Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2072/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı “xxxxxxxxx” ASC-nin vəkili X3, Cavabdeh1 vəkili X8 iştirakları ilə, iddiaçı “xxxxxx” İKB ASC-nin (hazırda “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-10/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X11tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” X7 ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 6-G-1-0-2266-14 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş xx xxxx 2016-cı il tarixədək hesablanmış 74090 ABŞ dolları əsas borc, 6496 ABŞ dolları faiz borcu, 22227 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 102813 ABŞ dollarının, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin hərracda ilkin satış qiyməti 120000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğin iddaçı “xxxxxx” İKB-nin xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə uyğun qoyulmuş ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması və təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(041)-927/2016 nömrəli qətnaməsi (hakim S.P.Ləzimov) iddia qismən təmin edilmiş, Cavabdeh1 əsas borca görə 74090 ABŞ dolları, faiz b orcuna görə 6496 ABŞ dolları, dəbbə borcuna görə 1000 ABŞ dolları olmaqla, cəmi 81586 ABŞ dollarının, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat isə xidmət haqqının tutularaq iddiaçı “xxxxxx” X4 xeyrinə tutulması, tələbin Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 69,9 kv.m. ümumi, 58,2 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 120000 manat müəyyən olunmaqla, açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin iddiaçı “xxxxxx“ İKB-nın xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması və təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhk əməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-10/2019 nömrəli qətnaməsi ilə (hakimlər Q.B.Kərimov - sədrlik edən və məruzəçi, Z.B.Babayev və N.F.Mirzəyev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli, 2(041)-927/2016 nömrəli qətnaməsi Cavabdeh1 əsas borca görə 74090 ABŞ dollarının, faiz borcuna görə 6496 ABŞ dollarının, 1000 ABŞ dolları həcmində dəbbə pulunun, cəmi 81586 ABŞ dollarının və ipoteka qaydasında yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi hissələrində ləğv edilmiş, iddia tələbi Cavabdeh1 oğundan faiz borcunun tutulması hissəsində qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 6-G-1-0-2266-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 74090 ABŞ dolları, faiz borcuna görə 6255,93 ABŞ dolları və 1000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 81345,93 ABŞ dollarının alınıb iddiaçı “xxxxxx” X5 ödənilməsi, ipoteka qaydasında yüklü edilmiş və ünvan 1 ünvanda yerləşən 69,9 kv.m. ümumi, 58,2 kv.m. əsas sahədən ibarət qeyriyaşayış sahəsinin ilkin satış (start) qiymətinin 600000 manat müəyyən edilmişməsi, Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(041)-927/2016 nömrəli qətnaməsinin Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və onun vəkili X2 şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-10/2019 nömrəli qətnaməsinin ləğv edilərək, yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. KASS ASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi düzgün olmamış, məhkəmə kredit müqaviləsinin müddətinin bitməməsini və cavabdehin borcunu bağlaya biləcəyini, habelə ABŞ dollarının manata münasibətdə məzənnəsinin qalxması nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə almamış, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə tərəfindən alınmış rəylər arasında fərqin olmasına baxmayaraq, məhkəmə daha aşağı qiyməti əsas kimi götürmüşdür. Məhkəmə iclasında Cavabdeh1 vəkili X2 şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı “xxxxxx” İKB ASC-nin (hazırda “xxxxxxxxx” ASC-nin) vəkili X1 şikayətinə etiraz edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını kassasiya kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məh kəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən “xxxxxx” İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 6-G-1-0-2266-14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətində illik dərəcəsi 25 faizlə 89000 ABŞ dolları məbləğində istehlak krediti vermiş, cavabdeh həmin tarixli, 6-G-1-0-2266-14(İ) nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 69,9 kv.m. ümumi, 58,2 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsini bankın xeyrinə girov (ipoteka) qoymuşdur. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxx” İKB ASC Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 6-G-1-0-2266-14 nömrəli kredit müqaviləsin üzrə xx xxxx 2016-cı il tarixədək hesablanmış əsas kreditə görə 74090 ABŞ dolları, faiz borcuna görə 6496 ABŞ dolları, dəbbə borcuna görə 22227 ABŞ dolları olmaqla, cəmi 102813 ABŞ dolları məbləğində borcunun olmasını iddia etmiş, həmin borcun mövcudluğunu sübut etmək məqsədi ilə məhkəməyə maliyyə arayışını təqdim etmiş və birinci instansiyası məhkəməsi həmin sənədi əsas götürməklə iddianı qismən təmin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspe rtin xx xxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 81655,35 ABŞ dolları, o cümlədən əsas borc üzrə 75409,42 ABŞ dolları, faiz borcu üzrə 6255,93 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini nəzərə alaraq, cavabdehin iddiaçıya olan borcu yenidən müəyyən etmişdir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmiş, “X9” MMC-nin xx xxxxxx 2017-ci il tarixli 06/17 saylı Qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 69,9 kv.m. ümumi, 58,2 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 660000 manat təşkil etmişdir. İş üzrə “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli Qiymətləndirmə hesabatına əsasə isə həmin qeyri-yaşayış sahəsinin bazar qiyməti 600000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi sonuncu qiymətləndirmənin nəticələrini əsas götürərək, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxar ış, kredit müqaviləsi, ödəniş qrafiki və s. məlumatları əsasında keçirilmiş və alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Həmçinin apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iş üzrə keçirilmiş ikinci qiymətləndirmə rəyini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əsas götürmüşdür. Belə ki, “X9” MMC tərəfindən xx xxxxxx 2017-ci il tarixdə tərtib olunmuş, sonrakı dövrdə cavabdehin vəsatəti əsasında iş üzrə icraat dayandırılmış, sonradan mühasibatlıq ekspertizası təyin edilmiş və işə baxılması 2019-cu ilədək uzadılmışdır. Həmin dövrdə isə daşınmaz əmlak bazarında müəyyən dəyişikliklərin baş verməsi mümkündür. “xxxxxxxxxxxxxxx” MMC rəyinin mötəbərliyini şübhə altına alınması üçün də əsaslar mövcud deyildir. “İpoteka haqqında” A zərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinəəsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Nəhayət məhkəmə kollegiyası izah edir ki, Azərbaycan manatının xarici valyutalara nisbətən məzənnəsinin dəyişməsi kredit müqaviləsi üzrə öhdəliyin xitamına səbəb olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Əksinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2015-ci il tarixli qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyu ta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili X11tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-10/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda
Məhkəmə qərarları › İş №2(102)-2072/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2072/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver