Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-207/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi”; “Sübutetmə yükü” ) (Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; Torpaq münasibətlərindən irəli gələn mübahisələr; Torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş tor paqların qaytarılması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-66/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının ƏMDX ya nında DƏDRK-nın RPHŞ-si tərəfindən verilmiş **********67 reyestr nömrəli çıxarışa əsasən İddiaçı (bundan sonra mətndə-iddiaçı) Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun xüsusi mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrind ən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, olan çıxarış əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0.49 ha torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsinin ətrafında tikilmiş daş hasarın, çəkilmiş dəmir tor barmaqlıqların və dəmir qapının onların hesablarına sökülərək götürülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum babası X7 və mərhum nənəsi X5 Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu, Vən dam qəsəbəsində xüsusi mülkiyyətlərinə 0,49 ha fərdi yaşayış evi, həyətyanı sahə, fədi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə adlarına JN-163A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Baba və nənədən qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsindəki 0,49 ha torpaq sahəsindəki miras əmlaka adına Qanuni vərəsəlik haqqında Şəhadətnamə aldıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan çıxarış əldə etmişdir. Lakin 0,49 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmasına baxmayaraq cavabdeh şəxslərin hərəkətləri ilə bağlı olaraq mülkiyyətində olan torpaq sahəsindən sərb əst istifadə edə bilmir, belə ki, cavabdeh şəxslər torpaq sahəsinin təxminən 0,10 ha bir hissəsində daş hasar hörməklə, dəmirdən ibarət qapı qoymuşlar, təxminən 0,25 ha bir hissəsində isə dəmir tor barmaqlıqlardan ibarət hasar çəkməklə ümumi torpaq sahəsindən ayırmışlar. Hətta o, 2018-ci il tarixində Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinə müraciət edərək nənə və babasından miras qalmış və hal-hazırda yaşadıqları həyətdə əmisi oğlu X6 qanunsuz hasar tikdiyi haqqında məlumat vermiş və Vəndam qəsəbə İƏD-i üzrə nümayəndəliyin əməkdaşları həmin əraziyə baxış keçirərək tikintinin dayandırılması haqqında məlumat verməklərinə baxmayaraq qanunsuz tikili davam etdirilmiş və dayandırılmamışdır. Cavabdeh şəxslər Cavabdeh1, Rəvan və Bayram baba və nənəsindən qalmış miras əmlakdan qanuni vərəsəlik üzr ə pay almaq istəyərək, dəfələrlə Qəbələ Rayon Məhkəməsinə müraciət etmələrinə baxmayaraq iddia tələbləri əsassız olduğundan təmin olunmamışdır. Cavabdehlər xüsusi mülkiyyət əsasında ona məxsus torpaq sahəsinin bir hissəsini öz torpağı hesab edərək, istifadə edirlər və həmin əraziyə onu buraxmırlar. O da barədə qəsəbə Bələdiyyəsinə, icra nümayəndəsinə müraciət etsə də mübahisənin həlli mümkün olmamışdır. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
4. Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı onun tərəfindən hasarlanmış torpaq sahəsini miras kütləsinə aid olmaqla, ona DƏDKR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışda göstərilmiş 0.49 ha torpaq sahəsinin bir hissəsi olmasını iddia edir. Lakin məhkəməyə torpaq sahəsinin planı və ölçüsünü təqdim etməmişdir. Ona görə də iddia predmeti ilə onun istifadəsində olan torpaq sahəsinin eynilik təşkil etməsi mübahisə doğurur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 1 dekabr 2022-ci il tarixli, **********68 saylı mütəxəssis rəyinə əsasən, işin araşdırılması məqsədi ilə DƏDRX X14 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 1 dekabr 2022-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri a parmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,
1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.
2. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi**********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,0 8 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir.
3. İddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 071418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə, hasarlanmışdır və dəmir qapı qurulmuşdur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/741 saylı ekspertiza rəyinə əsasən, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Azərbaycan Respubl ikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.
2. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir.
3. İddiaçıya məxsus torpaq sahəsinin şərq t ərəfdə cavabdehin istifadəsində olan 071418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə, hasarlanmışdır və dəmir qapı qurulmuşdur.
7. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsi ilə (hakim E.İsayev) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRKnın RPHŞ-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) çıxarış üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0.08 ha hissəsi və şərq tərəfdən 0.1418 ha hissəsi cavabdehlər Cavabd eh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 geri alınaraq İddiaçı qaytarılması, iddiaçıya məxsus həmin torpaq sahəsinin şərq tərəfdən 0.1418 ha hissəsində metal tor və qərb tərəfdən 0.08 ha hissəsində mişar daş hasarı və dəmir qapı cavabdehlərin hesabına sökülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı onun xüsusi mülkiyyətində olan Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK- nın RPHŞ tərəfindən verilmiş **********67 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.49 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı, eyni zamanda alınmış müvafiq rəylər əsasında məlum olmuşdir ki, Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) çıxarışın verilməsinə əsas olmuş JN-163A Kod 4060 0048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir. Həmçinin iddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 0,1418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə, hasarlanmışdır və dəmir qapı qurulması müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 156 və 157-ci maddələrinə, Azərbcayn Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat:
12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)- 34/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi çıxarışı, həmin məhkəmənin həmin predmetə dair 2018-ci ildə qəbul etdiyi qətnamə ilə müəyyən etdiyi halları müqayisəli təhlil etdikdə görünür ki, bir tərəfdən 2018-ci ildə qəbul edilmiş qətnamə iddia predmetinə münasibətdə preyudisial xarakter daşıyır və həmin qətnamə ilə iddia predmeti olan torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi müəyyən edilmişdir, digər tərəfdən həmin məhkəmə hazıkı qətnaməsində, əvvəl qəbul etdiyi preyudisial xarakter daşıyan qətnam əyə istinad etməmiş və həmin qətnamə ilə müəyyən edilmiş hallara münasibət bildirmədən, eyni torpaq sahəsini miras kimi müəyyən etmişdir. O, babasından miras qalmış torpaq sahəsinin 0.08 ha hissəsinə onların sağlığı dövründən sahiblik edir. Belə ki, əvvəllər də keçirilmiş məhkəmə prosseslərində bəyan etmişdir ki, həmin torpaq sahəsini mərhumlar özləri tərəvəz əkilməsi üçün onlara vermişdilər. Bu torpaq sahəsi onların yaşadığı evə bitişikdir, hətta onların evin texniki pasportunda da öz əksini tapmışdır. Ona görə də, həmin hissəyə dair onların mülkiyyət sənədləri olmasa da, mülkiyyətçi hüquqları ilə sahiblik edir. İddiaçının isə əldə etdiyi hüquqmüəyyənedici sənədlər qanunsuz yolla əldə edilmişdir. İddiaçının sübut kimi təqdim etdiyi çıxarışın məhkəmə qaydasında mübahisələndirilməsinə dair mülki işin digər məhkəmənin icraatında olması və həmin iş üzrə yekun məhkəmə qərarı olmadan, hazırkı işə baxılması mümkünlüyü aydınlaşdırılmamışdır. İddiaçı çıxarışı qanunsuz yolla əldə etmişdir. İddiaçının təqdim etdiyi çıxarışın düzgün olub-olmamasına qiymət verilməmişdir. Daha əvvəl qəbul edilmiş məhkəmə qətnaməsində iddia predmetinin bələdiyyə fonduna aid olmasının müəyyən edilməsi, hazırda isə hansı səbəbdən vərəsəlik predmetinə aid edilməsinə hüquqi qiymət verilməmişdir. İddia predmeti olan miras torpaq sahəsinin hansı vaxtdan onun sahibliyində olması və hansı səbəbdən 2000-ci ildən indiyədək onun sahibliyində olmaması, habelə vicdanlı yaxud vicdansız sahibliyində olması müəyyən edilməmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra-apellyasiya instansiya məh kəməsi) xx.xx.2024-cü il tarixi 2(107)-66/2024 nömrəli iş üzrə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və E.M.Mehdiyev ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin 26 may 2023-cü il tarixli 2(025)-34/2023 nömrəli qətnaməsinin mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılması qət etmişdir
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, hazırki halda mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olduğundan 2018-ci ildə qəbul edilmiş qətnamədə həmin torpaq sahəsinin mülkiyyət növünün hansı şəkildə göstərilməsi artıq əhəmiyyət kəsb etmir.
16. Apellyasiya şikayətinin bu qətnamənin 11-12-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək kollegiya qeyd etmişdir ki, hazırki iş üzrə icraat iddiaçı Cavabdeh1 cavabdehlər Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər İddiaçı və X1 qarşı vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair 2(107)-856/2023 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmış, həmin iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli və Şəki Apell yasiya Məhkəməsinin 29 fevral 2024-cü ildə 2(107)-63/2024 nömrəli qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 iyul 2024-cü il tarixli 2(102)- 2296/2024 qərarı qəbul edilmiş, nəticədə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
17. Beləliklə, apellyasiya şikayətinin iddiaçının adına verilmiş çıxarışın qanunsuzluğu və mübahisəli torpaq sahəsinə cavabdehlərin də hüququnun olması barədə dəlillərinin əsassızlığı qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir və həmin hallar hazırki məhkəmə baxışında mübahisələndirilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1.,82.3, 88, 217.3., 217.4-cu istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:
13. Cavabdeh1 (onun vəkili Nümayəndə) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin 2(107)-66/2024 nömrəli xx.xx.2024 -cü il tarixli qətnaməsini tamamilə ləğv edərək iş materiallarını yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, eyni predmet üzrə fərqli, biri-birini istisna edən qətnamələr qəbul edildiyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktında yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna ərizə veril mişdir. Göründüyü kimi, eyni iş üzrə iki ziddiyyətli qətnamə mövcuddur. Həmin qətnamələrdən hansı qətnamənin yanlış, hansı qətnamənin isə düzgün olmasının müəyyən edilməsi haqqında yeni açılmış hallar üzrə yekun məhkəmə aktı qəbul edilməyincə, hazırkı işə baxmaq və əsaslı nəticəyə gəlmək mümkün deyildir. Cavabdeh hələ 2018-ci ildə, hazırda üzərində daş hasar olan torpaq sahəsinin (mübahisəli hissə), 0.49 ha torpaq sahəsinin bir hissəsi olduğunu iddia edərək mirasın qəbul edilməsinin tanınması haqqında məhkəmədə iddia qaldırmışdır. O zaman Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərək həmin hissənin mirasa aid olmadığını, yəni hazırda sökülməsi tələb edilən hissənin 0.49 ha. torpaq sahəsinə deyil, bələdiyyə balansında olan torpaq sahəsi aid olduğu kimi tanımışdır. Həmin qətnamə apellyasiya və Ali məhkəmədə baxılaraq qüvvədə saxlanılmışdır. Lakin buna baxmayaraq məhkəmənin bələdiyyə fonduna aid torpaq sahəsi kimi tanıdığı torpağı notariat miras torpağı kimi tanıyaraq vərəsəlik hüququna dair şəhadətnamə vermişdir. Göründüyü kimi bir halda hər üç məhkəmə instansiyası eyni torpaq sahəsini bələdiyyə fonduna aid torpaq sahəsi kimi tanımışdır, digər halda isə hər üç həmin məhkəmə instansiyaları 0.49 ha. miras torpaq sahəsinin mübahisəli hissəsinin miras torpaq sahəsinə aid olduğunu tanımışdır. Odur ki, mübahisəli torpaq sahəsinin bələdiyyə fonduna yaxud mirasa aid olduğuna dair yekun məhkəmə qərarı olmadan cavabdehin oradan çıxarılmağı barədə qərarın qəbul edilməsi qanunsuz və əsassızdır.
15. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.1, 432.2, 43 2.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsi (MPM-nin) 254.1, 254.1.4-cü maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 152.1 Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.2.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
20. Maddə152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
24. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
25. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
26. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətini Cavabdeh1 tərəfindən qətnamə iddianın təmin edildiyi hissəsində mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
10. Belə ki, apellyasiya instansiyası məhkəməsi m üəyyən etmişdir ki, mübahisəli Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsi JN-163 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X3 və X4 mülkiyyətinə verilmişdir. X7 18 iyul 2000-ci ildə və X8 18 iyul 2001-ci ildə ölmüşlər. Onlardan qalan miras əmlakın qəbul edilməsi ilə bağlı bir neçə məhkəmə işi olmuşdur və hal-hazırda qanuni qüvvədə olan məhkəmə qərarları mövcuddur. Belə ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə iddiası Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)1523/2018 saylı qətnaməsi ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(102)4022/2019 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 və hazırki işdə tərəf olmayan X2 miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması” tələbinə dair iddiası Qəbələ Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(025)-242/2020 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamədən apellyasiya şikayəti verilməməklə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə cavabdehlərdən Cavabdeh3 “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası Qəbələ Rayon Məhkəmə sinin 09 aprel 2021-ci il tarixli 2(025)-47/2021 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamədən apellyasiya şikayəti verilməməklə qanuni qüvvəsini almışdır. 10 iyun 2022-ci ildə hazırki iş üzrə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 4 iyul 2022-ci ildə isə **********67 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hal-hazırda iddiaçı cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsini zəbt etdiklərini və daş hasar, dəmir tor barmaqlıqlar və dəmir qapı inşa etdiklərini iddia edir.
11. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.202 2) çıxarışın verilməsinə əsas olmuş JN-163A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir. Həmçinin iddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 0,1418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə hasarlanmışdır və dəmir qapı qurulması müəyyən edilmişdir.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kas sasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-66/2024 nö mrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.