Məhkəmə qərarları › İş №2(102)-2070/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2070/2023

23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2070/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının cavabdehlər Cavabdeh4, Cavabdeh3, X20, X16, Cavabdeh1 Bayram oğlu, X24, X30, Cəfərova Səmayə Cəbrayıl qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Qəhr əmanova (Ələkbərova) Aytən Mehman qızının cavabdehlər Cavabdeh4, Cavabdeh3, X20, X16, Cavabdeh1, X24, X30 və X6 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-90/2023 nömrəli, 5 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızına Xanlar (Göygol) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli qərarı ilə Göygöl rayonu, Qızılca kəndinin ərazisindən kənd təsərrüfatı təyinatlı 0,81 ha torpaq s ahəsi ayrılıb.

2. Həmin torpaq sahəsi iki hissədən – 0,2214,01 ha və 0.5895,86 ha torpaq sahələrindən ibarətdir.

3. İddiaçılar 0.5895,86 ha torpaq sahəsinə 19 oktyabr 2016-cı il tarixdə Çıxarış alıblar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.5896 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, X38 və Cavabdeh3 məcburi qaydada çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Xanlar (Göygol) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli qərarı ilə torpaq sahəsi iddiaçıların istifadəsinə verilsə də, bələdiyyə tərəfindən sərhədləri müəyyən edilib iddiaçılara göstərilməmişdir. Uzun müddət get-gəldən sonra Gəncə şəhər Layihə İnstitutu və Göygöl rayon Daşınmaz Əmlakın Dövlət Reyestr İdarəsinə müraciət etmişlər və torpaqlarının sərhədləri dəqiqləşdirilərək iddiaçılara göstərilmişdir. Torpağın 0,5896 hektarına dair iddiaçıların adına seriya RX, ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlər iddiaçılara məxsus 0,5896 ha torpaq sahəsini zəbt edərək, mişar daşı ilə hasar çəkib, içərisində yaşayış evləri tikib, ağac əkmişlər. Dəfələrlə cavabdehlərə təklif etmişlər ki, iddiaçıların torpaq sahələrini boşaltsınlar. Cavabdehlər əvvəllər torpaq sahələrini boşaldacaqlarını desələr də, sonradan imtina edərək onlara hə də-qorxu gəlmişlər. Cavabdehlər iddiaçıların torpaqlarını boşaltmadıqlarından iddiaçılar torpaqlarından təyinatına görə istifadə edib faydalana bilmirlər. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 164.1, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişlər

6. Cavabdeh1 iddiaya etiraz edib göstərib ki, iddiaçılara məxsus torpraq sahəsini zəbt etməyib, 0,12 ha torpaq sahəsini bələdiyyə sədri Azad Qədirovdan alıb, sonradan həmin torpaq sahəsini başqa şəxslərə satıb.

7. Cavabdeh3 iddiaya etiraz edib. Etirazın dəlilləri ondan ibarətdir ki, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməyib, istifadəsində olan Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,25 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ***** ** nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir.

8. Cavabdeh X38 iddiaya etiraz olaraq göstərib ki, mübahisə olunan torpaqla əlaqəsi yoxdur. Torpaq sahəsi nəvəsi Cavabdeh4 adınadır

9. Birinci instansiya məhkəməsi cavabdeh X33 əsl Cavabdeh4 ilə əvəz etmişdir.

10. Birinci instansiya məhkəməsi 29 mart 2017-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli Mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2017-ci il tarixli 11337 №-li ekspert rəyinə əsasən Göygöl rayonu, Qızılca kəndinin ərazisində iddiaçıların mülkiyyətində olan və cavabdehl ər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 (Cavabdeh1 mülkiyyət sənədi təqdim etməmiş, odur ki, onun itifadə etdiyi torpaq sahəsi mübahisələndirilir) torpaq sahələri faktik olaraq naturada üst-üstə düşür. İddiaçılara məxsus torpaq sahəsində X24, Cavabdeh3, Məmmədov Mikayıl tərəfindən yaşayış evi, Hüseyn adlı şəxs tərəfindən fərdi yaşayış evi və tövlə inşa edilmişdir. İddiaçılara məxsus torpağın faktiki olaraq 0,0323 ha hissəsini X24, 0,0280 ha hissəsini X31, 0,225 ha hissəsini Cavabdeh4, 0,156 ha hissəsini X25 0,0756 ha hissəsini Hüseyn adlı şəxs, 0,0151 ha hissəsini Mikayıl Məmmədov zəbt edib. İddiaçılara məxsus torpaq sahəsinin 0,0340 ha hissəsi həmin ərazidə istifadə olunan yol ilə üst-üstə düşür.

12. İddiaçılar işə əlavə cavabdehlərin cəlb edilməsi barədə ərizə verərək, X24, X31, X12, X16 və X9 da onlara məxsus olan 0.5896 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Cavabdeh X16 iddiaya etiraz olaraq göstərib ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,15 ha torpaq sahəsini Zakir adlı şəxsdən alıb. Həmin torpağın 0,05 ha hissəsini Mikayıl Məmmədova satıb, qalan 0,10 ha hissədə də ev inşa edərək, müvəqqəti olaraq yeznəsi Hüseynə verib.

14. Cavabdeh4 iddiaya etiraz edib və etirazını onunla əsasıandırıb ki, istifadəsində olan 0,40 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 alıb. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən RX seriyalı ******* saylı çıxarış var. İddiaçıların torpaq sahəsini zəbt etməyib.

15. Cavabdeh X24 iddiaya etirazında bi ldirib ki, torpaq sahəsi mülkiyyətindədir, iddiaçılara məxsus torpağı zəbt etməyib.

16. Cavabdeh X30 və X12 da iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiklərini bildirməklə iddiya etiraz ediblər.

17. Birinci instansiya məhkəməsi 20 sentyabr 2017-ci il tarixli qərardadla əlavə tikintitexniki ekspertizası təyin etmişdir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* saylı Cıxarışla iddiaçıların mülkiyyətində olan 0,5896 torpaq sahəsinə dair plan və ölçü sənədi işlənməyib. Lakin Çıxarışın verilməsinə əsas olan JN439 nömrəli Dövlət aktına və elektron baza məlumatlarına isti nadən sözü gedən torpaq sahəsinin 0,225 ha hissəsini Cavabdeh4, 0,1564 ha hissəsini X25, 0,0247 ha hissəsini X20, 0,0669 ha hissəsini X31 faktiki istifadə edir. X9 adına 0,05 ha torpaq sahəsinə dair verilmiş Çıxarış iş materiallarına əlavə edilmədiyindən həmin Çıxarışa əsasən 0,05 ha torpaq sahəsinin iddiaçıların torpaq sahəsi ilə naturada üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. X7 adına olan 0,10 torpaq sahəsinə dair Çıxarış və plan ölçü sənədi iş materiallarına əlavə edilmədiyinədən həmin torpaq sahəsinin iddiaçılara məxsus torpaq sahəsi ilə naturada üst-üstə düşməsini müəyyən etmək mümkün deyil.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18385 №-li ekspert rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə uyğun əsaslandırılmışdır..

20. Birinci instansiya məhkəməsi 18 sentyabr 2019-ci il tarixli qərardadla kompleks tikinti-texniki ekspertizası təyin edərək, ekspert qarşısında iddiaçılara məxsus torpaq sahələrində tikinti işlərinin aparılıb-aparılmamasını müəyyən etmək üçün müvafiq suallar qoymuşdur.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli Mütəxəssis rəyinə əsasən JN-439 nömrəli Dövlət Aktına əsasən X1, İddiaçı2 və X2 mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən Xanlar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 16 fevral tarixli, 02 nömrəli qərarı ilə verilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin - 0,22 ha hissəsi Cavabdeh4 faktiki naturada istifadəsindədir. Cavabdeh tərəfindən həmin mübahisəli torpaq sahəsində şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasar inşa edilib; - 0,16 ha hissəsi Cavabdeh3 faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evinin inşa olunub. Cavabdeh3 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,018 ha (180.0 kvm) hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 170,00 m2 hissəsi cavabdeh X9 faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evi inşa olunub. X20 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 78.0 m2 hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 0,0725 ha hissəsi cavabdeh X7 faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evinin inşa olunub. X16 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 286.0 m2, yardımçı tikilinin isə 75.0 m2 hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 0,0323 ha hissəsi cavabdeh X14 faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evi inşa olunub. X24 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 107.0 m2 hissəsi iddiaçılara mə xsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 0,0282 ha hissəsi cavabdeh X30 və ailə üzvüləri X3 faktiki naturada istifadəsindədir və həmin hissədə yarımçıq tikili inşa olunub. X30 və ailə üzvüləri X12 tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin 89.0 m2 hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir.

22. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 27956 №-li rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli Mütəxəssis rəyinə uyğun verilmişdir.

23. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)-02/2020 nömrəli, 10 yanvar 2020-ci il tаrixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddiа qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaş əmlakın Dövlət Reyestindən seriya RX, ******* nömrəli çıxarışla Qəhrəmanova ( Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının mülkiyyətlərində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsinin Cavabdeh4, 0,16 ha hissəsinin Cavabdeh3, 170,00 kv.m hissəsinin X9, 0,0725 ha hissəsinin X7, 0,0323 ha hissəsinin X14 və 0,0282 ha hissəsinin cavabdeh X21 və ailə üzvüləri X3 zəbtindən azad edilməsi, Cavabdeh4 zəbt etdiyi 0,22 ha torpaq sahəsində inşa etdiyi şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasarın, Cavabdeh3 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,16 ha torpaq sahəsinə düşən 0,018 ha (180.0 kvm) hissəsinin, X9 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 170,00 kv.m torpaq sahəsinə düşən 78.0 kv.m hissəsinin, X7 inşa etdiyi fərdi yaşayış evinin və yardımçı tikilinin zəbt etdiyi 0,0725 ha torpaq sahəsinə düşən (yaşayış evinin) 286.0 kv.m və (yardımçı tikilinin) 75.0 kv.m hissəsinin, X14 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,0323 ha torpaq sahəsinə düşən 107.0 kvm hissəsinin, X30 və ailə üzvüləri X3 inşa etdiyi yarımçıq tikilinin zəbt etdiyi 0,0282 ha torpaq sahəsinə düşən 89.0 kv.m hissəsinin sökülməsi, Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızından 9 ma nat, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızından 9 manat, Qəhrəmanova (Ələkbərova) AytənMehman qızından 9 manat, Cavabdeh4 99 manat, Cavabdeh3 72 manat, X8 8 manat, X4 33 manat, X10 14,40 manat və X17 13 manat, cəmi 266,40 manatın tutularaq Kapital bank ASC Xətai filialı hesabına və Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızından 13,50 manat, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızından 13,50 manat, Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızından 13,50 manat, Cavabdeh4 149,27 manat, Cavabdeh3 108,56 manat, X8 11,60 manat, X4 49 manat, X10 22 manat və X17 19 manat, cəmi 400 manat ekspertiza xərcinin tutularaq hesaba keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəylərinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçıların torpaq sahəsinin 0,22 ha hissəsi Cavabdeh4, 0,16 ha hissəsi Cavabdeh3, 170,00 kv.m hissəsi cavabdeh X20, 0,0725 ha hissəsi cavabdeh X16, 0,0323 ha hissəsi cavabdeh X24 və 0,0282 ha hissəsi cavabdeh X30 və ailə üzvüləri X12 tərəfindən naturada faktiki olaraq zəbt edilmişdir. Həmin şəxslərin inşa etdiyi evlərin (yardımçı tikililərin) də bir hissəsi ekspert rəyində göstərilən həcmdə iddiaçıların mülkiyyətində olan torpağın sərhədləri daxilindədir. Məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, X20, X16, Cavabdeh1, X24 apelyasiya şikayəti verib, qətnamənin ləğv, idd ianın rədd edilməsini xahiş ediblər.

27. Apelyasiya şikayəti cavabdehlərin iddiya etirazlarının dəlillərinə uyğun əsaslandırılıb.

28. Apellyasiya baxşında yerli baxış olmuş, apellyasiya məhkəməsi torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması halını müəyyən etmişdir.

29. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-511/2021 nömrəli, 5 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyinin mötəbər süb ut növü kimi qəbul edilməməsi və ya yenidən ekspertiza təyin edilməsi üçün heç bir əsas yoxdur. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Cavabdehlər X24, Cavabdeh4, Cavabdeh3, X20, X16 və Cavabdeh1 (vəkil Cavabdeh4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

32. Kassasiya şikayətinin dəlilləri: işdə olan ekspert rəyləri əsaslı deyil; ekspertiza təyin edilməsi barədə vəsatətləri təmin edilməyib; apellyasiya instansiyası məhkəməsi işi tam və hər tərəfli araşdırmamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5100/2021 nömrəli, 1 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar Dövlət aktı əsasında yeni Çıxarış alsalar da, Çıxarışa əlavə olaraq torpaq sahəsinin planı və ölçü sənədləri işlənməyib, birinci instansiya məhkəməsi bunun səbəblərini araşdırmayıb, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq buna diqqət yetirməyib. Halbuki iddiaçılar məhz RX seriyalı, ******* saylı Çıxarışa istinadən mübahisəli torpağın mülkiyyətlərində olmasını iddia edirlər. Bundan əlavə, rəydə cavabdehlər X20 və X11 məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etməyin mümkün olmamasının səbəbi kimi həmin cavabdehlərin adına olan Çıxarışların iş materiallarına əlavə edilmədiyi göstərilib. Halbuki qeyd edilən sənədlər iş materiallarında var. Göründüyü kimi ekspert rəyi tam olmamaqla, yanaşı həm də ziddiyyətlidir. Rəydə əvvəlcə X20 və X11 məxsus torpaq sahələrinin iddiaçılar məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi göstərildiyi halda, sonradan X20 və X11 məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etməyin mümkün olmamasının səbəbi kimi həmin cavabdehlərin adına olan Çıxarışın iş materiallarına əlavə edilmədiyi göstərilib. Bir halda ki, X20 və X11 məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmaması (sənədlərin olmaması səbəbindən) qeyd edil ib, belə olan halda həmin şəxslərin iddiaçılara məxsus torpaq sahəsini tutmaları barədə gəlinən nəticə də əsaslı hesab edilə biməz. Bu da onu deməyə əsas verir ki, X20 və X11 məxsus torpaq sahələri üzrə rəy verilərkən onların adına olan torpaq sənədləri araşdırmadan kənarda qalıb.

35. Birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan mütəxəssis rəyinə istinad etməklə iddianı qismən təmin etmiş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmiş, ziddiyyətlərin aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etməmiş, eyni pozuntunu təkrarlayaraq qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd etmişdir ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Bu iddiaların təmin olunmasının da əsas şərti mülkiyyətdə olan əmlakın digər şəxsin qanunsuz sahibliyində olması halının müəyyən edilməsindən asılıdır. Hazırki işdə isə iddiaçıların mülkiyyətində olan torpağın bir hissəsinin cavabdehlərin istifadə etmələri halı sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilib, belə olan halda mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin l əğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, ekspert rəyindəki ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

37. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Məhkəmə kollegiyasının 03 avqust 2022-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə təkrar tikinti-texniki və torpaqşünaslıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/5736 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanaraq verdiyi rəyində aşağıdakılar göstərilir: -RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı2, X22 və X2 ümumi birgə mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndinin ərazisində yerləşən 0,5896 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmadığından sualın cavablandırılması mümükün deyil. Araşdırma zamanı arxiv materiallarına istinadən, iddiaçıların birgə mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli Çıxarışın, Torpağa mülkiyyət hüququna dair JN-439 KOD 50807005 saylı Dövlət aktı əsasında verildiyi müəyyən olundu. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Göygöl rayonu Qızılca kəndinin ərazisində Cavabdeh3 faktiki istifadəsində olan 0,61 ha torpaq sahəsinin 0,11 ha hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən öz mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin 0,11 ha hissəsi ilə üst-üstə düşür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Göygöl rayonu Qızılca kəndinin ərazisində Cavabdeh4 faktiki istifadəsində olan 0,79 ha torpaq sahəsinin 0,12 ha hissəsi, RX seriyalı ******* nömrəli çıxarışa əsasən öz mülkiyyətində olan 0,40 ha torpaq sahəsi ilə üst-üstə düşür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Göygöl rayonu Qızılc a kəndinin ərazisində X9 faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən öz mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşmür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən ekspertiza baxışında cavabdeh X16 iştirak etməmişdir. Bu səbəbdən də onun faktiki istifadə sahəsi olaraq, iddiaçının naturada taqdim etdiyi sahəyə istinad edildi. Beləliklə, Göygöl rayonu Qızılca kandi ərazisində, X7 faktiki istifadəsində olan 0.11 ha torpaq sahəsinin RX seriyalı * * * * * * * nömrəli Çıxarışa əsasan öz mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildi. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Əra zi İdarəsinin mütəxəssis rəyinə əsasən yuxarıda qeyd edildiyi kimi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı2, X22 və X2 ümumi birgə mülkiyyətində olan 0.5896 ha torpaq sahəsinə dair plan va ölçü sənədi tərtib olunmamışdır. Bu səbəbdən də, sualın cavablandırılması üçün, Torpağa Mülkiyyət Hüququna dair JN-439 (KOD ********) saylı Dövlət Aktına istinadən 0.5896 ha torpaq sahasi: a) RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə həmsərhəddir, lakin üst-üstə düşmür. b) RX seriyalı 021134 nömrəli Çıxarışa əsasən Cavabdeh4 məxsus olan 0,40 ha torpaq sahəsi ilə həmsərhəddir, lakin üst-üstə düşmür. c) RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X15 məxsus olan 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşmür. ç) RX seriyalı ******* nömrəli Çı xarışa əsasən X11 məxsus olan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşmür. d) X30 ekspertiza baxışında iştirak etməmişdir. X3 naturada təqdim etdiyi faktiki istifadələrində olan torpaq sahəsinin 0,0285 ha hissəsi və X14 faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,03 ha hissəsi Torpağa Mülkiyyət hüququna dair JN-439 KOD 50807005 saylı Dövlət Aktında göstərilən 0,5896 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 ekspertiza baxışı zamanı mübahisəli ərazidə onun faktiki istifadəsində torpaq sahəsi olmadığını bildirdi. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Torpağa Mülkiyyət hüququna dair JN439 KOD 50807005 saylı Dövlət Aktına əsasən İddiaçı2, X22 va X2 ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.22 ha hissəsi Cavabdeh4, 0.158 ha hissəsi Cavabdeh3, 0.07 ha hissəsi X7, 0.02 ha hissəsi X9, 0.0285 ha hissəsi X5, 0.03 ha hissasi isə X14 faktiki istifadəsindədir. Torpağa Mülkiyyat Hüququna dair JN-439 (KOD ********) saylı Dövlat Aktına asasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin 0.03 ha hissəsi mülki işdə adları çəkilməyən digər şəxslərin faktiki istifadə sahəsi ilə, 0.034 ha hissəsi isə ərazidə mövcud olan yol ilə üst-üstə düşür.

39. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

40. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-90/2023 nömrəli, 5 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Əlizamin Abdullayev) cavabdehlər Cavabdeh4, Cavabdeh3, X9, X7 və Cavabdeh1 nümayəndəsi - Vəkil və cavabdeh X24 tərəfindən birgə verilmiş apellyasiya şikayəti Cavabdeh1 aid hissədə təmin edilməmiş, apellyasiya şikayəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, X20, X16 və X18 aid hissələrdə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən seriya RX, ******* nömrəli çıxarışla Qəhrəmanova ( Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının mülkiyyətlərində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsinin Cavabdeh4, 0,16 ha hissəsinin Cavabdeh3, 170,00 kv.m hissəsinin X9, 0,0725 ha hissəsinin X7, 0,0323 ha hissəsinin X14 və 0,0282 ha hissəsinin cavabdeh X21 və ailə üzvüləri X3 zəbtindən azad edilməsi, Cavabdeh4 zəbt etdyi 0,22 ha torpaq sahəsində inşa etdiyi şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasarın, Cavabdeh3 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,16 ha torpaq sahəsinə düşən 0,018 ha (180.0 kv.m) hissəsinin, X9 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 170,00 kv.m torpaq sahəsinə düşən 78.0 kv.m hissəsinin, X7 inşa etdiyi fərdi yaşayış evinin və yardımçı tikilinin zəbt etdiyi 0,0725 ha torpaq sahəsinə düşən (yaşayış evinin) 286.0 kv.m və (yardımçı tikilinin) 75.0 kv.m hissəsinin, X14 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,0323 ha torpaq sahəsinə düşən 107.0 kv.m hissəsinin, X30 və ailə üzvüləri X3 inşa etdiyi yarımçıq tiklinin zəbt etdiyi 0,0282 ha torpaq sahəsinə düşən 89.0 kv.m hissəsinin sökülməsi hissələrində dəyişdirilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla Qəhrəmanova (Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının birgə mülkiyyətində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsindən Cavabdeh4, 0,158 ha hissəsindən Cavabdeh3, 0,02 ha hissəsindən X20, 0,07 ha hissəsindən X16, 0,03 ha hissəsindən X24 və 0,0285 ha hissəsindən cavabdeh X30 və ailə üzvlərindən X12 çıxarılmış (işə əlavə olunmuş sxemə uyğun olaraq), Cavabdeh4 inşa etdiyi tikililərin zəbt e tdyi 0,22 ha torpaq sahəsinə düşən hissələri, Cavabdeh3 inşa etdiyi tikililərin zəbt etdiyi 0,158 ha torpaq sahəsinə düşən hissələri, X9 inşa etdiyi tikilərəin zəbt etdiyi 0,02 ha torpaq sahəsinə düşən hissələri, X7 inşa etdiyi tikililərin zəbt etdiyi 0,07 ha torpaq sahəsinə düşən hissələri, X14 inşa etdiyi tikililərin zəbt etdiyi 0,03 ha torpaq sahəsinə düşən hissələri, X30 və ailə üzvüləri X3 inşa etdiyi tikililərin zəbt etdiyi 0,0285 ha torpaq sahəsinə düşən hissələri müvafiq surətdə cavabdehlərin hesabına sökülməsi, ekspertiza xərci 50 (əlli) manat miqdarında pul cavabdehlər Cavabdeh4, Cavabdeh3, X20, X16, X24 və X17 müştərək qaydada tutularaq hesaba keçirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşd ur ki, kassasiya instansiyası məhkəməsinin qərarında vurğulanmış göstəriş məhkəmə iclasında araşdırılarkən İddiaçı1 izahatında bildirdi ki, uşaqları ilə birlikdə ona məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək orada müəyyən tikinti işləri aparıldığına görə həmin torpaq sahəsində ölçü işlərinin aparılması mümkünsüz olmuşdur. İddiaçılar tərəfindən onlara məxsus torpaq sahəsinə dair plan və ölçü sənədinin təqdim edilməməsi onlardan asılı olmayan səbəblərə görədir.

42. Cavabdehlər apellyasiya şikayətində işə onların iştirakı olmadan baxıldığını göstərmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarının 299-317-ci vərəqələrində olan bildiriş və poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, cavab dehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Göründüyü kimi cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə də lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər.

43. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, Torpaq Məcəlləsinin 68, 111.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən araşdırılması üçün təkrar apellyasiya baxışın göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsinə dair ilkin torpaq ayırma sənədi olm amışdır. Məhkəmə Aqrar İslahat Komissiyasının rəyi üzrə torpaq sahəsinin ərazisinin iddiaçıya münasibətdə həmin qərarla əsas götürsədə düzgün nəticəyə gəlməyərək, iş üzrə təqdim edilmiş elektron xəritə üzrə torpaq sahəsinin koordinatlarını nəzərə almamışdır. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş ekspert rəyləri məhkəməyə daxil olsada iddiaçının ilkin torpaq ayırmaya dair sənədlərin olmaması ekspert tərəfindən müəyyən edilmişdir. Həmçinin ekspert tərəfindən rəyin verilməsi zamanı torpaq sahəsinin koordinatları elektron xəritə üzrə nəzərə alınmamışdır.

46. Mübahisə predmeti olan torpaq sahəsinin X19 torpağı olması qanuni qüvvəyə minmiş apellyasiya məhkəməsinin və Ali Məhkəmənin qərarı ilə öz hüquqi qüvvəsini saxlamışdır. Belə olan halda artıq torpaq sahəsinin X23 aid olmaması nəticəsin ə gəlinməsi ziddiyətlidir.

47. Məhkəmə qətnaməsinə əsasən, iddiaçının torpaq sahəsi zəbtdə olduğundan ona ilkin torpaq ayırma sənədlərinin verilməsi mümkün olmamamışdır. Məhkəmənin belə bir absurt nəticəyə gəlməsi əsassızdır. İddiaçıya torpaq sahəsi verildiyi bir vaxtdan iddiaçı öz torpaq sahəsi ilə belə 18 il belə maraqlanmamışdır. Belə olan halda həmin dövrdə yəni, Aqrar İstehsalat aparılan zaman ona ilkin torpaq ayırma sənədinin verilməməsi əsassızdır. Bu isə onu göstərir ki, iddiaçıya ilkin torpaq ayırma sənədinin verilməməsinin onun iradəsindən asılı olmayan səbəbdən yaranması mövqeyi iddiaçının deyil, məhkəmənin mülahizəsidir və heç bir sübutla təsdiq edilmir.

48. Məhkəmə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə yanaşı məhkəmdə çəkişmə hüququnun, hüquqi müəyyənlik prinsi pinin pozulması qənaətinə gəlinmişdir. Cavabdehin hərəkətlərinin maddi hüquq normalarına münasibətdə tövsüf edici əlamətləri sübut edilməyərək təsdiq edilir və yalnız məhkəmənin qeyri-mötəbər sübut kimi qiymətləndirməsindən ibarət olmaqla əsassız qətnamə çıxarılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

50. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

51. Maddə

29. Hər kəsin mü lkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. ç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

52. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

54. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

55. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllə

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə yalnız Cavabdeh4 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh4 aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh4 aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

69. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdiklə ri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-90/2023 saylı, 05 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar