Məhkəmə qərarları › İş №2(102)-207/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-207/2021

01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-207/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 X3 oğlu və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın ləğv edilməsi, miras qalmış əmlakda payların müəyyən edilməsi, mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X29 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(107)-1304/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Kirovabad şəhər Xalq Məhkəməsinin 2-851/1980 saylı xx xxxxxx 1980-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X17 məhkəmədə Moğluna qarşı iddia qaldıraraq sabiq əri cavabdeh Allahverdizadə ilə birgə yaşayış dövründə əldə etdikləri Kirovabad şəhəri Komsomol küçəsi 37 nömrəli ünvanda yerləşən mülkün iki hissəyə bölünüb ona düşən hissəsinin pul hesabı ilə ona verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin iddia üzrə mülki işə baxılmış və məhkəmənin xx xxxxxx 1980-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Moğlundan 360 manat pul tutulub X12 verilməsi, X3 nömrəli mülkə tam mülkiyyət hüququnun X3 verilməsi qət edilmişdir. xx xxxx 1960-cı il tarixli şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinin surətindən görünür ki, x 1 küçəsində yerləşən torpaq istifadəsi X3 verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(043)-2187/2019 saylı qətnamənin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, x2) saylı evə dair X2 adına verilmiş xx xxxx 1960-cı il tarixli şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinin əslində x1oğluna məxsus olması faktı müəyyən olunmuşdur. İİ-JQ seriyalı 363766 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətin dən görünür ki, x1oğlu xx.xx.1983-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 448 nömrə ilə qeyd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(044)-481/2012 saylı qətnamənin surətindən görünür ki, ərizəçi Cavabdeh1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən mülkün arxiv sənədlərində yazılan X1 x1oğlu kimi oxunması, mərhum x1oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən mülkə Cavabdeh1 qanun üzrə vərəsə hesab edilməsi, ünvan 2 ünvanda 0.0475 ha torpaq sahəsində yerləşən sahələri 29,1 kv.m və 13,4 kv.m olan üç yaşayış otaqları, 30,4 tam örtülü eyvanı, 42,9 kv.m xidməti otağı, 74,1 kv.m çardağı, 4,4 kv.m hamamı, 1,9 kv.m ayaq yolu, 15,2 kv.m mətbəx i və 6,1 kv.m dəhlizi olan “A” literli yaşayış binası, sahəsi 11.8 kv.m qazanxana, əl damı və sahəsi 35,7 kv.m çardağı olan “B” literli tikili və sahəsi 3,5 kv.m ayaq yolu olan “C” literli tikilidən mülkün Cavabdeh1 adına qeydə alınması Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 Allahverdi oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli, 2(104)982/2012 saylı qərardadının surətindən görünü r ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(044)-481/2012 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2- 481 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmış, tərəflərə ümumi iddia icraatı qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 X3 oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu vərəsə kimi tanımaqla x1oğlundan miras qalmış N saylı miras mülkdə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini on unla əsaslandırmışdır ki, onun atası x1oğlu, anası isə X13 olmuşdur. Onların ataları M.Allahverdizadə xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Ata və analarının birgə nikahlarından 5 övladları olmuşdur: İddiaçı, X9, Cavabdeh1, Cavabdeh3 X3 oğlu, X6. Qardaşları x12017-ci ildə vəfat etmişdir. Ataları öldükdən sonra ata evlərində yası yola vermiş və miras əmlakı yalnız o qəbul edərək idarə etmişdir. 1983-cü ildə atası rəhmətə getdikdən 2000-ci ilə qədər həmin miras əmlakında ancaq o, ailəsi və anası ilə birlikdə yaşamışdır. Anası və atası arasında nikah pozulmuşdur. Qardaşlarından x1 və x2 Rusiya vətəndaşlarıdır və orada yaşayırlar. Qardaşı x2in ailəsi həmin ata-baba evlərindən pay istəyirlər. Halbuki atası rəhmətə gedəndə mirası ancaq o qəbul etmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin məlumatına əsasən Kirovabad şəhər Memarlıq idarəsinin 16\İ-54-cü il tarixli layihəsi və Notariusun 23\İ-54-cü il tarixli 8-1931 nömrəli müqaviləsinə əsasən N saylı fərdi ev atalarının x1oğlunun adına olmuşdur. İddiaçı sonradan iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, miras əmlakı yalnız o bütövlükdə faktiki qəbul etdiyindən mərhum atası x1oğlundan miras qalmış N-in(tikinti altı 99.4 kv.m, həyət altında 347.6 kv.m, cəmi 447 kv.m) bütünlüklə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə bütövlükdə qanun üzrə vərəsə tanınmaqla onun mülkiyyətinə verilməsinə dair qətnamə çı xarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası X24 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş N-yə dair Seriya MA ******* nömrəli çıxarışın ləğv edilməsi və mərhum atası x1oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və əmlakda tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 X3 oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, atası x1oğlunun xx xxxx 1983-cü il tarixdə vəfatından sonra vərəsəlik işinin açılması barədə xəbərdar olduğunu, mirası qəbul etmə müddətini ötürdüyünü, bunun bərpası üçün məhkəməyə müraciət etməyəcəyini, mirası faktiki olaraq idarə e tmədiyini bildirmişdir. Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, o, atası x1oğlunun xx xxxx 1983-cü il tarixdə vəfatından sonra vərəsəlik işinin açılması barədə xəbərdar olduğunu, mirası qəbul etmə müddətini ötürdüyünü, bunun bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Zaur Hüseynov) xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 3 fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən MA ******* nömrəli çıxarışın ləğv edilməsi, ünvan 3 fərdi yaşayış evində İddiaçı ½ hissədə və Cavabdeh1 ½ hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə t əmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin atası mərhum x1oğlu ilə anası X10 nikahları pozulmuş, nikah pozulduqdan sonra məhkəmənin qətnaməsinə əsasən mübahisəli mülkdən, yəni N saylı fərdi yaşayış evindən X14 düşən paya görə x1oğlu tərəfindən ona pul ödənilmiş və mübahisəli mülkün tam mülkiyyət hüququ x1oğluna keçmişdir. xx xxxx 1983-cü il tarixdə x1oğlu ölmüşdür. X11 mübahisəli mülklə bağlı payı ödənildiyindən, mərhum X3 Allahverdizadənin ölümündən sonra onun vərəsələri yalnız uşaqları olmuşdur. X4, Cavabdeh3 X3 oğlu və Cavabdeh2 miras açıldıqdan sonra atalarından miras qalmış əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər və beləliklə miras əmlakı vərəsəlik qaydasında qəbul etməmişlər. Məhkəmə hesab etmişdir ki, İddiaçı atasının ölümündən sonra 2000-ci ilədək, yəni 17 il ərzində miras əmlakda faktiki yaşaması, həmin əmlaka yiyələnməsi tərəflər arasında işin mübahisəsiz halı olduğundan o, mirası faktiki olaraq qəbul etmiş sayılır. Miras qoyanın digər vərəsəsi – hazırki iş üzrə Cavabdeh1 münasibətdə isə qeyd edilməlidir ki, onun atasının ölümündən sonra, yəni miras açıldıqdan sonra mübahisəli yaşayış evinə gəlməsi, atasının yas mərasimi ərzində və bundan sonra bir neçə ay ərzində həmin evdə yaşaması və əmlaka yiyələnməsi məhkəmə iclasında özünün izahatı ilə yanaşı, bir-biri ilə uzlaşan şahid ifadələri ilə də təsdiq olunur. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan x1oğlu öldükdən sonra onun birinci növbə vərəsələri olan uşaqları - İddiaçı və Cavabdeh1 atalarından miras qalmış N saylı fər di yaşayış evinə faktiki surətdə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Mübahisəli yaşayış evinə dair Cavabdeh1 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(044)481/2012 saylı qətnaməsi əsasında verilmişdir. Lakin, həmin qətnamə apellyasiya instansiya məhkəməsinin müvafiq qərardadı ilə ləğv edilmişdir. Buna görə də iddia həmin hissədə təmin edilərək, mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Cavabdehin nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd edilmişdir ki, İddiaçı miras açıldıqdan, yəni atasının ölümdən sonra miras əmlak a faktiki sahiblik etmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən o, həmin vaxtdan miras əmlakın ½ hissəsinin mülkiyyətçisi hesab olunur. Odur ki, məhkəmə Mülki Məcəllənin 384.0.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, həmin Məcəllədə nəzərdə tutulan iddia müddətinin tətbiqinə dair müddəalar hazırki işdə tətbiq edilə bilməz. Məhkəmə qətnaməsini xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528, 532, 552, hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qəra rına istinad edərək əsaslandırmışdır. Cavabdeh1 onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı apelyasiya şikayəti verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı Cavabdeh1 məhkəmə kollegiyasına ərizə göndərərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsinindən ve rilmiş apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılmasına etiraz etmiş və etirazını onunla əsaslandırmişdir ki, İddiaçı qızı X20 Apelyasiya məhkəməsində işləyir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1618/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 X3 oğlu və qeyrilərinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən olunması” tələbinə dair mülki iş başqa apelyasiya məhkəməsində baxılması məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-220/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 X3 oğlu və X8 qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən olunması” tələbinə dair iş üzrə Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkibinə edilmiş etirazı təmin edilərək, iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Mahir Əsədli) 2(107)-1304/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528, 532 və 552-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Apelyasiya instansiyası məhkəməsi apelyatorların apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh1 onun nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1304/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1304/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə qəbul edilmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh1 yalnız 2000-ci ildə qayıtmış və İddiaçı qardaşı ailə qurub orada yaşaması üçün onu evə köçürmüşdür. Sonuncu isə yenə də arvadını həmin evdə qoyub Rusiya Federasiyasına qayıtmışdır. Həmin evdə onun arvadı yaşamaqda davam etmişdir. Həmçinin 2012ci ildə bundan istifadə edərək guya ki, mirası o, qəbul etmiş kimi əmlaka dair adına qanunsuz olaraq çıxarış almışdır. İşə birinci və apelyasiya instansiya məhkəməsində baxılarkən Cavabdeh1 tə rəfindən onun atasının vərəsəsi tanınması barədə iddia tələbi olmamış, o bununla bağlı müstəqil tələb irəli sürən şəxs kimi ərizə verməmişdir. Apelyasiya instansiya məhkəməsinin istinad etdiyi şahid İsa Quliyevin ifadəsindən də məlum olmuşdur ki, Cavabdeh1 1983-cü ildə atası vəfat edən zaman Rusiya Federasiyasında yaşayırdı. Yalnız yas mərasimində iştirak etmək üçün gəlmiş və 3-4 ay qalıb getmişdir. Şahidlərdən yalnız Şəhla Məmmədova (İsa Quliyevin arvadıdır) və Mirheydər Sadıxov həqiqətən qonşuluqda yaşayırlar. Digər şahidlər Saniyə Sultanova, Cahan Məmmədova, Şərabam Həsənova və Kəklik Cəfərova mübahisəli ünvanla qonşuluqda yaşamırlar və 1983-cü ildə olanlardan xəbərdar ola bilməzdilər. Bununla belə şahid qismində dindirilmiş Şərabəni Əhmədova ifadəsində göstərmişdir ki, o, 2000-ci ilin əvvəllərində tərəflərin anası Səfura İlyasova ilə görüşən zaman sonuncudan Cavabdeh1 niyə Rusiyadan qayıdıb evlənməməsini soruşduqda cavab olaraq Vahidin evinin tikintisinin başa çatmasının gözlədiyini söyləməsini göstərmişdir. İş üzrə tərəflərin anası və həmin evdə daima yaşayan X3 əsas şahid olduğu halda onu nə birinci nə də ki, apelyasiya instansiya məhkəməsi dindirməmiş. Belə olan halda apelyasiya məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qəbul edə bilməzdi. X23 ifadəsi əsas dəlil olduğuna görə digər şahidlərin ifadəsi ilə birgə yoxlanılmalı və ondan sonra müvafiq qənaətə gəlinə bilərdi. İddiaçının dəfələrlə həmin şahidlərin hər iki məhkəməyə aparılmasına baxmayaraq məhkəmə müxtəlif bəhanələrlə cavabdeh tərəfin gəlməməsi səbəbindən şahidləri dindirməmişdir. Sonda yalnız cavabdeh t ərəfin təqdim etdiyi şəxsləri dindirmiş və iddiaçının şahidlərini dindirmədən məhkəmə aktını qəbul etmişdir. Cavabdeh1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsi kimi, iş üzrə iddia müddətinin tətbiqi ilə bağlı dəlillərin əsaslarını düzgün qiymətləndirməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apellyasiya kollegiyası həmin məsələni müx2ə edərkən iddiaçının miras açıldığı vaxtdan, yəni 1983-cü ildən həmin evdə yaşaması faktına əsaslanaraq, mirası qəbul etdiyini və mülkiyyətçi olduğunu qeyd etmiş, bunu nəzərə alaraq MPM-nin 384.0.4 maddəsini iddia müddətinin tətbiqini mümkün hesab etməmişdir. Bu cür yanaşma əsassızdır və düzgün deyildir. Belə ki, iddiaçı nə iddia ərizəsində, nə məhkəmə çıxışlarında, nə də, işin faktik halları ilə müşayiət olunan hərəkətlərində, heç bir vaxt özünü mirası qəbul etmiş şəxs və mülkiyyətçi hesab etməmişdir. Bu səbəbdən də, o, özünün ilkin iddia ərizəsində və iddia ərizəsinə əlavə verdiyi iki ədəd dəqiqləşmə ərizələrində, 36 ildən sonra mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini, vərəsə tanınmasını və bundan sonra payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3 maddəsinin tələbinə əsasən məhkəmənin üzərinə, iddiaçının qaldırdığı tələblərin dairəsi əsasında işə baxılması düşürsə, nəzərə almalıyıq ki, məhkəmə iddiaçı Vahid Allahverdizaədinin 36 ildən sonra qaldırdığı iddia üzrə onun vərəsə tanınmasına, 36 il əvvəl açılmış mirası qəbul edib- etməməsi faktının müəyyən edilməsinə baxıb, bundan sonra isə onun miras əmlakdan hansı payının (əgər pay almaq hüququ yaranarsa) olduğunu müəyyən etməklə qətnamə çıxarmalı idi.Ona görə də, iddiaçının qaldırdığı iddia tələblərinə əsaslanaraq, apellyasiya şikayətində də, qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 36 il əvvəl açılmış mirasın qəbul edilməsi faktını müəyyən edilməsini xahiş etdiyindən iddia müddətinin tətbiqi ilə əlaqədar MM-nin 384.04 maddəsi deyil, 1272-ci maddəsi tətbiq olunmalıdır. Məhkəmə yalnız tərəflərin miras açılan vaxt, yəni 1983-cü ildə qanunla müəyyən olunmuş vaxt ərzində evdə yaşamalarına əsaslanıb, onları mirası qəbul etmiş şəxs kimi mülkiyyətçi hesab etməkdə səhvə yol vermişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin mübahisə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16 və 560-cı maddələr inin tətbiq edilməsinə dair dəlillərinə ümumiyyətlə toxunmamış, məsələsini müx2ə etməmiş və münasibət bildirməmişdir. İş üzrə çox vacib, nəzərə alınmalı mühüm fakt, ondan ibarətdir ki, məhkəmələr 36 il əvvəl açılmış mirasla bağlı mübahisəyə baxdıqlarını nəzərdən qaçırıb, bu gün miras əmlakdan əsər əlamət qalmayan, faktiki olaraq isə Cavabdeh1 vəsaiti hesabına tam dəyişdirilərək yaxşılaşdırılmış və artırmalar edilmiş evi mirasın kütləsinə daxil edib, yarı bölmüşlər. Nəzərdən qaçırmışlar ki, 2000ci ildə x2in toy ərəfəsində Vahid özünə şəhərin başqa bir hissəsində 3 mərtəbəli ev tikdirib köçdükdən sonra, evin kiçik oğlu kimi ailə qurub, ata evinin sahibi kimi orada yaşayan Allahverizadə x2 həmin evdə uzun müddət ərzində tam təmir-tikinti işləri aparmışdır. O, evə bitişik ayrıca hamam- tualet, dəhliz və böyük mətbəx tikdirmiş, evdə bütövlüklə yeni oboy-rəng işləri gördürmüş, qonşularla ara barılarım yenidən çəkdirmiş, həyətdə metlak-daş-döşəmə işləri gördürdmüşdür. Demək olar ki, ata evinin yalnız 4 divarı qalmışdır. 1983-cü ildə yalnız iki otaq və bir aynabənddən ibarət olan ata evi, yəni miras mülk hazırda demək olar ki, iki dəfə böyüdülmüşdür. 1983-cü ildə açılmış mirasın kütləsinin, 36 ildən sonra köklü surətdə dəyişdirilməsini nəzərə almadan və faktiki olaraq mirasın kütləsinə aid edilməyən digər tikililərin mirasa daxil edilib, pay bölünməsi yolverilməz olmaqla, qanuna ziddir. Məhkəmə 36 ildən sonra, yəni 1983-cü ildə açılmış mirasla bağlı mübahisəyə baxarkən, miras açılan vaxta aid mirasın kütləsi müəyyən edilməsi və hazırda həmin kütlədən hansı hissəsinin qalıb-qalmamas ını müəyyən edilməsi üçün ekspertiza aparılmasını zəruri hesab etməli idi. İşdə iştirak edən digər şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Vəkil1 Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1304/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil2 Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1304/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edil məsi, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsi: Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (öv ladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Maddə

552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə AzərbaycanRespublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məh kəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə verilmiş kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yo xlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdi r. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsind ə təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, vərəsəlik hüququ ilə bağlı yaranmış hazırki mübahisə həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstit usiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlak münasibətdə müxtəl if hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, cavabdeh tərəfindən mirasın faktiki qəbul edilməsi barədə müvafiq sübutların olmaması, şahid ifadələrinin mötəbər olmaması və iddiaçının anasının əsas şahid kimi məhkəmə iclasında dindirilməməsi ilə bağlı dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. İddiaçının anasının əsas şahid kimi dindirilməməsinə gəldikdə isə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır. İddiaçı və ya cavabdeh anaları X3nın şahid qismində dindirilməsi barədə vəsatət verməsi işdən müəyyən edilmir. Buna görə də, iddiaçının kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesa b edir və həmin dəlillərin qətnamənin iddianın təmin edilməmiş hissəsinin ləğvinə əsas vermədiyi qənaətinə gəir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mirası faktiki qəbul etməsi və 17 il ərzində həmin evdə yaşaması işin mübahisəsiz halı olmaqla, mirasın açıldığı gündən həmin miras əmlakda payın vərəsəyə məxsus olduğuna görə, onun 2000-ci ildən başqa ünvanda yaşaması faktı vərəsə kimi onun həmin miras əmlaka yaranmış mülkiyyət hüququndan məhrum etmir. Belə ki, mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçının atasının vəfatından sonra 17 il ərzində mübahisəli evdə yaşamaqla onu qəbul etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesa b olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Oxşar yanaşma mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında xx.xx.1979-cu il tarixli 5 nömrəli qərarının 10-cu bəndində də qeyd edilmişdir. Həmin bənddə əsasən miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Mübahisəyə iddia müddətinin tətbiq edilməsi və mübahisəyə Mülki Məcəllənin 1272-ci maddəsinin tətbiq edilməsi barədə cavabdehin kassasiya şikayətinin dəlili də əsassızdır. Mülki Məcəllənin 1272-ci maddəs inə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Hazırki iş üzrə iddiaçı mirası faktiki qəbul etdiyindən və miras əmlak mirasın açıldığı gündən onun mülkiyyəti hesab olunduğundan iddiaçının iddia tələbinə Mülki Məcəllənin 1272-ci maddəsi tətbiq edilə bilməz. Mübahisəyə Mülki Məcəlləsinin 16 və 560-cı maddələrinin tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır, çünki iddiaçının mülki hüquqlarından sui-istifadəsi ilə bağlı hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir. Cavabdehin kassasiya şikayətinin mirasla bağlı mübahisəyə baxarkən, miras açılan vaxta aid mirasın kütləsinin müəyyən edilməsi və hazırda həmin kütlədən hansı hissəsinin qalıbqal mamasını müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmaması barədə dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına aid dəlil olduğuna görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən həmin dəlil üzrə araşdırma aparılmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayət ləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1304/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar