Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2070/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evdən çıxarılma ) 13.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8891/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: İddiaçı X1 4000 manata alqı-s atqı yolu ilə almasını iddia etdiyi ünvan 1 ünvanda yerləşən üç otaqdan ibarət fərdi yaşayış evi tikdirmiş, lakin iş üzrə Cavabdeh həmin evi İddiaçı 17.000 manata almasını iddia etməklə həmin evə köçmüş və İddiaçı həmin evə buraxmamışdır. Bununla əlaqədar tərəflərin arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin may ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N-də yerləşən üç otaqlı fərdi yaşayış evinin onun tərəfindən inşa edildiyini, lakin cavabdehin həmin evi zəbt edərək saxta sənədlər əsasında evin ünvanını B “S” kimi qeyd etdirməsini əsas göstərməklə Cavabdeh ailə üzvləri ilə birlikdə evdən çıxarılaraq evin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabd eh mübahisəli evi iddiaçıdan 17.000 manata alıb onu başqasına satmasını əsas göstərməklə iddianı qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2021 nömrəli, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Z.Abdullayev) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək mübahisəli evi iddiaçıdan 17.000 manata almasını, lakin iddiaçının evi ucuz satmasını əsas göstərməklə ondan əlavə pul istəməsini, onun isə evi 28.000 manata başqasına satmasını, məhkəmənin işin göstərilən hallarına düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-8891/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi cavabdehlərin ailə üzvlərinin evdən çıxarılmasına dair hissədə ləğv edilmiş, iddianın həmin hissədə rədd olunması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin onun evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi tələbinin təmin olunmasına dair hissədə ləğv edilməsi və iddianın həmin hissədə rə dd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 394 Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sa xlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin Cavabdeh evdən çıxarılması və evin iddiaçıya təhvil verilmə hissəsində ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyi həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsinə görə mübahisəli ev özbaşına tikili olmaqla iddiaçıya məxsus olmuş, cavabdeh isə həmin evi alması və eləcə də başqasına satması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Kollegiya hesab etmişdir ki, evin cavabdeh tərəfindən alınması barədə şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bi lməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Cavabdeh mübahisəli evi alması barədə məhkəməyə notariatda təsdiq olunmuş müqavilə təqdim etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri onun ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8891/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2070/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2070/2022
13.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver