Məhkəmə qərarları › İş №2(102)-2066/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2066/2025

07.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2066/2025 07.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxoğlu Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi, vindikasiya iddiası, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu içəzurəm) hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı xxxoğlu Cavabdeh q arşı "torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-623/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 07 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ünvan 1ndə yerləşən 0.0698 ha torpaq sahəsinə sahiblik və ondan istifadə edir, həmçinin bu torpaq sahəsi üzərində istilikxana və istilikxanaya xidmət edən su quyusu inşa etdirmişdir.

2. Qeyd edilən torpaq sahəsi xxxoğlunun tam mülkiyyətindədir. (xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şə xsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ndə yerləşən 0.0698 ha torpaq sahəsi **********07 nömrəli daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.)

3. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2383/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsinə ücnüçü) şəxs xxxoğlu) qarşı ünvan 2nin həmin rayonun Xuluf kəndi ərazisində yerləşən 0,0698 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair xx.xx.2019-ci il tarixli qərarının ləğv edillməsi və torpaq sahəsinin ona satılması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. xxxoğlu (bundan sonra “”iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən Cavabdeh (bundan sonra “cavabdeh”) çıxarılması, üzərində inşa edilmiş qanunsuz istilikxananın cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, eləcə də ödənilmiş 100 (yüz) manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.0698 ha həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, iddiaçı həmin torpağı qanuni əsaslarla almış, adına 2020-ci ildən DƏDRX-dən çıxarış vardır. Hazırda cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbtdən azad etmir və ona təhvil vermir.

6. Məhkəmə baxışında cavabdeh iddianı qəbul etməyərək bildirmi şdir ki, o həmin torpaq sahəsini 10 ildir istifadə edir. Belə ki, həmin torpaq sahəsinin iddiaçıya məxsus olması barədə onun hər hansı məlumatı olmamışdır. O özü həmin torpaq sahəsini əvvəlki bələdiyyədən almışdır. Odur ki, iddia rədd edilməlidir.

7. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3898 rəyinə əsasən, Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 0.0698 ha torpaq sahəsinin 0.0665 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur.

9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1487/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçıya məxsus olan ünvan 1 ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabd ehin zəbtindən azad edilərək zəbt edilmiş həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. (X2)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən 0.0698 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsini cavabdeh istifadə edir.

11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Mülki Məcəllənin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır.

12. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır.

13. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzəri ndə heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1, 152.6, 157.2, 157.4, 157.8, Torpaq Məcəlləsinin 47, 84, 111-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehin istifadəsində olan torpaq sahəsi ilə bağlı gələcəkdə Keçili Bələdiyyəsi ilə aralarında alğı-satqı müqaviləsinin bağlanacağına dair razılaşmaları olmuşdur. Bununla bağlı olaraq o, məhkəməyə sübutlarını təqdim etmişdir. Buna baxmayaraq, məhkəmə onun təqdim etdiyi sübutlara obyektiv yanaşmayaraq iddia tələbini təmin etmişdir. Cavabdeh həmin torpaq sahəsini zəbt etmişsə, onda niyə Keçili Bələdiyyəsi bu 20 il ərzində torpaq sahəsinin zəbtdən azad olunması ilə bağlı ona bildiriş göndərməmişdir? Niyə cavabdehə həmin torpaq sahəsi üzərində 20 il istilikxana və su quyusunu inşa etdirərək orada əkin-biçin işlərini görməyə r azılıq verilmişdir? Eyni zamanda o, istifadəsində olan torpaq sahəsini satın almaq üçün Keçili Bələdiyyəsinin keçmiş sədrinə şəxsən özü min manat rüsum ödəmişdir. Keçili Bələdiyyəsinin keçmiş sədri isə həmin torpaq sahəsində gələcəkdə alğı-satqı müqaviləsi bağlayacaqlarına razılıq vermişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-623/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmamış, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3898 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 0.0698 ha torpaq sahəsinin 0.0665 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Həmin rəy əsaslıdır. Çünki ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına da istinad edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi də eyni m addi və prosessual hüquq normalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh (vəkil-Vəkil İsa qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmiş və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsindən 20 ildir ki, mübahisəsiz istifadə etmişdir. Artıq onun həmin torpaq sahəsindən istifadə hüququ yaranmışdır və həmin torpaq sahəsi ilə bağlı o, mülkiyyət hüquqlarının qeydə alınması ilə bag ̆lı DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə də müraciət edə bilərdi. Qanun normalarının tələbinə görə cavabdeh həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun tanınmasını da tələb edə bilər. İddiaçı onun həmkəndlisidir. O, cavabdehi kənd sakini olaraq yaxşı tanıyır. Hazırda mübahisə predmeti olan torpaqdan cavabdehin uzun müddətdir istifadə etdiyini, həmin torpaqda yaxşılaşma işləri apardığını, həmin torpaqda 10 ildən çoxdur ki, istilikxana qurduğunu və həmin istilikxanadan təyinatı üzrə istifadə etdiyini yaxşı bilir. Bunu bildiyi halda həmin torpaq sahəsini əldə etməkdə vicdanlı hesab oluna bilməzdi. Yaxud bələdiyyə həmin torpağın cavabdehin faktiki istifadəsində və sahibliyində olduğunu bildiyi halda həmin torpaq sahəsini iddiaçıya sata bilməzdi. Qanun normasının mənasına görə s ahiblik mülki-hüquqi mənada əşyaya faktiki olaraq nail olmaq, yiyələnmək və onu özündə saxlamaq kimi anlaşılır və sahiblik hüququ yalnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır. Cavabdeh də istifadəsində olan mübahisəli torpaq sahəsinin faktiki sahibidir və həmin torpaq sahəsindən gəlir əldə edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinin mənasına görə bu qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyəti nə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin torpaq sahəsi rəsmi qaydada satışa çıxarılırdısa həmin torpaq sahəsini ilkin olaraq almaq üçün cavabdehə təkif olunmalı idi. Cavabdehin həmin torpaq sahəsini almaq üçün üstünlük hüququm var idi. Lakin cavabdeh Bələdiyyə bu qaydalara əməl etməmişdir. Bununla da qeyd olunan qanun normalarını kobudluqla pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111 (1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qa nunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

25. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

26. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri i stənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

28. İşin müəyyən edilən hallarına görə də iddiaçıya məxsus 0,0698 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) 0,0665 ha hissəsindən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir və həmin hissədən çıxmır.

29. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.

30. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin qiymətlə ndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

31. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspertizanın rəyini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

32. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh şikayətində mübahisədə adı keçən torpaq sahəsini satın almaqda üstünlük hüququnun olması, həmin torpağın iddiaçıya satılması nəticəsində bu hüququn pozulması barədə dəlil irəli sürmüşdür.

33. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayaraq qeyd ed ir ki, əvvəla, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2383/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsinə ücnüçü) şəxs xxxoğlu) qarşı ünvan 2nin həmin rayonun Xuluf kəndi ərazisində yerləşən 0,0698 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair xx.xx.2019-ci il tarixli qərarının ləğv edillməsi və torpaq sahəsinin ona satılması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

34. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunma sı baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

35. Həmçinin hazırki iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaət ə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-623/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar