Məhkəmə qərarları › İş №2(102)-2074/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2074/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2074/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Melissa Park Cavabdeh Mənzil Tikinti Kooperativinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: “pul tələbi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Melissa Park Cavabdeh Mənzil Tikinti Kooperativinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində c əlb edilməklə) qarşı “pulun tutulması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2023-cü il tarixli 2(103)486/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MTK arasında mənzil alqı-satqısı ilə bağlı münasibətlər olmuş, MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 saylı mənzil İddiaçı satılmışdır. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx. 2015-ci il tarixdə maliyyə arayışı tərtib edilmiş, həmin maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən 4 saylı mənzilin dəyəri 67500 manat təşkil edir, iddiaçı tərəfindən 17000 manat ilkin ödəniş edilmiş, 50500 manat borcu qalmışdır.

3. Azərbaycan Kredit Bürosundan çıxarışa və "xxxx" (Azərbaycan) ASC-nin xx.xx.2017-ci il tarixli, 25276 saylı məktubuna görə, iddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-dən 120 ay müddətinə 64380 USD məbləğində kredit götürmüş, kredit tam ödənilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyi tam icra etmişdir və bank qarşısında heç bir borcu yoxdur. 4. 15.12.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında özündə mənzilin təmir şərtlərini əhatə edən x x.xx.2015-ci il tarixli, 214 saylı müqaviləyə 1 nömrəli Əlavə imzalanmışdır. 5. xx.xx.2016-cı il tarixli İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədə göstərilir ki, iddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr, 3166-cı məhəllə ünvanında, Cavabdeh MTK tərəfindən inşa edilmiş A binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilindən və paydan imtina edir, xahiş edir onu MTKnın üzvlüyündən azad etsinlər. Həmin mənzili istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və MTKya qarşı heç bir iddiası olmayacaq. 6. xx.xx.2016-cı il tarixdə 3500 manat pul cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Həmin pul vəsaitinin qaytarılmasına dair 20 sentyabr 2016-cı il tarixli, ********* nömrəli mədaxil xəzinə orderində “Əsas:” başlığı ilə başlayan qrafada qeyd kimi göstərilir: “Mənzil geri qaytarıldı – FEBA MTK-mənzili geri aldı müştəridən VTB-dəki borcunu bağlayacaq ilkin ödənişindən bir hissəsi geri qaytarıldı. Cəmi geri qaytarılacaq – 5500 manat – X3-A2-5-4. 7. 17.10.2016-cı il tarixdə xx.xx.2015-ci il tarixli müqavilə üzrə kreditin tam ödənişi həyata keçirilmiş, 80336,47 AZN məbləğində pul vəsaiti Kamandar Məmmədov adlı şəxs tərəfindən İddiaçı müştəri hesabına ödənilmişdir.

8. İddiaçı xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən 43000 manata yaxın ödənişinin geri qaytarılmadığını bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məh kəməsində icraat

9. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən subsidiar öhdəlik üzrə üçüncü şəxsə ödədiyi 22-26 min manat və 17000 manat ilkin ödəniş olmaqla, cəmi 43000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsində icraat dövründə cavabdeh tərəfindən iddiaçıya 10000 manat məbləğində pul ödənilmişdir.

11. Bundan sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək, etdiyi ilkin ödənişdən qalıq 7.000 manat və subsidiar 18.000 manat ödənişləri, yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri, Zərdabi prdə 54 kv/m mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində də yən maddi ziyanın əvəzi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manat olmaqla, cəmi 188.400 manat maddi ziyanın, 221 manat və 440 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırmışdır ki, 26.012015-cı il tarixli, 214 saylı müqaviləyə əsasən X5 Kompleksində, Yasamal rayonu, Zərdabi pr. ünvanında tikilən 16 mərtəbəli A yaşayış binasının, 2-ci blokunda 05 mərtəbəsində 4 saylı mənzilə görə, Melissa Park Cavabdeh MMF-yə 17.000 manat ilkin ödəniş etmişdir. X6 Cavabdeh MMF-nin iddiaçıya verdiyi məlumata əsasən maliyyə imkanları evin ’’katlavandan” “özəkdən” başlayaraq imkan verməmişdir. Bu səbəbdən bir müddət son ra tikinti şirkətinin sövdələşmədə olduğu VTB Bank Azərbaycana iddiaçını, Melissa Park Cavabdeh MMF-yə maliyyə dəstəyi-kredit almaq üçün yönəltmişlər. X7 Cavabdeh MMF-in sifarişçisi kimi kredit açılmış və əlbə-əl pul verilmədən həmin Cavabdeh MMF-ya tikintiyə çatmayan məbləğ kimi yönəlmişdir. Kredit müqaviləsi, Melissa Park Cavabdeh MMF-yə onun üçün nəzərdə tutulan evin tikintisinə çatmayan 50.500 manat ekvivalentində dollarla verilmişdir. Halbuki, Cavabdeh MMF-yə kreditin dollarla verilməsinə qəti etiraz bildirmişdir. Buna baxmayaraq banka ödənişlərini etmişdir. "xxxx"a 26000 manat pul ödəmişdir. 2015-ci ildə Melissa Park CavabdehMMF-ə daxili kreditlə sifariş etdiyi, 17.000 pul ödədiyi, on il üçün nəzərdə tutulan və hər ayı üçün 550-580 manat civarında ödənişləri, Melissa Park "FEBA” MMF tərəfindən “VTB Bank”a yönəldikdən sonra 1000-1500 manata çatmışdır. Melissa Park Cavabdeh MMF ilə 2015-ci il 26 yanvar, müqavilə nömrəsi 214 olan müqaviləyə əsasən, tikilib və təhvil veriləcək mənzilin qiyməti 67500 manat kimi qiymətləndirilmiş (evin) və 10 ilə kimi daxili kreditlə Melissa Park Cavabdeh MMF (sifarişçi olduğu Cavabdeh MMF icraçı olduğu) tərəfindən verilmişdir. Evin ümumən 70% qədər pul məbləğini 1-2 il civarında ödəmişdir. Buna baxmayaraq, iddiaçıya nə evi nə də ödədiyi pul məbləğini təhvil verilməmişdir. O, 43000 manat ödəniş etmişdir. Qeyd edilən bu evdən başqa yaşamağa yeri olmadığına baxmayaraq, AR Konstitusiya ilə yaşamaq və mənzil hüququ kobud pozulmuş, evin açarları belə təqdim edilməmiş, ev qalıq borca görə başqasına satılmışdır. Zərdabi prospekti və yaxın ərazilər də 2022-ci il üçün həmin kv.m olan (54 kv.m) mənzillər 130.000 - 160.000 manat qiymətləndirilir. Deməli, cavabdeh Melissa Park Cavabdeh onun və ailəsinin yeganə yaşayış yeri olan mənzili satmış, qeyri qanuni olaraq pulları qaytarmamış, özünə həmin mənzildən 70.000 manat fayda əldə etmişdir. O və ailəsi bu pulları cavabdehə borc kimi verməmişdir. Əllərində olan axırıncı pulları cavabdehə vermişdir ki, mənzil sahibi olsun. Yeddi ildən çoxdur ki, adında heç bir əmlak yoxdur, Yasamal rayon ərazisinə yaxın, ailəsi ilə ayı 350 manata (3 otaqlı- 55 kv.m.) mənzildə kirayədə qalır və yeddi ildən çox müddət ərzində kirayə haqqı 29.400 manat pul ödəmişdir. Cavabdehin maliyyə cəhətdən həyatlarında yaratdığı xaos səbəbi ilə iş karyerası ilə layiqincə məşğul ola bilməmişdir. Cavabdehin pullarını qeyri q anuni mənimsəməsi səbəbi ilə, yeddi ildən çoxdur ki, ali təhsilli hüquqşünas ağır maddi və mənəvi çətinliklərlə üzləşmişdir. İxtisaslı kadr kimi, hər ay qazanacağı yüksək məbləğdə məvacibdən məhrum edilmişdir. Professional karyerasına dəyən maddi ziyan kimi, hər ayı ən azı 500 manat, yeddi il üçün 42.000 manat ziyan dəymişdir. Cavabdehin ailənin pullarını mənimsəyib, həm də evdən məhrum etməsi səbəbi ilə, bu illər ərzində anası da onunla bərabər maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Anası ziyalı qadındır. Ali savadlı jurnalist və publisistdir. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında jurnalist-redaktor vəzifəsini şərəflə daşıyıb. Anası jurnalistika sahəsində də, peşəkar fəaliyyətini davam etdirməkdə maddi çətinliklərlə üzləşib, yüksək qonorarlardan məhrum qalmışdır. Yeddi ild ən çoxdur kirayələrdə əziyyət çəkdiyi üçün anasına jurnalist-publisist kimi dəyən maddi ziyan da külli miqdardadır. Cavabdeh onun və ailəsinin etibarından sui-istifadə etmişdir. Banklar da daxil olmaqla borca və faizə pul götürmüşdür. Ödənişləri etmiş və küllü miqdarda ziyana düşmüşdür. Bank və ayrı-ayrı şəxslərdən aldığı borclar üçün ziyanın həcmi 46.000 manat təşkil edir. Bu qədər borcu ödəməkdən, cari işlərini görə bilməmişdir. Cavabdehin onu və ailəsini qərq etdiyi bu maddi gərginlik hər birinə təsirsiz keçməmişdir. Yeddi il yarımdır mənzilsiz və pulsuz qaldıqları üçün, mənəvi sarsıntılar keçirmiş və maddi məhrumiyyətlərlə üzləşmişlər. Nə o, nə də anası keyfiyyətli tibbi müayinələrdən keçə bilməmişdir. Onun və anasının hər birinin səhhətinə ayrılıqda 10.000 manat, ümumi 20.000 manat ma ddi ziyan dəymişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə əsasən cavabdeh 10000 manat məbləğində pulu barışıq sazişinin imzalandığı gün iddiaçıya nağd şəkildə ödəməyi, iddiaçı isə barışıq sazişi imzalandıqdan dərhal sonra mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və həmin əsasla iş üzrə icraata xitam verilməsi haqqında müvafiq ərizəni və barışıq sazişini Yasamal rayon məhkəməsinə təqdim etməyi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 214 nömrəli alqı-satqı və ipoteka müqaviləsi və həmin müqavilə əsasında satılmış Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məh əllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 № li mənzillə bağlı bir daha cavabdehə qarşı heç bir iddia qaldırmamağı öhdəsinə götürmüşdür. Odur ki, tərəflər arasında bağlanmış sazişin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

14. İddiaçı xx.xx.2022-ci il tarixdə vəsatət verərək, barışıq sazişinə etiraz etmiş, cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək, şərtlə imzalatdırdığı barışıq sazişinin nəzərə alınmamasını və verilmiş pul məbləğinin iddia tələbindən çıxılmasını xahiş etmişdir.

15. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov, iş N 2(004)-1398/2022) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 19500 m anat məbləğində pulun və ödənilmiş 221 manat dövlət rüsumunun 100 manatının tutularaq, iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissəyə münasibətdə təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh MTK tərəfindən mənzil geri qaytarılmış və iddiaçıya xx.xx.2016-cı il tarixli ********* nömrəli məxaric qəbzinə əsasən 3500 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzinə görə isə 10000 manat, əlavə olaraq 2000 manat olmaqla, cəmi 15500 manat pul qaytarılmışdır. Həmçinin cavabdeh tərəfindən etiraf olunur ki, mənzilə görə iddiaçı tərəfindən "Bank VTB (Azərbaycan)" ASC-yə cəmi 18000 manat pul vəsaiti ödənilmişdir.

17. Cavabdeh “Melissa Park Cavabdeh MTK tərəfindən mənzil geri alındıqdan sonra mənzilə görə ödənilmiş ümumi 35000 manatdan cəmi 15500 manatın İddiaçı qaytarılması, 19500 manat məbləğində pulun isə qaytarılmaması iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur.

18. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, cavabdeh “Melissa Park Cavabdeh MTK-dan 19500 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir.

19. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi “yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın təlafısi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manatın cavabd ehdən tutulması” hissələrində təmin edilməməlidir. Belə ki, iddia tələbləri həmin hissələrdə əsaslandırılmamış və bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 448.1, 448.2, 1096-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh ayrıayrılıqda apellyasiya şikayəti vermişlər.

22. İddiaçı apellyasi ya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, ona dəyən maddi ziyana görə 159.900 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia tələbində mənzil üçün etdiyi ilkin ödəniş və banka subsidiar ödəniş 18.000 manat, 7 il yarım üçün kirayə haqqı 29.400 manat, tikinti şirkətinin mənzilin 2022-ci il üçün 70.000 manat (qiymət fərqi) xeyir əldə etməsi, professional peşə fəaliyyətinə dəyən maddi ziyan 20.000 manat, cavabdehin pullarını alıb, onu evsiz qoyduğu üçün əmələ gələn zəncirvari borclara görə 46000 manat ziyan, jurnalist anasının və o nun səhhətinə dəyən ziyan kimi, ümumən 188.400 manat (rüsumla) tələb etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh ona 2017-ci ildə 5500 manat və 2022-ci ildə isə məhkəmə iclasında etdiyi təklifə əsasən, 10.000 manat pul qaytarmışdır. Qətnamə ilə onun iddia tələbi qismən təmin edilmişdir. Cavabdehdən ona verməli olduqları 17.000 manat ilkin ödəniş və 18.000 manat subsidiar ödənişlərdən qalıq 19.500 manatın (100 manat rüsum pulu) ona ödənilməsi qərara alınmışdır. Ona dəyən maddi ziyan hissəsində isə əsaslı tələbləri təmin edilməmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən, cavabdehin onun pulunu və evini mənimsəməsinə görə, o və ailəsinin 7 il yarımdır ödədiyi kirayə ödənişləri ayı 350 manatdan 29.400 manat (çek və s. qoşma) nəzərə almamışdır. Ona peşə fəaliyyətində dəyən ziyan kimi 20.000 manat, cavabdehin üzündən düşdüyü borclar üçün 44.000 manat-istər istehlak krediti kimi bank borcu və ya faizlə şəxsi borclar (asan xidmətdən bank çıxarışı qoşma) və mənzilin qiymətində fərq 70.000 manat nəzərə alınmamışdır. Cavabdehin ona və ailəsinə qəsdən vurduğu maddi ziyana görə bu günədək kirayələrdə qalır. Bu gün də kirayə pulu və müxtəlif borçlar üzrə ödənişlər edir. Bu xüsusda da, faktiki hallar nəzərə alınmamışdır. Bu səbəbdən, qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, ona dəyən maddi ziyana görə 159.900 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və icraata xitam verilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi tamamilə əsassız və qeyri-qanunidir. Belə ki, hazırkı işin materiallarında olan barışıq sazişi, barışıq sazişinə əsasən razılaşdırılmış pulun alınması haqqında kassa məxaric orderi və həmin sazişin təsdiq edilməsi haqqında ərizələrdən də göründüyü kimi, tərəflər mübahisənin barışıq sazişi ilə qurtarması haqqında razılıq əldə etmişdir və cavabdeh həmin barışıq sazişi üzrə bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin buna baxmayaraq məhkəmə qüvvədə olan və artıq icra edilmiş barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad çıxarmaq əvəzinə, iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarmışdır ki, bununla da cavabdehin hüquqlarını kobud şə kildə pozmuşdur. Məhkəmə qətnamədə onların iddiaçıya münasibətdə məhz hansı öhdəliyini icra etmədiyini və bunun nədə ifadə olunmasını əsaslandırmamışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-486/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən iddiaçının mənzilə görə ödəmiş olduğu pul vəsaitinin qalıq hissəsi olaraq 19500 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz 9033,552 manat olmaqla, cəmi 28. 533,552, ödənilmiş dövlət rüsumu cəmi 331 manatın alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

27. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə müqavilənin ləğvi ilə tərəflərin müqavilə üzrə gələcəkdəki öhdəliklərinə xitam verilmişdir, yəni mənzil cavabdehdə qalmış, eyni zamanda iddiaçının müqavilə üzrə ödəmiş olduğu pul vəsaitinin də böyük hissəsi də cavabdehdə qalmışdır, ədalətli kompensasiyası zərurəti yaranmışdır. Belə olan halda aydın olur ki, həm mənzilin, həm də cavabdehin mənzilə görə ödədiyi vəsaitin böyük hissəsinin cavabdehdə qalması ədalətli olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, nəticələri oxşar olan əqdlərin etibarsızlığı ilə bağlı qaydalar hazırkı hala tətbiq edilməlidi r.

28. Çünki MM-in 337.5-ci maddəsində təsbit olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. Bu baxımdan, Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, əqdlərin etibarsızılığı ilə, müqavilədən çıxmanın hüquqi nəticələri, bir sıra hallarda o cümlədən hazırkı halda oxşarlıq təşkil edir. Belə ki, əqdlərin etibarsızlığı halında tərəflərin əqddən əvəlki vəziyyətə gətirilməsi ona görə tələb olunur ki, əqd bağlandığı andan etibarsız olur, yəni tərəflər üçün hər hansı hüquq və vəzifə yaratmır. Tərəflərin müqavilədən çıxması halında isə müqavilə (əqd) bağlandığı andan etibarlı olur, yəni tərəflər üçün hüquq və vəzifələr yaradır, lakin sonradan bu və ya digər səbəbdən tərəflər qarşılıqlı olaraq müqavilənin ləğvinə, başqa sözlə müqavilədən çıxmağa dair razılığa gəlirlər.

30. Hazırkı halda da məhz bu baş vermişdir, lakin hazırkı işin faktiki halları baxımından tərəflərə münasibətdə qeyri-bərabərlik yaranmışdır. Yəni həm mənzil, həm də mənzilə görə iddiaçının ödədiyi məbləğ cavabdehdə qalmışdır. Bunun isə hüquqa uyğun olmadığı və ədalətsiz olduğu aşkardır.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda da əqdlərin etibarsızlığında olduğu kimi, qarşılıqlı restitusiyanın qaydaları tətbiq edilməlidir. Hazırkı işin araşdırılmış hall arı ilə də tərəflərin müqaviləni ləğv edərkən buna dair razılığa gəldiyi də müəyyən olunur. Çünki cavabdeh müqavilə ləğv edərkən, iddiaçının müqaviləyə görə ödədiyi məbləğin bir hissəsini iddiaçıya geri qaytarmış, digər hissəni qaytarmağa söz versə də öhdəliyinə əməl etməmişdir.

32. İddiaçı həmin məbləğin ona qaytarılması üçün cavabdehə dəfələrlə müraciət etsə də, cavabdehin hər dəfə bir bəhanə ilə bundan yayındığını, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir.

33. İddiaçıya olan 35000 manat borcdan xx.xx.2016-cı ildə ödənilmiş 5500 çıxıldıqda qalan (35.000-5500=29500) 29.500 manat məbləğin illik 5%-i (29500x5/100=1475) 1475 manat təşkil edir. İddiaçıya 5500 manatın verildiyi xx.xx.2016-ci il tarixdən iddiaçıya 10.000 manatın ödənildiyi xx.xx.2022-ci il tarixədək ola n müddət 5 (2017,2018, 2019, 2020, 2021) il, 8 ay, 26 gün təşkil edir. Belə olan halda, 29.500 manatın 5 il, 8 ay, 26 gün üçün olan illik 5% (29500x5/100=1475:12=122,91:30= 4,097; 1475x5 il=7375; 122,91x8 ay=983,28; 4,097x26 gün=106,522; Həmin məbləğlərin illik, aylıq, günlük cəmi, 7375+983,28+106,522=8.464,802) məbləğ cəmi 8.464,802 manat təşkil edir.

34. İddiaçıya olan 29.500 borcdan cavabdehin xx.xx.2022-ci il tarixdə ödədiyi 10.000 manat çıxıldıqda qalan 19.500 manat üçün hazırkı qətnamə çıxarılan xx.xx.2023-cü il tarixə kimi olan 7 ay müddətdə 5% məbləğ (19.500x5/100=975/12=81,25x7 ay=568,75) 568,75 manat təşkil edir.

35. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalı 19.500 manatla yanaşı, MMin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ, yəni yuxar ıdakı hesablama ilə (8.464,802+568,75=9033,552) 9033,552 manat (doqquz min otuz üç manat, əlli beş qəpik) də tutulmaldır.

36. Məhkəmə kollegiyası iddia tələbinin qalan hissəsi, yəni “yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın təlafisi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manatın cavabdehdən tutulması” barədə tələbləri ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbləri həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iddia tələbləri həmin hissələrdə əsaslandırılmamış və bu barədə iddiaçı tərəfindən məhkəmə yə əsaslı, şübhədənkənar, təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutlar təqdim olunmamışdır.

37. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında hazırkı mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixli barışıq sazişinin olduğunu, həmin sazişlə bağlı onun öz öhdəliyini icra edərək 10.000 manat pul vəsaitini iddiaçıya ödədiyini, buna görə də qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

38. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan məlum olur ki, hazırkı iddiaçı cavabdehin ona 10.000 manat ödəməsi müqabilində hazırkı iddia tələbindən imtina edir, cavabdeh də iddiaçının ona qarşı olan hazırkı iddia tələbindən imtina etməsi müqabilində ona 10.000 manat ödəməyi öhdəsinə götürür.

39. Mülki iş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məlumatdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehə ona həmin sazişi təklif edəndə, onun maddi vəziyyəti çıxılmaz olmuş, cavabdehin onun pulunu qanunsuz sahibliyində saxlaması ucbatından o və ailəsi kirayə haqqından yığılıb qalan pulları, bu müddətdə yaranmış borcları qaytara bilmirdi, cavabdeh onun ağır maddi vəziyyətindən istifadə edərək onu borcunun az bir hissəsini qaytarmaqla qalan iddia tələbindən imtina etməyə məcbur etmiş, həmçinin ona şifahi bildirmişdir ki, sazişə baxmayaraq qalan borcları da ödəyəcəklər, bu səbəbdən cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək şərtlə imzalatdığı həmin sazişin etibarsız hesab edilməsini, ona verilən 10.000 manat pulun iddia tələbi üzrə ümumi mə bləğdən qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyası həmin barışıq sazişinin cavabdehin ağır maddi vəziyyətindən istifadə edilərək bağlanması və onun əsl iradə ifadəsi olmaması barədə iddiaçının dəlili ilə razılaşır.

41. Çünki iddiaçının almalı olduğu 29500 manatın müqabilində hazırkı ağır maddi və sıxıntılı durumunda 10000 manatla razılaşması inanadırıcı və ağlabatan görünmür.

42. Belə olan halda Məhkəmə kollegiyası həmin barışıq sazişinin aşkar şəkildə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozmasını nəzərə alır və hesab edir ki, bu səbəbdən o, qəbul edilməzdir.

43. Bununla belə, cavabdeh rayon məhkəməsi tərəfindən həmin barışıq sazişinə, ümumiyyətlə, hər hansı münasibət bildirilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin d əlili ilə razılaşır və qeyd edir ki, rayon məhkəməsi həmin barışıq sazişinə münasibətdə MPM-in yuxarıda qeyd edilən imperativ tələblərini pozmuş, sazişə hər hansı münasibət bildirməmişdir.

44. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 385.1, 421.1, 421.2, 421.3, 448.1, 445.7, AR MPM-nin 14.1, 14.2, 52.5, 77.1, 88, 191.2, 191.4, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh (Vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamədə tərəflər arasında olan mənzilin alqı-satqısına dair müqavilənin tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilməsinin işin mübahisəsiz halı olmasını qeyd etsə də, münasibətlərə əqdin etibarsızlığı ilə bağlı hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir. Cavabdeh tərəfindən iddianın rədd edilməsi üçün kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara əhəmiyyət verməmiş və onu digər sübutlarla məcmu halda qiymətləndirməmişdir. Belə ki, hazırkı işin materiallarında olan barışıq sazişi, barışıq sazişinə əsasən razılaşdırılmış pulun alınması haqqında kassa məxaric orderi və həmin sazişin təsdiq edilməsi haqqında ərizələrdən də göründüyü kimi tərəflər mübahisənin barışıq sazişi ilə qurtarması haqqında razılıq əldə etmişdir və cavabdeh tərəf həmin barışıq sazişi üzrə bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin buna baxmayaraq məhkəmə qüvvədə olan və artıq icra edilmiş barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad çıxarmaq əvəzinə iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarmışdır ki, bununla cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur.

47. Qeyd olunanlardan əlavə, AR MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hazırkı halda iddiaçının öhdəliyin icra edilməməsinə görə faiz ödənilməsi ilə bağlı tələbi olmadığı halda məhkəmə iddia tələblərindən kənara çıxmışdır. Qanunda isə hazırkı kateqoriyalı işlər üzrə hakimi müstəsna hal kimi tələbdən kənara çıxacağına dair h eç bir göstəriş yoxdur. İddiaçı nə vaxtsa hazırkı iddiası ilə bağlı bizə hər hansı bir müraciət ünvanlaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyi halda məhkəmə həmin halı sübuta yetirilmiş hesab edərək iddianı təmin etmişdir.

48. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 385.1, 421.1, 448.1, AR MPM-nin 77, 88, 218.3-cü maddələrinə istinad etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması və cavabdehin kassasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.

50. Etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Reyestrində iddiaçı və ailə üzvlərinin adına 2015-ci i ldən heç bir əmlak yoxdur. Cavabdeh iddiaçı və onun ailə üzvlərinin evini satmış, pullarını mənimsəmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlasa da onların heç bir nəticəsi olmamışdır. Cavabdeh 8 ildir iddiaçının pullarını qeyri-qanuni saxlamış və illərdir faydalanmışdır. Həmin məbləğdən qalıq pulları yenə mənimsəmək üçün “uydurma barışıq sazişi” təklif etmişlər. Halbuki, məhkəmə icraatında da, borclu olduqları məbləği ödəyəcəklərini bildirmişlər. Lakin cavabdeh mənzil tikintisi üçün aldığı pulun hamısını iddiaçıya qaytarmamaqla, iddiaçının hüququnu təkrarən pozmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

51. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin ra zılaşması ilə mümkündür.

52. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

53. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlab atan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

54. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.

55. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

56. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv e dilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

57. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

58. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli dir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

63. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

68. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Apellyasiya instansiyası məhkəməsinin qətnam əsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

71. Apelyasiya instansiyası iddianın təmin edilən hissəsinə münasibətdə göstərmişdir ki; 72. - işin faktiki halları baxımından tərəflərə münasibətdə qeyri-bərabərlik yaranmışdır. Yəni həm mənzil, həm də mənzilə görə iddiaçının ödədiyi məbləğ cavabdehdə qalmışdır. Hazırkı halda əqdlərin etibarsızlığında olduğu kimi, qarşılıqlı restitusiyanın qaydaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası bu hissədə mövqeyini hüquqi cəhətdən MM-nin 337.5-ci maddəsinə istinadla əsaslandırmışdır. (Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər) 73. – cavabdehdən iddiaçının xeyrinə tutulmalı 19.500 manatla yanaşı, MM-in 445.7ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ, yəni yuxarıdakı hesablama ilə (8.464,802+568,75=9033,552) 9033,552 manat (doqquz min otuz üç manat, əlli beş qəpik) də tutulmaldır.

74. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki; 75. - apellyasiya instansiya məhkəməsi qətnamədə tərəflər arasında olan mənzilin alqı-satqısına dair müqavilənin tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilməsinin işin mübahisəsiz halı olması nı qeyd etsə də, münasibətlərə əqdin etibarsızlığı ilə bağlı hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir. 76. - məhkəmə qüvvədə olan və artıq icra edilmiş barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad çıxarmaq əvəzinə iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarmışdır ki, bununla cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. 77. - iddiaçının öhdəliyin icra edilməməsinə görə faiz ödənilməsi ilə bağlı tələbi olmadığı halda məhkəmə iddia tələblərindən kənara çıxmışdır.

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin ilkin dəlilini əsaslı hesab edərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə əqdlərin etibarsızlığı institutu baxımından qiymət verməkdə haqlı olmamış və əqdin etibarsızlığı ilə bağlı normaların tətbiqində səhvə yol vermişdir.

79. İ lk öncə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində nə evin, nə də ödədiyi pul məbləğinin ona təhvil verilməməsini bildirmiş, müqavilənin ləğvi əsası kimi MM-in 421.2 və 422-ci maddələrinə istinad etmişdir. Həmin maddələrin tələbinə görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur(maddə 421.2). Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. (maddə 422.1).

80. Bundan başqa, iddiaçı iddia ərizəsində bildirir ki, cavadehlə alqı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra cavabdeh özünün sövdələşmədə olduğu "xxxx" Azərbaycan ASC-yə Melissa Park Cavabdeh MMF-ə maliyyə dəstəyi-kredit almaq üçün yönəltmişdir.

81. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın əsasını ləğv edilmiş müqavilə üzrə müqavilə ləğv edilənədək iddiaçı tərəfindən icra edilmiş öhdəliyin geri qaytarılması təşkil edir. Lakin iş materiallarından müəyyən edilir ki, ləğv edilmiş müqavilə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, ümumiyyətlə, tərəflərin hansı öhdəliklərinin olması, o cümlədən mənzilin dəyərinin müqavilə ilə tərəflər arasında nə qədər razılaşdırılması müəyyən edilməmiş qalmışdır.

82. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin iddianın əsası ilə bağlı gəldiyi qənaət kifayət qədər şübhə doğrur və müfəssəl araşdırmaya eytiyac vardır. İşə təkrar baxan apelyasiya məhkəməsi ilk öncə müqavilənin ləğvinin nədən qaynaqlandığını araşdırmalı, yalnız bunun nəticəsindən asılı olaraq müvafiq maddi normaya istinad etməlidir.

83. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilə "xxxx" Azərbaycan ASC arasında bağlanmış kredit müqaviləsi də məhkəməyə təqdim edilməmişdir. Məhkəmələr cavabdehdən iddiaçının ödədiyi subsidiar borcu tutarkən nəzərə almamışlar ki, tələb edilən ödənilmiş kredit həm əsas, həm də faiz borcu üzrə yönəlmişdir. Kredit müqaviləsi və onunla bağlı sənədlər məhkəməyə təqdim edilmədiyindən götürülmüş kreditin təyinatını, həmin kreditin həqiqətən də mübahisəli mənzilin əldə edilməsi üçün götürüldüyünü, cavabdehin hesabına mənzilin dəyəri kimi hansı məbləğin köçürüldüyünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmələr subsidiar ödəniş qismində 18000 manat vəsaiti cavabdehdən tutarkən ödənilmiş həmin məbləğin hansı hissəsinin əsas, hansı hissə sinin faiz olmasını araşdırmamış, iddiaçının mənzil almaq üçün götürdüyü kreditə görə ödədiyi faizlərin də cavabdehdən tutulmasının nə qədər düzgün olduğunu əsaslandırmamışlar.

84. Kassasiya şikayətinin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ayrı-ayrılıqda ərizə ünvanlayaraq bağladıqları xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Həmin barışıq sazişinin mətninə görə cavabdeh iddiaçıya 10000 manat məbləğində pul vəsaiti ödəyir, iddiaçı isə öz iddiasından imtina edir. Barışıq sazişi təsdiq edilmədən, hətta məhkəməyə təqdim edilənədək cavabdeh tərəfindən icra edilmiş, 10000 manat pul vəsaiti iddiaçıya təqdim edilmişdir. İd diaçı isə həmin pul vəsaitini dərhal və olduğu həcmdə qəbul etmiş və məhkəməyə ərizə ünvanlayaraq barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Lakin 7 iyul 2022-ci ildə iddiaçı tərəfindən məhkəməyə müraciət təqdim edilmiş və bildirilmişdir ki, cavabdeh onu saldığı ağır vəziyyəti dərk edərək və bundan sui-istifadə etmək üçün onu əvvəlcədən hazırladığı sazişi imzalamağa vadar etmişdir. Həmin uydurma sazişin etibarsız hesab edilməsi və ona verilən 10000 manat pulun iddia tələbi üzrə ona qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməməsini xahiş etmişdir.

85. Apellyasiya instansiyası məhkəməsi iddiaçının barışıq sazişi ilə razılaşmadığı halda, hansı səbəbdən cavabdeh tərəfindən saziş üz rə öhdəliyin icrasını dərhal qəbul etdiyini, həmçinin, barışıq sazişi ilə ona verilməli pulun tamamını qəbul etiyini araşdırmamışdır. Həmçinin hansı səbəbdən barışıq sazişi bağlandıqdan və 10000 manatı qəbul etdikdən xeyli müddət sonra fikrini dəyişərək sazişin təsdiq edilməməsini xahiş etməsi araşdırılmamışdır.

86. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə notarial qaydada ərizə verərək mənzildən və paydan imtina etmiş, xahiş etmişdir ki, onu MTK-nın üzvlüyündən azad etsinlər. Həmin ərizədə göstərmişdir ki, mənzilin istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaq.

87. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 20 sentyab r 2016-cı il tarixli, ********* nömrəli mədaxil xəzinə orderində “Əsas:” başlığı ilə başlayan qrafada qeyd kimi göstərilir: “Mənzil geri qaytarıldı – FEBA MTK-mənzili geri aldı müştəridən VTB-dəki borcunu bağlayacaq ilkin ödənişindən bir hissəsi geri qaytarıldı. Cəmi geri qaytarılacaq – 5500 manat – X3-A2-5-4.” Sözləri yazılmışdır. Həmin orderə görə 3500 manat pul vəsaiti iddiaçıya qaytarılmış, cəmi qaytarılmayan məbləğ 5500 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış və araşdırmamışdır ki, 2016-cı ildə tərtib edilən həmin sənədlə cavabdeh tərəfindən cəmi 5500 qaytarılacaq məbləğin olması iddiaçının imzası ilə də təsdiq edildiyi (qəbul edildiyi) halda, 7 ilə yaxın müddət keçdikdən sonra hansı səbəbdən həmin məbləğlər artmışdır. Apelyasiya instansiyası məhkəməsi bu ziddiyyəti məqamı araşdırmadan cavabdehdən tutulmuş məbləğin yaranma əsasını əsaslandırmamışdır.

88. Bu hallar ona dəlalət edir ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, kifayət qədər şübhə doğuran sübutlara istinad edilməklə, həmin sübutların həqiqiliyi araşdırmadan, həmçinin iddianın əsası ilə bağlı ətraflı araşdıma aparılmadan iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

89. Məhkəmə kollegiyası həmçinin, kassasiya şikayətinin sonuncu dəlili - apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin həcmindən kənara çıxması ilə bağlı dəlili ilə razılaşaraq qeyd edir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz 9033,552 manatın tutulması ilə bağlı iddiaçının tələbi olmadığı hallarda həmin məbləği cavabdehdən iddiaçının xeyrinə tutmuş, işə baxılmanın hədl ərini aşmışdır. Bununla da apellyasiya instansiyası tərəfindən MPM-in 372-ci maddəsinin tələbləri pozulmuşdur.

90. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

91. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunma lıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

92. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

93. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir

94. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

95. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilm əli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

96. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin r eal bərpası təmin olunmalıdır.

97. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

98. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

99. Ona görə də ləğv edilməli, iş yenidən yuxarıda göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

100. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2023-cü il tarixli 2(103)-486/2023 il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar