Məhkəmə qərarları › İş №2(102)-2072/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2072/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2072/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-258/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azə rbaycan Respublikasının Dövlət Arxivinin Gəncə filialının İddiaçı ünvanladığı 13 fevral 2024-cü il tarixli məktubda (ünvan 224-cü il tarixdə (reyestr № 1S-1422) notariat qaydasında təsdiq olunmuş surətidir) göstərilmiş Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 4 noyabr 2014-cü il tarixli 1859 nömrəli sərəncamı ilə¸ Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində, 1 nömrəli çörək zavodunun arxa tərəfində yerləşən 400 kvadratmetr torpaq sahəsində X2 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. 2. "xxxx" MMC tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 28 noyabr 2023-cü il tarixli hesabata əsasən, X1 məxsus Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində, 1 nömrəli çörək zavodunun arxa tərəfində yerləşən 400 kvadrat metr torpaq sahəsində əkilmiş iyirmi səkkiz ədəd müxtəlif növ meyvə ağaclarının xərc yanaşması metodu ilə 28 noyabr 2023-cü il tarixə real bazar dəyəri 15050 manat təşkil edir.

3. X2 26 yanvar 2015-ci ildə ölmüşdür. 4. 1 yanvar 2005-ci il tarixli müqavilə ilə, "xxxx" ASC ilə Gəncə şəhəri 5-ci mikrorayon ev 7 mənzil 57-də yaşayan istehlakçı Pənahov Pərzaman arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 15050 manat maddi ziyanın əvəzinin, həmçinin qiymətləndirmə ilə əlaqədar onun tərəfindən ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 136 manat x ərcin pul əvəzinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanda yerləşən evdə 1989-cu ildən atası tərəfindən ağaclar əkilmişdir. Atası ağaclara qulluq etməsi üçün uzun məsafədən öz hesabına həmin sahəyə su çəkdirmiş, həmin su xətti cavabdehə məxsus olan torpaq sahəsinin altından çəkilmişdir. Əvvəllər həmin torpaq sahəsi başqa şəxsin sahibliyində olmuş, cavabdehin sahibliyinə keçdikdən sonra, cavabdehə heç bir maneə törətmədiyi halda, ona xəbər vermədən kəsərək onların suyundan öz məqsədləri üçün istifadə etmişdir. Qeyd edilən su onların evindən çəkilmişdir, yəni suya görə haqq onların evinə gələn su kimi ödənilmişdir. Nəticədə həyətdə olan 1989-cu ildən əkilmiş müxtəlif meyvə ağacları qurum uş, ona 15.050 manat məbləğində ziyan dəymişdir.

7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həmin ərazidən ev tikmək üçün sərəncam və layihə əsasında dörd sot torpaq sahəsi almış, tikinti aparılan vaxt iddiaçı gəlib torpağın altında şlanq olduğu barədə xəbərdarlıq etmişdir, belə ki, iddiaçının öz mənzilindən özünün istifadəsində olan torpaq sahəsinə çəkdiyi su borusu ona məxsus torpaq sahəsindən keçmişdir. 2022-ci ilin fevral ayında onun torpaq sahəsində tikinti işləri aparan ustalar özləri də istəmədən iddiaçının su şlanqını qırmışlar. Həmin vaxt iddiaçının özünün də məlumatı olmuş və o, iddiaçıya borunun əvvəlki vəziyyətinə qaytarılacağını bildirsə də, iddiaçı razılaşmadığından, kəsilmiş su borusunun bərpası üçün təzə borunun alınmasını və ya pulunu n iddiaçıya verilməsini təklif etdikdə iddiaçı pulun ödənilməsini tələb etdiyindən ilkin olaraq iyirmi altı manat pulu sahə rəisinin yanında iddiaçıya vermişdir. Sonradan iddiaçı yenidən ondan şikayət etdikdən sonra iddiaçıya əvvəlcə 100 manat, daha sonra 150 manat pul vermişdir. Həmin bağ sahəsində olan ağacların qurumasında onun heç bir günahı yoxdur. İddiaçı əslində həmin torpaq sahəsində tikinti aparmaq üçün ağacları özü kəsdiyinə görə ekologiya idarəsindən gəlib ona xəbərdarlıq olunduğuna görə indi yalandan ona şər ataraq ağacların guya onun tərəfindən qurudulmasını bəhanə edir. İddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-805/2024 nömrəli qətnaməsi (hakim-Həsən Qəniyev) ilə, iddianın təmin edil məməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir: iddiaçı mübahisə predmeti olan əraziyə özünün subyektiv hüququnun olduğunu, cavabdeh tərəfindən ona maddi ziyan vurulması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçıya məxsus su borusunun qanuni çəkilməsi və su borusunun zədələnməsində cavabdehin təqsirli olması məsələlərinə qiymət vermədən məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iddiaçıya məxsus su borusunun cavabdehin hətta təqsirli hərəkətləri ilə ləğv edilməsi hazırki halda iddiaçıya məxsus 15050 manat miqdarında ziyan dəyməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçının suyun kəsilməsindən çox müddət keçmədən məluma tı olmuş və su borusunun bərpası üçün lazım olan ağlabatan miqdarda xərc cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, bağda 30-a yaxın ağac olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ağaclar qurumuşdur. Cavabdeh dəfələrlə su şlanqını zədələyəcəyi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, buna əhəmiyyət verməmişdir. Qəsdən borunu kəsmişdir. Hətta su borusunun yeri də ona göstərilmişdir. Bir ağacın böyüməsi, bar verməsi üçün uzun illər lazımdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 15.050 manat məbləğində ziyan dəymişdir. Belə bir həcmdə ziyanın dəyməsi mütəxəssis rəyi ilə də təsdiq olunur. Qeyd edilən ərazidə ona məxsus bar verən ağacların olması, onların susuzluqdan məhv olması həqiqətdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) 2(106)-163/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şi kayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mübahisə predmeti olan əraziyə özünün subyektiv hüququnun olduğunu, cavabdeh tərəfindən ona maddi ziyan vurulması barədə məhkəmələrə mötəbər sübut təqdim etməmişdir. İddiaçının sübutları da Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyildir. Yalnız əsaslı şübhədən kənar sübutlar olduğu halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olan hallar kimi qiymət verə bilər.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının suyun kəsilməsindən çox müddət keçmədən məlumatı olmuş və su borusunun bərpa sı üçün lazım olan ağlabatan miqdarda xərc cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Halbukı, iddiaçı cavabdehdən ödəniş almasına baxmayaraq, üzərindən uzun müddət keçmiş və buna görə də ağaclar qurumuşdur.

16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının (məlumatı olduğu və cavabdehdən su borusunun təmiri üçün ödəniş aldığı halda) uzun müddət hərəkətsiz qalmasına, mövcud vəziyyətlə razılaşmasına qiymət vermiş, həmin məsələ ilə bağlı işin halları tam və hərtərəfli araşdırmış, mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb ola biləcəyini nəzərə almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil - Nümayəndə) kass asiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyasında keçirilmiş məhkəmə iclaslarında tərəflərin izahatlarından və apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi mövqedən müəyyən edilir ki, Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində, 1 nömrəli çörək zavodunun arxa tərəfində yerləşən 400 kv.metr torpaq sahəsində əkilmiş iyirmi səkkiz ədəd müxtəlif növ meyvə ağacları qurumuşdur. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürdən birincisi olan zərərin mövcud olması, yəni ağacların quruması faktı öz təsdiqini tapmışdır. Bunun əksini iddia edən və ya mübahisələndirən tərəf olmamışdır. Həmi n torpaq sahəsi onun mərhum atasına hələ 1989-cu ildən mərhum atasının faktiki istifadəsində olmuş, 2014-cü ildə isə RİH-nin sərəncamı ilə rəsmi olaraq onun istifadəsinə verilmişdir. Atası öldükdən sonra torpaq sahəsindən o, istifadə edir. Ona görə də, dəymiş ziyanı tələb etmək üçün subyektiv hüququ olmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 1096, 1097, 170.2 və 170.2-ci maddələrində qeyd edilən hüquq normaları, həmçinin subyektiv hüquqla bağlı Konstitusiya Məhkəməsinin mövqeyi düzgün tətbiq edilməmişdir. Nəticədə, iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etməkdən məhrum olmuşdur.

20. Ağacların hansı müddətdə qurumasını, həmçinin, ağacların qurumasının su borusunun qırılması ilə səbəbli əlaqəsinin olmasını müəyyən etmək üçün yerli baxış və ekspertiza keçirilə bilərdi. Hətta, birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçı ekspertizanın keçirilməsini xahiş etmiş, ancaq ekspertiza keçirilməmiş, apellyasiya instansiyası məhkəməsi də, bu məsələyə diqqət yetirməmişdir. Yalnız bu haldan sonra, zərərin əmələ gəlməsində cavabdehin təqsirinin olmamasını müəyyən etmək olardı. Lakin bu halları müəyyən etmədən, məhkəmə cavabdehin təqsirsiz olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb et mək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalı dır.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Av ropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul o lunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-258/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar