Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2068/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh1 Acıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işçilərin sayı və ya ştatlarının ixtisarına görə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Cavabdeh1 ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialı cəlb olunmaqla) işə bərpa edilməsi t ələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)11256/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 28 yanvar 2015-ci il tarixli 12 saylı əmrlə Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına mütəxəssis, 02 avqust 2016-cı il tarixli 504/k saylı əmrlə filialın xidmət bölməsinə əməliyyat üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh1 ASC-nin İdarə Heyətinin 19.02.2022-ci il tarixli, 08 saylı qərarı ilə “Universal işçi” layihəsinin rəsmiləşdirilməsi məqsədə müvafiq edilmiş və filiallarda bank xidmətlərini optimallaşdırmaq və xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə İdarə Heyətinin 21.10.2020-ci il ta rixli 67 saylı qərarı ilə filialların yeni strukturu təsdiq edilmişdir. Bunun nəticəsində filiallarda bir neçə funksiyalar birləşdirilərək unifikasiya edilmiş, uyğun olaraq yeni vəzifələr yaradılmış və bəzi ştatlar ixtisar edilmişdir.
3. İddiaçıya filialların yeni strukturunun təsdiq edilməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə 19.04.2021-ci il tarixli xəbərdarlıq məktubu yazılmış, onunla əmək münasibətlərinin 21.06.2021-ci il tarixdən dayandırılacağı barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmaq məqsədi ilə bir iş günü əmək funksiyasını yerinə yetirməkdən azad edildiyi bildirilmişdir.
4. İddiaçı həmin xəbərdarlıq məktubunu imzalamaqdan im tina etmişdir. Bu barədə işə götürən tərəfindən 19 aprel 2021-ci il tarixdə akt tərtib edilmişdir.
5. İddiaçı 20.04.2021-ci il tarixdə elektron məktubla işəgötürənə müraciət edərək, onun ikinci qrup müharibə veteranı olması, 37 il bank təcrübəsinə malik olub qiymətləndirmədə 63%, “Universal layihə” çərçivəsində 45% göstəricisinin olduğunu bildirərək, onun ştatının ixtisarının qanunsuz olduğunu bildirmişdir.
6. Cavabdeh1 ASC-nin 315-f-k saylı, 14 iyun 2021-ci il tarixli əmri ilə Bankın Cəbrayıl rayon filialının Xidmət Bölməsinin Əməliyyat üzrə mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21.06.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
7. İddiaçıya həmin əmrin surəti təqdim edilmiş, lakin iddiaçı əmrin nüsxə sini qəbul etməkdən imtina edib, iş yerini tərk etmiş, bu barədə işəgötürən tərəfindən akt tərtib olunmuşdur. Eyni zamanda iddiaçıya 21 iyun 2021-ci il tarixdə teleqram göndərilərək X2 İdarə Edilməsi Departamentindən əmək kitabçasını götürməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh1 ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialı cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının 14 iyun 2021-ci il tarixli, 315 nömrəli əmrinin ləğv edilməsi və onun Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının xidmət bölməsinə əməliyyat üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İİ dərəcəli əlilliyi və müharibə iştirakçısı olduğuna görə, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilə bilməz. İddiaçı onun Cəbrayıl rayonundan məcburi köçkün düşməsi, 1-ci Qarabağ müharibəsindəki döyüşlərdə yaralanması, buna görə də veteranlıq və əlillik vəsiqələri verilməsini, həmçinin arvadı X1 da 2-ci qrup əlil olmasının nəzərə alınmadığını bildirmişdir.
10. İddiaçı tələbinin maddi-hüquqi əsasları kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2, 79 və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 24.1-ci maddələrinə istinad etmişdir.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 məhkəməyə iddia müddət inin tətbiqi barədə ərizə təqdim etmiş və bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə 14 iyun 2021-ci il tarixli 315 f-k saylı əmrlə 21 iyun 2021-ci il tarixində xitam verilmişdir. Əmr həmin tarixdə tanış olması üçün iddiaçıya təqdim edilmiş, lakin iddiaçı əmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdə filialın əməkdaşlarının iştirakı ilə iddiaçının əmrlə tanış olmaqdan imtina etməsi, onu imzalamaqdan və nüsxəsini əldə etməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. Eyni zamanda 21 iyun 2021ci il tarixdə iddiaçıya teleqram göndərilərək əmək kitabçasının götürülməsi üçün müraciət etməsi xahiş edilmişdir. Yəni iddiaçının 21 iyun 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə dolğun məlumatı olmuş, məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı da həmin tari xdən hesablanmalıdır. Lakin iddiaçı iddia müddətini ötürməklə iddia vermişdir.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5487/2021 nömrəli, 02 sentyabr 2021ci tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı əmək müqaviləsinə 14.06.2021-ci il tarixli, 315 fk saylı əmrlə 21.06.2021-ci il tarixində xitam verilmiş, əmr həmin tarixdə tanış olması üçün iddiaçıya təqdim edilmişdir. Lakin iddiaçı əmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdə filialın əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Eyni zamanda 21.06.2021-ci il tarixində İddiaçı teleqram göndərilərək əmək kitabçasının götürülməsi üçün müraciət etməsi xahiş olunmuşdur. Yəni, İddiaçı 21.06.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi ba rədə tam məlumatı olmuşdur. İddiaçı onunla bank arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olduğuna görə məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı da həmin tarixdən hesablanmalıdır. İddiaçı isə, məhkəməyə iddia müddətini ötürməklə müraciət etmiş, iddiaçının müraciəti məhkəməyə 28.07.2021-ci il tarixdə daxil olmuşdur.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh1 ASC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə 1 aylıq iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi təmin edilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.1 və 375.2-ci maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır.
16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 21.07.2021-ci il tarixinin Qurban bayramı olduğunu nəzərə almamış, iddia müddətinin son gününün 21.07.2021-ci il olmasına görə, Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinə görə iddia müddətinin son gününün 22.07.2021-ci il hesab edildiyini və həmin gün də iddiaçının iddia ərizəsinin poçta verilərək məhkəməyə göndərildiyinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ic raat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 24 noyabr tarixli, 2(103)11256/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrik edən və məruzəçi), F.Ş.Talışınski və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası qeyd etmişdir ki, «Birinci instansiya məhkəməsi 21.07.2021-ci il tarixinin Qurban bayramı olduğunu nəzərə almamış, iddia müddətinin son gününün 21.07.2021-ci il olmasına görə, Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinə görə iddia müddətinin son gününün 22.07.2021-ci il hesab edildiyini və həmin gün də iddiaçının iddia ərizəsinin poçta verilərək məhkəməyə göndərildiyinə hüquqi qiymət verməmişdir.
20. İşəgö türən İddiaçılə əmək müqaviləsini “Universal işçi” layihəsinə uyğun olaraq ştatların ixtisarı ilə əlaqədar ləğv etmişdir. Həmin layihənin mahiyyəti ondan ibarətdir ki, filiallarda mövcud olan satış bölməsi və xidmət bölməsi üzrə ştatlar ləğv edilərək vahid bölmə yaradılmışdır. Yeni yaradılmış bölmə xidmət bölməsi adlandırılmışdır. Yeni yaradılmış bölmə üzrə ştatların funksiyaları ləğv edilmiş, həmin bölmələrdən fərqli olaraq universal xidmətin həyata keçirilməsinə istiqamətlənmiş və bunun nəticəsində Bankda eyni zamanda bir neçə istiqamət (satış və xidmət) üzrə xidmətlərin icra edilməsi təmin edilmişdir. Belə ki, “Universal işçi” layihəsi nəticəsində yaradılmış ştatlarda çalışan əməkdaşlar tərəfindən həm kredit satışı həyata keçirilir, həm də müştərilərin müraciətlərinə uyğun olaraq bank ə məliyyatları aparılır. İşəgötürən bununla boşdayanma hallarının qarşısını almış, eyni zamanda müştərilərin uzun müddət filiallarda gözləməsinin aradan qaldırılmasına nail olmuşdur. Göründüyü kimi Bank tərəfindən əmək müqaviləsinin ləğv edilməsi yuxarıda qeyd edilən obyektiv zərurətdən yaranmış və tam əsaslı olmuşdur.
21. İşəgötürən tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 770ci maddəsinə müvafiq olaraq, iddiaçının əmək stajı 10 ildən çox olduğu üçün ona doqquz təqvim həftəsi əvvəl yazılı bildiriş təqdim edilərək diqqətinə çatdırılmışdır ki, Cəbrayıl rayon filialının Xidmət bölməsinin əməliyyat üzrə mütəxəssis ştatının ləğv edilməsi ilə əlaqədar onunla Bank arasında ba ğlanmış əmək müqaviləsi ləğv ediləcək. Həmçinin bu maddənin digər bəndlərində nəzərdə tutulmuş müvafiq təminatlar Bank tərəfindən təmin edilmişdir. Lakin iddiaçı xəbərdarlıq məktubunu (bildirişi) qəbul etməkdən imtina etmişdir. Bununla bağlı cavabdeh tərəfindən 19.04.2021-ci il tarixində Filialın əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Eyni zamanda bildiriş poçt vasitəsi ilə İddiaçı göndərilmişdir. Bildiriş iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə 14.06.2021-ci il tarixli, 315 f-k saylı əmrlə 21.06.2021-ci il tarixində xitam verilmiş, əmr həmin tarixdə tanış olması üçün iddiaçıya təqdim edilmişdir. Lakin iddiaçı bu dəfə də əmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdə filialın əməkdaşlarının iştirakı ilə iddiaçının əmrlə tanış olmaqdan imtina etməsi, onun imzalamaqdan və nüsxəsini əldə etməkdən imtina etməsi ilə bağlı akt tərtib olunmuşdur. Eyni zamanda həmin tarixdə 21.06.2021-ci il tarixində İddiaçı teleqram göndərilərək əmək kitabçasının götürülməsi üçün aidiyyəti üzrə müraciət etməsi xahiş olunmuşdur.
23. Bundan başqa, İddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən təqdimatla Bankın həmkarlar ittifaqı təşkilatına müraciət olunmuşdur. Həmkarlar ittifaqı təşkilatının 06.04.2021-ci il tarixli qərarı ilə Cəbrayıl rayon filialının Xidmət bölməsinin Əməliyyat üzrə mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi məqbul hesab edilmişdir.
24. Əmək qanunvericiliyi işəgötürənə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək imkanı yaradır. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. İşəgötürən işin həcminə, mövcud iqtisadi vəziyyətə, müəssisənin gələcək plan və hədəflərinə uyğun olaraq ştat və işçi sayını artıra və ya azalda bilər. Ştat ixtisarı dedikdə, müəyyən olunmuş qaydada müvafiq vəzifə üzrə bir, yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq ştatların ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Ştatın ixtisarə həm də işlərin ümumi həcmi saxlanılmaqla işçilərin vəzifələri yenidən bölüşdürüldükdə və nəticədə zəruri işlərin sayı azaldıqda mümkündür.
25. İddiaçının ştatatın i xtisarı zamanı İİ dərəcə əlilliyi və müharibə iştirakçısı olduğu üçün işdə saxlanılmaqda üstünlük hüququna malik olması barədə əsaslandırması Əmək Məcəlləsinin tələblərinə və işin faktiki hallarına uyğun deyil.
26. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsində qeyd edilir: İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müvafiq kateqoriyalı şəxslərin işdə saxlanmasına üstünlük verir. Maddənin də məzmunundan aydın olduğu kimi işçinin peşəkarlıq səviyyəsini müəyyən etmək qanunvericiliklə işəgötürənə həvalə edilmiş səlahiyyətdir. İşəgötürən ixtisar ediləcək işçilərin kimliyini müvafiq qiymətləndirmə aparmaqla müəyyən edir. İddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Filialın müvafiq bölməsinin əməkdaşları arasında yeni yaradılmış ştatlara uyğunluq üzrə qiymətləndirmə aparılmışdır. Qiymətləndirmənin qeyri-obyektiv aparılmasına dair dəlillər müəyyən edilməmiş və işçilərə öz bilik və bacarıqlarım nümayiş etdirə bilməsi üçün bərabər imkanlar yaradılmışdır. Lakin İddiaçı qiymətləndirmə zamanı digər işçilərdən aşağı nəticə göstərmişdir. İddiaçının nəticəsi iddiaçının özünün də etiraf etdiyi kimi qiymətləndirmədə iştirak edən digər işçilərin nəticələrindən nə yu xarı, nə də onlara bərabər olmamışdır. İddiaçının nəticəsi aşağı olduğu üçün onun Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbinə əsasən işdə saxlanılmaqda üstünlük hüququ yaranmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən işdə saxlanılmaqda üstünlük hüququ yalnız qiymətləndirmə nəticələri eyni (bərabər) olduqda yaranır. Qiymətləndirmənin sonunda daha yaxşı nəticə göstərmiş işçi isə işdə saxlanılır. Müvafiq hüquqi mövqe “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanununda da öz əksini tapmışdır.
27. Sözügedən Qanunun 24.3-cü maddəsində qeyd edilir ki. işçilərin sayı və ya ştatları ixtisar edilərkən, müvafiq peşələr (vəzifələr) üzrə işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəli yi nəticəsində əlilliyi olan şəxsin işdə saxlanılmaq üçün üstünlük hüququ vardır.
28. İddiaçının tələbinin əsassız olmasını Əmək Məcəlləsinin 79-cu maddəsi də təsdiq edir. Həmin maddədə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısı qeyd edilmişdir. Bu siyahıda müharibə iştirakçısı və ya əlillik dərəcəsi (həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilər istisna olmaqla) olan şəxslər nəzərdə tutulmamışdır.
29. Bu isə qanunvericiliyə əsasən həmin kateqoriya şəxslərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvinin mümkünlüyünü bir daha təsdiq edir. Yəni qanunvericilikdə İddiaçılə Bank arasında imzalanmış əmək müqaviləsinin ƏM- nin 70-ci maddəsinin “b" bəndi ilə ləğv o lunmasına dair heç bir məhdudiyyət nəzərdə tutulmamışdır.»
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 77, 78-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri.
32. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin əsassız olduğunu bildirərək, şikayətin rədd olunmasını xahiş etmişdir. Pr osessual məsələlər
34. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
35. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydala rına əməl etmək; Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə
78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
37. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416.1)
39. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3)
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıx ış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
44. İşə baxmış məhkəmə kollegiyası da işin hallarını bu normanın dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını müəyyən etmiş və əmrin qanunauyğun olduğu barədə nəticəyə gə lmişdir.
45. Məhkəmə müəyyən etmişdir ki, əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən olunan zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, 77-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının işdə saxlanmağa üstünlüyü olan şəxslər kateqoriyasına aid olan hallar olmamışdır.
46. Kassatorun işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlilləri kassasiya instansiyası məhkəməsində araşdırılmır və onlara qiymət vermir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2021-ci il 24 noyabr tarixli, 2(103)11256/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.