Məhkəmə qərarları › İş №2(102)-2072/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2072/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2072/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı evə köçürülmə, evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 405.0.2, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli 2(104)2296/2023 nömrəli qərardadından Cavabdeh (Vəkil) tərəfindən verilmiş kas sasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında 92,3 kv. m torpaq sahəsində yerləşən 1/8 paya malik olduğu evə köçürülüb oradan yaşayış və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsi (hakim F. Ə. Fərhadov) 05 iyul 2023-ci il tarixli, 2(125)2763/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir və İddiaçı, ünvan 2ən fərdi yaşayış evinə köçürülməsi ünvan 2ən fərdi yaşayış evindən paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh ümumi istifadə (yaşayış) qaydaları müəyyən edilməsi, Cavabdeh 100 (bir yüz ) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin (F.Ə. Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş. Muradov və İ.T. Həsənov) 04 oktyabr 2023-cü il tarixli, 2(104)-2296/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermək üçün müddətin bərpası barədə ərizə ilə müraciət etmiş və qətnamədən kassasiya şikyəti də vermişdir..

5. Gəncə Apellyasiya Məhkəməsinin ( F.Ə. Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş. Muradov və Ə. İ. Məmmədov) 28 fevral 2024-cü il tarixli, 2(104)-2296/2023 saylı qərardadı ilə Cavabdeh və vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın xx.xx.2023-cü il tarixli 2(104)-2296/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2296/2023 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Həmin qərardaddan Cavabdeh kassasiya şikayəti verərək qərardadı əsasız olduğu üçün ləvğ edib işdə olan subutlar əsasında müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 10-1.3. Kommersiya mübahisələ ri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

8. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə t utulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

11. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

12. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 13.Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 14. 405.0.2. qərardad işdə iştir ak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.

15. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

16. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405.0.2-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə verilmişdir.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 01 mart 2024-cü tarixdə Cavabdeh və ona peşəkar hüquqi yardım göstərən vəkili Vəkil “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetlərinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qərardadı 01 mart 2024-cü il tarixində cavabdehə rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, ( qəraradad rəsmi qaydada verildiyi gündən etibarən 10 gündən sonra) 23 mart 2024-cü il t arixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.

19. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

20. Odur ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata qəbul edilə bilməz. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün kassasiya şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(104)-2296/2023 saylı nömrəli qərardadından Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar