Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2068/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1350/2024 nömrəli,14 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasov arasında bağlanmış xx.xx.2019-cu il tarixli 947 nömrəli əmək müqaviləsinə əsasən Ağayev X2 Sukanal sahəsinin iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun 12-ci dərəcə ilə qrup rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra, əmək müqaviləsinə dəyişiklik edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən Göyçay Sukanal sahəsinin Abonentlərlə iş qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. 2. "xxxx" ASC-nin "xxxx" MMC-nin 17 dekabr 2019-cu il tarixli 256 saylı əmri ilə iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyalarını tam yerinə yetirmədiyinə görə dekabr ayı üçün nəzərdə tutulmuş əmək haqqının 20% məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli 45 saylı və 28 sentyabr 2022-ci il tarixli 105 saylı əmrləri ilə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. "xxxx" ASC-nin "xxxx" MMCnin 12 fevral 2023-cü il tarixli 18 saylı əmri ilə İddiaçı işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
3. İddiaçı tərəfindən "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmiş, 07 iyun 2023-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublik ası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC (bundan sonra-cavabdeh) və "xxxx" ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işəgötürənin 7 iyun 2023-cü il tarixli, 16-k saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və "xxxx" ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin onun barəsində "xxxx" ASC-nin "xxxx" MMC-yə verməsi qeyd olunan təqdimatın qanunsuz hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi dövrdə üzərinə düşən vəzifələri layiqincə icra etmiş, onunla bağlı heç bir şikayət və neqativ xarakterli müraciət daxil olmamışdır. Zərurət yarandıqda müfəssəl şəkildə xidməti məlumat yazaraq rəhbərliyi məlumatlandırmışdır. Cari ilin iyun ayının 6da ona sahənin kargüzarlığından məlumat verilərək bildirilmişdir ki, cavabdehə dəvət olunmağı ilə bağlı telefonoqram daxil olmuşdur. Həmin telefonoqramda onun istehsalat zərurəti ilə bağlı dəvət olunduğu qeyd olunmuşdur. Ona Bakıya getməyi üçün həmin telefonoqramla bağlı xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ezamiyyət vərəqəsi verilmişdir. Bakı şəhərinə gedərək cavabdehdə olmuş, orada ona 2022-ci il ərzində satış və ödəniş göstəriciləri, çatışmazlıqların araşdırılması ilə bağlı izahat yazmağı tələb olunmuşdur. O üzərinə düşən v əzifəni icra edərək ətraflı izahat yazmış, satış və ödəniş göstəriciləri, çatışmazlıqların səbəbi və digər zəruri məlumatları ətraflı şəkildə göstərmişdir. Cavabdehdə olan zaman orada olan şəxslərin davranışlarından ona izahat yazdırmalarının əsl səbəbinin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyinin olduğunu anlamışdır. İzahat yazdıqdan sonra məcburiyyət qarşısında qalıb xx.xx.2023-cü il tarixdə işdən çıxmağı barədə ərizə vermişdir. Belə ki, izahat alınmamışdan əvvəl və sonra istər Göyçay şəhərində, istərsə də Bakı şəhərində vəzifəli şəxslər ona öz ərizəsi ilə işdən çıxmağını məsləhət bilmişlər.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5608/2023 saylı, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.B.Xuduyev) iddia rədd olunmuşdur.
7. Məhkəmə idd iaçının xx.xx.2023-cü il tarixdə ezamda olması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməməsi barədə sübutuna qiymət verərək hesab etmişdir ki, həmin sübut mötəbər, əsaslı, qanuni deyildir. Belə ki, “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli, Q-01 saylı qərarından görünür ki, Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ezamiyyə vərəqəsi ndə iddiaçının ezam olunduğu yer tərəfindən ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində hər hansı qeydiyyat aparılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-yə xidməti araşdırma zamanı müəyyən edilmiş nöqsanlarla bağlı izahat alınması üçün dəvət edilmişdir və həmin tarixdə ondan bu barədə izahat alınmışdır. Məhkəmə bu hala qiymət verərək hesab etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də olması onun ezamiyyətdə olması kimi qiymətləndirilə bilməz.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin mə hkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Belə olan halda, işçi ilə əmək müqaviləsinə həmin tarixdən xitam verilməlidir və işçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri çıxdıqdan sonra işçinin işdən çıxmaq barədə ərizəsinin geri götürülməsi qanunda göstərilməmişdir və qanunamüvafiq deyildir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir
10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 42-ci maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 79-cu maddəsinin 1-ci hissəsinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra–MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1350/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə ( hakimlər - A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
15. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 42-ci maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 79-cu maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi gün əmək müqaviləsinə xitam vermək niyyətinin 69.3-cü maddədə qeyd olunan əsaslardan hansı ilə əlaqədar olması barədə məhkəmə araşdırması aparmamış, yalnız işçinin təzyiq altında verdiyi ərizəsinə istinad etmişdir. Halbuki, mübahisənin predmeti də məhz bundan ibarət idi ki, həmin ərizə məhz təzyiq altında yazılmışdır. İddiaçı özünün işdən çıxarılmasına təzyiq edilməsi üçün Bakı şəhərinə ezamiyyəyə göndərildiyini iddia etdiyi üçün məhkəmə məhz bu faktın mövcudluğunun səbəblərini araşdırmalı idi ki, nəyə görə iddiaçı işdən çıxarıldığı gün ezamiyyəyə göndərilirdi. Lakin, məhkəmə qətnaməsində ezamiyyə vərəqəsinin nə üçün verilməsinin səbəbləri barə də hər hansı qeyd yoxdur. Məhkəmə cavabdehin iddiaçının iş gününün sonunun bitməyini gözləmədən saat 15:00-dan da daha əvvəl işdən çıxarılmasının səbəbini araşdırmamış, beləliklə iş üçün əhəmiyyət daşıyan bu hala hər hansı hüquqi qiymət verməmişdir. Beləliklə, ezamiyyə vərəqəsinin mövcudluğunun səbəbləri araşdırılmadan, onun mövcudluğundan irəli gələn şübhələr aradan qaldırılmadan qətnamə qəbul edilmiş və nəticədə Mülki Prosessual Məcəllənin 88-ci və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 3(hissə 5). Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflə rin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
20. Maddə 42(hissə 2). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
21. Maddə 68(hissə 2 “a” bəndi). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
22. Maddə 79(hissə 1). İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır v ə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı işəgötürənin adına izahat yazdıqdan sonra məcburiyyət qarşısında qalaraq xx.xx.2023-cü il tarixdə işdən çıxması barədə ərizə yazdığını qeyd etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
37. Əvvəla, “X1nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli, Q-01 saylı qərarından görünür ki, Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqın da hər məntəqədə, ayrıca qeyd edilir.
38. Digər tərəfdən xx.xx.2023-cü il tarixli ezamiyyə vərəqindən görünür ki, iddiaçı cavabdehin Göyçay Sukanal sahəsindən xx.xx.2023-cü il tarixdə istehsalat zərurəti ilə əlaqədar olaraq cavabdehə ezam edilmiş və xx.xx.2023cü il tarixdə işdə olmuşdur, lakin onun cavabdehdə ezamiyyətdə olması barədə cavabdeh tərəfindən hər hansı qeydiyyat aparılmamış və bu möhürlə təsdiq olunmamışdır.
39. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə xidməti araşdırma zamanı müəyyən edilmiş nöqsanlarla bağlı izahat alınması üçün dəvət edilmişdir və həmin tarixdə ondan bu barədə izahat alınmış, sonuncunun xx.xx.2023-cü il tarixdə cavabdehdə olması onun ezamiyyətdə olması anlamına gəlmir. Bundan əlavə, Əmək Məcəlləsində işçinin ezamiyyətdə olduğu vaxtda 68-ci mad dənin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasının qadağan edilməsi ilə bağlı hər hansı qayda, norma nəzərdə tutulmamışdır.
40. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qə rara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)-1350/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.