Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2069/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2069/22 (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, hərrac keçirən təşkilatın vəzifələri) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10165/2021 nömrəli, 24 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları,
1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(009)428/2018 saylı qətnaməsi ilə “Nikoyl “ İKB ASC-nin (hazırda Cavabdeh2 ASC) iddiası qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 16.01.2015-ci il tarixli kredit muqaviləsinin ləğv edilmiş, İddiaçı əsas, faiz və borcu olaraq, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc tutulmuş, tələb İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/ m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilmiş, həmin əmlakların açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 85.000 manat, əmlak kompleksinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Qətnamə icra edilmiş, "xxxx" MMC-nin təşkil etdiyi hərrac nəticəsində Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilini 54188 manata 21.01.2020-ci il tarixli, Y-03/1 saylı protokol və alğı-satqı müqaviləsi əsasında ipoteka saxlayan “Yello Bank” ( "xxxx" İKB ASC) almışdır.
3. Mübahisə qeyd edilən mənzilin hərracda satılması ilə bağlı yaranıb. b) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə Sabail rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin satılması ilə bağlı hərracın yekunları barədə 21.01.2020-ci il tarixli, 03/1 saylı protokolun etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 iyun 2018-ci il tarixli, 2(009)-428/2018 saylı icra vərəqəsinə əsasən icra üzrə icraat başlanılmışdır. Səbail r ayon İcra və Probasiya Şöbəsi heç bir qiymətləndirmə aparmadan 15 oktyabr 2019- cu il tarixli, 81228/19-16- 157364 nömrəli məktubla "xxxx" MMC-yə müracət edərək Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində, ev 7/9, mənzil 2-nin hərraca çıxarılmasını sifariş etmişdir. Bundan sonra həmin əmlak kompleksi açıq hərraca çıxarılmış və 21 yanvar 2020-ci il tarixli,Y-03/1 saylı "xxxx"a əsasən 35 063 manata Yelobank ASC-yə satılmışdır.
6. Keçirilmiş hərraclar qanunsuz olub, belə ki, iddiaçıya hərrac barədə heç bir məlumat verilməyib və bildirişlər ünvana göndərilməmişdir. Həmçinin əmlak satılmadığı halda onun dəyərinin ödənilməsi barədə iddiaçıya məlumat verilməmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-869/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin ed ilərək, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin satılmasına dair “hərracın nəticələri haqqında 21.01.2020ci il tarixli, 03/1 protokol etibarsız hesab edilmişdir. (hakim Şəhla Süleymanova)
8. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandrımışdır ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmadığı üçün hərracın keçirilməsi qaydaları pozulub, "xxxx" MMC tərəfindən İddiaçı bildirişlər göndərilmiş, qapı bağlı olduğundan geri qayıtmışdır. Halbuki "xxxx" MMC artıq birinci bildiriş qapı bağlı olduğu üçün geri qayıtdığından ipoteka qoyanı məlumatlandırmaq üçün bildirişi ipoteka qoyana çatdırılması üçün Mənzil Kommunal Təsərrüfa t Birliyinə təqdim edə bilərdi. Bu hal isə ona dəlalət edir ki, ipoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildiriş çatdırılmadığından onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 415.2, 416-ci, “İpoteka haqqında” Qanunun 41.1, 42.1, 42.3, 43.7, 43.9 və 44-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh2 ASC apellyasiya şikayəti şikayəti verib, qətnamənin ləğv, iddianını rədd edilməsini edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozulmasına istinad edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki 2(103)-1154/2020 nömrəli, 03 fevral 2021-ci il tarxili qətnaməsi ilə ape llyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-869/2021 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sərlik edən və məruzəçi), Tofiq Səmədov, Anar Tanrıverdiyev)
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edib ki, "xxxx" MMC artıq birinci bildiriş qapı bağlı olduğu üçün geri qayıtdığından ipoteka qoyanı məlumatlandırmaq üçün bildirişi ipoteka qoyana çatdırılması üçün Mənzil Kommunal Təsərrüfat Birliyinə təqdim edə bilərdi. İpoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildiriş çatdırılmadığından və onun hərracda iştirak etmək imkanı təmin olunmadığından iddia tələbinin təmin edilməsi ilə bağlı gəlinən nəticə düzgün olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh2 ASC kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlilləri: - məktubların (bildirişlərin) ünvana çatdırılmamasına görə nə bank, nə hərrac təşkikatı heç bir məsuliyyət daşımır. İddiaçı məhkəmə qətnamələrindən xəbərdar olduğundan, sonunda mənzilin hərraca çıxarılıb satılacağını bilməli idi; - bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil və anlaşılmazdır. Yəni, Cavabdeh2 ASC-nin hərracın nəticələrinə dair protokolun etibarsız hesab edildikdən sonrakı hərəkətlər, əmlakın yenidən qiymətləndirilibqiymətləndirilməməsi, yaxud hansısa qiymətlə yenidən hərracın keçirilməsi və sair bu kimi hallar qətnamə ilə müəyyən edilməmişdir. Bu isə birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin icrası zamanı anlaşılmamazlıqlara səbəb ola bilər; - həmçinin, bu hal iş üzrə qüvvədə olan digər məhkəmə qətnaməsinin də icrasına maneə olacaq. Belə ki, iddiaçı eyni predmet və əsasla məhkəməyə müraciət edərək, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksinin satılması ilə bağlı hərracın yekunları barədə 21.01.2020-ci il tarixli, 02/2 protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-870/2020 saylı 26 oktyab r 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasmın 03.03.2021-ci il tarixli 2(103)-1791/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4499/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1154/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına göndərilmişdir.
17. Kassasiya instansiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyilə razılaşmayaraq qeyd edib ki, əvvəla, məhkəmələr hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya çatmamasına və hərrac təşkilatının onların çatdırılması üçün bild irişləri Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edə bilməsinə istinad etsələr də, işin sübuta yetirilmiş halı ondan ibarətdir ki, hərracın keçirilməsinə dair bildirişlər hər dəfə sifarişli məktubla (qanunda yazılan kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmışdır. Hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmişdir. Belə vəziyyətdə qanunverici hərrac təşkilatının üzərinə həmin məktubu mənzilə xidmət göstərən Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilməsini nəzərdə tutmamışdır.
18. Bundan başqa, Mülki Məcəllənin 415.2. maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bil diriş, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
19. Məhkəmələr müəyyən etmişlər ki, "xxxx" MMC Səbail rayon İcra Şöbəsinə, "xxxx" İKB ASC-yə, İddiaçı 15 noyabr 2019- cu il tarixli, 1061 saylı bildiriş göndərərək Səbail rayon İcra şöbəsinin 15.10.2019-cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 7/9, mənzil 2-nin 85.000 manata ilkin satış qiyməti ilə satılması üçün açıq hərracın 11 dekabr 2019-cu il tarixə, saat 11:00-a təyin edilməsini məlumat vermişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri ” və “Market” qəzetlərinin 15.11.19-cu il tarixli nəşrlərində Lot 573/19 nömrə ilə mənzillə bağlı açıq hərracın 11 dekabr 2019-cu il tarixdə keçiriləcəyi qeyd edilmişdir. 20. "xxxx" MMC-nin Səbail rayon İcra Şöbəsinə, "xxxx" İKB ASC-yə, İddiaçı ünvanlanmış 13 dekabr 2019- cu il tarixli, 1203 saylı bildirişindən aydın olur ki, Səbail rayon İcra şöbəsinin 15.10.2019- cu il tarixli sifarişli məktubuna əsasən qeyd edilən mənzilin təkrar hərracda 72250 manatla satılması üçün açıq hərrac 25 dekabr 2019- cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 13.12.19-cu il tarixli nəşrlərində Lot 573/19/1/2 nömrəsi ilə dərc olunmuşdur.
21. Kassasiya instansiyası qeyd edib ki, iddiaçı onun mənzilinə tutma yönəldilməsini və mənzilin hərraca çıxarılaraq satılacağını bilirdi. Əvvəla, hərracın keçirilməsində iddiaçının özü maraqlı idi və yaşayış yerini dəyişdiyi təqdirdə bu barədə icranı həyata keçirən orqana, hərrac təşkilatına məlumat verməli idi. Hansı ki, hazırkı işə baxılarkən də iddiaçıya bildirişin təqdim etməyin mümkün olmaması əsası ilə iddia tələbi bir dəfə baxılmamış saxlanmış və sonradan iddiaçı rayonda qardaşının yanında yaşamasını, məhkəmənin vaxtı və yeri barədə məlumatsız olmasını bildirərək icraatın təzələnməsinə nail olmuşdur. Bundan başqa, borcluya bildirişin şəxsən çatdırılmaması əsası ilə hərracın etibarsız hesab olunması təcrübəsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılması imkanlarını heçə endirir, mülki dövriyyənin sabitliyini pozmuş olur. Belə ki, hərrac təşkilatının göndərdiyi bildirişi almaqda n yayınma, əmlakı hərraca çıxarılan borclu üçün əqdin sonradan etibarsız hesab olunması əsasını əldə etmək üçün ən asan çıxış yoludur. Belə təcrübə ipotekanın fəlsəfəsinə, mahiyyətinə uyğun gəlmir. İnkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi o istiqamətdə inkişaf edir ki, öhdəliklər vaxtında icra edilmədikdə onun təminatı kimi çıxış edən ipoteka ilə yüklü edilmiş əmlakların kreditorun mənafeyinə uyğun realizə olunması prosedurları sadələşdirilsin, məhkəmə qərarları olmadan həmin əmlaklara tutma yönəldilsin. Belə təcrübə maliyyə-kredit sahəsində münasibətlərin inkişafına, kreditorların mənafelərinin qorunmasına xidmət edir ki, bu sahədə müsbət nəticələr əldə etmək mümkün olsun. Kreditorun təminatı nə qədər zəmanətli olarsa, kredit alana edilən güzəştlər (məs: müqavilələrin daha sərfəli şərt lərl bağlanması) də bir o qədər əlçatan olar. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10165/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov )
23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, "xxxx" MMC 11 dekabr 2019-cu il tarixli və 25 dekabr 2019- cu il tarixli hərraclar barədə iddiaçıya məlumat vermişdir. Qeyd edilən məlumatlar “Birja yenilikləri” və “Market” qəzetlərinin müvafiq olaraq 15 noyabr və 1 3.12.19-cu il tarixli nəşrlərində dərc olunmuşdur.
24. Qeyd edilən hallara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərib ki, işin sübuta yetirilmiş halına əsasən hərracın keçirilməsinə dair bildirişlər hər dəfə sifarişli məktubla (qanunda yazılan kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmışdır. Hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmişdir. Belə vəziyətdə qanunverici hərrac təşkilatının üzərinə həmin məktubu mənzilə xidmət göstərən Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilməsini nəzərdə tutmamışdır.
25. Bundan başqa, iddiaçı bilirdi ki, onun mənzilinə tutma yönəldilmişdir və mənzil hərracda satılacaq. Hərracın keçirilməsində iddiaçı özü maraqlı olduğu üçün yaşayış yerini dəyişdiyi təqd irdə, bu barədə icranı həyata keçirən orqana, hərrac təşkilatına məlumat verməli idi. Üstəlik, hazırkı işə baxılarkən də iddiaçıya bildirişin təqdim etməyin mümkün olmaması əsası ilə iddia tələbi bir dəfə baxılmamış saxlanmış və sonradan iddiaçı rayonda qardaşının yanında yaşamasını, məhkəmənin vaxtı və yeri barədə məlumatsız olmasını bildirərək icraatın təzələnməsinə nail olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyinə görə qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. d) Kassasiya instansiyası məhkəməsindəki hazırki icraat
27. İddiaçı (vəkil X1) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri: - hərraclar qanunsuz olub, iddiaçı ya hərracın keçirilməsi barədə məlumat verilməyib. İddiaçıya hərrac barədə bildirişlər göndərilsə də, iddiaçıya həmin bildirişlər çatmayıb. Belə olan halda, bildirişlərin çatdırılması Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilə bilərdi; - apellyasiya instansiyası məhkəməsi MPM-in 77, 88, 217, 218-ci, “İpoteka haqqında” Qanunun 17.1.7, 42.1, 42.3 və 43-cü maddələrinin tələblərini pozub. e) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana v ə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Mülki Prosessual Məcəll ə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələ ndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hərracın “İpoteka haqqında” Qanuna əsasən hərracın keçirilməsi qaydalarının pozulmaması halını müəyyən edib iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
35. Belə ki, tələb ipoteka predmeti olmuş əmlakın açıq hərracda satılması ilə bağlı yekun protokolun etibarsız hesab edilməsi barədədir. İddiaçı yeganə bir əsasla hərracın nəticələrinin etibarsız hesab olunmasını tələb edir. Həmin tələbinin əsası kimi hərracın vaxtı və yeri barədə ona məlumat verilməməsinə istinad edib.
36. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə hərracın keçirilməsinə dair bildirişlər hər dəfə sifarişli məktubla (qanunda yazılan kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmışdır. Hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmi şdir. Belə vəziyətdə qanunverici hərrac təşkilatının üzərinə həmin məktubu mənzilə xidmət göstərən Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilməsini nəzərdə tutmamışdır. Üstəlik, hazırkı işə baxılarkən də iddiaçıya bildirişin təqdim etməyin mümkün olmaması əsası ilə iddia tələbi bir dəfə baxılmamış saxlanmış və sonradan iddiaçı rayonda qardaşının yanında yaşamasını, məhkəmənin vaxtı və yeri barədə məlumatsız olmasını bildirərək icraatın təzələnməsinə nail olmuşdur.
37. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 23-25-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək iddia tələbi üzrə işin hallarına uyğun ətraflı hüquqi dəyərləndirmə aparmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
38. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlillərini əsasız sayır.
39. İddiaçıya hərracın keçirilməsi barədə məlumat verilməməsi, hərrac barədə bildirişlərin çatmaması, belə olan halda, bildirişlərin çatdırılmasının Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilə bilməsi barədə kassasiya şikayətin dəlillərinə gəldikdə, bu dəlillər elə iddia tələbinin əsası kimi istinad edilən dəlillərdir və bu dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-25-ci bəndlərdə əks edilən mövqeyi ilə təkzib edilir.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10165/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.