Məhkəmə qərarları › İş №2(102)-2067/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2067/2019

25.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2067/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanda yerləş ən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzilə İddiaçı qızma məxsus olan mənzildə təmir işləri aparmağına, eləcə də mənzilin; giriş qapısının qoyulmasına münasibətdə cavabdeh Cavabdeh MTK tərəfindən maneəçiliyin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İ.Vəliyev - sədrlik edən və məruzəçi, H.Həmidov və E.Həsənov) 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)547/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan pay haqqını ödəməklə aldığı ünvan 1 ünvanda yerləşən, 1 (bir) otaqdan ibarət, 236 saylı mənzilə girişinə, təmir işləri aparmağına, eləcə də, mənzilin giriş qapısının qoyulmasına maneəçiliyin cavabdehə qadağan edilməsi; iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 10,00 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh MTK-vi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, işin faktiki hallarına düzgün qiymət verilməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Qətnamə əsassız və qeyri-qanuni olduğu üçün ləğv edilməli və hazırki mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli mənzil üzrə müvafıq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə İddiaçı tərəfindən ödənilmiş, idd iaçının MTK-ya heç bir borcu qalmamışdır. Buna baxmayaraq, iddiaçı bu günə kimi mübahisəli mənzilə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi Mülki Məcəlləsinin 139.1 146.1, 152.1, 152.3, 152.5, 158.1.2, 158.4, 178.8, 228.1, 228.5, 152, 157.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun " Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasmda bağlanmış 24 dekabr 2009-cu il tarixli "xxxx" müqaviləyə əsasən, MTK ünvan 1 ünvanda yerləşən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzili alıcıya verməyi, alıcı isə pay haqqmı tam ödəməyi öhdəsinə götürmüşdür. 24.12.2009-cu il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı tərəfmdən mənzilin dəyəri tam ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəlidyi nəticə üzrə qeyd edilən müqavilə və maliyyə arayışından başqa, iddianın əsaslı olmasının təsdiqi kimi həmçinin də Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfındən verilmiş 02 mart 2018-ci il tarixli sorğuya cavab məktubuna da istinad etmişdir. Belə ki, sözügedən məktubdan görünür ki, istintaq orqanına təqdim edilmiş məlumatlara əsasən, Cavabdeh MTK-nın inşa etdiyi binanın 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqlı, 236 №-li mənzil MTK-nın sədri X1 tərəfindən təsdiq edilmiş 24.12.2009-cu il tarixli müqavilə və 25.668,00 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı qızma satılmış, həmin mənzilin digər şəxsə satılması haqqında məlumat daxil olmamışdır. İddia tələbinə əsasən son dövrlərdə, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzil ona təhvil, mənzildə kiçik təmir işlərini aparmağa icazə verilməmişdir. Bu kimi maneələrin aradan qaldırılması və son qoyulması ilə bağlı MTK-nın rəhbərliyinə dəfələrlə xəbərdarlıq etməyinə, hətta rəsmi qaydada müraciət etməyinə baxmayaraq, binada yerləşən mənzilinə giriş (çöl) qapısının qoyulmasına icazə verilməmişdir. Hər d əfə binanın təhvil verilməməsini bəhanə edən MTK rəhbərliyi, binanın təhvil verilməsi işini başa çatdırıldıqdan sonra təmirə başlamağın mümkün olduğunu bildirmişdir. Halbuki o, təmir yox, sadəcə kiçik ilkin təmir işləri aparmaq istəyir. Bu baxımdan qapı-pəncərələrin qoyulması, dizayn işlərinin görülməsi işlərindən başlamaq fıkrində olmuşdur. Son dövrlərdə, ona məxsus mənzilin kimlərsə tərəfindən giriş qapısı qoyulmaqla, təmir işlərinin getməsini müşahidə etdikdə MTK-ya bu barədə öz iradını bildirmiş, ona 17-ci mərtəbəni, yəni çardağı qəbul etməsi təklif olunmuş, lakin o, bundan imtina etmişdir. Buna görə hesab etmişdir ki, CavabdehMTK-nin rəhbərliyi tərəfindən ona məxsus olan mənzilin təmir işlərinə, giriş qapısının qoyulmasma maneçiliklər aradan qaldırılmalı və bu cür maneçiliklərirı cava bdehə qadağan edilməlidir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etməsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, mübahisəli mənzil başqa şəxsin adına qeydiyyatdan keçmiş və həmin mənzillə bağlı iddiaçıya müqavilənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi gedir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxılarkən iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halların əsaslı olub-olmamasına qiymət verilməsi üçün ilk növbədə apellayasi şikayətinin dəlillərinə hüquqi qiymət verməli idi. Belə ki, kollegiyanın qənaətinə görə şikayətdə buna dair sənədlər əlavə edilməsə də, mübahisəli mənzillə bağlı başqa şəxsin adına müq avilə bağlanması barədə məlumat verilməsi cavabdeh MTK-nın iddiaçının adına olan müqavilənin qanuniliyinin onlar tərəfindən şübhə altına alınmasına dəlalət edir. Bundan əlavə, mübahisəli mənzillə bağlı başqa şəxsin adına müqavilə bağlanması barədə məlumat maraqlarına toxunan şəxsin işə cəlb olunmasına dair məsələnin müzakirə edilməsi üçün də hüquqi əsas olmasına apellyasiya instansiyası məhkəməsi diqqət yetirməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin məzmununda göstərilən diqqətəlayiq olan digər məqamla, yəni, ona məxsus mənzildə kimlərsə tərəfindən giriş qapısı qoyulmaqla, təmir işlərinin getməsini müşahidə etməsini göstərməsi ilə bağlı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu təmir işlərinin kimin tərəfindən aparılmasını göstərm əməsinə, ümumiyyətlə belə bir halın həqiqətən də mövcudluğuna qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsini qanuni və əsaslı saymaq olmaz. Belə ki, iddianın mahiyyəti "mənzilə dair maneələrin aradan qaldırılması"ndan ibarət olduğu üçün işə baxan məhkəmələr bu maneələrin həqiqətən də mövcud olmaqla onun kim və ya kimlər tərəfindən yaradılmasını təsdiq edən sübutlara qiymət verməli idi. Bunun üçün isə iddia qaldırılanda və işə apellyasiya icraatı qaydasında baxılarkən cavabdehin nümayəndəsinin iştirakı təmin edilməklə mənzilin faktiki kimin sahibliyindən olubolmaması, mənzildə təmir-işlərinin aparılmasını, aparıldığı təqdirdə kimin və ya kimlərin tərəfindən bunun həyata keçirilməsini araşdırmalı və müəyyən edilmiş hallara qanunvericiliyə uyğun surətdə hüquqi qiymət verilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək yuxarıda qeyd edilən hallarla bağlı ətraflı araşdırma aparmamaqla yanaşı qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.5-cü maddələrini də hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bu normaların tətbiqini əsaslandırmamışdır. Belə ki, qeyd edilən normalar yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərin yaşayış binasından istifadə hüququ ilə bağlı məsələləri tənzimləyir ki, hazırki işdə belə bir mübahisələrin olması görünmür. Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xü susi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara hüquqi qiymət veməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya ins tansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, apellyasiya şikayətinin dəlillərinə mübahisəli mənzillə bağlı kassasiya şikayətinə əlavə edilmiş X1 adına olan 11.07.2015-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışında göstərilən məlumatlar üzrə araşdırma aparmalı, eləcə də, həmin şəxslə iddiaçının adlarına verilmiş müqavilələrdə göstərilən mənzillərin eyni mənzil olub-olmamasını müəyyənləşdirməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar