Məhkəmə qərarları › İş №2(102)-2075/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2075/2024

03.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2075/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), fərdi əmək mübahisələrinin həllində iddia müddətləri; fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti (1 təqvim ayı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1936/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 ilə işçi İddiaçı arasında bağlanmış 05 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, X4 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının “Məşğulluq tədbirləri şöbəsi”ndə baş mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müəyyən edilmişdir. 2. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022ci il tarixli 3 nömrəli razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi «işçi əsas iş yeri üzrə X3 X1 filialının “İşsiz şəxslərlə iş şöbəsi”ndə baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilir» redaksiyasında verilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 10 noyabr 2022-ci il tarixli, **********0 saylı əmri ilə, X3 X1 filialının “İşsiz şəxslərlə iş şöbəsi”ndə baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı 10 noyabr 2022-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X10 (bundan sonra - cavabdeh və ya Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin 10 noyabr 2022-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsi, Lənkəran X7 Filialının “İşsiz şəxslərlə iş şöbəsi”ndə baş mütəxəssis karyera məsləhətçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haq qı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi Yasamal Rayon Məhkəməsinə xx.xx.2023-cü ildə daxil olmuşdur.

6. İddiaçı işin yuxarıda qeyd edilən hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, işdən azad olunmağı barədə əmrin surəti sonuncu iş günü ona verilməli olduğu halda verilməmişdir. Xeyli yazışmadan sonra işdən azad olunmağı barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmrin surətini xx.xx.2023-ci ilin oktyabr ayında almışdır. Lakin yenə sonuncu əmək müqaviləsini ona göndərməmişlər. İşdən azad olunduqdan sonra müraciətlərinə əsasən bildirmişlər ki, şikayətlə əlaqədar onu qəbul edib, dinləyəcəklər. 2023- cü ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli tərəfindən qəbul olu nmuş, şikayəti dinlənilmiş, göstəriş verilmişdir ki, əsassız işdən çıxarılıb, işinə qaytarılsın. Bundan əlavə sədr müavini də ona vəd vermişdir ki, işinə qaytarılacaq. Məhz bu səbəblərdən müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilməmişdir. Hesab edir ki, müddət üzürlü səbəblərdən buraxılmışdır. Həmçinin Əmək Məcəlləsinin 45-ci maddənin 5-ci bəndində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. X5 Agentliyi qeyd edilən qanunun tələblərini pozmuş, əmək müqaviləsi bağlanarkən razılığı alınmamışdır. İşlədiyi vəzifə daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Bundan başqa, həmin idarədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarix ə kimi fasiləsiz işləməyi nəzərə alınmamış, bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. Müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallarda bağlana bilər. İşlədiyi vəzifə qeyd edilən hüquq normasında nəzərdə tutulmamışdır. Belə olan halda onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. İşəgötürən bu tələblərə əməl etməyib. Belə ki, işəgötürənin adından Agentliyin 15 mart 2022-ci il tarixli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli razılaşmasındakı imza onun deyildir. Əmək müqaviləsinə dəyişiklik edilməsinə razılığı alınmamışdır. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

7. Birinci instansiya məhkəməsindəki icraatda cavabdehin nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinin rəsmiləşdirildiyi zaman olduğu kimi, xitam verildiyi halda da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilik həm tərəflər arasında, həm də işin məhkəmə qaydasında mübahisələndirildiyi hallarda yarana biləcək fikir ayrılıqlarının qarşısını almaq məqsədi ilə işçinin hüquqlarının pozulduğu anı da müəyyə n etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin 10 noyabr 2022-ci il tarixdə xitam edilməsi işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması aparılmalıdır. İddiaçının əmək müqaviləsinə xitam verildiyi gündən 1 ildən artıq müddət keçmişdir və iddiaçı özü də iddia ərizəsində iddia müddətini ötürdüyünü etiraf etmişdir. Göründüyü kimi, iddiaçı üzrlü səbəb olmadan iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-502/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hakimin məhkəmə iclasında ona verdiyi suala cavab olaraq bildirmişdir ki, son haqq-hesab ona 2022-ci ilin dekabr ayının sonunda ödənilmişdir. Bundan əlavə, iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan da görü nür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra müraciət etmişdir. Odur ki, X3 X1 filialının “İşsiz şəxslərlə iş şöbəsi”ndə baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 10 noyabr 2022-ci il tarixdə xitam verilmiş, son haqq-hesab ona 2022-ci ilin dekabr ayında ödənilmiş və iddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, h abelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir.

11. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3, 296.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətn amə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd edilməsi zamanı iddia müddətinə istinad etmişdir. Həmin əsas qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, sonuncu müqavilədə imza iddiaçı tərəfindən icra edilməmişdir. Sübut kimi ekspert rəyi olmadığı halda məhkəmənin iddia müddətinin ötürülməsi dəlilinə əsaslanması iddianın rədd olunması üçün əsas hesab edilə bilməz. Bunlara əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin xüsusata görə ekspertiza təyin edilməsi və ekspert rəyindən sonra həmin xüsusata əsaslanması qanuni və əsaslı hesab edilə bilər. İddiaçının işdən azad olunması barədə əmrin surəti oktyabr 2023-cü il tarixdə təqdim edilmiş, həmin müddətdən sonra iddiaçının işə bərpa ediləcəyini bildirmişlər. Bu təmina tı iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini cənab Vüsal Nəsirli vermiş, iyun 2023-cü ildə qəbulunda iddiaçını işə bərpa edəcəklərinə dair onu arxayın etmişdir. Məhkəməyə vaxtında müraciət etməməyinin əsaslarından biri də nazir müavininin təminatı hesab edilməlidir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) 2(103)-1936/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-502/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı mürac iət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti ötürüldüyündən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287, 288, 292, 296.2, 296.3, 296, 296.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək q ətnamənin tam ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Əmək Məcəlləsinin 56.2-ci bəndində müəyyən edilmiş əsaslara əməl etməmiş, iddiaçıya əmək müqaviləsinin dəyişdirilməsi barədə məlumat verməmiş, xx.xx.2022-ci il tarixli razılaşmaya iddiaçı tərəfindən imza edilməsini təmin etməmişdir. Həmin əsasa görə apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməlidir. Bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Əmək müqaviləsi 47-c i maddəsinin “f” bəndinə uyğun olsa da, xx.xx.2022-ci il tarixli müqavilədə imza iddiaçı tərəfindən icra edilməmiş, onun imzasına oxşadılmaqla icra edilmişdir. Bunların araşdırılması tələb olunduğu halda apellyasiya instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə apellyasiya şikayətini təmin etməmişdir. İddiaçının əmək stajı 5 il 8 aydan artıq təşkil etdiyindən, Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbinə görə müddətli əmək müqaviləsi müddətsiz müqavilə hesab edilir. Məhkəmə bu hala da hüquqi qiymət verilməmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsində imzanın İddiaçı tərəfindən icra edilməsinə dair ekspertiza keçirilməmiş və məhkəmə həmin ziddiyyəti digər sübutlarla aradan qaldırmamış, iş üzrə ekspertiza təyin edilməməsini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri...

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir....

22. Maddə

11. İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

23. Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam veri lməsinin əsasları aşağıdakılardır:... b) əmək müqaviləsinin müddətinin qurtarması;...

24. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin m öhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi g ün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür....

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

26. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxar ır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.... «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarı

27. İddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəl əri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarı

28. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəfl ərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə iddiaçı işəgötürənin 10 noyabr 2022-ci il tarixli, **********0 saylı əmri ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ilkin mediasya şurasına, xx.xx.2023-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

38. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmrin ləğv edilməsi barədə iddia ərizəsini vermək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir.

39. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

40. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.

41. İddiaçı onun işdən azad edilməsi barədə əmrin surətinin ona 2023-cü ilin oktyabr ayında verildiyinə istinad etməsinə baxmayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, ona son haqq-hesab 2022-ci ilin dekabr ayının sonunda verilmişdir.

42. Bu halda iddiaçı iddia müddətinin yal nız ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi 2023-cü ilin oktyabr ayından hesablanmasını tələb edə bilməz.

43. Çünki Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır.

44. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi gün”ün anlayışı müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan görünür ki, “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi; 2. əmək kitabçasının verildiyi; 3. haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün başa düşülür. Həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdiril mədən bilə-bilə qəsdən pozulduğu gün - hüququnun pozulmasının aşkar edildiyi gün sayılır.

45. İddia müddətinin axımının başlanması üçün bu şərtlərin hamısının mövcudluğu deyil, birinin mövcud olması kifayətdir.

46. Bu baxımdan, işin hallarından göründüyü kimi iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyini 2022-ci ilin dekabr ayının sonunda bilirdi. Həmin vaxtdan iddia müddətinin axımı başlamış, lakin iddiaçı iddia ərizəsini xx.xx.2023-cü ildə müddət ötürməklə vermişdir.

47. Kassatorun iddia müddətinin üzürlü səbəblərdən buraxılması barədə ağlabatan sübut təqdim etməmişdir.

48. Kassatorun xx.xx.2022-ci il tarixli müqavilədə onun tərəfindən imza etməməsi, imzasına oxşadılmaqla icra edilməsi və bu faktın müəyyən olunması üçün ekspertiza təyin olunmadığı barədə dəlili də qətnaməni n ləğvinə əsas vermir. Çünki, hər bir halda iddia müddəti keçdiyinə görəxx.xx.2022-ci il tarixli müqavilədə olan imzanın həqiqiliyi məsələsi, iddianın həlli baxımından əhəmiyyətini itirmiş olur.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığın dan və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1936/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar