İİ dərəcəli əlil kimi əmək istismarına məruz qaldığı üçün ona dəymiş maddi və mənəvi zərərə görə (məbləği razılaşdırılmaqla) kompensasiya tələb etsə də, cavabdeh onun bu müraciətinə heç bir reaksiya verməyib. Cavabdeh isə iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ərizəsində qeyd edilən tələblərlə bağlı iddia müddətini ötürməsini qeyd etmiş, bununla da qanunvericiliyin tələblərinin kobud şəkildə pozul duğunu bildirmişdir. Belə ki, iddiaçı, 2016-cı ildə özünün İİ qrup əlil olması barədə müvafiq hüquqmüəyyənedici sənədi təqdim etdikdən sonra onun əmək haqqı üzrə mühasibat sənədlərində vergi güzəşti tətbiq olunmaqla, ona əmək haqqı hesablanmışdır. Lakin, 01 dekabr 2020-ci ildən başlayaraq tərəflər arasında olan əmək müqaviləsinə müvafiq dəyişiklik edilərək, həftəlik iş saatı 40-dan, 36 saata endirilmişdir. Bununla da iddiaçı özünün qanunla qorunan hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2016-2020-ci illərdə ona hesablanmalı olan əmək haqqı tələbinə dair iddia vermək hüququndan istifadə etməmiş, 2021-ci ildə işdən azad edildikdən sonra 2022-ci ildə məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Beləliklə, iddia müddətinin ötürülməsini nəzərə alaraq, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, ərizəsində həmçinin iddia müddətinin ötürülməsi məsələsinə də münasibət bildirmiş və qeyd edilmişdir ki, məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Xocəsən Sağlamlıq Mərkəzinin 16 mart 2022-ci il tarixli çıxarışından görünür ki, o xəstəliyi ilə əlaqədar yataqda olmuşdur. Ona görə də fiziki olaraq məhkəməyə müraciət edə bilməmişdir və Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu hal üzrlü səbəb kimi qəbul edilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia rədd edilmiş dir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 03 dekabr 2002-ci il tarixdən cavabdehin Yasamal filialına “mübadilə məntəqələri və xidmət bölməsi üzrə işçi” vəzifəsinə işə qəbul edilmiş və onunla 26 dekabr 2006-cı il tarixli yeni əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin Yasamal filialının 4 saylı Sığorta” Şöbəsinə “aparıcı mütəxəssis xəzinədar əməliyyatçı” vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinin müddəti 29 dekabr 2006-cı il- 01 oktyabr 2007-ci il tarixləri əhatə etmiş, işçinin gündəlik iş saatı 8 saatdan, həftəlik iş saatı isə 40 saatdan çox olmayaraq müəyyən edilmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə sözügedən əmək müqaviləsinə 08 oktyabr 2007-ci il tarixli razılaşma ilə dəyişiklik edilərək, müqavilənin müddəti 31 dekabr 2008-ci il tarixədək uzadılmışdır. Sonr adan iddiaçı ilə 01 avqust 2012-ci il tarixli yeni əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin Yasamal filialının 5 saylı “Mətbuat” şöbəsinin “aparıcı mütəxəssisi xəzinədar” vəzifəsinə təyin edilmiş, işçinin gündəlik iş saatı 8 saatdan, həftəlik iş saatı isə 40 saatdan çox olmayaraq müəyyən edilmiş, əmək məzuniyyətinin ümumi müddəti 36 təqvim günü olmuşdur. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə 22 fevral 2013-cü il tarixində edilən dəyişikliyə əsasən, əmək müqaviləsi müddətsiz olmuşdur. İddiaçı 20 iyun 2016-cı il tarixdə ilkin müayinə olunmuş, ona səbəbi ümumi xəstəlik olan İİ dərəcəli əlillik təyin olunmuş, əmək qabiliyyətinin itirilməsi 0 % kimi qiymətləndirilmiş, TSEK tərəfindən “bel fəqərələrinin osteoxandrozu, diskogen bel-oma radikuliti, vertebrobazilyar sistemdə qa n dövranı pozğunluğu” diaqnozu qoyulmuş, əlilliyin müəyyən olunması meyarı kimi İİ dərəcə əlillik – etiologiyasından asılı olmayaraq, “aşağı ətrafın parezi, çanaq orqanlarının funksiyalarının pozulması” qeyd edilmiş, “oturaq yüngül işdə işləyə bilər” əmək zəmanəti verilmiş və tibbi-sosial yardım və reabilitasiya vasitələri kimi ixtisaslaşmış müalicə tövsiyə olunmuş və bu barədə Tibbi-Sosial Ekspert Komissiyasının 20 iyun 2016-cı il tarixli arayışı təqdim olunmuşdur. Bundan sonra, 07 iyun 2022-ci il tarixli arayışa əsasən 01 sentyabr 2017-ci il- 01 oktyabr 2021-ci il tarixlərdə iddiaçının aldığı əmək haqqı barədə ətraflı cədvəl əsasında müəyyən olunmuşdur ki, iddiaçının əmək haqqına 01 sentyabr 2017-ci il tarixdən etibarən həm gəlir vergisindən hər kəs üçün nəzərdə tutulmuş güzəşt məbləği ( həmin dövr üçün 155 manat), həm də əlilliklə əlaqədar azadolma məbləği (200 manat) tətbiq edilmişdir. Belə ki, iddiaçının 01 sentyabr 2017-ci il tarixə cəmi hesablanan əmək haqqı 830,59 manat, gəlir vergisi 66,58 manat olmuşdur. Buna baxmayaraq, tərəflər arasında əmək müqaviləsində iş saatının həftə ərzində 40 saatdan 36 saata azaldılması barədə hər hansı razılaşma imzalanmamış, işçinin iş saatlarının uçotu barədə hər hansı sənəd sübut qismində məkhəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının xəstəliyi barədə məlumatlı olmasına baxmayaraq, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iş saatları barədə normanı pozmuş və işçiyə iş saatından artıq işləməyə görə heç bir əlavə ödəniş etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabd eh tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçıya 01 fevral 2015-ci il- 01 fevral 2016-cı iş ili üçün 5 gün, 03 fevral 2015-ci il- 03 fevral 2016-cı iş ili üçün 12 təqvim günü olmaqla, cəmi 17 gün; 03 dekabr 2018-ci il03 dekabr 2019-cu iş ili üçün 24 təqvim günü, 2 təqvim günü və 6 gün olmaqla, cəmi 32 gün; 03 dekabr 2019-cı il-03 dekabr 2020-ci iş ili üçün 29 təqvim günü, 14 təqvim günü, 19 təqvim günü, 3 təqvim günü, 3 təqvim günü və 6 gün olmaqla, cəmi 74 gün; 03 dekabr 2020-ci il- 03 dekabr 2021-ci iş ili üçün 11 təqvim günü və 19 gün olmaqla, cəmi 30 gün, 03 dekabr 2021-cı il- 03 dekabr 2022-ci iş ili üçün isə 14 gün müddətinə əmək məzuniyyəti verilmişdir. İddiaçı cavabdeh tərəfindən 2016-cı ildən etibarən, yəni iddiaçıya əlillik təyin olunduğu vaxtdan ona 42 gün müddətinə əmək məzuniyyəti verilməsini bildirmiş, cavabdehin nümayəndəsi isə bu məsələni mübahisələndirməmişdir. İddiaçı ilə bağlanmış 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə 01 dekabr 2020-ci il tarixli əlavə edilmiş və tərəflər işçinin iş saatlarının gündə 7 saat 10 dəqiqədən, həftə ərzində 36 saatdan çox olmaması, iş vaxtının 09:00-da başlayıb, saat 17:10-da qurtarması, əsas məzuniyyətin müddətinin 42 təqvim günü olması barədə qarşılıqlı razılığa gəlmişlər. İddiaçı ilə bağlanmış 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə 01 dekabr 2020-ci il tarixli əlavə edilmiş və tərəflər işçinin iş saatlarının gündə 7 saat 10 dəqiqədən, həftə ərzində 36 saatdan çox olmaması, iş vaxtının 09:00-da başlayıb, saat 17:10-da qurtarması, əsas məzuniyyətin müddətinin 42 təqvim günü olması barədə qarşılıqlı razı lığa gəlmişlər. Məhkəmə eyni zamanda gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehdən iddiaçıya dəymiş maddi ziyana görə 6.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsini (işçinin həftə ərzində 36 saatdan artıq, yəni 40 saat işləməsinə görə) əsaslı hesab etmiş, iddiaçıya cavabdeh tərəfindən yalnız iş vaxtından artıq pulsuz işləməyə görə (2016-2020-ci illəri əhatə edən dövrdə hər həftə ərzində artıq işlədiyi 4 saat) maddi ziyan vurulmasını müəyyən etmiş, lakin iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edildiyindən, iddianı həmin hissədə təmin etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 20 iyun 2016-cı il tarixdə əl illik təyin edilməsinə, cavabdeh tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştlərin iddiaçı barəsində 01 sentyabr 2017-ci il tarixindən etibarən tətbiq edilməsinə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qısaldılmış iş vaxtının isə 01 dekabr 2020-ci il tarixindən etibarən iddiaçı barəsində tətbiq edilməsinə və iddiaçı ilə olan əmək müqaviləsinə 01 oktyabr 2021-ci il tarixdən etibarən xitam verilərək onun işdən azad edilməsinə baxmayaraq, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə yalnız 21 fevral 2022-ci il tarixdə müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Xocasən Sağlamlıq Mərkəzinin 16 mart 2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından ay dın olur ki, iddiaçı ambulator qaydada müalicə almışdır. Belə olan halda onun şəxsən məhkəməyə gəlmək və ya vəkilə müraciət edərək onun vasitəsilə məhkəmədə iddia qaldırmaq imkanı olmuş, lakin iddiaçı üzrsüz