Məhkəmə qərarları › İş №2(102)-2069/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2069/2019

04.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2069/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2018-cb il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-557/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qiyabi qətnaməsi ilə (hakim A.Mirzəzadə) iddia tələbinin təmin edilməsi, 38000 manat əsas borc, gecikdirilmiş vaxt üçün 2850 manat, cəmi 40850 manat və məhkəmə xərcinə görə 30 manat məbləğində pul vəsaitinin C avabdeh tutularaq İddiaçı ödəniməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-4148/2016 saylı, 02 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: T.Səmədov, İ.Şirinov və T.Əliyev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-557/2016 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5792/2017 nömrəli, 31 avqust 2017-ci il tarixli qərarı ilə (hakimlər: V.İbayev, A.İsgəndərov və R.Nəbizadə) Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-4148/2016 saylı, 02 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-744/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova, İ.Vəliyev və E.Həsəno v) Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-557/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Rəfail oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-744/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh 38.000 (otuz səkkiz min) manat pul məbləği və həmin pul məbləği Mülki Məcəllənin 447.5-cı maddəsinə əsasən 2 il gecikdirmə müddəti nəzərə alınmaqla hər gecikdirilmiş il üçün borc məbləğinin 5 %-i hesab edilməklə və ümumilikdə 10 % olmaqla 6000 (altı min) manat ümumilikdə cəmi pul məbləği 44.000 mana tın və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faiz borcunun hesablanması ilə bağlı yanlışlığa yol verdiyini bildirmiş və faiz borcunun azaldılaraq, 2850 manat məbləğində tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Rəfail oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-744/2018 saylı, 19 y anvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 21 yanvar 2014-cü il tarixli “Mövcud borcun etirafı haqqında” mücərrəd müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən borcun etiraf edən cavabdeh etiraf etmişdir ki, borc verənə (iddiaçıya) 38000 (otuz səkkiz min) manat borcu var. Aralarındakı razılığa əsasən öhdəsinə götürmüşdür ki, həmin borcu üç ay müddətinə, yəni 21.04.2014-cü il tarixədək ona qaytaracaq. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək h üququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borcun etirafı haqqında müqavilə olduğundan, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya olan 38000 manat borcunu üç ay müddətinə, yəni 21.04.2014-cü il tarixədək qaytarmaq öhdəliyi daşıdığından, lakin öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, apelyasiya instansiyası məhkəməsi borcun tutulmasına dair hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin borclu tərəfindən icranın gecikdirilməsinə görə qanunla müəyyən edilmiş gecikdirilmiş borc məbləğinin illik 5%-nin tutulması ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 445.1-ci, 445.4-cü və 445.7-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə anı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxtın illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflər arasında bağlanmış 21.01.2014-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 1-ci bəndinə əsasən cavabdeh borcu üç ay müddətinə, yəni 21.04.2014-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı digər əsaslardan çıx ış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, cavabdeh gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Cavabdeh 21.04.2014-cü il tarixdən iddia ərizəsinin verildiyi 19.10.2015-ci il tarixədək borcun ödənilməsini gecikdirdiyi vaxt 1 il 6 ay təşkil edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdeh 1 il üçün 1900 manat, 6 ay üçün isə 950 manat, cəmi 2850 manat gecikdirilmiş vaxt üçün faiz ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbini təmin etməklə 38000 manat əsas borcun, gecikdirilmiş vaxt üçün 2850 manat, cəmi 40850 manat və məhkəmə xərcinə görə 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinini qət etməklə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gə lmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Rəfail oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar