Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2074/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili xoğlunun, Cavabdeh1 qıznın hüquqi varisi xqızının, vəkili X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh1 qıznın hüquqi varisi xqızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən cavabdehlərlə paylı mülkiyyətdə olan mənzildə payların mütənasib surətdə müəyyən edilərək mənzilə və həyətə giriş-çıxışın naturada ayrılması, ona çatan hissədən cavabdehlərin çıxarılması və həmin hissənin boşaldılaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan tələbini dəyişdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən cavabdehlərlə paylı mülkiyyətdə olan, onun payına düşən torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi və ona çatan hissədən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) xx.xx.2018-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilərək, Lənkəran şəhəri Heydər Əliyev küçəsi ev 9-da (hazırda Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 9) İddiaçı payına düşən 87,9 kv.m. torpaq sahəsi həyətyanı torpaq sahəsinin Heydər Əliyev küçəsinə paralel olan hasarın sol qonşu tərəfdən 5.7 m. aralı və həmin hasara perpendikulyar şəkildə həyətyanı torpaq sahəsinə doğru 15.4 m. uzunluğunda sərhəd hasarı çəkilməklə ayrılaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, X1 həmin torpaq sahəsindən çıxarılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərcin iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi q ət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Kərimov (sərlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev) xx.xx.2019-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh1 hüquqi varisləri Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi onların apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qıznın hüquqi varisi xqızının nümayəndəsi və vəkili, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsasland ırılmışdır ki, iddiaçının torpaq sahəsi naturada ayrılarkən cavabdehlərin qanuni istifadələrində olan mağaza, hamam və ayaqyolu iddiaçıya ayrılan torpaq sahəsində qalmışdır. Həmin həyətdə mərhum Cavabdeh1 qanuni istifadəsində olan və ümumi sahəsi 24,23 kv.m. olan mağaza vardır. Bu mağaza Lənkəran ŞİHB-nin xx.xx.2003-cü il tarixli, 265 saylı sərəncamı əsasında Cavabdeh1 adına qeydə alınmışdır. Həmin mağazanın layihəsi təsdiq olunmuş və qəbul komissiyası tərəfindən tikintinin istismara qəbul edilməsi barədə akt tərtib edilmişdir. Kassator əlavə olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili xoğlu kassasiya şikayətinə etiraz verərək onun təmin edilməməsini və Şirvan Apellyasiy a Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili isə kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassa siya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri Heydər Əliyev prospekti ev 9 xüsusi mülkiyyət hüququ ilə 3/30 hissə payla X8, hər birinə 1/5 hissə payla X6, X3, X7, X4, hər birinə 1/30 hissə payla Cavabdeh1, Cavabdeh2 və X5 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ilkin tələbi üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017- ci il tarixli 25345 nömrəli rəyindən görünür ki, Lənkəran şəhəri Heydər Əliyev prospekti ev 9 (hazırda Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 9) ünvanında yerləşən, tədqiq olunan yaşayış evindən iddiaçının payına düşən sahənin ümumi yaşayış evindən ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2, 2.4., 2.7-ci bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Lakin mülkiyyətdə olan ümumi həyətyanı torpaq sahəsindən İddiaçı payına düşən torpaq sahəsinin ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün hansı işlərin görülməsi və ölçüləri rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun deyil. Belə ki, iddia əvvəlcə ümumi paylı mülkiyyətdə olan mənzildən payın ayrılması tələbi ilə irəli sürülsə də, bunun texniki cəhətdən mümkün olmadığı ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir. Həmin rəy məhkəməyə daxil olduqdan sonra isə iddia dəyişdirilməklə, paylı mülkiyyətdə olan və iddiaçının payına düşən torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi və ona çatan hissədən cavabdehlərin çıxarılması tələbi qoyulmuşdur. Ümumi paylı mülkiyyətçinin öz payını ayırmaq hüququ və bu hüququn həyata keçirilməsi şərtləri qanunda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 220.2-ci və 220.3-cü maddələrinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırkı işdə ayrılması tələb edilən torpaq sahəsi 0,0879 ha olmaqla yaşayış məntəqəsi torpağı kimi Lənkəran şəhəri Heydər Əliyev prospekti ev 9 (hazırda Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 9) ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Başqa sözlə, mübahisə predmeti olan sahə fərdi yaşayış evindən t əyinatı üzrə istifadəni təmin edən həyətyanı torpaq sahəsi olmaqla bir-biri ilə bağlı (vəhdətdə) olan daşınmaz əşyalardır və onlar ümumi paylı mülkiyyət hüququ ilə 8 nəfər şəxsə (o cümlədən iddiaçı və cavabdehlərə) məxsusdur. Belə olan halda, iddiaçının payının naturada ayrılmasının digər ümumi mülkiyyətçilərin sözügedən fərdi yaşayış evindən sərbəst istifadə etmələrinə maneə yaratmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qor unan hüquqdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətdə olan əşya hüquqi vəziyyətinə görə paydaşların ümumi istifadəsində olduğu üçün payın ayrılması ilə bağlı mübahisələrdə mütənasiblik prinsipi nəzərə alınmalıdır. Çünki, bir paydaşın əşyadan istifadəsi və ya ona olan mülkiyyət hüququ sərhədsiz olmayıb, digər paydaşın istifadə və mülkiyyət hüququnun sərhəddi ilə məhdudlaşır. Odur ki, paydaşlıqdan çıxma tələbinin həlli digər mülkiyyətçilərin hüququnun mahiyyətinə xələl gətirməməli, onu əsasından zədələməməlidir. Təsadüfi deyil ki, Mülki Məcəllənin 215.4-cü maddəsi sözügedən tarazlığı təmin etmək üçün “Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquql arı ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir” qaydasını nəzərdə tutmuşdur. Hazırkı işdə isə, tələb üzrə torpaq sahəsinin naturada ayrılmasının digər paylı mülkiyyətçilərin (o cümlədən cavabdehlərin) fərdi yaşayış evindən və onun həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etmələrinə maneçilik yaradıb-yaratmaması, onların normal yaşayış standartlarını pozub-pozmaması tikintitexniki ekspertizanın əsaslandırılmış rəyi ilə müəyyən edilməmişdir. Halbuki, xüsusi bilik tələb edən həmin hallar işin düzgün hüquqi həlli üçün əhəmiyyət kəsb edir və ixtisaslı şəxslərin rəyi ilə təsbit oluna bilər. Bundan əlavə, ayrılması istənilən sahə üzərində mövcud olan tikililərin hüquqi vəziyyətinə, onlara dair əmlak hüquqlarının olub-olma masına, əgər varsa bu hüququn kim(lər)ə məxsus olmasına, iddiaçının payının ayrılması halında bu tikililərin sonrakı vəziyyətinə lazımi qaydada hüquqi qiymət verilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də kassasiya şikayəti təmin edilməli və Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2074/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2074/2020
01.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver