Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2064/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(104)2029/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respu blikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehin faktiki istifadəsində olan, birgə nikah müddətində inşa etmiş olduğu, gözlənilən mülkiyyət hüququ olan Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(076)-1631/2024 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən Cavabdeh yaşadığı f ərdi yaşayış evinə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(104)-2029/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanov və R.Məcidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəiyşdirilmədən saxlanılmışdır.
4. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(102)-1357/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilməklə, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarı lmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2025-ci il tarixli, 2(104)-2029/2024 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.
6. Bundan sonra, 22 aprel 2025-ci il tarixdə İddiaçı qətnamədən təkrarən kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizəsi təqdim etmişdir.
7. Ərizə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsinin elektron kabinetinə 17 yanvar 2025-ci il tarixdə yerləşdirilmiş, özü isə qətnaməni gec almışdır. Qətnamədən kassasiya şikayəti vermək üçün prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(104)-2029/2024 nömrəli qərardadı ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.Cavadova və R.Məcidov) buraxılmış prosessual müddətin bərpasına dair iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndsi, vəkil Nümayəndə1 apellyasiya məhkəməsinin qətnaməsini 27 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə almışdır. Bu halda, kassasiya şikayəti verilməsi müddətinin axımı Mülkİ prosessual məcəllənin 128.3-cü maddəsinə əsasən 27 dekabr 2024-cü il tarixdən başlanmışdır. İddiaçı 22 aprel 2025-ci il tarixdə kassasiya şikayətini və prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə vermişdir.
10. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa o lunmasına əsas vermir. Belə ki, iddiaçının nümayəndəsi qətnaməni 27 dekabr 2024-cü il tarixdə alsa da, kassasiya şikayətini 07 mart 2025-ci il tarixdə, yəni 7 gün gecikdirməklə vermiş, həm də məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3, 129.1, 133.5, 134.1.5, 135, 402, 408.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(104)-2029/2024 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməklə, kassasiya şikayətinin icraata qə bul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 14.1, 14.2, 15.2, 17.1, 18, 133.1, 133.2, 133.3, 267.2, 267.3, 269.1, 269.3, 405.0.1-ci maddələrinin tələbləri pozulmuşdur.
14. Belə ki, apellyasiya instansiyası məhkəməsi buraxılmış müddətin bərpasına dair ərizəyə baxarkən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməmiş, iddiaçının ünvanına məhkəmə bildirişi göndərməmişdir. İddiaçı məhkəmə qətnaməsini rəsmi qaydada əldə etdikdən sonra kassasiya şikayəti vermişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydası nda baxılmışdır.
16. Üçüncü şəxs Nümayəndə2 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı qətnamədən kassasiya şikayətini müddətin ötürülməsi ilə vermiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçıl arına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması h akim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə i ştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
19. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
21. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizə lərini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
22. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
23. Hazırkı işin materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli qətnaməsi 27 dekabr 2024cü il tarixdə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur.
24. Həmçinin müəyyən olunur ki, iddiaçı qətnamədən kassasiya şikayətini ilk dəfə 07 mart 2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə vermiş, həmin kassasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən Ali Məhəkəmə tərəfindən qeyri-mümkün hesab edilmişdir.
25. İddiaçı təkrarən qətnamədən kassasiya şikayətini və müddətin bərpasına dair ərizəsini 22 aprel 2025-ci il tarixdə vermiş, lakin prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir.
26. Hazırkı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası izah edir ki, iddiaçının birinci dəfə kassasiya şikayətini verərkən prosessual müddətin öt ürüməsi qanuni qüvvədə olan Ali Məhkəmənin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuşdur. Odur ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsini şəxsən aldığı tarixdən hesablanmaqla, kassasiya şikayəti verildiyi tarixə müddətin buraxılmamasına dair dəlili əsaslı hesab oluna bilməz. 27. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcud luğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
28. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndiri lə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
29. Kassasiya şikayətinin digər dəlili iddiaçının ərizəsinə baxılarkən onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasıdır. Həmin dəlil həmçinin açıq-aydın əsassızdır.
30. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2025-ci il tarixdə təyin edilmiş iclasının vaxtı və yeri barədə “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə göndərilmiş SMS bildirişlə şəxsən məlumatlandırılmış, habelə bu məlumat onun nümayəndəsi, vəkil Nümayəndə1 elektron kabinetinə yerləşdirilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmə diyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
32. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(104)-2029/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.