Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2070/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh və üçüncü şəxslər X13 və X5 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr, mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və üçüncü şəxslər X13 və X5 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etiba rsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-568/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X27 (xx.xx.1912-xx.xx.1989) barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il tarixli arayışa əsasən, övladları: X28 (xx.xx.1956)-oğlu, X23 (bəzi mənbələrdə X29) (xx.xx.1961xx.xx.2008), X24 (xx.xx.1964, vətəndaşın verdiyi məlumata görə vəfat edib). 2. ünvan 1 ünvanında yaşa mış X1 aşağıdakı ailə üzvləri qalmışdır: Cavabdeh-yoldaşı, X13-qızı, X14-qızı.
3. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 1 may 2003-cü ildə vəfat etmiş X7 vərəsəsi X8r. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmanət Bankının Bərdə filialının 013 nömrəli əmanət kassasında olan əmanət pulu və onların faizindən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və ünvan 2 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin mi ras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçılar ərizəni belə əsaslandırmışdır ki, onlar Bərdə rayon sakinləridir. X3, anaları isə X15r. Onlar 4 uşaq olmuşlar. X34 xx.xx.1989-cu ildə, anaları Çiçək Fərəcova isə xx.xx.2003-cü ildə, qardaşları X20 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Ataları vəfat etməmişdən öncə xüsusi mülkiyyətində ünvan 3 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzərinə inşa edilmiş fərdi yaşayış evi var idi. Torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə X35 kitabında A№200280 nömrə ilə uçota alınmış, sahəsi 635,96 kv metr olan fərdi yaşayış evi tikdirmək üçün verilmişdir. Sözügedən plan və ölçü sənədində ata adı səhv yazıldığından bununla bağlı məhkəməyə müraciət etmiş, ərizəsi əsasında Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)1411/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, X30 adına verilmiş A 200280 nömrəli Plan və ölçü sənədinin X21 məxsus olması faktı müəyyən edilmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsini və həmin sahə üzərində inşa edilmiş fərdi yaşayış evində o, bacıları ilə birlikdə qalmış və istifadə etmişdir. Hazırda evin bütün kommunal sənədləri onun adınadır. Ailə üzvləri vəfat etdikdən sonra o, Bərdə şəhər C.Cabbarlı küçəsi 30 nömrəli evdə yaşadığı üçün mirası o qəbul etmişdir. Onun qeydiyyat ünvanı ünvan 4 ev 24, miras qalmış ev isə ünvan 8-dur. Bərdə Regional ASAN Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş məktubda hər iki ünvanın eyni ünvan olması qeyd edilmişdir. İndi isə miras qalmış fərdi yaşayış evini adına sənədləşdirmək istəyir. Bununla bağlı notariusa müraciət etdikdə adına sənədləşdirməkdən imtina etdilər. Səbəb olaraq mirası qəbul etmə müddəti ötürülmüşdür. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-297/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tələbi təmin edilmişdir. Lakin qətnamədən maraqlarına toxunmuş hazırki iş üzrə cavabdeh, mərhum qardaşının həyat yoldaşı Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2292/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Qətnamənin ləğvinə səbəb isə anaları Çiçək F ərəcovanın xx.xx.2003-cü ildə vəfat etdikdən sonra onun vərəsəsinin qardaşı X20 olduğunu bildirərək qardaşının adına fərdi yaşayış evinə xx.xx.2012-ci il tarixli 2V-467 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi alınmışdır. Qardaşı vəfat etdikdən sonra isə vərəsəsi yoldaşı Cavabdeh olmuşdur. Bunlardan isə sadəcə məhkəmə zamanı məlumatı olmuşdur. Qeyd edir ki, vərəsəlik şəhadətnaməsi saxta yolla alınmışdır və buna görə hüquqları pozulmuşdur. Buna görə sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsini və miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsini istəyir.
6. İddiaçılardan İddiaçı1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2012-ci il tarixli 2V467 rey estr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və ünvan 6 ünvanında torpaq sahəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bərdə rayon İHB-nın xx.xx.2024-cü il tarixli 36 saylı məktubuna əsasən, X16 ünvan 3-da yaşamış aşağıdakı ailə üzvləri vardır: X26 (yoldaşı, xx.xx.2003-cü ildə vəfat edib), X28 (oğlu, xx.xx.1956), İddiaçı3 (qızı, xx.xx.1953), İddiaçı2 (qızı, xx.xx.1953), X20 (oğlu, xx.xx.2020-ci ildə vəfat edib).
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 iyul 2024-cü il tarixli məhkəmə mühəndis texniki ekspertizasının rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınma z Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə Bərdə şəhər sakini X46 (Firiş) oğluna keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№200280 saylı Torpaq sahəsinin plan və ölçü sənədinə verilmiş 635,96 kv metr torpaq sahəsi ilə naturada istifadəçilik vəziyyəti arasında konfiqurasiya fərqi və koordinat uyğunsuzluğu olduğundan mütəxəssis rəyi naturaya uyğun hazırlanmışdır. Belə ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçı və cavabdehlərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə sənəd üzrə 635,96 kv metr həyətyanı torpaq sahəsi verilsə də, hal-hazırda onların istifadəsin də 0,15 ha torpaq sahəsi vardır və ünvan 7 ünvanda yerləşir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və təqdim edilmiş adlı siyahıda qeyd edilən şəxslərin pay hüququ tanına bilər. Faktiki olaraq naturada 3 fərdi yaşayış evi və 1 köməkçi tikili mövcuddur. Torpaq sahəsi üzərində inşa edilmiş tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə aparılmış ekspertiza xərci 100 manat təşkil etmişdir.
9. Bərdə Rayon Məhkəməsinin 2(021)-600/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilərək, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X21 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün ayrılmış 635,96 kv metr torpaq sahəsinin vərəsələr arasında bölünməs i, mərhum X9 miras qalmış mübahisəli torpaq sahəsinin 3/18 hissəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3, 1/18 hissəsinə isə Cavabdeh, X14 və X4 1/18 hissədə miras (vərəsəlik) paylarının müəyyən edilməsi, X23 (bəzi məlumatlara görə X29) və X10 isə hər birinə 3/18 hissədə miras paylarının açıq saxlanılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Fuad Babaşov).
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X2 ailə üzvləri və qanun üzrə birinci növbəli vərəsələri övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, X23 (bəzi mənbələrdə X29), X24, X8r. X2 arvadı X26 01 may 2003-cü ildə, övladı X20 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. X1 isə ailə üzvləri və birinci növbəli vərəsələri hazırki iş üzrə Cavabdeh, üçüncü şəxslər olan övladları Fərəcova Aygün və X11rıdır. İş üzrə tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından və işdə olan qeydiyyat şöbəsinin və dini icmanın dəfn barədə arayışlarından və qəbir şəklindən X29 (bəzən bu şəxs X23 ilə eyniləşdirilir) və X10 vəfat etməsi görünsə və qeyd edilsə də bu haqda ölüm şəhadətnaməsi və ya ölüm haqqında akt qeydindən çıxarışlar (arayışlar) olmadığından iş materiallarından X16 övladları olan adları çəkilən şəxslər, yəni birinci növbəli vərəsələrin vəfat edib-etməməsini müəyyən etmək mümkün deyil və bu halın araşdırılması ayrıca mülkü mühakimə (iddia) icraatının predmetidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, miras payları bölünüb müəyyənləşdirilərkən X9 miras qalmış əmlakdan X23 (bəzi mənbələrə görə X29) və X17 çatacaq miras (vərəsəlik) payları açıq saxlanılmalıdır. X20 vəfat etdiyindən mərhum X9 oğluna ç atacaq miras payından irsi transmissiya qaydasında onun vərəsələri olan Cavabdeh, X14 və X13 da vərəsəlik qaydasında miras payı əldə etmək hüququna malikdirlər.
11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133. 1134, 1151, 1225.1-ci və 1291-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı X28 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş Bərdə “ASAN XİDMƏT” mərkəzinin arxiv arayışına əsasən Rayon Dövlət Arxivində 73 saylı fondda mühafizə olunan Bərdə rayon Kələntərli kənd ZDS İK-nin Alaçadırlı kəndi üzrə 1960-1962 -ci illərə aid 7 saylı Təsərrüfatbaşına kitabın 253 saylı şəxsi hesabına əsasən, X16 adına olan torpağın 1960-1961-ci illərdə 0,14 olduğu göstərilmişdir. Göründüyü kimi, X12 ölən ana qədər malik olduğu miras tam şəkildə vərəsələri arasında bölüşdürülməmişdir. Bu cür bölüşdürülmə aparılmadığından iddiaçılar ata yurdundan istifadə edə bilməmiş, onların öz ata yurdlarından bir növ məhrum edilmişdir. Cavabdehlər isə bu hallardan sui-istifadə edərək onların ata-baba yurdlarından istifadəsini qadağan etmişlər. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə mühəndis texniki ekspertizasının rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə Bərdə şəhər sakini X46 (Firiş) oğluna keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindənA№200280 saylı Torpaq sahəsinin plan və ölçü sənədinə verilmiş 635,96 kv metr torpaq sahəsi ilə naturada istifadəçilik vəziyyəti arasında konfiqurasiya fərqi və koordinat uyğunsuzluğu olduğundan mütəxəssis rəyi naturaya uyğun hazırlanmışdır. Belə ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə iddiaçı və cavabdehlərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə sənəd üzrə 635,96 kv metr həyətyanı torpaq sahəsi verilsə də, hal -hazırda onların istifadəsində 0,15 ha torpaq sahəsi vardır və ünvan 7 ünvanda yerləşir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və təqdim edilmiş adlı siyahıda qeyd edilən şəxslərin pay hüququ tanına bilər. Faktiki olaraq naturada 3 fərdi yaşayış evi və 1 köməkçi tikili mövcuddur. Lakin məhkəmə əsassız olaraq 635,96 kv metr torpaq sahəsinə dair tərəflərin payını müəyyən etməklə kifayətlənmiş, 3 fərdi yaşayış evinin 1 köməkçi sahənin eləcə torpağın qalan digər sahəsinin müqəddəratı həll edilməmiş qalmaqdadır. Halbuki məhkəmə işin ədalətli həlli üçün yuxarıda qeyd olunan əmlaklara dair sorğular verib həmin hissəni aydınlaşdıra bilərdi. Lakin bu halları araşdırmamışdır. Birinci arqument ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin in tələblərini nəzərə almamışdır. İkinci arqument ondan ibarətdir ki, məhkəmə iddiaçılara miras olaraq qalmış əmlakın tam olaraq bölgüsünü həyata keçirməmiş, paylarını müəyyən etməmişdir. Üçüncü arqument ondan ibarətdir ki, məhkəmə torpaq sahəsinə münasibətdə tərəflərin payını müəyyən etsə də pul vəsaitinə münasibətdə paylarını müəyyən etməmiş və əsassız, qanunsuz olan şəhadətnaməni etibarsız hesab etməmişdir. Dördüncü arqument ondan ibarətdir ki, icra sənədi üzrə icraat dayandırıldığı icraat təzələnmədən hərrac keçirilmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan Daşqın Fərəcov xx.xx.1989-cu il tar ixdə vəfat etmişdir. Lakin miras qoyanın öldüyü məqamadək mülkiyyətində heç bir əmlak olmamışdır. Onun ölümündən 17 il keçdikdən sonra Daşqın Fərəcovun adına Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 06 saylı qərarın verilməsi şübhəlidir, qanunla bu mümkün deyil. Düzdür, iş materiallarında Aqrar İslahat Komissiyasının qərarı mövcud olmasa da, belə bir qərarın verilməsi inandırıcı deyil. Birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normaların tələblərinə riayət etməyib sözügedən naməlum Aqrar İslahat Komissiyasının dövlət qeydiyyatına alınmamış və ölümündən 17 il sonra alınmış qərarını miras qoyanın mülkiyyəti kimi hesab etməkdə səhvə yol vermişdir. Məhkəmə prosessual hüquq normalarını pozaraq sübutlara tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, məhkəmə i ş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№200280 saylı Torpaq sahəsinin planı və ölçüsünün qeyd olunan X22 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 635,96 kv metr torpaq sahəsi ayrılması barədə Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarını miras qoyanın mülkiyyəti kimi hesab etməsi və həmin əmlakı miras əmlak kimi qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 06 saylı qərarının mövcudluğunu və həmin qərarın Daşqın Fərəcovun ölümündən 17 il sonra verildiyini aydınlaşdırmamışdır. Məhkəmə iş materiallarında Daşqın Fərəcovun öldüyü məqamadək mülkiyyətində əmlakın olması barədə sübut yoxdur.
16. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər iddiaçıl ar İddiaçı2 və İddiaçı3 nümayəndəsi) İddiaçı1 İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mərhum Dadaş atası olmuşdur. Atası öləndən sonra anası ilə birlikdə o və ailə üzvləri yaşamışdır. Qardaşının biri həbsxanada olmuşdur. Bacısının biri isə qaçqın düşən zaman vəfat etmişdir. Dağbəyi 1981-1992-ci illərdə Türkmənistanda olmuşdur. Bahar ərə gedib Sumqayıt şəhərinə, Səmayə isə ərə gedib Laçına şəhərinə köçmüşdür, Həmayə ərə gedib Bərdə rayonuna köçmüşdür. Atası öləndə anası sağ olmuşdur. Anası 2003-cü ildə vəfat etmişdir. Ev yanmışdı. Evin sənədl ərini düzəltdirəndə ona demişlər ki, evin şəhadətnaməsi vardır. 2021-ci ildə bilmişdir ki, belə bir sənəd vardır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, torpaqda iki ev vardır. Birində o, digərində isə cavabdeh yaşayır.
17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, miras 1989-cu ildə açılmışdır. Miras qoyan öləndə onun adına heç bir sənəd olmamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-568/2025 saylı, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-600/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilm əsi və iddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı 9 iyun 2012-ci il tarixli, 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və ünvan 2 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair iddiaların rədd olunması qət edilmişdir (hakimlər M.Mustafayev (sədrlik edən və məruzəçi), F. Mehtiyev və R. Muradov).
19. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların X3, anaları isə X15r. Onlar ailədə cəmi 4 uşaq olmuşlar. X34 29 sentyabr 1989-cu il tarixdə, anaları Çiçək Fərəcova isə 01 may 2003-cü ildə, qardaşları X20 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Mərhum atalarından ünvan 3 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X35 kitabında A № 200280 nömrə ilə uçota alınmış, sahəsi 635,96 kv metr olan fərdi yaşayış evi tikdirmək üçün verilmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd edilən torpaq sahəsini və həmin sahə üzərində inşa edilmiş fərdi yaşayış evində iddiaçılar qalmış və istifadə etmişdir. Hazırda evin bütün kommunal sənədləri iddiaçı X18 adınadır. Ailə üzvləri vəfat etdikdən sonra o, evdə yaşadığı üçün mirası qəbul etmişdir. Mübahisəli torpaq sahəsində iki ünvan mövcuddur. İddiaçı X28 həmin torpaq sahəsində yerləşən ünvan 4 ev 24 ünvanında qeydiyyatdadır və orada yaşayır. Cavabdeh isə həmin torpaq sahə sində ünvan 8-da yaşayır. İddiaçı hesab etmişdir ki, miras qalan mülk ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evidir. Miras qalmış fərdi yaşayış evini adına sənədləşdirmək istəyir. Lakin, Bərdə Regional ASAN Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş məktubda hər iki ünvanın eyni ünvan olması qeyd edilmişdir. Bununla bağlı notariusa müraciət etdikdə adına sənədləşdirməkdən imtina edilmişdir. Səbəb olaraq mirası qəbul etmə müddəti ötürülmüşdür. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)297/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə tələbi təmin edilmişdir. Lakin qətnamədən maraqlarına toxunmuş hazırki iş üzrə cavabdeh mərhum qardaşının həyat yoldaşı Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2292/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bərdə rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Çünki, Cavabdeh mərhum Çiçək Fərəcovanın 01 may 2003-cü ildə vəfat etdikdən sonra onun vərəsəsinin hazırki iş üzrə iddiaçının qardaşı, onun isə əri X20 olduğunu bildirərək, fərdi yaşayış evinə 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi almışdır. X20 vəfat etdikdən sonra isə vərəsəsi, arvadı Cavabdeh olmuşdur.
20. Məhkəmə ilk növbədə İddiaçı1 apellyasiya şikayətində göstərdiyi miras əmlakının birinci instansiya məhkəməsinin bütün miras kütləsini nəzərə almamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi miras mülkün kütləsinə məhz ünvan 6 ünvanında yerləşən 635,96 kv metr torpaq sahəsi daxil olduğu qənaətinə gəlmiş və gəldiyi nəticəni Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№200280 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X22 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 635,96 kv metr torpaq sahəsi ayrılması ilə əsaslandırmışdır. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi digər torpaq sahələri və tikilinin miras əmlaka daxil olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətin digər dəlili, pul vəsaiti üzrə paylarını müəyyən edilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçıların nümayəndəsi yazılı ərizə ilə iddia tələbinin xx.xx.2012-c i il tarixli, 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində iddiadan imtina etmiş, pulun verilməsi həmin vərəsəlik şəhadətnaməsi əsasında həyata keçirildiyindən və həmin hissədə işin icraatına xitam verildiyindən, apellyasiya şikayətinin həmin dəlilləri araşdırılmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi miras kütləsinə yalnız 635,96 kv metr torpaq sahəsinin daxil olması nəticəsinə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№ 200280 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bərdə Rayon Aqrar İsla hat Komissiyasının 31 iyul 2006cı il tarixli 06 saylı qərarı ilə X22 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 635,96 kv metr torpaq sahəsi ayrılmışdır. Mülki Məcəllənin 1391.1.8-ci maddəsinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Yəni, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı X22 ayrılmış Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 635,96 kv metr torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün əsasdır, mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, mərhum X19 adına hər hansı torpaq sahəsinin ayrılması barədə qərarın mövcud olması, mərhumun adına mülkiyyət sənədinin alınması üçün əsasdır. Lakin hazırkı iş üzrə mərhum X19 mülkiyyətində hər hansı torpaq sahəsinin, yaxud digər daşınmaz əmlakı n olması barədə sübut yoxdur. Odur, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin miras kütləsi ilə bağlı gəldiyini nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, hazırda mərhum X19 mülkiyyətində əmlakın olmasını təsdiqləyən sübut olmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilə bilməzdi.
22. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılar xx.xx.2012-ci il tarixli, 2V467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsindən iddiadan imtina etdiyindən və həmin hissədə iş üzrə icraata xitam verildiyindən iddia tələbi 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi hissədə də, təmin edilməməlidir.
23. Beləliklə, apellyasi ya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-600/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.8, 146.1, 146.2, 1133, 1151.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1243.1, 1243.2, 1243.3 və 1255-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217.2, 217.3, 217.4, 384.0.2, 385.1.1, 389 və 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı1 (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiаnın prеdmеti Bərdə şəhəri C.Cаbbаrlı küçəsi, 24 saylı ünvаndа rəsmən 14 sоt (fаktiki 15 sоt) tоrpаq sаhəsi və оnun üzərindəki tikililərdir. Cаlаl və Dаğbəyi Fərəcоvlаrın аilələrinə xx.xx.1989cu il tаriхdə vəfаt еtmiş аtаlаrı Dаdаş Fərəcоvdаn qаlmışdır. Vərəsələr mirаs аçılаn gündən, yəni 31 il müddətində həmin mülkə birgə sаhiblik еtmiş, Dаğbəyi 2020-ci ildə öləndən sоnа sаhibliyi оnun əvəzinə аrvаdı Tənzilə Fərəcоvа еdir. Sübutlаr kifаyət, fаktlаr isə göz qаbаğındа оlduğundаn, bu işin həlli çох аsаn idi. Məhkəmələrin işə ciddi yаnаşmаmаlаrı üzündən məsələ həll оlunmаmış, kiçik bir mülki iş şişib, 2 cild оlmuşdur. Məhkəmə bu hаllаrı müəyyən еtməli idi: mirаsın kütləsi, vərəsələrin dаirəsi, mirаsı qаnunlа müəyyən еdilmiş müddətdə və fоrmаdа qəbul еtmiş şəхslərin dаirəsi, mirаsın rеаl bölünməsi, bu mümkün dеyilsə, idеаl (riyаzi rəqəmlərlə) bölünməsi. Bu mеtоd vərəsəliyə dаir mübаhisələrə bахılmаsının uni vеrsаl üsuludur.
27. İş materiallarından aydın görünür ki, mirаsqоyаnın аrvаdı (iddiаçılаrın аnаsı) Çiçək Fərəcоvа dа ərinin ölümündən sоnrа həmin mülkdə yaşamış xx.xx.2003-cü ildə ölmüşdür, sаğlığındа vərəsəli iddia qаldırmаmışlar. Mirаsqоyаnın sаğlığındа оnun qızlаrı Səmаyə və Həmаyə ər еvində yаşаmışlar, mirаs аçılаndа, yəni 1989-cu ildə qаnunlа nəzərdə tutulаn fоrmаdа və müddətdə mirаsı qəbul еtməmişlər. Mirаsqоyаndаn qаlmış 15 sоt tоrpаğın yаlnız 635,96 kv mеtrinin sənədi vаr: Bərdə rаyоn АİK-in xx.xx.2006-cı il tаriхli qərаrı əsаsındа DT və XK tərəfindən vеrilmiş “Tоrpаq sаhəsinin plаnı və ölçüsü”. Mirаsqоyаnın və оnun аiləsinin yаşаdığı аybаlаsı kərpicli köhnə еv yаnmışdır, hаzırdа оndаn əl dаmı kimi istifаdə еdilir. Cаlаl Fərəcоv həmin mülkdə özünə ikimərtəbəli еv tikdirib, аiləs i ilə həmin еvdə yаşаyır. Dаğbəyi Fərəcоv dа öz аiləsi üçün birmərətbəli еv tikdirmişdir. Ölümündən sоnrа həmin еvə аiləsi (Tənzilə Fərəcоvа və uşаqlаrı) köçmüşdür. Tərəflər аrаlаrındа оlаn mübаhisənin qаrşısını аlmаq üçün аrаlаrınа divаr qоymuşlаr. Bərdə Rаyоn Məhkəməsinin xx.xx.2023-cü tаriхli, 2(021)-297/2023 nömrəli qətnаməsi ilə Cаlаl Fərəcоvun аtаsındаn mirаsı qəbul еtməsi fаktı müəyyən оlunmuşdur. Dаğbəyi Fərəcоvа vеrilmiş xx.xx.2012-ci il tаriхli qаnun üzrə vərəsəlik şəhаdətnаməsi əsаsındа о, bаnkdаn аtаsındаn qаlаn pulu (iddiаçının sözünə görə 400 mаnаtı) ötürmüşdür. Bərdə rеgiоnаl “Аsаn Хidmət” Mərkəzində nоtаriаt оfisinin хüsusi nоtаriusu iddiаçıyа 1989-cu ildə vəfаt еtmiş аtаsı Dаdаş Fərəcоvun qаnun üzrə vərəsəsi kimi tаnınmаq hüququnu bildirmişdir.
28. Vərəsəliyin müəyyən оlun mаsı iddiаçı Cаlаl Fərəcоv üçün оnа görə əhəmiyyət kəsb еdir ki, fаktiki istifаdəsində оlаn tоrpаq sаhəsinə və tikdirdiyi еvə gələcəkdə müvаfiq sənədlər аlа bilsin, qеydiyyаtа аlınmаmış 8 sоt yаrımdаn аrtıq tоrpаq sаhəsindən 1/2 pаyınа düşəni аlsın. Bərdə Rаyоn Məhkəməsi işin yuхаrıdа qеyd еdilən hаllаrındаn əksəriyyətini müəyyən еtməklə həqiqətə yахın оlmuş, lаkin mirаs əmlаkı (635,96 k metr tоrpаq sаhəsi) iki qаrdаş аrаsındа 1/2 hissələrə bölüb, mübаhisəyə sоn qоymаq əvəzinə mirаsı qəbul еtməyən qаdınlаrа pаy аyırmış, bununlа mübаhisəni qızışdırıb, qətnаmədən Tənzilə Fərəcоvаnın tаmаmilə hаqlı оlаrаq аpеllyаsiyа şikаyəti vеrməsinə bаis оlmuşdur. 29. Аpеllyаsiyа instansiyası məhkəməsi isə işin öhdəsindən gələ bilmədiyindən Cаlаl Fərəcоvа xx.xx.2012-ci il tаriхli qаnun üzrə vərəsəlik şəhаd ətnаməsinin və оnun əsаsındа vеrilmiş bütün sənədlərin ləğvindən imtinа еtməsi bаrədə ərizə yаzdırıb, həmin hissə ilə işin icrааtınа хitаm vеrmiş, iddiаçının аtаsı Dаdаş Fərəcоvdаn nəyinsə mirаs qаlmаsınını sübut еdə bilməməsi mоtivi ilə iddiаnı rədd еtmişdir. Qərаrdаd və qətnаmə üzrə qаnunsuzluq оndаdır ki, Cаlаl Fərəcоv xx.xx.2012-ci il tаriхli qаnun üzrə vərəsəlik şəhаdətnаmə ilə yаlnız mirаs pul məsələsi həll еdildiyindən, həmin şəhаdətnаməyə görə hər hаnsı bаşqа sənəd qəbul еdilmədiyindən, yаlnız həmin şəhаdətnаmənin qаnuniliyini, yəni mərhum qаrdаşı Dаğbəyinin də оnunlа birlikdə аtаsının qаnun üzrə vərəsi оlmаsını qəbul еtməsini еtirаf еtmişdir. Cаlаl Fərəcоvun аtаsındаn mirаsı qəbul еtməməsi bаrədə mülаhizə yürütmək Mülki Məcəllənin 1243-cü və 1246-cı mаddələrini inkаr еtmək kimidir. Çünki Cаlаl Fərəcоvun ömrü bоyu аtаsının mülkündə yаşаmış, yаşаyır və оnа sаhib durаrаq, qаrdаşı (hаzırdа qаrdаşı аrvаdı) ilə yаnаşı оnu idаrə еdir. Mirаs göz qаbаğındаdır, оnun qаnuni hissəsi dövlət tərəfindən sənədləşdirilən 635,96 kvm tоrpаq sаhəsidir. Həmçinin, Bərdə Rаyоn Məhkəməsinin xx.xx.2023-cü tаriхli qətnаməsi ilə Cаlаl Fərəcоvun аtаsındаn mirаsı qəbul еtməsi fаktı müəyyən оlunmuşdur. “Аsаn Хidmət” Mərkəzində nоtаriаt оfisi Cаlаl Fərəcоvа аtаsı Dаdаş Fərəcоvun vərərəsi оlmаsı bаrədə xx.xx.2023-cü il tаriхli, 721/223 nömrəli məktub vеrmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən haz ırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
37. M addə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
38. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
39. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
40. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
41. Maddə 1243.2. Vərəsə miras ın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
42. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
43. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. 50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
51. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. İddiaçı1 oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılm amasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansi yası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-568/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.