səbəblərdən iddia müddətini ötürmüşdür. Həmçinin, Bakı 1 saylı Mediasiya Təşkilatının Vəkil1 ünvanladığı 06 aprel 2022-ci il tarixli izahat da məhkəmə tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 377.1, 1096, 1097.1-ci maddələrinə, Əmək Məcəlləsinin 80.3, 296cı maddələrinə və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasi ya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən- iddia tələbinin “iş vaxtından artıq işlədilməyə görə zərərin ödənilməsi və mənəvi zərərin ödənilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdehdən qanunla müəyyən olunmuş iş vaxtından artıq işləməyə görə 6.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, habelə iddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində (başqa əsasla) təmin edilməməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlığına vurulmuş zərərlə bağlı qanunda nəzərdə tutulmuş dispozitiv şərtlərdən heç biri mövcud deyil. Belə ki, zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Birinci instansiya məhkəməsinin mövqeyi sağlamlığa vurulmuş zərərə görə 10.000 manat pul tələbinin rədd olunması hissəsində əsaslı olduğundan, apellyasiya şikayəti həmin hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin qeyd olunan hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın- iş vaxtından artıq işləməyə görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi hissələrində işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ona görə də iddia maddi zərərə 6.000 manat pul tələbinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əm lakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə də “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi bir çox qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn: əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: Avropa Məhkəməsinin 18 aprel 2012-ci il tarixli Qərarında (Burdov Rusiyaya qarşı) Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının (artıq işlədilməsinə görə) ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təs iri altına düşür və onun “mülkiyyəti” hesab olunur və Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda aydın olur ki, iddiaçının hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qeyd olunan məsələyə dair oturuşmuş məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli qətnaməsindəki analoji (əmək haqqı tələbinin müddətə tabe tutulmamasına dair) mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin iddiaya etirazının yeganə dəlili iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən Əmək Məcəllənin 296-cı maddəsinin 4-cü bəndində təsbit olunmuş bir illik müddətin ötürülməsi olmuşdur. Cavabdeh nə iddia tələbinin mahiyyəti ilə bağlı halları, nə də ki, tələb olunan məbləği mübahisələndirməmişdir. Ona görə də iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kas sasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərətəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı 2016-cı ildə İİ qrup əlil olması barədə işəgötürənə müvafiq hüquqmüəyyənedici sənədləri təqdim etdikdən sonra onun əmək haqqı üzrə mühasibat sənədlərində vergi güzəşti tətbiq olunmaqla əmək haqqı hesablanmışdır. 01 dekabr 2020-ci il tarixdən başlayraq tərəflər arasında olan əmək müqaviləsinə müvafiq dəyişiklik edilərək həft əlik iş vaxtı 40 saatdan, 36 saata endirilmişdir. Bununla da iddiaçı özünün qanunla qorunan hüququnun rpozulduğunu bildiyi andan, yəni 2016-2020-ci illərdə ona hesablanmalı olan əmək haqqı tələbinə dair məhkəməyə iddia vermək hüququndan istifadə etməmiş, 2021-ci ildə işdən azad edildikdən sonra yalnız 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yarınmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Ona görə də iddia təmin olunan hissədə də rədd edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kas sasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normala rını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 89.1. Tam iş vaxtı- müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 91.1. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqav ilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Maddə 91.2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 102.2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verib. Əvvəla, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. Həmçinin, X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Eyni zamanda Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə ) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdar da yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Qeyd olunmalıdır ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “ İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Hazırki işin mübahisə olunmayan hallarına görə, iddiaçı sonuncu dəfə cavabdehdə “əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsində işləyib və əmək müqaviləsində onun iş saatı gündə 8 saat, həftədə isə 40 saat müəyyən edilib. 20 iyun 2016-cı il tarixdə səbəbi ümumi xəstəlik göstərilməklə iddiaçıya İİ dərəcəli əlillik təyin edilib. 01 sentyabr 2017-ci il tarixdən cavabdeh tərəfindən iddiaçı barəsində vergi qanunverciliyi ilə nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilib. 01 dekabr 2020-ci il tarixdən isə başlayaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinə müvafiq dəyşiklik edilərək, iddiaçının iş saatı həftədə 40 saatdan 36 saata endirilib. Bundan sonra, işəgötürənin 01 oktyabr 2021-ci il tarixli, 4015 k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 oktyabr 2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilib. Hazırda iddiaçı, 21 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər tələblərlə yanaşı cavabdehdən qanunla müəyyən edilmiş iş vaxtından artıq işlədildiyinə görə (həftədə 4 saat) 6.000 manat pul tələb edir. Əmək Məcəlləsinin 89.3-cü maddəsinə əsasən günd əlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 91.1-ci maddəsində göstərilir ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Həmin Məcəllənin 91.2-ci maddəsinə görə, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdə n valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Göründüyü kimi, iddiaçıya 20 iyun 2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin edilməsinə, 01 dekabr 2020-ci il tarixdən başlayaraq onunla bağlanmış əmək müqaviləsinə dəyşiklik edilərək, onun həftədə iş saatının 40 saatdan 36 saata endirilməsinə baxmayaraq, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə yalnız 21 fevral 2022-ci il tarixdə müraciət edib. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin veri lməsi barədə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində isə göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübasələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqey ilə razılışmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi Konstitusiya Məhkəməsinin sözügedən Qərarından əvvəl qəbul edilmiş olsa da, Konstitusiya Məhkəməsinin bu növ iddia tələbləri üzrə hüquqi mövqeyi ondan idarətdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. İddiaçının məhkəməyə təqdim etdiyi 16 mart 2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, əvvəla iddiaçı sözügedən çıxarışda göstərilən müddətdə stasion ar deyil, ambulator qaydada müalicə alıb. Digər tərəfdən, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Normanın mənasına görə, fərdi əmək mübahisəsinə baxan məhkəmə, buraxılmış müddəti o, halda bərpa edə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik iddia müddəti üzürlü səbəblərdən, yəni iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı s əbəblərdən ötürülmüş olsun. Hazırki işdə, qeyd olunan normada nəzərdə tutulan üzürlü səbəblərdən heç biri yoxdur və iddiaçı 2016-2020-ci illər üzrə keçən müddətin üzürlü səbəblərdən buraxılması ilə bağlı məhkəməyə heç bir yazılı sübut təqdim etməyib. Belə olan halda iddiaçının amblator kitabçasından çıxarışda göstərilən müddətdə ambulator qaydada müalicə alması 2 ildən artıq ötürülmüş müddətin üzürlü sayılması üçün əsas hesab edilə bilməz. Çünki, iddiaçının şəxsən məhkəməyə gəlmək və ya vəkilə müraciət edərək sonuncunun vasitəsilə məhkəmədə iddia qaldırmaq üçün sağlamlığı və kifayət qədər vaxtı olub. Beləliklə də iddiaçı heç bir üzrlü səbəb olmadan sözügedən normada nəzərdə tutulan 1 illik iddia müddətini açıq-aşkar ötürüb. Apellyasiya instansiyası məhkəməsi, işə baxarkən bu faktı nəzərə a lmayıb və nəticədə iddianı mübahisələndirilən hissədə təmin etməklə maddi hüquq normalarının tələblərini pozub. Belə ki, apellyasiya instansiyası məhkəməsi, “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli Qərarına istinad edərək, idiaçının tələbini Konvensiyanın 1 saylı Protokolunun 1-ci bəndi çərçivəsində “qanuni gözlənti” kimi nəzərə alaraq “mülkiyyət” kimi dəyərləndirərək, bu tələbə iddia müddətinin şamil edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Çünki, sözügedən Qərarın özündə göstərilir ki, “gözlənti” o, halda qanuni sayıla bilər ki, o hər hansı qanunvercilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslanmış olsun. Daha sonra, həmin Qərara diqqət yetirildikdə, orada şəxsə hesa blanmalı olan, lakin ödənilməmiş pul vəsaitinin mülkiyyət anlayışına daxil olmasından söhbət gedir. Lakin, hazırki halda iddia olunan 6.000 manat pul vəsaitinin özünün hesablanmalı olub-olmaması məsələsi tərəflər arasında mübahisə predmetinə çevrilib, yəni həmin pul vəsaitinin üzərində iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsi açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının iddia etdiyi 6.000 manat pul vəsaitinə “gözləntisi”nin “qanuniliyi”ni lazımi şəkildə əsaslandırmadan, həmin pul vəsaitini sonuncunun “mülkiyyəti” kimi qiymətləndirərək, bu tələbə iddia müddətini şamil etməməklə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərini də pozub. Çünki sözügedən normanın mənasına görə, o tələblərə iddia müddəti şamil edilmir ki, pozuntu məhz mülkiyyətçinin hüququnun hər cür pozuntusunun aradan qaldırılması ilə bağlı olmuş olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçının qeyd olunan pul tələbi “qanuni gözlənti” kimi dəyərləndirilsə belə, hazırki əmək mübahisəsinə Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə deyil, Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan iddia müddəti tətbiq edilməklə hüquqi qiymət verilməli idi. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində isə, qanunverici əmək münasibətlərində pul və digər əmlak tələbləri ilə bağlı mübahisələr üçün konkret olaraq 1 illik iddia müddəti müəyyən edib. Apellyasiya instansiyası məhkəməsi, sözügedən normanın tələblərini nəzərə almayıb, hazırki əmək mübahisəsinə tətbiq edilməli olmayan normanı tətbiq etməklə, ümumiyyətlə hesablanmamış əmək haqqını iddiaçının “mül kiyyəti” kimi qiymətləndirərək iddianı əsassız olaraq bu hissədə təmin edib. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan “pul tələbi” ifadəsi əslində geniş anlayış olmaqla- əmək haqqını, ona əlavələrin ödənilməsini, məzuniyyət pulunu və sair ehtiva edir və qanunverci bu növ iddialar üçün 1 illik iddia müddəti müəyyən etməklə əmək hüquq münasibətləri iştirakçılarını intizamlandırmağı, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etməyi nəzərdə tutur. Analoji hüquqi mövqe “R.Salmanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. Belə ki, həmin Qərarda göstərilir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunverciliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu da bir çox Qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunverciliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hü quqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanılmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, qanunvercilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavab dehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbu l edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın təmin olunan hissəsində, yəni cavabdehdən qanunla müəyyən edilmiş iş vaxtından artıq işləməyə görə 6.000 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələ blərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)-587/2023 saylı qətnaməsi qismən- iddianın təmin olunan hissəsində, yəni cavabdeh "xxxx" ASC-dən qanunla müəyyən edilmiş iş vaxtından artıq işləməyə görə 6.000 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunsun. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar