Məhkəmə qərarları › İş №2(102)-2072/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2072/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2072/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2072/2023 Açar söz: özbaşına tikilidən çıxarılma Bakı şəhəri, “27” iyul 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1047/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətinə “27” iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)1569/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdeh X3 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılması, həmin yaşayış evinin boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8891/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1569/2021 nömrəli qətnaməsi qismən – cavabdehin ailə üzvlərinin evdən çıxarılması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli 2(102)-2070/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8891/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 adlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdən çıxarılma sı və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,85 sot torpaq sahəsini X1 4,000 manata almışdır. Həmin torpaq sahəsində 1 mərtəbəli 3 otaqdan ibarət ev tikdirmişdir. X6 evi qanunsuz zəbt etdiyinə görə məhkəməyə müraciət etmişdir. Yekun məhkəmə aktı ilə iddiası qismən təmin edilmişdir. Məhkəmə qərarları ilə mübahisəli evin iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. İcra məmuru icra sənədini icra etmək məqsədi ilə ünvana getdikdə məlum olmuşdur ki, X6 iddiaçıya məxsus evi Cavabdeh satmışdır. Hazırda evdə cavabdeh öz uşaqları ilə birlikdə yaşayırlar və evdən çıxmırlar.

6. Cavabdeh iddiaya yazılı izahat göndərərək iddiaçını tanımadığını evi X5 38000 manata aldığını bi ldirmiş, həmin şəxsdən pulunu alanadək həmin evdə yaşamasına köməklik edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia tələbinin təmin edilərək Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 adlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdən çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilən 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Səbail rayon İcra şöbəsinin icra məmurları tərəfindən ünvan 2 ünvanında yerləşən evdə Cavabdeh öz övladları xx.xx.2004-cü il təvəllüdlü X8 v ə xx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə yaşaması müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ev özbaşına tikili olmaqla İddiaçı məxsus olmuşdur. Cavabdeh övladları xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus evə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə edirlər.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci və Mülki Prosessual Məcəllənin 185.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 apelly asiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil onun tərəfindən cavabdehə satılmış və bu səbəbdən də cavabdeh tərəfindən ona qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırılmış və bu fakt birbaşa onun maraqlarına toxunduğundan müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmamaqla məhkəmə tərəfindən ciddi pozuntuya yol verilmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iş üzrə iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması araşdırılmamış, torpaq sahəsini digər şəxsdən almasını iddia etsə də, bu xüsusat araşdırlmamış və sonda maddi hüquq normalarının pozulmas ı ilə nəticələnən qətnamə qəbul edilmişdir. Halbuki, mülkiyyət hüququ təsdiq edilməyən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması birbaşa qanun pozuntusudur. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Məhkəmə tərəfindən bu faktlar araşdırılmamış, İddiaçı bu əmlaka hər hansı bir hüququnun olması müəyyən edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1047/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X7 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) cavabdehin, yaxud qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Röyal Bəkirlinin hər hansı bir aidiyyətinin, yaxud hansısa hüquqlarının olub-olmaması ilə bağlıdır. Röyal Bəkirli mübahisəli evi Cavabdeh satdığını və buna görə də sonuncu tərəfindən ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırıldığını bəyan etsə də, bu, onun şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qeyd olunan evin (özbaşına tikilinin) iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Məhkəmənin Röyal Bəkirlinin müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb etmək kimi bir vəzifəsi də yoxdur. Çünki, Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən bu hal mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürmək istəyən üçüncü şəxsin istəyindən asılı olan bir məsələdir və məhkəmə də hansısa üçüncü şəxsi müstəqil tələb irəli sürməyə məcbur edə və bunun üçün işə cəlb edə bilməz.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması da qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq təsdiq olunmuşdur. Bu halı mübahisələndirməyin də Röyal Bəkirlinin şikayətinin əsaslılı ğına təsir edəcək heç bir əhəmiyyəti ola bilməz. Çünki, mübahisəli evə iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs kimi ona da mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 11.1, 11.2, 139.1, 152.3, 152.7, 157.8, 158.1.2, 158.4, 178.1, 180.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1047/2023 saylı, xx.xx.2023-cü il tarixl i qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1047/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ünvan 1 ünvanında yerləşən yaşayış evinin ona məxsus olduğu müəyyən edilmiş, lakin qərarın icrası zamanı həmin evin Cavabdeh satıldığı və həmin şəxsin uşaqları ilə birlikdə orada yaşadığı ona məlum olmuşdur. O evini heç kimə satmamışdır. X10 d a onun evini sata bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

21. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ger i tələb edə bilər.

23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

33. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır.

37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçın ın tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

38. Mülki Məcəllənin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

39. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 -ci hissəsində qeyd olunmuşdur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz".

40. Məhkəmə kollegiyası qeyd edir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.

41. İddiaçının mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, həmin tikilinin ona məxsusluğu və onun tərəfindən inşa edildiyi məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdehin və cavabdehə həmin sahəni satan kassatorun isə həmin mübahis əli tikiliyə hər hansı hüququnun və aidiyyətinin olması müəyyən olunmur.

42. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

43. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1047/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar