Məhkəmə qərarları › İş №2(102)-2073/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2073/2024

16.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2073/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qanuni nümayəndəsi X5 Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-287/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İbrahimov Xeyrulla Mais oğlu 26 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. İbrahimov Xeyrulla Mais oğlunun rəsmi nikahından olan övladları Cavabdeh1 və Cavabdeh2dır. İddiaçı isə İbrahimov Xeyrulla Mais oğlunun faktiki nikah münasibətindən olan övladıdır.

2. İddiaçı xx xxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, atası İbrahimov Xeyrulla Mais oğlu, anası X9r. 3. xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsindən müəyyən olunur ki, X18 Mais oğluna məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə dair X18 Mais oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət rey estri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal Rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, 44 saylı mənzil xüsusi mülkiyyət hüququ Cavabdeh2 və Cavabdeh1 ½ hissədə payları əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 5. 29 dekabr 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş İbrahimov Xeyrulla Mais oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak hərbi qulluqçuların vərəsələrinə ödənilməli 11000 manat sığorta ödənişindən ibarətdir. 6. 22 dekabr 2021-ci il tarixli X6 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş **********027 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu İbrahimov Xeyrulla Mais oğlu vəfat etmişdir. X18 Mais oğlundan miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirsə, o, bütün miras əmlakdan imtina edir. 7. 22 dekabr 2021-ci il tarixli X10 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş **********028 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu İbrahimov Xeyrulla Mais oğlu vəfat etmişdir. X18 Mais oğlundan miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Ona məlumdur ki, mirasd an imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirsə, o, bütün miras əmlakdan imtina edir. 8. 06 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə, Cavabdeh1, X3 və X7 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzil X2 bağışlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisinin Cavabdeh1 və Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli 2-V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisinin təsdiq etdiyi Cavabdeh1 və Cavabdeh2 ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İbrahimov Xeyrulla Mais oğlunun qanun üzrə vərəsəsi olaraq İddiaçı üçün İbrahimov Xeyrulla Mais oğlundan qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddətin üzrlü hesab edilərək bərpa edilməsi, İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakda İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qanuni n ümayəndəsi X1 Xeyrulla Mais oğlu ilə xx.xx.2005-ci il tarixdə faktiki ər-arvad münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Faktiki evlilikdən xx.xx.2006-cı il tarixdə İddiaçı dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə İbrahimli Xeyrulla Mais oğlu polkovnik-leytenant rütbəsində Vətən Müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Xeyrulla şəhid olduqdan sonra onun birinci ailəsindən olan övladları Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri 6 saylı Notariat Ofisində vərəsəlik işi açaraq qanun üzrə 2V-85 və 2V-86 nömrəli vərəsəlik şəhadətnamələri almışlar. Qeyd olunan vərəsəlik şəhadətnamələrini alarkən birinci növbə vərəsələrdən serebral iflic xəstəliyindən əziyyət çəkən, əlil arabasına möhtac olan və yetkinlik yaşına çatmayan İddiaçı qanuni nümayəndəsi X1 1 məlumat verməmişlər. Bakı şəhəri 6 saylı Notariat Ofisinin verdiyi vərəsəlik şəhadətnamələri qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, vərəsəlik şəhadətnaməsi qanunla mirasın qəbul edilməsi üçün müəyyən edilmiş 6 aylıq müddət bitməmiş verilmişdir. Qanunun tələbinə görə qanun üzrə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu üçün müəyyən edilmiş müddət bitdikdən sonra verilməli idi. İddiaçı vərəsəlik şəhadatnaməsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(011)-7191/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və Bakı şəhəri 6 saylı Notariat ofisinə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra Bakı şəhəri 6 saylı notariat o fisinə müraciət edilmişdir. Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-2044 saylı məktubla vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(011)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim - İlahə Abbasova) iddia tələbi təmin edilərək, İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 və Cavabdeh2 ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilm əsi, İbrahimov Xeyrulla Mais oğlunun qanun üzrə vərəsəsi olaraq İddiaçı üçün İbrahimov Xeyrulla Mais oğlundan qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzrlü hesab edilərək, bərpa edilməsi, İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakda İddiaçı 1/3 hissədə payı müəyyən edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, Bakı şəhəri, Yasamal Rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, 44 saylı mənzil İbrahimov Xeyrulla Mais oğluna məxsus olmuşdur. xx.xx.2011-ci il tarixdə həmin mənzilə dair X18 Mais oğluna çıxarış verilmişdir. İbrahimli Xeyrulla Mais oğlunun rəsmi nikahından xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 dünyaya gəlmişdir. İ brahimov Xeyrulla Mais oğlunun X17 ilə faktiki nikahından xx.xx.2006-cı il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. İddiaçı serebral iflic keçirmişdir, 2 qrup əlildir, hərəkət etmək imkanları məhduddur, epilepsiya xəstəliyindən əziyyət çəkir, tez-tez sudoroqalar keçirir, proseslərə əlil arabasında iştirak etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı anası ilə Gəncə şəhərində yaşayır. Həmçinin təsdiq edilir ki, İbrahimov Xeyrulla Mais oğlu xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, polkovnik-leytenant İbrahimov Xeyrulla Mais oğlu “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. İbrahimov Xeyrulla Mais oğlu vəfat etdikdən sonra Cavabdeh2 və Cavabdeh1 notariat orqanına müraciət etmiş, X18 Mais oğlun dan miras qalmış əmlaklara dair notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 2V-285 və 2V-286 saylı reyestrlərlə təsdiq olunmuş Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş İbrahimov Xeyrulla Mais oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakda hər birinin ½ payı müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak İbrahimov Xeyrulla Mais oğluna verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m, yaşayış sahəsi 17 kv.m yardımçı sahəsi 12.9 kv.m, 1 otaqlı olan mənzil və hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11000 (on bir min) manat sığorta ödənişindən ibarət olmuşdur.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh 6 saylı Notariat Ofisinin xüsusi notariusu X8 nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatla təsdiq edilir ki, vərəsələrin dairəsi müəyyən edilərkən avtomatlaşdırılmış notariat sistemində İddiaçı müəyyən edilməmiş və vərəsəlik işi açılarkən iddiaçıya və ya onun qanuni nümayəndəsinə məlumat verilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq və işdə olan sübutları, həmçinin işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlmişdir ki, İbrahimov Xeyrulla Mais oğlunun birinci növbədə qanun üzrə vərəsəsi olaraq İddiaçı məlumatlandırılmadığından və onun payı nəzərə alınmadığından İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzil xx.xx.2022-ci il tarixdə bağışlanma müqaviləsi əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən atasının xalası X2 bağışlanmışdır. Məhkəmə yenə də yuxarıda qeyd edilmiş maddi hüquq norrmalarına əsaslanaraq və işdə olan sübutları, həmçinin işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, həmin əqd uydurma əqdolduğundan və iddiaçının miras əmlakda payından məhrum etmək məqsədilə bağlandığından əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab edilməlidir.

15. Həmçinin məhkəmə İbrahimov Xeyrulla Mais oğlunun qanun üzrə vərəsəsi olaraq İddiaçı 2-ci dərəcə əlil olduğunu, hərəkəti məhdud olduğunu, faktiki yaşayış yerinin Gəncə şəhəri olduğunu, miras əmlak açıldığı vaxt ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin mövcud olduğunu nəzərə al araq hesab edir ki, İbrahimov Xeyrulla Mais oğlundan qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzürlü hesab edilərək, bərpa edilməli və İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakda İddiaçı 1/3 hissədə payı müəyyən edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 666.1, 667.1, 668, 1133.1, 1151.1, 1159.1, 1243, 1246, 1248-ci maddələrinə, “Notariat haqqında” Qanunun 59, 60-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılm ışdır ki, hazırkı tələb 44 günlük müharibədə şəhid olmuş İbrahimov Xeyrulla Mais oğlundan qalmış miras əmlak hesab edilən əşyalarla bağlı qaldırılmışdır. İşin mübahisəsiz halından görünür ki, İbrahimov Xeyrulla Mais oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Nəzərə alınsa ki, 44 günlük müharibə hamı üçün bəlli olan hal idi və iddiaçı tərəfin Xeyrulla İbrahimovun ölməsini, yəni mirasın açılması vaxtını bilməli idi. Lakin mirasın açılması müddətindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəf mirasın açıldığı yer üzrə notariat orqanına mirasın qəbul edilməsi ilə bağlı heç bir müraciət etməmiş, bununla da miras hesab edilən əmlak vərəsə tərəfindən qəbul edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə not ariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı miras qoyanın qeyri faktiki nikahdan olan övladıdır. O, mübahisəli mənzildə heç bir vaxt olmamış, yaşamamış və oradan istifadə etməmişdir. Ölən şəxsin faktiki ailəsi olaraq, cavabdehlərlə əlaqəsi olmamış və cavabdehlərlə birgə təsərrüfat aparmamışdır. Hazırkı halda iddiaçı tərəfin miras əmlakı faktiki qəbul etməsini təsdiq edən heç bir sübutda iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da, iddiaçının mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkəti olmadığından və bu halları təsdiq edən sübutlar olmadığından, qeyd edi lən miras əmlakları qəbul etməməsi kimi qiymətləndirilməli və həmin əmlaklar onun mülkiyyəti hesab edilməməlidir. İşdən göründüyü kimi, üzərində payın müəyyən edilməsi tələb edilən, ünvan 4 ünvanında yerləşən 44 saylı mənzil xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər şəxsə hədiyyə edilmişdir. Beləki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29.9 kv. m olan mənzil xx.xx.2022-ci il tarixdə bağışlanma müqaviləsi əsasında X2 bağışlanmış və axırıncı mənzil üzərində hüququnun dövlət qeydiyyatına dair çıxarış almışdır. Məhkəmə tərəfindən onun üçüncü şəxs kimi cəlb edilməsinə dair qərardad qəbul edilməsinə baxmayaraq həmin şəxs məhkəməyə qanunla müəyyən edilən qaydada çağırılmamış və fikri dinlənilməmişdir. İşdən görünür ki, həmin şəxs bildirişi almamış və ona çatdırılmasını təsd iq edən sənədlər yoxdur. İddiaçı tərəf 11.000 (on bir min) manat hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan sığorta ödənişini miras əmlak hesab edərək, vərəsəlik payına müvafiq olaraq vəsait üzərində payının müəyyən edilməsini tələb edir. Qanunun tələbinə əsasən həmin sığorta ödənişi mirasəmlak kimi qəbul edilmədiyindən, iddiaçının miras aktivinə daxil edilərək üzərində payının müəyyən edilməsi kimi tələbi əsassızdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-287/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixl i qətnaməsi – “İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli, 2V-285 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, 2V-285 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilmiş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

20. Məhkəmə kollegiyası cavabdeh tərəfində verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 9 fevral 2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İbrahimov Xeyrulla Mais oğlu X4 atasıdır. Göründüyü ki mi İddiaçı atasından qalan əmlakdan pay almaq hüquq vardır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, notariat qaydasında vərəsəlik şəhadətnaməsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, miras qoyanın varislərinin əhatəsi tam dəqiqləşdirilməmiş, digər vərəsə nəzərə alınmamış, bununla da digər vərəsənin hüquqları pozulmuşdur.

22. Apellyasiya şikayətinin digər dəlili miras qoyanın valideynlərinin payı müəyyən edilmədən miras əmlakda iddiaçının payı 1/3 hissədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 22 dekabr 2021-ci il tarixli X6 tərəfindən yazılmış Bakı şəhəri, 6 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu İbrahimov Xeyrulla Mais oğlu vəfat etmişdir. X18 Mais oğlundan mir as qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. O cümlədən, 22 dekabr 2021-ci il tarixli X13 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu İbrahimov Xeyrulla Mais oğlu vəfat etmişdir. X18 Mais oğlundan miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Göründüyü kimi, miras qoyanın valideynləri onlara çatası paydan kiminsə xeyrinə deyil, ümumilikdə imtina etmişdirlər.

23. Apellyasiya şikayətinin digər dəlili üçüncü şəxs X7 məhkəmə iclasında iştirak etməyib. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qa ydada məlumatlandırılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 2V-286 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13V, 44 saylı mənzildə iddiaçının 1/3 hissədə payının müəyyən edilməsi hissəsində əsaslıdır.

24. İddiaçının İbrahimov Xeyrulla Mais oğlunun vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişi ilə bağlı 2V-285 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, 11000 manat sığorta ödənişi miras əmlak hesab edilmir. 11 000 manat siğorta ödənişi miras əmlak hesab edilmədiyi üçün 2v-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən də 2v-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmişdir. Lakin işə baxan məhkəmə həmin şəhadətnaməni o əsasla etibarsız hesab etmişdir ki, notarius vərəsəlik şəhadətnaməsini verərkən digər vərəsə olan iddiaçını nəzərə almamışdır. İşə baxan məhkəmə 11000 manat sığorta ödənişini miras əmlak kimi qiymətləndirərək miras əmlakda payın müəyyən edilməsini qərara almışdır. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, 11000 manat sığorta ödənişi miras əmlak hesab edilmədiyi əsası ilə 2v-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli dir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1256, 1268.2-ci maddələrinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən ləğv edərək, işin həmin hissədə yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən digər vərəsələrin, miras qoyanın valideynlərinin mənafeyini nəzərə almamış və onların hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə İbrahimov Xeyrulla Mais oğlundan qalan miras əmlakda İddiaçı 1/3 hissədə payının müəyyən edilməsini qət etmişdir. Halbuki, həmin miras əmlak üzərində valideynlərinin payı var. Məhkəmə heç onları məhkəməyə cəlb etməmiş və bu istiqamətdə heç bir addım atmamışdır. Belə bir qətnamə ilə, digər miras çatası şəxslərin əmlak hüquqlarını pozmuş və onların çatası paydan məhrum etmişdir. Məhkəmə ehtimal əsasında qərar qəbul edib. Həmin ehtimalın araşdırılması üçün ən azından mirasdan imti na etmiş şəxslərin iştirakını təmin edib onların fikirlərini öyrənməli idi ki, bunu da etməmiş və bununla da digər şəxslərin miras əmlak üzərində sərəncam vermək hüququnu, belə desək mənimsəmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, İbrahimov Xeyrulla Mais oğlu hazırda mənzil sahibi olan Xuraman Zeynalovadan borca pul almış, həmin borc pulun müqabilində evi onun adına rəsmiləşdirmişdir. Borca görə ipoteka ödəyib sonra sahibinə qaytarılmışdır. Cavabdeh qeyd etmişdir ki, əslində qeyd edilən mənzil ipoteka predmeti olmuş. Həmin mənzil 28.000 manat olmuş və onun 10.000 manatını İbrahimov Xeyrulla Mais oğlu kredit şəklində ödəmiş və mənzilin qalan kreditini şəhid olduqdan sonra dövlət tərəfindən qarşılanmışdır. Lakin məhkəmə bu halları araşdırmadan qətnamə qəbul etmişdir. Apellyasiya instansiya sı məhkəməsi iddia tələbinə münasibətdə işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu isə faktiki olaraq iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə işdə cavabdehin xeyrinə olan kifayət qədər sübutlara qiymət verməmiş, onları nəzərə almadan, yalnız iddiaçının təqdim etdiyi dəlilləri “sübut” kimi əsas götürərək qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən hüquqlarına toxunan şəxsləri, miras əmlakda payı olan şəxsər (valideynləri) məhkəmə icraatına cəlb etməməklə və miras əmlakı əldə etmiş digər şəxsi qanunla çağırmamaqla və fikrini nəzərə almamaqla (onları qərardadla cəlb etməklə və bildiriş göndərməklə işini bilmiş hesab etmiş) onların mənafelərinə toxunan halları araşdırmamışdır ki, buda məhkəmən in yekun nəticəyə gəlməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Məhkəmə kollegiyası iddiaçının qanuni nümayəndəsinin sözlərini səmimi qəbul edib, daxili inamı ona əsas verib ki, uşaq xəstə olduğundan ona miras əmlakdan pay verilməlidir. Halbuki, məhkəmənin daxili inamı da qanuna əsaslanmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və y a qismən etibarsız sayılır.

32. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

33. Maddə 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.

34. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

35. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqların ın (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

38. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar.

39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

40. Maddə 1256.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

41. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli Qərarı 42. “...Sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür (Mülki Məcəllənin 926.1-ci və “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.21-ci maddələri). Sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur (“Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.19-cu maddəsi). Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsinin baş verməsi ilə şərtləndirilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimlənir. Həmin Qanunun 2.1.5-ci maddəsində sığorta ödənişini almaq hüququ olan şəxs qismində sığortaolunan və ya onun vərəsələrigöstərilmişdir. Sığortaolunan kimi barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər çıxış edir (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.3-cü maddəsi). Qeyd edilməlidir ki, həmin Qanunun 2.1.9 və 4.1-ci maddələrində sığorta ödənişi sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti kimi göstərilmiş və dəyəri on bir min manat məbləğində müəyyən edilmişdir. Qanunun 2.1.6 və 5-ci maddələrinə uyğun olaraq sığorta hadisələrindən biri kimi sığortaolunanın həqiqi hərbi xidmə tdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi çıxış edir və bu hadisəyə görə sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişinin verilməsi nəzərdə tutulur. Beləliklə, həm “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrinin, həm də sığorta hüququna dair digər qanunvericilik normalarının təhlili belə nəticəyə gəlməyə imkan verir ki, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sığorta və əmək pensiyaları münasibətlərini tənzimləyən hüquqi aktlara əsasən sığortaolunanın öldüyü halda sığorta ödənişi almaq hüququ olan və ya ailə başçısın ı itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin nəzərdən keçirilməsi müraciətdə qoyulan məsələyə aydınlıq gətirmiş olardı.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Cavabdeh2 kassasiya şika yətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İbrahimov Xeyrulla Mais oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra övladları Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ hissədə pay hüququnu təsdiq edən - ünvan 1 ünvanında yerləşən mənzilə dair 2V-286 reyestr nömrəli və hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11.000 manat sığorta ödənişi ilə bağlı 2V-285 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra ünvan 1 saylı ünvanda yerləşən mənzil X2 bağışlanmışd ır.

57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 9 fevral 2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında” Şəhadətnamədən görünür ki, İbrahimov Xeyrulla Mais oğlu X4 atasıdır.

58. Mülki Məcəllənin 1159.1.1-ci maddəsində qeyd edilir ki, birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

59. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, İddiaçı atasından qalan əmlakdan pay almaq hüquq vardır.

60. Miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, fəa liyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir.

61. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında da ifadə olunmuşdur.

62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, notariat qaydasında vərəsəlik şəhadətnaməsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, miras qoyanın varislərinin əhatəsi tam dəqiqləşdirilməmiş və bununla da digər vərəsə, yəni iddiaçının hüquqları pozulmuşdur.

63. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 22 dekabr 2021 -ci il tarixli X6 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş **********027 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu İbrahimov Xeyrulla Mais oğlu vəfat etmişdir. X18 Mais oğlundan miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. O cümlədən, 22 dekabr 2021-ci il tarixli X10 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş **********028 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu İbrahimov Xeyrulla Mais oğlu vəfat etmişdir. X18 Mais oğlundan miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir.

64. Göründüyü kimi, mirasqoyanın valideynləri onlara çatası p aydan kiminsə xeyrinə deyil, ümumilikdə imtina etmişdirlər.

65. Apellyasiya şikayətinin digər dəlili odur ki, üçüncü şəxs X7 məhkəmə iclasında iştirak etməyib. Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır.

66. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 2V-286 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13V, 44 saylı mənzildə iddiaçının 1/3 hissədə payının müəyyən edilməsi hissəsində əsaslıdır.

67. İddiaçı nın İbrahimov Xeyrulla Mais oğlunun vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişi ilə bağlı 2V-285 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 11.000 manat sığorta ödənişi miras əmlak hesab edilmir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsində qeyd edilir ki, sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir.

68. Apellyasiya instansiyası məhkəməsi, Konstitusiya Məhkəməsinin qərarında şərh olunanları nəzərə alaraq qeyd etmişdir ki, 11.000 manat siğorta ödənişi miras əmlak hesab edilmədiyi üçün 2v-85 saylı qanun üzrə vərəsə lik şəhadətnaməsi etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən də 2v-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmişdir. Lakin işə baxan məhkəmə həmin şəhadətnaməni o, əsasla etibarsız hesab etmişdir ki, notarius vərəsəlik şəhadətnaməsini verərkən digər vərəsə olan iddiaçını nəzərə almamışdır. İşə baxan məhkəmə 11.000 manat sığorta ödənişini miras əmlak kimi qiymətləndirərək miras əmlakda payın müəyyən edilməsini qərara almışdır. Lakin 11.000 manat sığorta ödənişi miras əmlak hesab edilmədiyi əsası ilə 2v-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir.

69. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müba hisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(103)-287/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar