Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2071/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2071/2019 01 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh3 və vəkili ***nıniştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli, 2(103)-10311/2018 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh3 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1hüseyn oğluna, Cavabdeh2, Cavab deh3 və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə qarşı iddia tələbi və AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair Cavabdeh2 adına aparılmış ilkin qeydiyyatın ləğv olunması, həmin mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına 28 dekabr 2015-ci il tarixdə qeydiyyata alınmış çıxarışın ləğv olunması və onun istifadə hüququnun tanınmaqla, azyaşlı uşaqları 02.05.2010-cu il təvəllüdlü X12 və 16.06.2012-ci il təvəllüdlü X6 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.V.Tanrıverdiyev) 27 iyun 2018-ci il tarixli, 2(009)-333/2018 saylı qətnaməsi ilə iddia tə ləbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva) 20.11.2018-ci il tarixli, 2(103)-10311/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Vaqif Mustafazadə döngəsi, ev 4, 2 nömrəli mənzilə istifadə hüququ tanınmaqla, azyaşlı uşaqları 02.05.2010-cu il təvəllüdlü X12 və 16.06.2012-ci il təvəllüdlü X6 ilə birlikdə həmin mənzilə köçürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İddiaçı və onun vəkili X10, Cavabdeh3 və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli qətnam əsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X10, Cavabdeh3 və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun iddianın təmin edilməmiş hissəsində ləğv, həmin hissədə də iddianın təmin edilməsi barədə, cavabdeh isə qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv, iddianın tam rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, cavabdehlərlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla cavabdehlərlə bərabər hüquqlar, yəni həmin yaşayış sahəsində yaşayaraq ondan istifadə etmək hüququnu əldə etmişdir. Qeyd olunan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Müba hisəli hüquq münasibətləri yarandığı vaxt mübahisəli mənzil dövlət fonduna məxsus olmuşdur, o, cavabdehlərlə həmin mənzildə yaşamaqla ailə üzvü statusunu əldə etmişdir. Lakin, cavabdehlər onu və uşaqlarını mübahisələndirilən mənzilə pasport qeydiyyatına salmadığına və həmin mənzildə yaşadıqlarına maneçilik törətdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı isə müəyyən olunmuşdur ki, mübahisələndirilən mənzil onun razılığı və məlumatı olmadan qeydiyyata alınmış, çıxarış veilmiş və mənzil bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, vəkil onunla birlikdə 20 noyabr 2018-ci il tarixə təyin olunmuş məhkəmə iclasına getmiş və keyfiyyətli hüquqi yardım göstərməsi üçün iş materialları ilə t anış olmaqdan ötrü şərait yaradılmasını xahiş etmişdir. Lakin iş materialları ilə tanış olmaq üçün şərait yaradılmadı. O, iş üzrə təqdim etdiyi şahidlərin dindirilməsinə dair vəsatət vermişdir. Baxmayaraq ki, iddiaçı tərəfin şahidləri apellyasiya instansiyasında dindirilmişdi, onun şahidlərinin dindirilməsinə dair vəsatəti təmin olunmadı, məhkəmə müşavirəyə getdi. Bununla da ona iddiaçı tərəflə bərabər imkanlar yaradılmadı, yəni Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsində nəzərdə tutulmuş qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozuldu. Müşavirədən qayıdanda hakim qətnamənin nəticə hissəsini elan edərək bildirdi ki, qətnamə qismən təmin edilsin, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülsün, iddia qalan hissədə təmin edilməsin. Lakin qətnamə tam halda on a verildikdə məlum oldu ki, qətnamə elan olunduğu kimi yazılmayıb. Belə ki, qətanamə elan olunarkən iddiaçının istifadə hüququnun tanınması elan olunmamışdı, lakin tam halda ona verildikdə məlum oldu ki, qətnamədə iddiaçının istifadə hüququnun tanınması da göstərilib. Yəni qətnamənin elan olunan nəticə hissəsi ilə ona yazılı verilən nəticə hissəsi fərqlidir. Bu ciddi prosesual pozuntudu və hakimin bu hərəkətinə mütləq qiymət verilməlidir. Bundan əlavə məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış bu isə sonda maddi hüquq normalarının düzgün tətbiq olunmaması və düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Məhkəmə bu nəticyə gəlmişdir ki, iddiaçı həmin mənzildə 2009-cu ilin sentyabr ayından 2015-ci ilədək yaşamışdır. Məhkəmə bu nəticəyə gələrkən iddiaçı tərəfindən məhkəmə yə təqdim edilən şahid ifadələrinə istinad etmiş, cavabdeh tərəfin şahidlərinin dindirilməsi üçün şərait yaratmamışdır. Bu isə o deməkdir ki, məhkəmə iş üzrə sübutları düzgün qiymətləndirməmiş, sübutetmədə cavabdehlərin iştirakını təmin etməmişdir. Halbuki cavabdeh göstərir ki, iddiaçı bu mənzildə bir ay yaşamışdır və iddiaya bu etrazını əsaslandırmaq üçün məhkəməyə şahidlər təqdim edir. Məhkmənin bu nəticəsi düzgün deyil. Hətta məhkəmənin bu nəticəsi, yəni iddiaçının həmin mənzildə 2015-ci ilədək yaşaması nəticəsi düzgün olsaydı belə, yenə də iddiaçının bu mənzilə istifadə hüququ tanına bilməzdi. Belə ki, apellyasiya instansiyası qətnaməni əsaslandırarkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmişdir.Məhkəmə bu nəticəyə gəlmişdi r ki, iddiaçı 2009-cu ilin sentyabr ayında dövlət mənzil fondunda olan mübahisəli mənzilə köçrək burada istifadə hüququ əldə etmişdir. Lakin məhkəmənin öz gəldiyi nəticəyə görə (bu nəticə yanlış olsa da) iddiaçı 2015-ci ilin axırlarından mübahisəli mənzildə yaşamır. İddiaçı ilə cavabdehlər arasında olan ailə münasibətlərinə Abşeron rayon Məhkəməsinin 10.03.2016-cı il tarixli, 2(009)-513/2016 saylı qətnaməsi ilə xitam verilmişdir. Mənzil isə 01 may 2013-cü il tarixdə Cavabdeh2 (iddiaçının qaynanasının) adına ilkin qeydiyyatdan keçərək sonuncunun mülkiyyəti olmuşdur. Göründüyü kimi mənzil 2013-cü il may ayının 1-də iddiaçının qaynanası X1 mülkiyyətinə keçməklə iddiaçı ilə sonuncu arasında həmin tarixdə mənzilin mülkiyyətçisi ilə digər ailə üzvü kimi hüquq münasibəti yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası kas sasiya şikayətlərinin dəlillərini nəzərdən keçirib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.11.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 10.03.2016-cı il tarixli, 2(009)-513/2016 saylı qətnaməsinə əsasən, Cavabdeh1hüseyn oğlu ilə X8 arasında 12 sentyabr 2009-cu il tarixdə Səbail rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 02 may 2010-cu il təvəllüdlü X9 və 16 iyun 2012-ci il təvəllüdlü X2 anaları X4 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh1hüseyn oğlundan 02 may 2010-cu il təvəllüdlü X9 və 16 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 108 manat, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 29.08.2017-ci il tarixli vəkil sorğusuna cavabına əsasən, Bakı şəhəri, Səbail rayonu, Vaqif Mustafayev küçəsi, ev 4, 2 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 10.10.2018-ci il tarixli, **********77 saylı məktubuna əsasən, Bakı şəhəri, Səbail rayonu, Vaqif Mustafayev küçəsi, ev 4, 2 saylı mənzil 01.05.2013-cü il tarixdə Səbail rayon İcra Hakimiyyətinin 12.09.2005-ci il ta rixli, 591 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyətinin 10.04.2013-cü il tarixli, 36/491 saylı arxiv arayışına, razılıq ərizələrinə 17.12.2012-ci il tarixli, 1121 saylı Forma 2 arayışına, 14.12.2005-ci il tarixli 002320 saylı orderə, İçərişəhər Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin 19.12.2012-ci il tarixli 04/08-1149 saylı məktuba əsasən Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. 28.12.2015- ci il tarixində Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzinin Notariusu təsdiq etdiyi 12.12.2015-ci il tarixli 4Ə-2696 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mübahisəli Bakı şəhəri, Səbail rayonu, Vaqif Mustafazadə döngəsi, ev 4, 2 nömrəli mənzil 14.12.2005-ci il tarixli 002320 saylı orderə əsasən Dövlət Mənzil Fonduna aid mənzil olmuş, İddiaçı Cavabdeh1hüseyn oğlu ilə 12.09.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə, həmin mənzilə gəlin gəlmişdir. İddiaçının həmin mənzilə gəlin gəlməsini məhkəmə iclasında Cavabdeh2 etiraf etmiş, lakin iddiaçının sonradan kirayədə yaşadığını qeyd etmişdir. Cavabdeh2 iddiaçının sonradan kirayədə yaşadığını qeyd etsə də, onun hansı ünvanda yaşaması ilə bağlı sübut təqdim etməmişdir. Şahid qismində dindirilən X3 ifadəsinə əsasən, iddiaçı Günay onun bibisi qızıdır. İddiaçı Cavabdeh1hüseyn oğlu ilə 12.09.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə, Vüqarın yaşadığı Bakı şəhəri, Səbail rayonu, Vaqif Mustafazadə döngəsində yerləşən evinə gəlin getmişdir. O, bibisi qızının yaşadığı evə gedib-gəlmişdir. Günay həmin mənzilə gündəlik istifadə olunan əşyaları aparmışdır. Toydan yığılan pullar Günayın əri Vüqara verilmişdir ki, başqa əşyalar alınsın. 2015-ci ilin axırlarında Günayın baldızı Dilbər onu uşaqları ilə birlikdə evdən qovmuş, əşyalarını bayıra atmışdır. Günay iki uşağı ilə birlikdə məcbur olub, qohumlarının evində yaşamışdır. Şahid qismində dindirilən X7 ifadəsinə əsasən, o, Günayın rəfiqəsidir. O, Günayın yaşadığı Bakı şəhərində “Qız Qalası’nın arxasında olan evə 2009-cu ildən 2015-ci ilin axırlarına kimi gedibgəlmişdir. Həmin evdə Günay qaynanası Hüriyyə ilə yaşayırdı. Hüriyyə onu yaxşı tanıyır. Hətta, Hüriyyə onu öz qohumu üçün nişanlamaq istəyirdi. Günayın baldızı Dilbər 2010-cu ildə ailə qurub, oradan çıxıb getmişdir. Günayın həmin evdə məişət avadanlıqları, qab-qacağı var idi. Günay həmin mənzilə gündəlik istifadə olunan əşyaları aparmışdır. Toy dan yığılan pullar Günayın əri Vüqara verilmişdir ki, başqa əşyalar alınsın. 2015-ci ilin axırlarında Günayın baldızı Dilbər onu uşaqları ilə birlikdə evdən qovmuş, əşyalarını bayıra atmışdır. Günay iki uşağı ilə birlikdə məcbur olub, qohumlarının evində yaşamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin şahidlərinin ifadələrinə iş üzrə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab etmişdir ki, həmin ifadələr inandırıcı olmaqla, mötəbər sübut kimi qəbul edilməlidir. 15 saylı Uşaq Poliklinikasının 07.11.2018-ci il tarixli, 409 saylı arayışına əsasən, 02.05.2010cu il təvəllüdlü X12 10.05.2010-cu il tarixdən və 16.06.2012-ci il təvəllüdlü X6 isə 13.08.2012-ci il tarixdən poliklinikanın qeydiyyatına alınıblar. Uşaqlar yeni ünvana köçməsi ilə əlaqədar olaraq 30.09.2 016-cı il tarixdən poliklinikadan çıxarılıblar. Kassasiya kollegiyası maddi və prosessual hüquq normalarına riayət edilmə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı tərəfin kassasiya şikayəti baxımından qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddia tələbinin təmin edilmiş hissəsindən fərqli olaraq özəlləşdirmənin ləğvi tələbinin rəddi qənaəti ilə bağlı hər hansı əsaslandırılma verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətird iyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının özəlləşdirilmənin ləğvi tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən ilə bağlı apellyasiya şikayətinin dəlilləri olsa da, apellyasiya instansiyası məhkəməsi bu dəlillərə hər hansı qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti b ölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il t arixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəm ələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir. İlk növbədə müdafiə hüququnun pozuntusu ilə bağlı kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək kollegiya bu dəlillərin əsaslı olması qənaətinə gəlir. Belə ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində olan icraata diqqət etdikdə müəyyən edilir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində, habelə apellyasiya instansiyası məhkəməsində iddiaçı tərəfin şahidlərinin dindirilməsindək müdafiəçinin xidmətlərindən istifadə etməmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya icraatında 14 noyabr 201 8-ci il tarixdə iddiaçı tərəfin şahidlərinin dindirilməsindən sonra özünün hüquqlarının müdafiəsi üçün vəkil xidmətlərinə ehtiyyacının olduğunu hiss edib, 19 noyabr 2018-ci il tarixdə vəkil *** ilə müqavilə bağlamışdır. 20 noyabr 2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasında vəkil müraciət edərək təmsil etdiyi şəxsə keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədilə iş materialları ilə tanış olması üçün məhkəmə iclasının təxirə salınması xahiş edilsə də, apellyasiya instansiyası məhkəməsi hər hansı ağlabatan əsasa istinad etmədən vəsatəti təmin etməyərək cavabdehin müdafiə hüququnu pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının: 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır; 127-ci maddəsinin Vİİİ hissəsinə əsasən məhkəm ə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.4-cü maddəsinə əsasəm işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Kassasiya şikayətinin digər dəlilləri baxımından eyni zamanda qeyd edilməldir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı iddia tələbinin əsaslandırılması üçün hər hansı şahidin dindirilməsini tələb etmədiyi halda, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 372.1 və 372.2-ci maddəsinin tələblərinə zidd olaraq bunun səbəblərini aydınlaşdırmadan iddiaçı tərəfin şahidlərini dindirərək, mənzildə yaşama faktını bu şahid ifadələrinin əsasında müəyyən etmişdir. İddiaçı tərəfin şahidlərini təqdim etməsinə şərait yaratdığı halda, cavabdeh tərəfin həmin şahidlərin dindirilməsindən dərhal sonra ərizə ilə müraciət edərək öz şahidlərinin dindirilməsini tələb etsə də, apellyasiya instansiyası məhkəməsi bərabərlik prinsipini pozaraq buna şərait yaratmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir; 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə gör ə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələ r tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı). Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd edir ki, X16 Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslandırılmış, qanuni və ədaləltli qərar tələblərinə cavab verməyən qərar kimi qiymətləndirilməlidir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı apellyasiya şikayətində əks olunmuş halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh3 kassasiya şikayətləri qismən təmin edilsinlər. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli, 2(103)10311/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2071/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2071/2019
01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver