Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2072/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)-8239/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.Tanrıverdiyev) 25.04.2018-ci il tarixli, 2(009)-391/2018 nömrəli qətnaməsi ilə İddiaç ı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh4, İddiaçı xeyrinə 50000 (əlli min) ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla), bildirişin qeydiyyata alınmasına görə 30 manat məbləğində və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, *********** küçəsində yerləşən *** saylı evin 11-ci mənzilinə yönəldilməklə həmin mənzilin hərracdan satılması, ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ödənilməli olan borc və məhkəmə xər ci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması, ipoteka predmetinin hərracda satıldıqdan sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ********** küçəsində yerləşən **** saylı evin 11-ci mənzilindən çıxarılmaları, ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun Cavabdeh4 tutularaq “Əmlak Ekspertiza Mərkəzi”nin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, E.Nağıyeva) 07.11.2018-ci il tarixli, 2(103)-8239/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli, 2(009)-391/2018 nömrəli qətnaməsinin ləğv e dilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh4 İddiaçı xeyrinə 50000 (əlli min) ABŞ dollarının alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumunun tutulması, tələbin Bakı şəhəri, ************* küçəsi, ev *****, mənzil 11-ə yönəldilməsi, evin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılmaqla borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ tələbdən artıq olduqda, qalıq məbləğin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən 1 ay müddətində boşaldılması, məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh4 alınaraq “xxxx” MMC-nin he sabına keçirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, 07.10.2016-cı il tarixli kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus Bakı şəhəri, *********** küçəsində yerləşən *** saylı evin 11-ci mənzilinə tutma yönəldilməsi, mənzilin hərracdan satılması və kredit müqaviləsi üzrə 50000 (əlli min) ABŞ dolları məbləğinə bor c verilmiş pulun, bildirişin qeydiyyata alınmasına görə 30 manat məbləğində rüsumun, hüquqi yardıma görə ödədiyi 2000 manat pulun ipoteka predmetinin dəyərindən onun xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, ****** küçəsində yerləşən **** saylı evin 11-ci mənzilinin cavabdehlər tərəfindən 1 ay ərzində tərk edilmədiyi halda həmin mənzildən məcburi qaydada çıxarılmaları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin 07.11.2018-ci il tarixli qətnaməsi məhkəmə qiymətləndirmə ekspertiza tədqiqa tının dəyəri olan 150 (yüz əlli) manat məbləğin Cavabdeh4 alınaraq “xxxx” MMC-nin hesabına keçirilməsi hissəsində əsassızdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)-8239/2018 saylı qətnaməsinin ləğv edilməsi və işə yendən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh1, vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı o lmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.11.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli, 2(009)-391/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh4 İddiaçı xeyrinə 50000 (əlli min) ABŞ dollarının alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumunun tutulm ası, tələbin Bakı şəhəri, ***************** küçəsi, ev ****, mənzil 11-ə yönəldilməsi, evin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılmaqla borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ tələbdən artıq olduqda, qalıq məbləğin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən 1 ay müddətində boşaldılması, məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh4 alınaraq “xxxx” MMC-nin hesabına keçirilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və “xx xx” MMC-nin 04.10.2018-ci il tarixli, ********** saylı rəyindən görünür ki, ünvan1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan, ümumi sahəsi 53,9 kv.m təşkil edən 2 otaqlı mənzilin 2018-ci ilin sentyabr ayı üzrə qiymətinin 59000,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsində ipoteka predmetinin satış qiyməti ilə bağlı rəy alınsa da, ilkin satış qiymətinə münasibət bildirilmədiyindən, ipoteka predmetinin qiymətləndirilməsi barədə məhkəmə kollegiyasının 20 avqust 2018-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunmuşdur. Məhkəmə kollegiyası qiymətləndirmə ilə bağlı ekspert rəylərinə qiymət verərək hesab etmişdir ki, həmin rəylər arasınd a böyük fərq olmadığından, *********** saylı, 19 mart 2017-ci il tarixli ekspert rəyi daha ətraflı və dolğun olaraq əmlakın ilkin satış qiymətini özündə əks etdirdiyindən, həmin rəy mötəbər sübut kimi qəbul olunmalı, Bakı şəhəri, *************** küçəsi, ev ****, mənzil 11-in real bazar qiyməti 60 000,0 manat müəyyən edilməlidir. “xxxx” MMC-nin 04.10.2018-ci il tarixli, 04/10/BAM saylı rəyinə əlavə edilmiş hesabfakturadan görünmüşdür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Kassasiya kollegiyası kassasiya şikayəti ilə bağlı qeyd edir ki, kassator şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hər hansı pozuntuya yol verilməsinə istinad etməmişdir. Tərtib edilmiş kassasiya şikayəti mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, kas sasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdüzg üntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)8239/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2072/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2072/2019
01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver